Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi08-1 s. 22—23
  • Müqəddəs Yazıların kitabı nömrə 47 2 Korinflilərə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 47 2 Korinflilərə
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
  • Başlıqlar
  • BİZƏ FAYDASI
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
bsi08-1 s. 22—23

Müqəddəs Yazıların kitabı nömrə 47 2 Korinflilərə

Yazan: Pavel

Yazıldığı yer: Makedoniya

Yazılması başa çatıb: b. e. təx. 55-ci ili

EHTİMAL Kİ, indi eramızın 55-ci ili, yayın sonu, yaxud payızın əvvəlidir. Korinfdəki məsihçi yığıncağında həll olunmamış bə’zi məsələlər həvari Paveli narahat edirdi. Onlara birinci məktubunu yazdığı vaxtdan bir neçə ay keçmişdi. O vaxt Titus Korinfə göndərilmişdi ki, Yəhudada yaşayan müqəddəslər üçün azuqənin yığılmasına kömək etsin və ola bilsin, Pavelin birinci məktubuna korinflilərin münasibətini də öyrənsin (2 Kor. 8:1-6; 2:13). Onlar məktuba necə yanaşdılar? Məktubun onları peşman olub tövbə etməyə təşviq etdiyini eşitməsi Pavelə necə də təsəlli olmuşdu! Titus bu gözəl xəbərlə Pavelin yanına Makedoniyaya qayıtdı. İndi həvarinin ürəyi Korinfdəki həmimanlılarına məhəbbətlə dolub-daşır (7:5-7; 6:11).

2 Pavel yenə də korinflilərə məktub yazdı. Həvari riqqət doğuran, tə’sirli məktubunu Makedoniyada yazmışdı və çox ehtimal ki, onu korinflilərə Titus çatdırmışdı (9:2, 4; 8:16-18, 22-24). Paveli ikinci məktubunu yazmağa təşviq edən məsələlərdən biri, korinflilərin arasında onun ‘yalançı həvarilər, hiyləgərliklə fəaliyyət göstərən adamlar’ adlandırdığı ‘fövqəlhəvarilərin’ mövcud olmasına dair narahatçılığı idi (11:5, 13, 14). Nisbətən yeni olan Korinf yığıncağının ruhani rifahı təhlükə altında idi və Pavelin bir həvari kimi malik olduğu nüfuzu tənqid atəşinə mə’ruz qalmışdı. Buna görə, korinflilərin ikinci məktuba böyük ehtiyacı vardı.

3 Pavelin bu sözlərini qeyd etməyə dəyər: «Bu üçüncü dəfədir ki, yanınıza gəlməyə hazıram» (2 Kor. 12:14; 13:1). Pavel birinci məktubunu yazanda korinflilərə ikinci dəfə baş çəkməyi planlaşdırırdı, lakin göründüyü kimi, ‘ikinci dəfə bu ne’mətə nail ola bilmədi’ (1 Kor. 16:5; 2 Kor. 1:15). Pavel burada ilk dəfə eramızın 50-52-ci illərində olmuşdu, burada 18 ay qaldığı müddət ərzində məsihçi yığıncağı təşkil edilmişdi (Həv. iş. 18:1-18). Lakin bir qədər sonra Pavelin Korinfə bir daha baş çəkmək arzusu yerinə yetdi. Güman ki, eramızın 56-cı ilində üç ay ərzində Yunanıstanda olarkən vaxtının bir qismini Korinfdə keçirmiş və romalılara məktubunu buradan yazmışdır (Rom. 16:1, 23; 1 Kor. 1:14).

4 «Korinflilərə ikinci məktub», Pavelin «Korinflilərə birinci məktub»u və digər məktubları ilə birlikdə həmişə Müqəddəs Kitab kanonunun hissəsi sayılıb. Biz yenə də Korinf yığıncağında baş verənlərə nəzər sala və Pavelin Allahdan ilham alaraq korinflilərə verdiyi nəsihətdən faydalana bilərik.

BİZƏ FAYDASI

18 Pavelin «Korinflilərə ikinci məktub»unda məsihçi xidmətindən böyük şövqlə danışması bizi necə də ruhlandırır! Gəlin biz də xidmətimizə onun kimi yanaşaq. Allahın sayəsində xidmətə yararlı olan məsihçi Kəlamın xırdavatçısı yox, Ona səmimi-qəlbdən xidmət edən adamdır. Onu tövsiyə edən hər hansı yazılı sənəd deyil, xidmətdə gətirdiyi bəhrələrdir. Allaha xidmət etmək şərəfli olsa da, məsihçinin təkəbbürlü olmasına əsas vermir. Ən üstün qüdrətin Allahdan olduğu aydın görünsün deyə, Ona xidmət etmək sərvəti qeyri-kamil xidmətçilərinin zərif saxsı qablarındadır. Beləliklə, Allahın xidmətçisi olmaq şərəfini qəbul etmək üçün həlimlik tələb olunur; biz yalnız Allahın lütfü sayəsində ‘Məsihin səfirləri’ kimi xidmət edirik. Elə buna görə də, Pavelin ‘Allahın lütfünü boş yerə qəbul etməyin’ nəsihəti necə də yerində idi! (2:14-17; 3:1-5; 4:7; 5:18-20; 6:1).

19 Pavel məsihçi xidmətçilərinin təqlid etmələri üçün gözəl nümunə qoymuşdu. Hər şeydən öncə, o, Allahdan ilham almış İbranicə Müqəddəs Yazıları qiymətləndirir və tədqiq edir, onlardan dönə-dönə sitat gətirir, istinad və tətbiq edirdi (2 Kor. 6:2, 16-18; 7:1; 8:15; 9:9; 13:1; Yeşaya 49:8; Lev. 26:12; Yeşaya 52:11; Yez. 20:41; 2 Şam. 7:14; Huşə 1:10). Üstəlik, «mən isə çox məmnuniyyətlə, canlarınız uğrunda malımı da sərf edəcəyəm, özümü də fəda edəcəyəm» deyərək, bir nəzarətçi kimi sürünün qeydinə qalırdı. Bu ayədən aydın görünür ki, o özünü tamamilə qardaşların rifahı üçün sərf edirdi (2 Kor. 12:15; 6:3-10). Pavel çox çalışırdı: məsihçi yığıncağının üzvlərini öyrədir, ruhlandırır və islah edirdi. O, «imansızlarla eyni boyunduruğa girməyin» deməklə, qardaşlarına qaranlıqla şərik olmağa qarşı açıq-aydın xəbərdarlıq edirdi. Korinfdəki həmimanlılarının məhəbbətlə qayğısına qaldığı üçün Pavel istəmirdi ki, ‘ilan Həvvanı öz hiyləgərliyi ilə aldatdığı’ kimi, onların da düşüncələri pozulsun, buna görə də, Pavel bütün ürəkdən onları səsləyirdi: «Özünüzü yoxlayın, görün iman yolundasınızmı? Özünüzü imtahan edin». O, «Allah gülər üzlə verəni sevir» deyərək, Korinfdəki məsihçiləri səxavətli olmağa təşviq edirdi və həvari sözlə təsvir edilə bilməyən hədiyyəsi üçün Allaha şükür edirdi. Bəli, Korinfdəki qardaşları sanki Pavelin ürəyinin cismani lövhələrində məhəbbətlə yazılmışdılar və onların mənafeyi üçün təmənnasız xidməti sə’yli, ayıq-sayıq nəzarətçilərin səciyyəvi xüsusiyyəti olmalıdır. Bu bizim üçün necə də gözəl nümunədir! (6:14; 11:3; 13:5; 9:7, 15; 3:2).

20 Həvari Pavel birbaşa düşüncələrimizi sıxıntı vaxtlarında qüvvə mənbəyi olan ‘mərhəmətli Ata və hər cür təsəlli verən Allaha’ yönəldir. Allah, təhəmmül edib yeni dünyada həyata nail olaq deyə, bizə «hər sıxıntımızda təsəlli verir». Pavel həm də «Allahdan bir mənzilimiz, insan əli ilə tikilməmiş, əbədi bir evimiz vardır» deyərək, gözəl ümidimizə işarə edir: «Buna görə kim Məsihdədirsə, yeni məxluqdur; köhnə şeylər keçdi, indi hər şey yeni oldu». «Korinflilərə ikinci məktub»da Pavel kimi səmavi Padşahlığı miras alacaq insanlar üçün həqiqətən də əminedici gözəl sözlər yazılıb (1:3, 4; 5:1, 17).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş