Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi08-1 s. 24—25
  • Müqəddəs Yazıların kitabı nömrə 48 Qalatiyalılara

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 48 Qalatiyalılara
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
  • Başlıqlar
  • BİZƏ FAYDASI
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
bsi08-1 s. 24—25

Müqəddəs Yazıların kitabı nömrə 48 Qalatiyalılara

Yazan: Pavel

Yazıldığı yer: Korinf və ya Suriya Antakyası

Yazılması başa çatıb: b. e. təx. 50-52-ci illəri

PAVELİN Qalatiyalılara 1:2 ayəsini ünvanladığı Qalatiyadakı yığıncaqlara, göründüyü kimi, Roma əyaləti sayılan, amma müxtəlif ərazilər olan Pisidiya Antakyası, Konya, Listra və Derbe də daxil olurdu. Həvarilərin işləri 13 və 14-cü fəsillərdə, Pavelin Barnaba ilə bu ərazilərdə keçən birinci missioner səyahətindən və Qalatiyada yığıncaqların yaradılmasından bəhs edilir. Yəhudilər və qeyri-yəhudilərdən ibarət olan bu yığıncaqlarda, şübhəsiz ki, keltlər və ya qallar da vardı. Bütün bunlar təxminən eramızın 46-cı ilində Pavelin Yerusəlimə baş çəkməsindən tez sonra baş vermişdir (Həv. iş. 12:25).

2 Eramızın 49-cu ilində Pavel Sila ilə Qalatiyanın ərazisində ikinci missioner səyahətinə başlamışdır. Bunun sayəsində yığıncaqlar «imanda qüvvət taparaq, gündən-günə sayca çoxalırdılar» (Həv. iş. 16:5; 15:40, 41; 16:1, 2). Lakin iudaizmin tərəfdarları olan yalançı müəllimlər onlardan tez sonra gəlib yığıncağın bə’zi üzvlərini inandırmağa çalışırdılar ki, sünnət olunmaq və Musanın Qanununa əməl etmək həqiqi məsihçiliyin vacib hissəsidir. Bu arada Pavel Misyadan keçib Makedoniya və Yunanıstana yola düşmüş, nəhayətdə isə Korinfə gəlib 18 aydan artıq qardaşlarla qalmışdır. Bundan sonra Pavel, eramızın 52-ci ilində Efesdən su yolu ilə Suriya Antakyasına — tez-tez qaldığı yerə gəlmişdir (Həv. iş. 16:8, 11, 12; 17:15; 18:1, 11, 18-22).

3 Pavel «Qalatiyalılara məktub»u harada və nə vaxt yazmışdır? Şübhəsiz ki, bu məktubunu, iudaizmin tərəfdarları haqda mə’lumat aldıqdan tez sonra yazmışdır. Bu zaman o, Korinfdə, Efesdə və ya Suriya Antakyasında ola bilərdi. Çox ehtimal ki, bu, Pavelin eramızın 50-52-ci illərində 18 ay Korinfdə qaldığı vaxt ərzində baş vermişdi, çünki bu mə’lumatın Qalatiyadan ona çatmasına vaxt tələb olunurdu. Çətin ki, o, məktubunu səyahətə qayıtdığı zaman Efes şəhərində qaldığı qısa vaxt ərzində yazardı. Lakin sonra o, «bir müddət» Suriya Antakyasında qalmışdır, bu, ehtimala görə, eramızın 52-ci ilinin yay ayında olmuşdur. Bu şəhər ilə Kiçik Asiya arasında əlaqə vasitələri yaxşı olduğu üçün, yəqin ki, Pavel iudaizm tərəfdarları barədə mə’lumatı məhz həmin vaxt almış və «Qalatiyalılara məktub»unu Suriya Antakyasından yazmışdır (Həv. iş. 18:23).

4 Bu məktubda Pavel «nə insanlar tərəfindən, nə də insan vasitəsilə, ancaq İsa Məsih və ...Ata Allah vasitəsilə həvari tə’yin olunan» şəxs kimi təsvir edilir. Orada Pavelin həyatı və həvari kimi xidmət etməsi ilə bağlı bir çox faktlar da gətirilir, o cümlədən onun Yerusəlimdəki həvarilərlə həmrə’y işlədiyi və hətta səlahiyyətindən istifadə edərək başqa bir həvarini — Peteri islah etdiyi də göstərilir (Qalat. 1:1, 13-24; 2:1-14).

5 Qalatiyalılara yazılan məktubun doğru və kanonik olduğunu hansı faktlar sübut edir? Bu məktuba İriney, İsgəndəriyyəli Klement, Tertullian və Origenin yazılarında istinad edilir. Bundan başqa, Pavelin qalatiyalılara yazdığı məktub bir sıra əhəmiyyətli Müqəddəs Kitab manuskriptlərinə daxil edilib: Sinay kodeksi, İsgəndəriyyə kodeksi, Vatikan kodeksi 1209, Efrem kodeksi, Beza kodeksi və Çester Bittinin papirusu № 2 (P46). Üstəlik, məktub, Yunanca Müqəddəs Yazıların digər hissələri və tez-tez sitat gətirildiyi İbranicə Müqəddəs Yazılar ilə tamamilə harmoniya təşkil edir.

6 Pavel qalatiyalılara yazdığı məktubda güclü və inandırıcı dəlillər gətirərək sübut edir: 1) o, həqiqi həvaridir (iudaizm tərəfdarları bu faktı şübhə altına almağa çalışırdılar), 2) Musanın Qanununa riayət etməklə deyil, İsa Məsihə iman etməklə bəraət qazanmaq mümkün olduğu üçün məsihçilərin sünnət edilməsinə ehtiyac yoxdur. Pavel öz məktublarını adətən katibə yazdırsa da, «Qalatiyalılara məktub»u ‘öz əli ilə böyük hərflərlə yazmışdı’ (6:11). Kitabda yazılanlar həm Pavelin özü, həm də Qalatiyadakı yığıncaqlar üçün böyük əhəmiyyət kəsb edirdi. Kitabda, həqiqi məsihçilərin İsa Məsih vasitəsilə malik olduqları azadlığa görə minnətdarlıq vurğulanırdı.

BİZƏ FAYDASI

14 «Qalatiyalılara məktub»da Pavel həddini bilməyən tə’qibçi, sonradan isə digər xalqlar üçün həvari olan, iman qardaşlarının mənafeyi üçün mübarizə aparmağa həmişə hazır olan bir insan kimi təsvir edilir (1:13-16, 23; 5:7-12). Pavel öz nümunəsilə göstərirdi ki, nəzarətçilər problemləri dərhal həll etməli və yanlış fikirləri məntiq və Müqəddəs Yazılar vasitəsilə aradan qaldırmalıdırlar (1:6-9; 3:1-6).

15 Bu məktub Qalatiyadakı yığıncaqlar üçün faydalı olmuşdur, çünki orada, məsihçilərin Məsih İsada azadlığa malik olduqları izah olunurdu və xoş xəbəri təhrif edənlər ifşa edilirdi. Məktubda, insanın iman vasitəsilə saleh sayıldığı və xilas olmaq üçün sünnətin artıq lazım olmadığı aydın açıqlanırdı (2:16; 3:8; 5:6). Bu cür cismani nişanə artıq əhəmiyyət daşımırdı və bu, yığıncaqda yəhudilər ilə qeyri-yəhudilərin birləşməsinə səbəb olurdu. Musanın Qanunu altında olmamaq insana könlü istədiyini etməyə haqq vermirdi, çünki «qonşunu özün kimi sev» prinsipi qüvvədə qalırdı. Bu prinsip müasir məsihçilər üçün də həyati vacibdir (5:14).

16 Pavel bu məktubunda, İbranicə Müqəddəs Yazılardan tə’sirli əyani nümunələr gətirməklə, qalatiyalılara tə’limlə bağlı bir çox məsələləri izah edirdi. Orada, Yeşaya 54:1-6 ayələrinə dair ilhamlanmış izahat verilir və açıqlanır ki, Yehovanın qadını «səmavi Yerusəlim»dir. Məktubda Həcər və Sara ilə bağlı olan «məcaz» izah olunub göstərilir ki, Allahın və’dlərini Musanın Qanunu altında olanlar yox, Məsih vasitəsilə xilas edilənlər miras alacaq (Qalat. 4:21-26; Yar. 16:1-4, 15; 21:1-3, 8-13). Pavelin məktubunda aydın şəkildə izah edilir ki, Qanun əhdi İbrahimlə bağlanan əhdi inkar etmir, əksinə, onu tamamlayır. Məktubda həm də bu iki əhd arasındakı vaxt müddətinin 430 il olduğu da qeyd edilir, bu isə Müqəddəs Kitab xronologiyasını müəyyən etmək üçün vacibdir (Qalat. 3:17, 18, 23, 24). Bu kimi mə’lumatlar, müasir məsihçilərin imanının möhkəmlənməsi üçün qorunub saxlanılıb.

17 Daha vacibi odur ki, «Qalatiyalılara məktub»da, bütün peyğəmbərlərin səbirsizliklə gözlədikləri Padşahlıq Zürriyyətinin kim olduğu aydın göstərilir. «Və’dlər ancaq İbrahimə və onun nəslinə verildi... bu da Məsihdir». İsa Məsihə iman etməklə Allahın ruhani oğulları olan şəxslər, bu zürriyyətin həmvarisləri kimi qəbul olunurlar. «Madam ki, siz Məsihinkisiniz, deməli, İbrahimin nəslisiniz və və’də görə varissiniz» (3:16, 29). «Qalatiyalılara məktub»un sonunda verilən gözəl nəsihətə Padşahlığın varisləri və onlarla əməkdaşlıq edənlər diqqət yetirməlidirlər: ‘Məsihin sizə bəxş etdiyi hürriyyətdə möhkəm durun!’ «Yaxşılıq edərkən ruhdan düşməyək; çünki əgər zəif düşməsək, vaxtında biçərik». «Hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək» (5:1; 6:9, 10).

18 Nəhayət, məktubda ciddi xəbərdarlıq verilir ki, cismani təbiətin əməllərini icra edənlər «Allahın Səltənətini miras almayacaqlar». Belə olan halda, gəlin dünyəvi rəzillikdən və münaqişələrdən tamamilə uzaq olaq və yalnız «məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq» kimi ruhun səmərəsini təzahür etdirməyə qətiyyətli olaq (5:19-23).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş