Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 mart s. 10—11
  • 8—14 aprel

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 8—14 aprel
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 mart s. 10—11

8—14 APREL

ZƏBUR 26—28

Nəğmə 34 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

Davud padşah hərarətlə dua edir.

1. Davud kamilliyini qorudu

(10 dəq.)

Davud Yehovadan onu saf etməsini xahiş etmişdi (Zb 26:1, 2; w05 1/3 s. 23—24, abz. 8, 9)

Davud pis insanlarla dostluq etmirdi (Zb 26:4, 5; w05 1/3 s. 25, abz. 12, 13)

Davud Yehovaya ibadət etməyi sevirdi (Zb 26:8; w05 1/3 s. 26, abz. 17, 18)


Davud səhvlərə yol versə də, «sidqi-ürəklə» ibadət edirdi (1Pd 9:4). Davudun kamilliyi onun Yehovaya tam sədaqətlə ibadət etməyindən və məhəbbətindən görünürdü.

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 27:10. Yaxın dostlarımız bizi tərk edəndə bu ayə bizə necə təsəlli verə bilər? (w06 1/8 s. 18, abz. 15)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 27:1—14 (th dərs 2)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(2 dəq.) EV-EV TƏBLİĞ. Xidmət üçün vəsaitlərdən bir buklet istifadə et (th dərs 3).

5. Təkrar söhbət

(4 dəq.) EV-EV TƏBLİĞ. Öncəki ziyarətində verdiyin bukletin arxa səhifəsindəki sualı müzakirə et. Həmsöhbətinə jw.org saytını və ondan necə istifadə edə biləcəyini göstər (lmd dərs 9, bənd 3).

6. Nitq

(5 dəq.) lmd əlavə 1, bənd 3. Mövzu: İnsanların Yer kürəsinə vurduğu zərər aradan qaldırılacaq (th dərs 13).

MƏSİHİ HƏYATI

Nəğmə 128

7. Əxlaqi təmizliyini qoruyan yeniyetmələr

(15 dəq.). Müzakirə.

Yeniyetmə oğlan oxuduğu ayə üzərində düşünür. Yanındakı planşetdə «Yeniyetmə həyatı. Sekslə bağlı üzləşdiyim təzyiqin öhdəsindən necə gələ bilərəm?» adlı video gedir. Ekranda Yusifin Fitfirin arvadından qaçdığı səhnə canlanır.

Gənc məsihilər əxlaqi təmizliklərini qorumaq üçün mübarizə aparmalıdırlar. Onlar gəncliyin çiçəklənən vaxtında, cinsi istəklərin güclü olduğu bir vaxtda qeyri-kamil bədənləri ilə mübarizə aparırlar (Rm 7:21; 1Kr 7:36). Həmçinin onlar həm əks cinsdən, həm də eyni cinsdən olan insanların israrla etdikləri əxlaqsız təkliflərə qarşı durmalıdırlar (Ef 2:2). Biz əxlaqi təmizliyini qoruyan dindaşlarımızla fəxr edirik.

«Yeniyetmə həyatı. Sekslə bağlı üzləşdiyim təzyiqin öhdəsindən necə gələ bilərəm?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Kori və Kemren həmyaşıdları tərəfindən hansı təzyiqə məruz qalmışdılar?

  • Onlar kamilliklərini necə qoruya bildilər?

  • Bu kimi vəziyyətlərlə üzləşsəniz, hansı Müqəddəs Kitab prinsipləri dadınıza çata bilər?

8. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 8, abz. 5—12

Yekun sözlər (3 dəq.) | Nəğmə 38 və dua

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş