Nəyə görə müharibə və münaqişələr bitmək bilmir?
Müqəddəs Kitab müharibə və münaqişələrin təməl səbəblərini və onların nəyə görə hələ də davam etdiyini açıqlayır.
GÜNAH
Allah ulu valideynlərimiz Adəmlə Həvvanı Özünə bənzər yaratmışdı (Yaradılış 1:27). Bu o demək idi ki, onlar sülh və məhəbbət də daxil olmaqla, Allahın xüsusiyyətlərini təbii olaraq təzahür etdirəcəkdilər (1 Korinflilərə 14:33; 1 Yəhya 4:8). Lakin Adəmlə Həvva Allaha itaətsizlik edib günah işlədilər. Nəticədə, hər birimiz günahı və ölümü miras aldıq (Romalılara 5:12). Miras aldığımız günah bizi zorakı düşüncə və davranışlara sövq edir (Yaradılış 6:5; Mark 7:21, 22).
İNSAN HÖKUMƏTLƏRİ
Allah bizi elə yaratmayıb ki, insan insan üzərində hakimiyyət sürsün. Müqəddəs Kitabda deyilir: «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23). Buna görə də insan hökumətləri müharibələrə və münaqişələrə birdəfəlik son qoya bilmir.
ŞEYTAN VƏ ONUN CİNLƏRİ
Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, «bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). Ayədəki «Şərir» Şeytan İblisdir və o, qatildir (Yəhya 8:44). O və əlaltıları olan şər ruhi qüvvələr «səhnə arxasından» müharibə və münaqişələrə təkan verirlər (Vəhy 12:9, 12).
İnsanlar müharibə və münaqişələrin təməl səbəblərini aradan qaldırmağa qadir deyillər, Allah isə qadirdir.