Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/1 s. 23—29
  • Xoş xəbərin gətirdiyi xeyir-dualar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xoş xəbərin gətirdiyi xeyir-dualar
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Müjdənin bu gün təbliğ edilməsi
  • Əbədi xeyir-dualar gətirən xoş xəbər
  • Xoş xəbər insanları dəyişir
  • Xoş xəbər təvazökarlar üçün xeyir-duadır
  • “Bütün yaslılara təsəlli”
  • Ətrafdakılar üçün xeyir-dua
  • Məsihin həqiqi davamçılarının hamısı müjdəçidirlər
    Gözətçi qülləsi 2002
  • Xoş müjdəni bəyan edirik
    Gözətçi qülləsi 2005
  • Əzab çəkənlərə təsəlli verin
    Gözətçi qülləsi 2011
  • Kədərli olanlara təsəlli verin
    Gözətçi qülləsi 2003
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/1 s. 23—29

Xoş xəbərin gətirdiyi xeyir-dualar

“Təvazökarlara müjdəni və’z etmək üçün Rəbb məni məsh etdi; ürəyi qırıq olanları sarımaq üçün... bütün yaslılara təsəlli üçün” (İŞAYA 61:1, 2).

1, 2. a) İsa özü haqqında nəyi açıqladı və necə? b) İsanın bəyan etdiyi xoş xəbər hansı xeyir-duaları gətirirdi?

ŞƏNBƏ günü xidmətinə yenicə başlayan İsa, Nazaretdə yerləşən sinaqoqda idi. Müqəddəs Kitabda söylənildiyi kimi, “Ona Yeşaya [İşaya] peyğəmbərin kitabı verildi. Kitabı açıb, bu sözlər yazılmış yeri tapdı: “Rəbbin Ruhu üzərimdədir, çünki... Müjdəni bildirmək üçün O Məni məsh etdi”. İsa bu peyğəmbərlikdən xeyli oxudu. Sonra o, əyləşib, dedi: “Eşitdiyiniz bu Yazı bu gün icra edildi” (Luka 4:16-21).

2 Beləliklə, İsa göstərdi ki, peyğəmbərlikdə bəhs edilən həmin müjdəçi və təsəlliverən onun özüdür (Matta 4:23). İsanın təbliğ etdiyi xoş xəbər necə də gözəl idi! O öz dinləyicilərinə bu sözlərlə müraciət etdi: “Mən dünyanın Nuruyam; Mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq” (Yəhya 8:12). O, həmçinin dedi: “Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir” (Yəhya 8:31, 32). Bəli, İsada “əbədi həyatın sözləri” vardı (Yəhya 6:68, 69). İşıq, həyat və azadlıq - qiymətləndirilməsi vacib olan xeyir-dualardır!

3. İsanın şagirdləri hansı xoş xəbəri təbliğ edirdilər?

3 Eramızın 33-cü ilinin Pentikost günündən sonra, İsanın şagirdləri Müjdənin təbliğini davam etdirdilər. Onlar “Padşahlıq haqqında olan bu Müjdə”ni necə israillilərə, eləcə də başqa xalqdan olan millətlərə təbliğ edirdilər (Matta 24:14, İ-93; Həvarilərin işləri 15:7; Romalılara 1:16). Bu xəbərə hay verən kəslər Yehova haqda bilik əldə edirdilər. Onlar dini əsarətdən azad olub, Rəbb İsa Məsihlə göylərdə əbədi idarə edəcək yeni ruhani xalqa - “Allahın İsraili”nə qovuşurdular (Qalatiyalılara 5:1; 6:16; Efeslilərə 3:5-7; Koloslulara 1:4, 5; Vəhy 22:5). Necə də böyük xeyir-dualardır!

Müjdənin bu gün təbliğ edilməsi

4. Xoş xəbəri təbliğ etmək tapşırığı bu gün necə yerinə yetir?

4 İlk dəfə İsaya verilmiş peyğəmbərliklə bağlı tapşırığı, bu gün “digər qoyunlar”dan ibarət “böyük izdiham”ın dəstəklədiyi məsh edilmiş məsihçilər yerinə yetirməkdə davam edirlər (Vəhy 7:9; Yəhya 10:16). Bunun sayəsində, xoş xəbər misli görünməmiş miqyasda təbliğ olunur. Yehovanın Şahidləri 235 ölkə və ərazidə, “təvazökarlara müjdəni və’z edir... ürəyi qırıq olanları sarımaq üçün, sürgünlərə hürriyyəti, məhbus olanlara zindanın açıldığını e’lan üçün Rəbbin lütf ilini və Allahımızın qisas gününü e’lan üçün, bütün yaslılara təsəlli” verirlər (İşaya 61:1, 2). Deməli, məsihçilərin təbliğ etdiyi müjdə çoxları üçün xeyir-dua olmaqda davam edir, “hər cür sıxıntı içində olanlara” isə əsl təsəlli gətirir (2 Korinflilərə 1:3, 4).

5. Xoş xəbərin təbliğində Yehovanın Şahidləri, Xristian dünyasının kilsə üzvlərindən nə ilə fərqlənirlər?

5 Doğrudur ki, Xristian dünyasının kilsələri müjdəni yaymaq işinin müxtəlif növləri üçün vəsait ayırır. Onlardan çoxu başqa ölkələrə, prozelitizmlə məşğul olan missionerlər göndərir. Misal üçün, Pravoslav nəşrlərindən birində Madaqaskarda, Afrikanın cənubunda, Tanzaniyada və Zimbabvedə fəaliyyət göstərən Pravoslav missionerlərindən danışılır (“The Orthodox Christian Mission Center Magazine”). Ancaq Xristian dünyasının başqa kilsələrində olduğu kimi, Pravoslav kilsəsinin əksər üzvləri belə fəaliyyətlə məşğul olmurlar. Lakin Yehovanın bütün sadiq Şahidləri xoş xəbəri təbliğ etməyə çalışırlar. Onlar başa düşürlər ki, xoş xəbəri bəyan etməklə, imanlarının həqiqiliyini sübut etmiş olurlar. Pavel demişdir: “İnsan ürəkdən iman edərək bəraət qazanır, imanını ağzı ilə iqrar edərək də xilas olunur”. Hərəkətə təşviq etməyən iman, demək olar ki, ölüdür (Romalılara 10:10; Yaqub 2:17).

Əbədi xeyir-dualar gətirən xoş xəbər

6. Bu gün hansı xoş xəbər təbliğ olunur?

6 Yehovanın Şahidləri ən yaxşı xəbəri təbliğ edirlər. Onlar Müqəddəs Kitabı açır və həssas insanlara göstərirlər ki, bəşəriyyətin Allaha yaxınlaşması, günahlarının bağışlanması və əbədi həyatı ala bilməsi üçün İsa öz həyatını qurban verib (Yəhya 3:16; 2 Korinflilərə 5:18, 19). Onlar, məsh edilmiş Padşah, İsa Məsih tərəfindən idarə olunan Allahın Padşahlığının göydə qurulduğunu, bir azdan əziyyətlərə son qoyacağını, Onun rəhbərliyi altında yerin cənnətə çevriləcəyini e’lan edirlər (Vəhy 11:15; 21:3, 4). Onlar İşayanın peyğəmbərliyini yerinə yetirərək, yaxınlarına e’lan edirlər ki, indi “Rəbbin lütf ili”dir, belə ki, bəşəriyyətin xoş xəbərə hay verməyə hələ vaxtı var. Onlar həm də “Allahımızın qisas günü”nü, Yehovanın tövbə etməyən qanunsuzları məhv edəcəyini xəbər verirlər (Məzmur 37:9-11).

7. Yehovanın Şahidlərinin birliyini hansı hadisə göstərir və bu birlik nə ilə izah olunur?

7 Faciə və bədbəxtliklərdən usanmış dünyada, bu, öz dəyərini heç zaman itirməyən yeganə xoş xəbərdir. Onu qəbul edənlər, milli, tayfa və iqtisadi fərqlərin onlar arasına sədd çəkməsinə yol vermədən, məsihçilərin birləşmiş ümumdünya qardaşlığına qovuşurlar. Onlar “kamil birliyin bağı olan məhəbbəti” geyiniblər (Koloslulara 3:14; Yəhya 15:12). Keçən il Afrika ölkələrinin birində baş vermiş hadisə buna sübutdur. Bir səhər, şəhərin sakinləri güllə səsinə oyandılar. Dövlət çevrilişi etməyə cəhd göstərilirdi. Mübarizə etnik xarakter alan zaman, Şahidlərdən birinin ailəsini, digər etnik qrupdan olan Şahidləri gizlətdiyi üçün mühakimə etmişlər. Bu zaman ailə cavab vermişdi: “Bizdə, ancaq Yehovanın Şahidləri yaşayır”. Bu ailə üçün etnik fərq heç bir mə’na kəsb etmirdi, onlar üçün, təsəlliyə ehtiyacı olanlara məsihçi məhəbbəti təzahür etdirmək vacib idi. Həmin ailənin, Yehovanın Şahidi olmayan bir qohumu qeyd etmişdi: “Bütün dinlərin üzvləri öz həmimanlılarını ələ verirdilər, yalnız Yehovanın Şahidləri belə etmirdilər”. Vətəndaş müharibəsinin parçaladığı ölkələrdə baş verən buna bənzər çox hadisələr göstərir ki, Yehovanın Şahidləri həqiqətən də “qardaşlığı sevir”lər (1 Peter 2:17).

Xoş xəbər insanları dəyişir

8, 9. a) Xoş xəbəri qəbul edən kəslər necə dəyişilirlər? b) Xoş xəbərin gücünü hansı hadisələr nümayiş etdirir?

8 Xoş xəbər, Pavelin “indiki və gələcək həyat” adlandırdığına tə’sir edir (1 Timoteyə 4:8). Xoş xəbər nəinki gələcək həyata gözəl, möhkəm ümid verir, həmçinin “indiki... həyatı” yaxşılaşdırmağa da kömək edir. Həyatı Allahın iradəsinə müvafiq olsun deyə, Yehovanın hər bir Şahidi Allahın Kəlamı olan Müqəddəs Kitabı əldə rəhbər tutur (Məzmur 119:101). Onlar özlərində, salehlik və hədsiz sədaqət kimi keyfiyyətləri inkişaf etdirirlər ki, bunun da sayəsində yeni mənlik geymiş olurlar (Efeslilərə 4:24).

9 Frankonun nümunəsini nəzərdən keçirək. O, qəzəbini cilovlamağı bacarmırdı. Hər dəfə işlər qaydasında getməyəndə özündən çıxır, ətrafında nə varsa sındırardı. Onun həyat yoldaşı Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi. Onların məsihçi davranışını görən Franko vaxtilə başa düşdü ki, ona da dəyişilmək lazımdır. O, Şahidlərlə Müqəddəs Kitabı öyrənməyə razılaşdı və nəticədə müqəddəs ruhun səmərələrinə aid olan sülh və özünə hakim olmaq kimi keyfiyyətləri inkişaf etdirməyə başladı (Qalatiyalılara 5:22, 23). O, 2001-ci xidmət ilində Belçikada vəftiz olunan 492 nəfərdən biri idi. Alehandro ilə baş vermiş hadisəyə nəzər salın. Bu cavan oğlan, narkotik maddələrə aludə olmuş və elə bir vəziyyətə düşmüşdü ki, zibillikdə yaşayırdı. O, zibillikdən, narkotik maddələr almaq üçün satılması mümkün olan müxtəlif şeylər axtarırdı. Alehandro 22 yaşında ikən Yehovanın Şahidləri ona Müqəddəs Kitabı öyrənməyi təklif etdilər, o da razılaşdı. O, Müqəddəs Kitabı hər gün oxuyur, məsihçi yığıncaqlarına gedirdi. Alehandro həyatını tez bir müddət ərzində səhmana saldı və altı ay keçməmiş xoş xəbərin təbliğində iştirak etməyə başladı. Keçən il Panamada xoş xəbəri təbliğ edən 10 115 nəfərdən biri də o oldu.

Xoş xəbər təvazökarlar üçün xeyir-duadır

10. Xoş xəbərə kimlər hay verir və onların həyata olan nöqteyi-nəzəri necə dəyişilir?

10 İşayanın peyğəmbərliyinə əsasən xoş xəbər təvazökarlara təbliğ olunacaqdır. Söhbət kimlərdən gedir? “Həvarilərin işləri” kitabında “əbədi həyata meylli” adlananlardan (Həvarilərin işləri 13:48, YD). Bunlar cəmiyyətin bütün təbəqələrindən olub, öz ürəklərini həqiqət sözləri üçün açan kəslərdir. Onlar öyrənirlər ki, Allahın iradəsini yerinə yetirmək, dünyanın təklif etdiyindən daha çox xeyir-dualar gətirir (1 Yəhya 2:15-17). Bəs Yehovanın Şahidlərinə, müjdənin təbliği zamanı insanların ürəyinə toxunmaq necə müyəssər olur?

11. Pavelin sözlərinə görə, xoş xəbəri necə təbliğ etmək lazımdır?

11 Gəlin, korinflilərə növbəti sözləri yazan həvari Pavelin nümunəsini nəzərdən keçirək. O yazırdı: “Qardaşlar, mən sizə Allahın barəsindəki şəhadəti e’lan etmək üçün yanınıza gəldiyim zaman, kəlam və hikmət ülviyyəti ilə gəlmədim. Çünki mən aranızda ikən İsa Məsihdən, məhz çarmıxa çəkilmiş İsa Məsihdən başqa heç bir şey bilməməyi qərara aldım” (1 Korinflilərə 2:1, 2). Pavel təhsili ilə dinləyicilərinə təəssürat bağışlamaq fikrində deyildi. O, yalnız Allahdan gələnləri, bu gün Müqəddəs Kitabda yazılanları öyrədirdi. Pavelin, müjdənin təbliğində birgə çalışdıqları Timoteyi nəyə təşviq etdiyinə də diqqət yetirin: “Kəlamı təbliğ et, bunu... tə’xirəsalınmazlıq hissi ilə et” (2 Timoteyə 4:2, YD). Timotey, “kəlamı”, Allahın Kəlamını təbliğ etməli idi. Pavel Timoteyə həmçinin yazırdı: “Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən” (2 Timoteyə 2:15).

12. Bu gün Yehovanın Şahidləri Pavelin sözlərinə və nümunəsinə necə riayət edirlər?

12 Yehovanın Şahidləri Pavelin nümunəsini təqlid edir, həmçinin onun Timoteyə dediyi sözlərdən nümunə götürürlər. Onlar Allahın Kəlamının hansı qüvvəyə malik olduğunu dərk edir və münasib olan ümid və təsəlli sözlərini yaxınlarına danışanda bunu nəzərə alırlar (Məzmur 119:52; 2 Timoteyə 3:16, 17; İbranilərə 4:12). Doğrudur, yeri gələndə, maraqlanan insanlara Müqəddəs Kitaba əsaslanmış nəşrlər verirlər ki, onlar asudə vaxtlarında Müqəddəs Kitab haqqındakı biliklərini artıra bilsinlər. Lakin Şahidlər, həmişə Müqəddəs Yazıların özündə deyilənləri göstərməyə çalışırlar. Onlar başa düşürlər ki, Allahın sözü təvazökar insanların ürəyinə tə’sir edəcək. Bundan əlavə, Müqəddəs Kitabı istifadə etdikdə Şahidlər özləri də imanda möhkəmlənirlər.

“Bütün yaslılara təsəlli”

13. 2001-ci ildə baş vermiş hansı hadisələr “yaslılara”, yə’ni kədər içində olanlara təsəlli vermək zərurətini doğurmuşdur?

13 Arxada qalan 2001-ci ildə çox bədbəxtliklər baş vermiş və çox insanlar təsəlliyə ehtiyac duymuşlar. Keçən ilin sentyabr ayında Birləşmiş Ştatlarda baş verən terror aktları - Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqona edilən basqınlar - buna acı nümunədir. Bu hadisə bütün ölkəni sarsıtdı! Belə hadisələr baş verərkən, Yehovanın Şahidləri onlara həvalə edilmiş “yaslılara təsəlli” vermək tapşırığını yerinə yetirməyə sə’y göstərirlər. Bunu necə etdiklərini göstərən, bir neçə hadisəni nəzərdən keçirək.

14, 15. Kədərli olanlara təsəlli vermək üçün, Şahidlər hər iki vəziyyətdə Müqəddəs Kitab ayələrini effektli tərzdə necə istifadə etmişlər?

14 Tammüddətli xidməti yerinə yetirən Şahid, küçə ilə gedən bir qadından, yeni baş verən terror aktları barədə fikrini soruşdu. Qadın ağlamağa başladı. O, baş vermiş hadisəyə təəssüf etdiyini bildirib, kədər çəkən insanlara necəsə kömək etmək istəyini bildirdi. Buna cavab olaraq, Şahid, Allahın hər birimizlə maraqlandığını söylədi və İşaya 61:1, 2 ayələrini oxudu. İlhamlanmış bu sözlər qadına məntiqi göründü, çünki o, ətrafdakıların hamısının “yaslı”, yə’ni kədərli olduğuna diqqət yetirmişdi. Qadın Şahidin təklif etdiyi traktatı götürüb, xahiş etdi ki, evdə ona baş çəksin.

15 İki Şahid xoş xəbəri təbliğ edərkən, anbarda işləyən bir kişiyə rast gəldilər. Onlar, Dünya Ticarət Mərkəzində yeni baş vermiş hadisədən sonra, çoxlarının ehtiyac duyduğu, Müqəddəs Kitabda olan təsəlliverici sözləri, onunla bölüşmək istəklərini bildirdilər. Həmin kişi razılaşdı və Şahidlər ona: “Məsih sayəsində böyük təsəlli də tapırıq” sözləri yazılmış 2 Korinflilərə 1:3-7 ayəsini oxudular. Kişi qonşuluqda yaşayan bu Şahidlərin, təsəlliverici sözləri başqaları ilə bölüşmələrini qiymətləndirdi və dedi: “Qoy, Allah sizin bu xeyirxah işinizə xeyir-dua versin”.

16, 17. Hansı iki hadisədən görünür ki, faciələrdən əziyyət çəkən və ya narahat olan insanlara Müqəddəs Kitabın vasitəsilə həqiqi köməklik göstərmək olar?

16 Bir Şahid, maraqlanan insanlara təkrar baş çəkən zaman, əvvəllər maraq göstərməyən bir qadının oğlu ilə rastlaşdı. Şahid izah etdi ki, baş vermiş faciənin qonşularına necə tə’sir etməsinə e’tinasız yanaşa bilmir. Onun insanlara baş çəkmək üçün xüsusi vaxt ayırması, həmin adamı təəccübləndirdi. Kişi, hadisə zamanı, Dünya Ticarət Mərkəzinin yaxınlığında işlədiyini və baş verənləri gördüyünü söylədi. O, Allahın əzablara nəyə görə yol verdiyini soruşanda, Şahid Müqəddəs Kitabdan bir neçə ayəni, o cümlədən: “Salehlərin qurtuluşu Rəbbdəndir; sıxıntı vaxtında onların qalasıdır” sözləri yazılan Məzmur 37:39 ayəsini də oxudu. Kişi mehribanlıqla Şahiddən, onun və ailəsinin vəziyyətini öyrənib, yenidən gəlməsini xahiş etdi və onlara baş çəkdiyi üçün ürəkdən gələn minnətdarlığını bildirdi.

17 Baş verən terror aktlarından sonra Yehovanın Şahidləri minlərlə yaslı insanlara təsəlli vermişlər. Onların arasında, Şahidlərin öz qonşularına baş çəkərkən rastlaşdıqları bir qadın da vardı. O, baş verən hadisədən yaman kədərlənmişdi. Şahidlər qadına Məzmur 72:12-14 ayələrində yazılmış: “Çünki imdada çağırınca, fağırı və yardımçısı olmayan təvazökarı qurtarar. Yoxsula və düşkünə acıyar; və fağırların canlarını qurtarar. Canlarını hiylədən və əziyyətdən qurtarar və gözündə onların qanı dəyərli olar” sözlərini oxuduqda, onları diqqətlə dinlədi. Bu sözlər necə də vaxtında deyilmişdir! Qadın Şahidlərdən xahiş etdi ki, onlar həmin ayələri yenidən oxusunlar və söhbəti davam etdirmək məqsədilə onları evə də’vət etdi. Söhbətin sonuna yaxın Müqəddəs Kitab öyrənməsi başlandı.

18. Bir Şahiddən hamı üçün dua etməyi xahiş etdikdə, o, öz yaxınlarına necə kömək etdi?

18 Bir Şahid, əvvəllər insanların Padşahlıq haqqındakı xoş xəbərə böyük maraq göstərmədiyi, varlı bir ərazidə yerləşən restoranda işləyir. Terror aktlarından sonra, rayonun sakinlərinin sarsıldığı hiss olunurdu. Həmin hadisələrin baş verdiyi həftədə, cümə günü, restoranın müdiri, ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün, əllərində şam, hamının çölə çıxmasını xahiş etdi. Şahid iş yoldaşlarının hisslərinə hörmət göstərib çölə çıxdı və onlarla birlikdə sakitcə dayandı. Müdir onun Yehovanın Şahidi, dini xidmətçi olduğunu bildiyi üçün, bir dəqiqəlik sükutdan sonra, dua etməsini xahiş etdi. Şahid razılaşdı. O, duasında qeyd etdi ki, baş verən hadisədən sonra çoxları kədər içindədir, lakin onlar ümidsizliyə qapılmamalıdırlar. O, belə dəhşətli hadisələrin artıq mövcud olmayacağı bir vaxtdan danışdı və onu da qeyd etdi ki, Müqəddəs Kitabda olan biliklər, təsəlli Allahına yaxınlaşmaqda bütün insanlara kömək edər. Şahid “amin” dedikdən sonra, müdir ona yaxınlaşdı və qucaqladı, onunla restorandan çıxan 60-dan artıq adamla birlikdə məsihçiyə öz təşəkkürünü bildirdi. Müdir indiyədək belə bir dua eşitmədiyini söylədi.

Ətrafdakılar üçün xeyir-dua

19. Hansı hadisə göstərir ki, bə’zi insanlar Yehovanın Şahidlərinin yüksək əxlaqa malik olduqlarını e’tiraf edirlər?

19 Artıq bir çoxlarının qeyd etdiyi kimi, Yehovanın Şahidlərinin xüsusilə həmin günlərdə baş çəkdikləri insanlar, fayda əldə edirdilər. Bir də ki, sülh, düzgünlük və yüksək əxlaq normalarına tərəfdar olan insanlar müsbət tə’sir göstərməyə bilərmi? Mərkəzi Asiya ölkələrinin birində, Yehovanın Şahidləri iste’fada olan dövlət təhlükəsizlik orqanı zabiti ilə qarşılaşdılar. O bildirdi ki, bir zaman ona, müxtəlif dini təşkilatlarla tanış olmağı tapşırmışdılar. Növbə Yehovanın Şahidlərinə çatanda, onların düzgünlüyü və vicdanlı olmaları ona güclü tə’sir bağışladı. Şahidlərin möhkəm imanı və tə’limlərinin Müqəddəs Kitaba əsaslanması onu valeh etmişdi. Keçmiş zabit Müqəddəs Kitabı öyrənməyə razılıq verdi.

20. a) Keçən il Yehovanın Şahidləri tərəfindən həyata keçirilən iş nəyə şəhadət edir? b) Nədən görünür ki, bizi qarşıda hələ çox işlər gözləyir və müjdəni təbliğ etmək işinə necə yanaşırıq?

20 Bu məqalədə təsvir edilən bə’zi hadisələrdən - hələ minlərlə belə hadisə sadalamaq olardı - aydın görünür ki, Yehovanın Şahidləri 2001-ci xidmət ili ərzində az iş görməyibləra. Onlar milyonlarla insanlarla söhbət etmiş, kədər içində olan çoxlarına təsəlli vermişlər. Onların təbliğ işi yaxşı bəhrələr gətirmişdir. 263 431 adam, Allaha həsr olunduqlarına işarə olaraq, suda vəftiz olunmuşlar. Bütün dünyada müjdəçilərin sayı 1,7 faiz artmışdır. İsa Məsihin ölümünün Xatirə Gecəsinə gələn 15 374 986 adamın sayına əsasən isə demək olar ki, bizi qarşıda hələ çox işlər gözləyir (1 Korinflilərə 11:23-26). Beləliklə, gəlin xoş xəbərə hay verməyə hazır olan həlim insanları axtarmağa davam edək! Hələ ki, “Rəbbin lütf ili” davam edir, gəlin “ürəyi qırıq olanlara” bundan sonra da təsəlli verək. Bizə necə də gözəl iş həvalə olunub! Şübhəsiz ki, bizim hər birimizə İşayanın sözləri doğmadır: “Rəbb ilə çox məsrur olacağam, canım Allahımla sevinib coşacaq” (İşaya 61:10). Beləliklə, gəlin, bundan sonra da “Rəbb Yehova... bütün millətlərin qarşısında salehliklə həmdi... bitirəcəkdir”,- peyğəmbərlik sözlərini həyata keçirən Allah üçün faydalı olaq (İşaya 61:11).

[Haşiyə]

a Yehovanın Şahidlərinin 2001-ci xidmət ilindəki fəaliyyətlərinə dair hesabat, 29-dan 32-yə qədər olan səhifələrdəki cədvəldə verilir.

Yadınızdadırmı?

• İsanın təbliğ etdiyi xoş xəbər həlim insanlara hansı xeyir-duaları gətirirdi?

• Birinci əsrdə İsanın şagirdlərinin təbliğ etdiyi xoş xəbərə hay verənlər hansı xeyir-duaları alırdılar?

• Xoş xəbər, ona bu gün hay verən insanlar üçün xeyir-duaya necə çevrilir?

• Xoş xəbəri təbliğ etmək kimi məs’ul işimizə necə yanaşırıq?

[29-32-ci səhifələrdəki hesabata nəşrin özündə baxın]

2001 YEHOVANIN ŞAHİDLƏRİNİN XİDMƏT İLİ ÜÇÜN ÜMUMDÜNYA HESABATI

[25-ci səhifədəki şəkillər]

Yehovanın Şahidləri müjdəni təbliğ etmək vəzifələrini heç zaman unutmurlar.

[26-cı səhifədəki şəkillər]

Xoş xəbərə hay verənlər, birləşmiş ümumdünya qardaşlığına qovuşurlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş