Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/6 s. 20—24
  • Yehova «axırı əvvəldən» bildirən Allahdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova «axırı əvvəldən» bildirən Allahdır
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Yehova peyğəmbərliklər Allahıdır
  • Yehovanın ‘kəlməsi həyata keçir’
  • Allahın ‘əzəli məqsədi’
  • Yehova qabaqcadan nəyi müəyyən edir?
  • Yehova qabaqcadan nələri bilir?
  • Allah bilirdimi ki, Adəmlə Həvva günah işlədəcək?
    Gözətçi qülləsi 2011
  • Yehovanın niyyəti mütləq çin olacaq!
    Gözətçi qülləsi 2017
  • Sonuncu düşmən olan ölüm məhv ediləcək
    Gözətçi qülləsi 2014
  • Nəyə görə Edendə baş verənlərin sizə aidiyyəti var?
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/6 s. 20—24

Yehova «axırı əvvəldən» bildirən Allahdır

‘Axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən bildirən Mənəm’ (YEŞAYA 46:10).

1, 2. Babilin süqutu ilə bağlı hadisələrdə diqqətəlayiq olan nədir və bu fakt Yehova haqqında nəyi açıqlayır?

GECƏ yarısıdır. Düşmən əsgərləri Fərat çayının yatağı boyunca irəliləyərək, hədəfləri olan qüdrətli Babil şəhərinin üzərinə gizli hücuma keçirlər. Şəhərin darvazalarına yaxınlaşanda, onların qarşısında qeyri-adi bir mənzərə canlanır. Babilin ikitaylı nəhəng darvazaları açıqdır! Əsgərlər çayın yatağından qalxıb şəhərə daxil olurlar. Şəhər bir göz qırpımında alınır. Qoşunun başçısı Kir tezliklə işğal olunmuş torpağı nəzarəti altına alır, bir müddət sonra isə əsarətdə olan israillilərin azad olunması haqqında fərman verir. Sürgündə olan minlərlə yəhudi Yehovaya ibadəti bərpa etmək üçün Yerusəlimə qayıdır (2 Salnamələr 36:22, 23; Ezra 1:1-4).

2 B. e. ə. 539-537-ci illərə aid olan həmin hadisələrin gerçəkliyi hazırda bir çox tarixçilər tərəfindən təsdiq olunmuşdur. Ən maraqlısı isə odur ki, bu hadisələrin baş verəcəyi artıq 200 il əvvəl mə’lum idi. Yeşaya peyğəmbər, Yehovadan ilham alaraq Babilin süqutunu qabaqcadan təsvir etmişdi (Yeşaya 44:24–45:7). Allah təkcə Babilin süqutu ilə bağlı hadisələri deyil, həm də onu istila edəcək sərkərdənin adını da açıqlamışdıa. Yehova, o dövrdə Onun şahidləri olan israillilərə üz tutaraq söyləmişdi: «Qədimdən bəri olan hadisələri xatırlayın, çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur! Axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən bildirən... Mənəm» (Yeşaya 46:9, 10a). Bəli, Yehova baş verəcək hadisələri qabaqcadan görə bilən Allahdır.

3. Biz indi hansı sualları müzakirə edəcəyik?

3 Allah gələcək haqqında çoxmu bilir? Yehova hər birimizin nə edəcəyini əvvəlcədən bilirmi? Bizim gələcəyimiz qabaqcadan müəyyən olunubmu? Bu sualları biz bu və növbəti məqalədə müzakirə edəcəyik.

Yehova peyğəmbərliklər Allahıdır

4. Müqəddəs Kitabda qələmə alınan peyğəmbərliklərin Müəllifi kimdir?

4 Gələcəyi qabaqcadan görməyə qadir olan Yehova Öz xidmətçilərinə ilham verərək Müqəddəs Kitabda bir çox peyğəmbərlikləri yazdırmışdır. Bu peyğəmbərliklər bizə Allahın nə etmək niyyətində olduğunu əvvəlcədən bilməyə imkan verir. O bəyan edir: «Budur, əvvəlki işlər həyata keçdi, indi Mən təzə işləri bəyan edirəm, onlar yetişməmişdən əvvəl sizi xəbərdar edirəm» (Yeşaya 42:9). Allahın xalqı necə də böyük şərəfə layiq görülüb!

5. Yehovanın nə edəcəyini qabaqcadan bilməyimiz üzərimizə hansı məs’uliyyəti qoyur?

5 Peyğəmbər Amos bizi əmin edir: «Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir». Allahın niyyətini qabaqcadan bilmək peyğəmbərlərin üzərinə məs’uliyyət qoyurdu. Amosun verdiyi parlaq nümunəyə diqqət yetirin: «Şir nə’rə çəkəndə kim ondan qorxmaz?» Şirin nə’rəsinə yaxınlıqda olan insanlar və heyvanlar dərhal reaksiya verdikləri kimi, eləcə də Amos kimi peyğəmbərlər Yehovanın bəyannamələrini tə’xirə salmadan e’lan edirdilər. «Xudavənd Rəbb söyləyəndə kim peyğəmbərlik etməz?» (Amos 3:7, 8).

Yehovanın ‘kəlməsi həyata keçir’

6. Babilin devrilməsi ilə əlaqədar Yehovanın ‘niyyəti’ necə yerinə yetdi?

6 Peyğəmbəri Yeşaya vasitəsilə Yehova demişdi: «Niyyətim baş tutacaq, istədiyim hər şeyi edəcəyəm» (Yeşaya 46:10b). Allahın Babilə aid ‘niyyəti’ — Kiri Midiyadan çağırıb, bu şəhəri fəth etmək və Babil dövlətini yox etmək idi. Yehova bu niyyətini xeyli əvvəl bildirmişdi. Artıq qeyd olunduğu kimi, peyğəmbərlik dəqiqliklə 539-cu ildə yerinə yetdi.

7. Nə üçün əmin ola bilərik ki, Yehovanın ‘kəlməsi’ həmişə ‘həyata keçir’?

7 Kirin Babili fəth etməsindən təxminən dörd əsr əvvəl Yəhuda padşahı Yehoşafat ammonluların və moavlıların birləşmiş orduları ilə üzləşməli oldu. O inamla dua edirdi: «Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilmisən? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz» (2 Salnamələr 20:6). Yeşayada da belə bir əminlik var idi: «Ordular Rəbbinin hökmünü kim boşa çıxara bilər? Qalxmış əlini kim geri döndərə bilər?» (Yeşaya 14:27). Psixi xəstəlikdən sonra ağlı başına qayıdan Babil padşahı Navuxodonosor da təvazökarlıqla e’tiraf etdi: «[Allahın] əlini saxlayacaq və Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur» (Daniel 4:35). Bəli, Yehova xalqını əmin edir: «Ağzımdan çıxan kəlmə də... boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11). Biz tam əmin ola bilərik ki, Yehovanın ‘kəlməsi’ həmişə ‘həyata keçir’. Onun niyyətinin yerinə yetməsinə heç kim mane ola bilməz.

Allahın ‘əzəli məqsədi’

8. Allahın ‘əzəli məqsədi’ nədir?

8 Efeslilərə məktubunda həvari Pavel Allahın ‘əzəli məqsədi’ olduğunu söyləyir (Efeslilərə 3:11). Bu o demək deyil ki, Allahın tərtib edilmiş xüsusi fəaliyyət planı var. Bu ifadə Yehovanın bəşəriyyət və yer üçün olan niyyətini yerinə yetirmək qətiyyətinə aiddir (Yaradılış 1:28). Onun məqsədinin mütləq baş tutacağına əmin olmaq üçün gəlin Müqəddəs Kitabda yazılmış ilk peyğəmbərliyi nəzərdən keçirək.

9. Yaradılış 3:15 ayəsi Allahın niyyəti ilə necə bağlıdır?

9 Yaradılış 3:15 ayəsində yazılmış və’d göstərir ki, Adəm və Həvva günah işlədəndən dərhal sonra Yehova müəyyən etdi ki, Onun simvolik arvadı uşaq, oğul doğacaq. Yehova, qadın ilə Şeytanın və onların zürriyyətləri arasındakı düşmənçiliyin nəticələrini də qabaqcadan görmüşdü. O, simvolik arvadının Zürriyyətinin dabanından sancılmasına yol versə də, müəyyən etdiyi vaxtda, Zürriyyət ilanı, yə’ni və ya Şeytan İblisi başından vurmalı idi. Bu arada, Yehovanın niyyəti seçdiyi nəsil şəcərəsi vasitəsilə uğurla həyata keçirdi: və’d edilmiş Məsih yer üzünə gəldi (Luka 3:15, 23-38; Qalatiyalılara 4:4).

Yehova qabaqcadan nəyi müəyyən edir?

10. Yehova Adəm və Həvvanın günah işlədəcəyəni əvvəldən müəyyən etmişdimi? İzah edin.

10 İsanın Allahın niyyətində tutduğu mövqeyindən danışan həvari Peter yazırdı: «[İsa] dünya yaranmazdan əvvəl tə’yin edildi, amma bu axır zamanlarda sizin üçün izhar olundu» (1 Peter 1:20). Yehova Adəm və Həvvanın günah edəcəyini və İsa Məsihin fidiyə qurbanlığına ehtiyac olacağını əvvəlcədən müəyyən etmişdi? Xeyr. «Yaranmazdan» sözü yunan dilində hərfi mə’nada «[toxum] axıtmaq» mə’nasını daşıyır. Adəm və Həvva günah işlətməzdən əvvəl «toxumun axıdılması», yə’ni hamilə qalan olmuşdumu? Xeyr. Adəm və Həvvanın uşaqları onlar itaətsizlik göstərdikdən sonra doğuldu (Yaradılış 4:1). Beləliklə, üsyandan dərhal sonra, lakin Həvva hələ uşağa qalmazdan əvvəl Yehova ‘Zürriyyətin’ olacağını müəyyən etdi. İsanın ölüb dirilməsi sayəsində məhəbbətdən irəli gələn fidiyə tədbiri görüldü. Bu qurbanlığın vasitəsilə, miras qalmış günah və Şeytanın bütün cəhdləri heç ediləcək (Matta 20:28; İbranilərə 2:14; 1 Yəhya 3:8).

11. Yehova, niyyətinin həyata keçirilməsinin gedişatında nəyi qabaqcadan müəyyən etdi?

11 Allah Öz niyyətinin yerinə yetməsinin gedişatına dair bir şeyi də qabaqcadan müəyyən etmişdi. Bu, Pavelin efeslilərə yazdığı məktubunda, xüsusilə «həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında birləşdirməkdir» sözlərindən görünür. Sonra ‘göylərdə olan şeylərə’, yə’ni Məsihin həmvarisləri olmaq üçün seçilənlərə istinad edərək Pavel izah edir: «Öz iradəsinin qərarına görə, hər şeyi icra edən Allahın məqsədinə əsasən Məsihdə əvvəldən tə’yin edildik» (Efeslilərə 1:10, 11). Bəli, Yehova qabaqcadan müəyyən etmişdi ki, məhdud sayda insanlar Allahın qadınının Zürriyyətinin ikinci dərəcəli hissəsini təşkil edəcək və Məsihlə bərabər fidiyənin gətirdiyi xeyir-duaları itaətkar bəşəriyyətin üzərinə yağdıracaqlar (Romalılara 8:28-30). Həvari Peter onları «müqəddəs millət» adlandırır (1 Peter 2:9). Həvari Yəhyaya vəhydə Məsihin həmvarislərinin sayının 144 000 olacağını bilmək şərəfi nəsib olmuşdur (Vəhy 7:4-8; 14:1, 3). Padşah İsa ilə birlikdə onlar Allahın ‘izzətinin mədh edilməsi’ üçün xidmət edirlər (Efeslilərə 1:12-14).

12. 144 000 nəfər konkret şəxsin qabaqcadan müəyyən olunmadığını haradan bilirik?

12 144 000 nəfərin qabaqcadan müəyyən edilməsi o demək deyildir ki, Allah konkret şəxslərin alnına Ona sədaqətlə xidmət edəcəklərini yazıb. Yunanca Müqəddəs Yazılarda olan nəsihət və göstərişlər, əsas e’tibarilə məsh olunmuşları nöqsansızlıqlarını qorumaq və səmavi mükafatlarına layiq yaşamaq üçün onlara rəhbərlik vermək və gücləndirməkdən ötrü yazılmışdır (Filipililərə 2:12; 2 Saloniklilərə 1:5, 11; 2 Peter 1:10, 11). Yehova qabaqcadan bilirdi ki, bu məqsədinə xidmət etməyə müvafiq olan 144 000 nəfər adam tapılacaq. Bu sırada kimlərin olacağı də’vət olunmuşların necə yaşayacaqlarından asılıdır və hər birinin şəxsi qərarıdır (Matta 24:13).

Yehova qabaqcadan nələri bilir?

13, 14. Yehovanın gələcəyi görmə qabiliyyətindən necə istifadə etməsi nə ilə tarazlaşır və nə üçün?

13 Yehova peyğəmbərliklər söyləyən və niyyəti olan Allahdır. Bəs O Özünün gələcəyi görmək qabiliyyətindən necə istifadə edir? Hər şeydən əvvəl, Müqəddəs Kitab bizi əmin edir ki, Allahın işləri doğru və salehdir, onlar məhəbbətdən irəli gəlir. Eramızın birinci əsrində həvari Pavel yəhudilərdən olan məsihçiləri məktubunda əmin edirdi ki, «Allahın yalan danışması qeyri-mümkün olan iki dəyişməz şey» vardır, bu Onun andı və və’didir (İbranilərə 6:17, 18). Şagird Titusa yazdığı məktubunda da Pavel bu fikri ifadə etmişdi. O yazırdı: ‘Allah yalan danışmır’ (Titusa 1:2).

14 Yehova hədsiz ixtiyara malik olsa da, heç vaxt ədalətsiz davranmır. Musa Yehovanı «sadiq, heç zaman haqsızlıq etməyən, adil və doğru olan» Allah kimi təsvir etmişdi (Qanunun təkrarı 32:4). Yehovanın bütün etdikləri Onun gözəl şəxsiyyətinə uyğundur. Allahın hərəkətləri, şəxsiyyətinin əsas keyfiyyətləri olan məhəbbət, müdriklik, ədalət və gücü ilə mükəmməl bir şəkildə tarazlaşır.

15, 16. Eden bağında Yehova Adəmin qarşısına hansı seçimi qoydu?

15 Allahın Öz əsas keyfiyyətlərini Eden bağında baş vermiş hadisələrdə necə təzahür etdirdiyi barəsində düşünün. Məhəbbətli ata kimi Yehova insanları lazım olan hər şeylə tə’min etmişdi. O, Adəmə düşünmək, mühakimə yürütmək və nəticə çıxarmaq qabiliyyəti vermişdi. Əsas e’tibarilə instinktlə hərəkət edən heyvanlardan fərqli olaraq, Adəmin seçim etmək qabiliyyəti vardı. Onu yaratdıqdan sonra Allah göydəki taxtından baxıb «gördü ki, yaratdığı hər şey çox yaxşıdır» (Yaradılış 1:26-31; 2 Peter 2:12).

16 Yehova Adəmə «xeyirlə şəri bilmə ağacının meyvəsindən» yeməmək əmrini verəndə, Adəmin düzgün qərar qəbul etməsi üçün ona aydın göstəriş də verdi. O, Adəmə bir ağac istisna olmaqla «bağdakı bütün ağacların bəhrəsindən» yeməyə icazə verdi və qadağan etdiyi ağacın meyvəsindən yeməyin gətirəcəyi fəlakətdən onu xəbərdar etdi (Yaradılış 2:16, 17). Allah, Adəmi hərəkətlərinin nəticələrindən agah etdi. Bəs Adəm nə etdi?

17. Biz nə üçün deyə bilərik ki, Yehova gələcəyi görmə qabiliyyətindən seçici surətdə istifadə edir?

17 Baxmayaraq ki, Yehovanın gələcəyi görmək qabiliyyəti vardır, görünür, O, Adəm və Həvvanın nə edəcəyini qabaqcadan görməməyi qərara aldı. Buna görə də, sual Yehovanın gələcəyi görə bilməyində deyil, bunu etmək qərarına gəlib-gəlməməsindədir. Bundan başqa, biz əmin ola bilərik ki, məhəbbətli Allah Yehova, həmin üsyanı və onun kədərli nəticələrini əvvəlcədən qəsdən və qəddarlıqla müəyyən etməmişdi (Matta 7:11; 1 Yəhya 4:8). Beləliklə, Yehova gələcəyi görmə qabiliyyətindən seçici surətdə, yə’ni Öz qərarına əsasən istifadə edir.

18. Yehovanın gələcəyi görmə qabiliyyətindən seçici surətdə istifadə etməsi nə üçün Onun mükəmməl olmadığına işarə etmir?

18 Yehovanın gələcəyi görmə qabiliyyətindən seçici surətdə istifadə etməsi Onun mükəmməl olmadığınımı bildirir? Qətiyyən, yox! Musa Allahın ‘Qaya’, ‘işlərinin kamil’ olduğunu söyləmişdi. O, insanların günahlarının nəticələri üçün məs’uliyyət daşımır. Bu gün biz ilk insanların itaətsizliyinə görə günahın fəlakətli nəticələrini üzərimizdə hiss edirik. Həvari Pavel bunu belə izah etdi: «Günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir» (Qanunun təkrarı 32:4, 5; Romalılara 5:12; Yeremya 10:23).

19. Növbəti məqalədə hansı sualları araşdıracağıq?

19 Öyrəndiklərimizdən belə nəticəyə gəldik ki, Yehova ədalətsiz davranmır (Məzmur 33:5). Əksinə, Yehovanın qabiliyyətləri, keyfiyyətləri və normaları Onun niyyətilə uzlaşır (Romalılara 8:28). Peyğəmbərliklər Allahı Yehova «axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən» söyləyir (Yeşaya 46:9, 10). Biz, həmçinin gördük ki, O, gələcəyi görmək qabiliyyətindən seçici surətdə istifadə edir. Bəs bu bizə necə tə’sir edə bilər? Biz necə əmin ola bilərik ki, qərarlarımız Allahın məhəbbətli niyyətinə müvafiqdir? Belə davranmağımız bizə hansı xeyir-duaları gətirəcək? Növbəti məqalədə bu sualları araşdıracağıq.

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Hamı üçün olan kitab» broşürasının 28-ci səhifəsinə baxın.

İzah edə bilərsinizmi?

• Qədimdə baş verən hansı hadisələr sübut edir ki, Allahın ‘kəlməsi’ həmişə ‘həyata keçir’?

• Yehova ‘əzəli məqsədi’ ilə əlaqədar nəyi qabaqcadan müəyyən etmişdir?

• Yehova gələcəyi bilmə qabiliyyətindən necə istifadə edir?

[23-cü səhifədəki şəkil]

Allah İsanın ölüb, sonradan diriləcəyini qabaqcadan söyləmişdi.

[24-cü səhifədəki şəkil]

Yehova Adəm ilə Həvvanın necə davranacağını qabaqcadanmı müəyyən etmişdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş