NƏĞMƏ 12
Uca Allah Yehova
Çap versiyası
	- 1. Ya Rəbb Yehova, tək Sən ucasan, - Heç zaman sevgin bitməz, - Hüsnünə tərif yetməz. - Sən Var olansan, çox hikmətlisən, - Güc-qüvvən heç tükənməz. 
- 2. Çox şəfqətlisən, əfv eyləyənsən, - Biz möhtacıq tək Sənə, - Sən qalmazsan biganə. - Daim ruhunla yol göstərirsən, - Üz tutduq dərgahına. 
- 3. Ya Rəbb, layiqsən şan-şöhrətə Sən, - Bərq vurur şanlı taxtın, - Vəsf edirik pak ismin. - Biz sidq-ürəklə həmd söyləyirik, - Qoy məmnun qalsın qəlbin. 
(Həmçinin baxın: Qan. 32:4; Məs. 16:12; Mət. 6:10; Vəhy 4:11.)