Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/6 s. 28
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • Tək sürü, tək Çoban
    Gözətçi qülləsi 2010
  • Anadangəlmə Allaha həsr olunmuşlar
    Gözətçi qülləsi 2006
  • Yehovanın rəhbərliyi bəraət qazanıb!
    Gözətçi qülləsi 2010
Gözətçi qülləsi 2008
w08 15/6 s. 28

Oxucuların sualları

Həvari Pavel ‘bütün İsrailin xilas olacağını’ demişdi (Rom. 11:26). O, bir zamanlar bütün yəhudilərin məsihçiliyi qəbul edəcəyinimi nəzərdə tuturdu?

Xeyr, Pavel bunu nəzərdə tutmurdu. İbrahimin nəsli, bir xalq kimi, İsanın Məsih olduğunu inkar etdi. İsanın ölümündən sonrakı illərdə aydın oldu ki, yəhudilər kütləvi şəkildə məsihçiliyi qəbul etməyəcəklər. Bununla belə, Pavelin «bütün İsrail xilas olacaqdır» sözləri həqiqət idi. Hansı mənada?

İsa öz günlərində yaşayan yəhudi din rəhbərlərinə demişdi: «Allahın Səltənəti sizdən alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəkdir» (Mat. 21:43). İsrail xalqı ümumilikdə İsanı rədd etdiyi üçün, Yehova diqqətini yeni, ruhani xalqa yönəldəcəkdi. Pavel həmin xalqı «Allahın İsraili» adlandırdı (Qalat. 6:16).

Yunanca Müqəddəs Yazıların digər yerlərində sübut edilir ki, «Allahın İsraili» ruhla məsh edilmiş 144 000 məsihçidən ibarətdir (Rom. 8:15-17; Vəhy 7:4). Bu qrupa qeyri-yəhudilərdən olan insanların da daxil olduğunu Vəhy 5:9, 10 ayələri təsdiq edir. Orada məsh olunmuş məsihçilərin «hər qəbilədən, dildən, xalqdan və millətdən» olduğu göstərilir. Ruhani İsrailin üzvləri xüsusilə də «padşah və kahin» olmaq üçün seçilmişlər və onlar ‘dünya üzərində səltənət sürəcəklər’. Yehova İsraili seçilmiş bir xalq kimi rədd etsə də, onun ayrı-ayrı üzvlərinin Allahla barışmaq imkanı var idi. Həvarilər və bir çox erkən məsihçilər də onların sırasında idi. Ancaq sözsüz ki, bütün başqa adamlar kimi, bu yəhudilər də İsa Məsihin qanı ilə satın alınmalı idilər (1 Tim. 2:5, 6; İbr. 2:9; 1 Pet. 1:17-19).

Birinci əsrdə yəhudilərin əksəriyyətinin İsanın hakimiyyət şərikləri olmaq imkanını əldən verməsi Allahın niyyətinin qarşısına sədd çəkmədi. Bu qeyri-mümkündür, çünki Yehova peyğəmbəri vasitəsilə demişdi: «Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11).

Bu, Allahın səmada Oğlu ilə birlikdə 144 000 nəfərin səltənət sürməsinə dair məqsədinə gəldikdə də belədir. Müqəddəs Kitab açıqlayır ki, Allah 144 000 nəfərin hamısını məsh edəcək. Bir nəfər də olsun, əskik olmayacaq! (Vəhy 14:1-5).

Beləliklə, həvari Pavel «bütün İsrail xilas olacaqdır» deyəndə, yəhudilərin kütləvi şəkildə məsihçiliyi qəbul edəcəyini peyğəmbərlik etmirdi. Əksinə, o, Allahın səmada Oğlu İsa Məsihlə birlikdə 144 000 nəfər ruhani israillinin hakimiyyət sürməsinə dair niyyətinin yerinə yetəcəyini nəzərdə tuturdu. Allahın təyin etdiyi vaxtda onların hamısı, «bütün İsrail» xilas olaraq, nəhayət ki, Allahın Padşahlığında padşah və kahin kimi səltənət sürəcək (Efes. 2:8).

[28-ci səhifədəki şəkillər]

Məsh olunmuşlar ‘hər millətdən, hər qəbilədən, hər dildən və hər xalqdandırlar’

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş