Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 iyul s. 2—7
  • Nəyə görə məsləhət almalıyıq?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə məsləhət almalıyıq?
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • HANSI XÜSUSİYYƏTƏ SAHİB OLMALIYAM?
  • KİM MƏNƏ YAXŞI MƏSLƏHƏT VERƏ BİLƏR?
  • DÜZGÜN MƏQSƏDLƏ MƏSLƏHƏT AXTARDIĞIMI NECƏ GÖSTƏRƏ BİLƏRƏM?
  • KİMİNSƏ YERİMƏ QƏRAR VERMƏYİNİ İSTƏMƏYİM DÜZGÜNDÜR?
  • HƏMİŞƏ MƏSLƏHƏT AXTARIN
  • Məsləhəti necə vermək olar?
    Gözətçi qülləsi 2025
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Sadiq insanların son nəsihətinə əməl edin
    Gözətçi qülləsi 2024
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2025
w25 iyul s. 2—7

TƏLİM MƏQALƏSİ 28

NƏĞMƏ 88 Mənə yollarını öyrət

Nəyə görə məsləhət almalıyıq?

«Məsləhət axtaran... hikmətlidir» (MƏS. 13:10).

ƏSAS FİKİR

Aldığımız məsləhətdən tam faydalanmaq üçün nə etməliyik?

1. Düzgün qərarlar vermək və planlarımızın baş tutması üçün nə edə bilərik? (Məsəllər 13:10; 15:22).

HAMIMIZ düzgün qərarlar vermək və planlarımızın baş tutmasını istəyirik. Allahın Kəlamında buna nail olmağın yolları göstərilir. (Məsəllər 13:10; 15:22 ayələrini oxuyun.)

2. Yehova bizə nə söz verib?

2 Əlbəttə, üz tuta biləcəyimiz ən müdrik məsləhətçi Yehova Atamızdır. O bizə kömək edəcəyinə söz verərək deyir: «Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq» (Zəb. 32:8). Bu sözlər göstərir ki, Yehova məhz bizə lazım olan məsləhəti verir və verdiyi məsləhətə əməl etməyə kömək edir.

3. Bu məqalədə hansı suallara cavab tapacağıq?

3 Bu məqalədə biz Allahın Kəlamı vasitəsilə dörd suala cavab tapacağıq: 1) Məsləhətin xeyrini görmək üçün hansı xüsusiyyətə sahib olmalıyam? 2) Kim mənə yaxşı məsləhət verə bilər? 3) Düzgün məqsədlə məsləhət axtardığımı necə göstərə bilərəm? 4) Nəyə görə kiminsə mənim yerimə qərar verməsini istəməməliyəm?

HANSI XÜSUSİYYƏTƏ SAHİB OLMALIYAM?

4. Məsləhətin faydasını görmək istəyiriksə, hansı xüsusiyyətə yiyələnməliyik?

4 Məsləhətin faydasını görmək üçün təvazökar olmalıyıq. Bir şeyi nəzərə almalıyıq: mümkün deyil ki, bizim hər sahədə təcrübəmiz və ya biliyimiz olsun. Təvazökar olmasaq, Yehova bizə kömək edə bilməyəcək. Nəticədə, Onun Kəlamını oxuyarkən oradakı məsləhətlərə əhəmiyyət verməyəcəyik (Mik. 6:8; 1 But. 5:5). Amma əgər biz təvazökarıqsa, Allahın Kəlamından eşitdiyimiz məsləhətlərə diqqət yetirəcəyik və tətbiq edəcəyik.

5. Qazandığı hansı nailiyyətlər Davud padşahı məğrur edə bilərdi?

5 Gəlin Davud padşahın nümunəsinə nəzər salaq. O, qazandığı nailiyyətlərə görə məğrur insana çevrilə bilərdi. Hələ padşah olmazdan uzun illər əvvəl o öz musiqi qabiliyyəti ilə tanınırdı. Hətta o, padşahın hüzurunda ifa etmək üçün dəvət almışdı (1 İşm. 16:18, 19). Həmçinin Yehova Davudu İsrailin növbəti padşahı kimi məsh etmişdi və müqəddəs ruhunu verib gücləndirmişdi (1 İşm. 16:11—13). O, Calut adlı nəhəng filiştlini və digər düşmənləri məğlub etmişdi. Buna görə də xalq onu vəsf edirdi (1 İşm. 17:37, 50; 18:7). Əgər Davud məğrur olsaydı, bu qədər böyük nailiyyətlərin qarşısında düşünərdi ki, kimdənsə məsləhət almağa ehtiyacı yoxdur. Amma o belə insan deyildi.

6. Nəyə görə deyə bilərik ki, Davud məsləhətə açıq insan idi? (Həmçinin şəklə baxın.)

6 Padşah olandan sonra da Davud ona məsləhət verə biləcək kəslərlə oturub-dururdu (1 Saln. 27:32—34). Bu, təəccüblü deyil, çünki Davud həmişə məsləhətə qulaq asan insan olub. O, məsləhəti təkcə kişi xeylaqlarından yox, hətta Abiqayil adlı bir qadından da qəbul etmişdi. Davud Abiqayilin əri Nabal kimi deyildi. Nabal saymazyana, naşükür və lovğa insan idi. Davud isə təvazökar idi. O, Abiqayilin məsləhətinə qulaq asdı və bu onu böyük bir səhvdən saxladı (1 İşm. 25:2, 3, 21—25, 32—34).

Abiqayil diz çöküb Davud padşaha yalvarır və padşah ona diqqətlə qulaq asır.

Davud padşah təvazökarlıq göstərib Abiqayilin məsləhətini dinlədi və ona əməl etdi (6-cı abzasa baxın)


7. Davudun nümunəsindən nə öyrənə bilərik? (Vaiz 4:13; həmçinin şəkillərə baxın.)

7 Davudun nümunəsindən çox şey öyrənə bilərik. Məsələn, ola bilsin, istedadlıyıq, müəyyən səlahiyyətimiz var. Bununla belə, düşünməməliyik ki, hər şeyi bilirik və məsləhətə ehtiyacımız yoxdur. Davud kimi biz də kimin verməsindən asılı olmayaraq, yaxşı məsləhətə qulaq asmalıyıq. (Vaiz 4:13 ayəsini oxuyun.) Onda həm özümüzə, həm də başqalarına problem yaşadacaq böyük səhvlərdən uzaq olacağıq.

Kollaj: 1) Dörd ağsaqqalın görüşüdür. Onlardan biri kobud danışır. 2) Bundan sonra görüşdə olan cavan ağsaqqal kobud danışan ağsaqqala maşında təklikdə olanda bununla bağlı məsləhət verir.

Kimin verməsindən asılı olmayaraq yaxşı məsləhətə qulaq asmalıyıq (7-ci abzasa baxın)c


KİM MƏNƏ YAXŞI MƏSLƏHƏT VERƏ BİLƏR?

8. Nəyə görə Yonatan Davuda məsləhət vermək üçün münasib insan idi?

8 Davuddan bir sahədə də nümunə götürə bilərik. O kimlərdən məsləhət alırdı? Həm Yehova ilə yaxşı münasibəti olan, həm də onun üzləşdiyi vəziyyəti yaxşı başa düşən insanlardan. Misal üçün, Davud Talut padşahla münasibətini yaxşılaşdırmaq istəyirdi və bunun mümkün olub-olmadığını öyrənmək üçün o, Talutun oğlu Yonatandan məsləhət almışdı. Nəyə görə Yonatan ona yaxşı məsləhət verə bilərdi? Çünki Yonatanın həm Yehova ilə sıx münasibəti var idi, həm də Talutu yaxşı tanıyırdı (1 İşm. 20:9—13). Biz bundan nə öyrənirik?

9. Kimdən məsləhət almalıyıq? İzah edin (Məsəllər 13:20).

9 Yaxşı olar ki, məsləhət aldığımız insanın həm Yehova ilə möhkəm münasibəti olsun, həm də köməyə ehtiyacımız olan məsələdə təcrübəsia. (Məsəllər 13:20 ayəsini oxuyun.) Tutaq ki, gənc qardaş münasib həyat yoldaşı axtarır. Ona kim yaxşı məsləhət verə bilər? O, subay dostu ilə məsləhətləşsə və dostu Müqəddəs Kitab prinsiplərinə uyğun məsləhət versə, bu məsləhətin ona xeyri dəyə bilər. Amma əgər bu gənc qardaş onu yaxşı tanıyan, yetkin və müəyyən müddət ailəli olan məsihi ər-arvadla məsləhətləşsə, daha konkret, daha praktiki məsləhət ala bilər.

10. Məqalədə daha nəyi araşdıracağıq?

10 Bura qədər məsləhət alarkən bizə lazım olan xüsusiyyət haqda danışdıq və gördük ki, kim bizə yaxşı məsləhət verə bilər. İndi isə gəlin görək nəyə görə düzgün məqsədlə məsləhət axtarmalıyıq və kiminsə yerimizə qərar verməsini istəmək düzgündürmü.

DÜZGÜN MƏQSƏDLƏ MƏSLƏHƏT AXTARDIĞIMI NECƏ GÖSTƏRƏ BİLƏRƏM?

11, 12. a) Nəyi etməyimiz düzgün olmaz? b) Rəhabam padşah vacib qərar verərkən nə etmişdi?

11 Bəzən elə görünür ki, insan məsləhət axtarır, əslində isə o, sadəcə artıq verdiyi qərarı kiminsə təsdiqləməyini istəyir. Belə insan düzgün məqsədlə məsləhət axtarmır. O, Rəhabam padşahın başına gələnlərdən özünə ibrət götürməlidir.

12 Rəhabam atası Süleyman öləndən sonra onun yerinə İsrailin padşahı olmuşdu. O, taxta çıxanda xalq firavan yaşayırdı. Amma onlar düşünürdü ki, Süleyman onların üzərinə ağır iş qoyub. Xalq Rəhabam padşahın yanına gəlib onların yükünü yüngülləşdirməyini istəyir. Rəhabam onlara deyir ki, üç gün sonra qərarını açıqlayacaq. O, əvvəlcə Süleymana xidmət etmiş ağsaqqallarla məsləhətləşir (1 Pad. 12:2—7). Bu, yaxşı başlanğıc idi. Amma Rəhabam onların məsləhətini rədd edir. Nəyə görə o belə edir? Bəlkə, Rəhabam artıq qərarını vermişdi və sadəcə onunla razılaşacaq insanlar axtarırdı? Elədirsə, o, məqsədinə çatdı. Cavan dostlarının verdiyi məsləhət onun ağlında tutduğu qərarla üst-üstə düşürdü (1 Pad. 12:8—14). Rəhabam xalqa dostlarının məsləhətinə uyğun cavab verdi. Nəticədə, xalq parçalandı və o vaxtdan Rəhabamın başı bəladan açılmadı (1 Pad. 12:16—19).

13. Düzgün məqsədlə məsləhət axtardığımızı necə yoxlaya bilərik?

13 Rəhabamın hadisəsindən hansı ibrəti götürürük? Özümüz üçün artıq qərar verib, sonra kimdənsə məsləhət istəmək düzgün olmazdı. Biz məsləhətə qulaq asmağa hazır olmalıyıq. Ona görə də bu sual üzərində düşünə bilərik: «Məsləhət istəyib sonra da istədiyim cavabı almayanda onu dərhal rədd edirəm?» Bir nümunəyə baxaq.

14. Məsləhət alanda nəyi yadda saxlamalıyıq? Nümunə çəkin. (Həmçinin şəklə baxın.)

14 Təsəvvür edin ki, bir qardaş gəlirli iş təklifi alıb. Bu təklifi qəbul etməzdən əvvəl o, ağsaqqalla məsləhətləşir. Ona bildirir ki, bu işdə işləsə, həftələrlə ailəsindən uzaq düşəcək. Ağsaqqal qardaşa Müqəddəs Kitab prinsiplərini xatırladaraq deyir ki, onun başlıca vəzifəsi ailəsinin ruhani tələbatlarının qeydinə qalmaqdır (Efes. 6:4; 1 Tim. 5:8). Həmin qardaş dərhal ağsaqqalın sözündə səhv tapır, eşitmək istədiyi cavabı alana qədər başqa qardaşlarla məsləhətləşir. Bu qardaş haqda nə demək olar? O, doğrudan da, məsləhət axtarır, yoxsa artıq ağlında qərar verib, sadəcə onunla razılaşacaq insan axtarır? Gəlin unutmayaq, insan ürəyi xaindir (Ərm. 17:9). Bəzən bizə ən çox lazım olan məsləhət eşitməyi ən az istədiyimiz məsləhətdir.

Bir bacı bir neçə bacı-qardaşdan məsləhət alır. Eşitdiyindən razı qalmayıb bir nəfərdən o birinə keçir.

Biz, həqiqətən də, yaxşı məsləhət axtarırıq, yoxsa bizimlə razılaşacaq insan? (14-cü abzasa baxın)


KİMİNSƏ YERİMƏ QƏRAR VERMƏYİNİ İSTƏMƏYİM DÜZGÜNDÜR?

15. Nəyi etməməliyik və nəyə görə?

15 Qərar vermək hər kəsin öz məsuliyyətidir (Qal. 6:4, 5). Artıq araşdırdığımız kimi, hikmətli insan qərar verməzdən əvvəl Allahın Kəlamına müraciət edir və yetkin məsihilərlə məsləhətləşir. Bununla belə, ehtiyatlı olmalıyıq ki, başqalarının bizim yerimizə qərar verməsini istəməyək. Bəziləri hörmət bəslədikləri insandan birbaşa soruşur: «Mənim yerimə olsaydın, nə edərdin?» Digərləri isə məsələ barədə dərindən düşünmədən başqasının etdiyini təkrarlayırlar.

16. Korinfdə bütlərə təqdim olunmuş ətlə bağlı hansı vəziyyət yaranmışdı və bu əti yeyib-yeməməklə bağlı qərarı vermək kimin məsuliyyəti idi? (1 Korinflilərə 8:7; 10:25, 26).

16 Birinci əsrdə Korinf yığıncağında yaranan vəziyyətə nəzər salaq. Oradakı məsihilər bütlərə qurban gətirilən əti yeməklə bağlı qərar verməli idilər. Bulus onlara belə sözlər yazmışdı: «Biz bilirik ki, büt heç nədir, tək olan Allahdan başqa Allah yoxdur» (1 Kor. 8:4). Buna əsaslanaraq, bəziləri qərara gəldilər ki, bazarda satılan əti alıb yeyə bilərlər. Baxmayaraq ki, bu ət bütlərə qurban gətirilmiş ola bilərdi. Digərləri isə vicdanları narahat etməsin deyə həmin əti yeməmək qərarına gəldi. (1 Korinflilərə 8:7; 10:25, 26 ayələrini oxuyun.) Bu, hər kəsin şəxsi işi idi. Bulus heç vaxt korinflilərə başqalarının yerinə qərar verməyi, yaxud kiminsə etdiyini təkrarlamağı məsləhət görməmişdi. Onların hər biri özünə görə Allaha cavab verəcəkdi (Rom. 14:10—12).

17. Əgər kiminsə qərarına əsaslanaraq qərar versək, nə baş verər? Nümunə çəkin. (Həmçinin şəkillərə baxın.)

17 Bu gün də buna oxşar vəziyyət yarana bilər. Gəlin qanın kiçik tərkib hissələri ilə bağlı məsələyə baxaq. Hər bir məsihi qanın kiçik tərkib hissələrini qəbul edib-etməməklə bağlı öz qərarını verməlidirb. Bizə bu məsələni axıradək başa düşmək çətin ola bilər, amma bu cür qərarların məsuliyyət yükü hər kəsin öz boynuna düşür (Rom. 14:4). Əgər kiminsə qərarına əsaslanaraq qərar veririksə, onda öz vicdanımızı zəiflədə bilərik. Biz vicdanımızı işlətdiyimiz təqdirdə onu tərbiyə edib yaxşılaşdırırıq (İbr. 5:14). Onda biz nə vaxt yetkin məsihidən məsləhət istəməliyik? Vacibdir ki, əvvəlcə özümüz araşdırma aparaq. Əgər bundan sonra da Müqəddəs Kitab prinsiplərini öz vəziyyətimizə tətbiq edə bilmiriksə, onda yetkin məsihi ilə məsləhətləşə bilərik.

Kollaj: 1) Qardaş Müqəddəs Kitabdan, «Əbədi xoşbəxt həyat!» kitabının 39-cu dərsindən və «Müalicə zamanı qanla bağlı necə qərar verməli?» videosundan istifadə edərək «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» vərəqəsini doldurur. 2) Sonra o, yetkin qardaşla söhbət edir. Qardaş onunla ayəni müzakirə edir.

Biz yalnız özümüz axtarış aparandan sonra kimdənsə məsləhət istəməliyik (17-ci abzasa baxın)


HƏMİŞƏ MƏSLƏHƏT AXTARIN

18. Yehova bizim üçün nə edib?

18 Yehova qərar vermək məsuliyyətini öz öhdəmizə buraxmaqla bizə etibar etdiyini göstərib. O bizə Kəlamı olan Müqəddəs Kitabı verib, həmçinin oradakı prinsipləri başa düşməyə kömək edən dostlar bəxş edib. Bu yollarla Yehova göstərir ki, məhəbbətli bir Ata kimi qeydimizə qalır (Məs. 3:21—23). Ona minnətdarlığımızı necə göstərə bilərik?

19. Yehovanı daim sevindirmək üçün nə edə bilərik?

19 Bir məqama nəzər yetirək. Valideynlər övladlarının böyüyüb qayğıkeş və hikmətli məsihi olduqlarını görəndə çox sevinirlər. Eynilə Yehova da bizim ruhani cəhətdən böyüdüyümüzü, məsləhət axtardığımızı və Ona şərəf gətirən qərarlar verdiyimizi görəndə çox sevinir.

MƏSLƏHƏTİN XEYRİNİ GÖRMƏK ÜÇÜN NƏYƏ GÖRƏ MƏN...

  • təvazökar olmalıyam?

  • düzgün məqsədlə məsləhət istəməliyəm?

  • özüm qərar verməliyəm?

NƏĞMƏ 127 Necə insan olmalıyam?

a Bəzən məsihinin maddi, tibbi, yaxud digər məsələlərlə bağlı Yehovaya xidmət etməyən insanla məsləhətləşməsi ağıllı hərəkət olar.

b Bu mövzunu daha ətraflı araşdırmaq üçün «Əbədi xoşbəxt həyat!» kitabından 39-cu dərsin 5-ci bəndinə və «Əlavə məlumat» hissəsinə baxın.

c ŞƏKLİN İZAHI. Cavan ağsaqqal yaşlı ağsaqqala görüşdəki danışıq tərzi ilə bağlı məsləhət verir.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş