Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/11 s. 13—17
  • Yığıncaqdakı yerini qiymətləndir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yığıncaqdakı yerini qiymətləndir
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Yığıncaqdakı yerimizi qiymətləndirdiyimizi necə göstərə bilərik?
  • Yığıncaqda hansı yeri tutmağımız nədən asılıdır?
  • Necə tərəqqi etmək olar?
  • Yerini əldən vermə!
  • Yığıncaqda yeriniz özəldir!
    Gözətçi qülləsi 2020
  • Qoy yığıncaq Yehovaya həmd etsin
    Gözətçi qülləsi 2007
  • Qoy yığıncaq inkişaf etsin
    Gözətçi qülləsi 2007
  • Yığıncaqdakı hər kəsə hörmət edin
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/11 s. 13—17

Yığıncaqdakı yerini qiymətləndir

«Allah üzvləri bədənin tərkibində istədiyi kimi ayrı-ayrı yerləşdirmişdir» (1 KOR. 12:18).

1, 2. a) Nə göstərir ki, hər kəsin yığıncaqda qiymətləndirə biləcəyi yeri ola bilər? b) Bu məqalədə hansı suallar müzakirə ediləcək?

YIĞINCAQ Yehovanın Öz xalqını ruhani qida ilə təmin etmək və onlara rəhbərlik vermək üçün qədim İsrailin dövründən təşkil etdiyi bir quruluşdur. Məsələn, israillilər Ay şəhərini alt-üst etdikdən sonra «Yeşua qanunun bütün sözlərini — xeyir-dua və lənəti, yəni Qanun kitabında yazılanların hamısını... bütün İsrail camaatının [«yığıncağının», YD]... qarşısında» oxudu (Yeşua 8:34, 35).

2 B. e. I əsrində həvari Pavel ağsaqqal kimi xidmət edən Timoteyə yazırdı ki, məsihçi yığıncağı «Allahın ailəsi» və «həqiqətin dirəyi və əsası»dır (1 Tim. 3:15). Bu gün Allahın «ailəsi» ümumdünya həqiqi məsihçi qardaşlığıdır. Korinflilərə yazdığı birinci məktubun 12-ci fəslində Pavel yığıncağı insan bədəni ilə müqayisə edir. Onun sözlərinə görə, bədənin hər bir üzvünün müxtəlif funksiyaları yerinə yetirməsinə baxmayaraq, onların hamısı zəruridir. «Allah üzvləri bədənin tərkibində istədiyi kimi ayrı-ayrı yerləşdirmişdir»,— deyə Pavel yazır. O hətta qeyd edir ki, «daha az etibarlı saydığımız bədən üzvlərinə daha çox etibar göstəririk» (1 Kor. 12:18, 23). Buna görə də, Allahın ailəsində heç bir sadiq məsihçinin rolu digərinkindən nə yaxşı, nə də pisdir. Onlar sadəcə müxtəlifdir. Bəs onda Allahın quruluşunda öz yerimizi necə tapa və qiymətləndirdiyimizi necə göstərə bilərik? Yığıncaqda hansı yeri tutmağımız nədən asılıdır? Və ‘tərəqqimiz hamıya aşkar olsun’ deyə biz nə edə bilərik? (1 Tim. 4:15).

Yığıncaqdakı yerimizi qiymətləndirdiyimizi necə göstərə bilərik?

3. Yığıncaqda yerimizi tapmağın və qiymətləndirdiyimizi göstərməyin üsullarından biri hansıdır?

3 Yığıncaqda yerimizi tapmağın və qiymətləndirdiyimizi göstərməyin üsullarından biri «sadiq və ağıllı qul» və onu təmsil edən Rəhbərlik Şurası ilə sıx əməkdaşlıq etməkdir. (Matta 24:45-47 ayələrini oxu.) Biz qul sinfindən aldığımız rəhbərliyə nə dərəcədə itaət etdiyimizi yoxlamalıyıq. Misal üçün, uzun illərdir ki, geyim və xarici görünüşə, əyləncəyə və İnternetdən düzgün istifadəyə dair aydın rəhbərlik alırıq. Ruhaniliyimizi qorumağa kömək edən bu etibarlı rəhbərliyə nə dərəcədə ciddi yanaşırıq? Bəs müntəzəm ailəvi ibadət keçirmək nəsihəti barədə nə demək olar? Bu məsləhəti ürəkdən qəbul edərək həftənin bir axşamını bunun üçün ayırmısanmı? Əgər subaysansa, Müqəddəs Kitabı araşdırmaq üçün vaxt müəyyən etmisənmi? Qul sinfinin rəhbərliyinə riayət etsək, Yehova bizi həm ayrı-ayrılıqda, həm də ailəlikcə xeyir-dualandıracaq.

4. Şəxsi qərarlar qəbul edən zaman nəyi nəzərə almalıyıq?

4 Bəziləri iddia edə bilər ki, əyləncə, geyim və xarici görünüşlə bağlı qərar qəbul etmək hər kəsin şəxsi işidir. Amma yığıncaqda yerini qiymətləndirən həsr olunmuş məsihçi qərar qəbul edərkən şəxsən üstünlük verdiyi şeyləri yeganə amil kimi əldə rəhbər tutmamalıdır. O, xüsusilə Yehovanın Müqəddəs Kitab vasitəsilə açıqlanan nöqteyi-nəzərinə üstünlük verməlidir. Onun Kəlamında deyilənlər ‘hər addımımız üçün çıraq, yollarımıza işıq’ olmalıdır (Məz. 119:105). Şəxsi məsələlərə dair verdiyimiz qərarların xidmətimizə və başqalarına — həm yığıncaqda, həm də ondan kənarda olan insanlara necə təsir etdiyinə diqqət yetirmək də müdriklik olardı. (2 Korinflilərə 6:3, 4 ayələrini oxu.)

5. Nəyə görə özümüzü müstəqillik ruhundan qorumalıyıq?

5 ‘İtaətsiz insanlarda fəal olan ruh’ o qədər geniş yayılıb ki, bu, nəfəs aldığımız hava ilə müqayisə olunur (Efes. 2:2). Bu ruh bizi Yehovanın təşkilatı vasitəsilə verdiyi rəhbərliyə ehtiyacımız olmadığını düşünməyə vadar edə bilər. Şübhəsiz ki, biz həvari Yəhyadan heç nəyi hörmətlə qəbul etməyən Diotrefin tayı olmaq istəməzdik (3 Yəh. 9, 10). Biz özümüzü müstəqillik ruhundan qorumalıyıq. Gəlin Yehovanın bu gün istifadə etdiyi bu kanala heç vaxt söz və ya hərəkətimizlə hörmətsizlik göstərməyək! (Say. 16:1-3). Bunun əksinə olaraq, qul sinfi ilə əməkdaşlıq etmək şərəfini qiymətləndirməliyik. Məgər biz yığıncağımızda rəhbərliyi üzərinə götürənlərə tabe olmağa və itaət etməyə çalışmamalıyıqmı? (İbranilərə 13:7, 17 ayələrini oxu.)

6. Nəyə görə öz imkanlarımızı nəzərdən keçirməliyik?

6 Yığıncaqda yerimizi qiymətləndirdiyimizi göstərməyin digər üsulu imkanlarımızı diqqətlə nəzərdən keçirmək, eləcə də ‘xidmətimizi’ və Yehovanı izzətləndirmək üçün əlimizdən gələni etməkdir (Rom. 11:13). Bəziləri daimi pioner kimi xidmət edir, digərləri isə tammüddətli xidmətin missioner, səyyar nəzarətçi və Bet-El ailəsinin üzvü kimi xüsusi növlərində iştirak edir. Bir çox bacı və qardaşlar Padşahlıq Zallarının tikintisinə kömək edirlər. Yehovanın əksər xidmətçiləri isə ailələrinin ruhani ehtiyaclarını ödəmək və hər həftə xidmətdə tam iştirak etmək üçün əllərindən gələni əsirgəmirlər. (Koloslulara 3:23, 24 ayələrini oxu.) Özümüzü Allaha xidmətə həsr etsək və əlimizdən gələni edərək canla-başla xidmət etsək, o zaman əmin ola bilərik ki, Onun quruluşunda bizə həmişə yer olacaq.

Yığıncaqda hansı yeri tutmağımız nədən asılıdır?

7. İmkanlarımızın yığıncaqda tutduğumuz mövqeyə necə təsir etdiyini izah edin.

7 İmkanlarımızı nəzərdən keçirmək vacibdir, çünki yığıncaqda hansı işi görüb-görməməyimiz müəyyən mənada onlardan asılıdır. Məsələn, qardaşın yığıncaqda tutduğu mövqe bacının mövqeyindən müəyyən dərəcədə fərqlənir. Yaş, səhhət və digər amillər də Yehovaya xidmətdə edə biləcəyimiz şeylərə təsir edir. «Gəncləri qüvvəti şərəfləndirər, ağ saçlar qocalara zinət verər»,— deyə Süleymanın məsəlləri 20:29 ayəsində yazılıb. Yığıncağın gənc üzvləri fiziki cəhətdən daha çox iş görə bilər, yaşlılar isə öz müdrikliyi və təcrübələri ilə yığıncağa böyük fayda gətirə bilərlər. Həmçinin yadda saxlamalıyıq ki, Yehovanın təşkilatında gördüyümüz hər bir iş Onun lütfü sayəsində mümkündür (Həv. iş. 14:26; Rom. 12:6-8).

8. Arzularımız yığıncaqda etdiklərimizə necə təsir edə bilər?

8 Yığıncaqda hansı yeri tutacağımıza təsir edən digər amili isə iki doğma bacının nümunəsindən görmək olar. Onların hər ikisi orta məktəbi bitirir. İkisinin də vəziyyəti eynidir. Onların valideynləri əllərindən gələni etmişlər ki, qızları məktəbi bitirdikdən sonra daimi pioner kimi xidmət etməyə başlasınlar. Məzun olduqdan sonra onlardan biri pioner xidmətinə başlayır, digəri isə özünü işə həsr edir. Bəs onlar arasında fərq nədədir? Onların arzu və istəklərində. Nəhayətdə hər kəs öz arzusuna çatır. Eyni şeyi əksəriyyətimiz haqqında da demək olar, elə deyilmi? Allaha xidmətdə nə etmək istədiyimiz üzərində ciddi düşünməliyik. Şəraitimizdə dəyişiklik etmək lazım gəlsə belə, xidmətə sərf etdiyimiz vaxtı artıra bilərikmi? (2 Kor. 9:7).

9, 10. Əgər Yehovaya xidmətdə daha çox şey etməyə həvəsimiz yoxdursa, nə etməliyik?

9 Bəs əgər Yehovaya xidmətdə daha çox şey etməyə həvəsimiz yoxdursa və yığıncaqda sadəcə tələb olunan şeyləri etməklə kifayətləniriksə, onda necə? «Filipililərə məktub»unda Pavel yazır: «Öz iltifatına müvafiq olmanı həm istəməniz, həm də icra etməniz üçün sizdə fəal olan, Allahdır». Bəli, Yehova daxilimizdə fəaliyyət göstərərək arzu və istəklərimizə təsir edə bilər (Filip. 2:13; 4:13).

10 Buna görə də Yehovadan ürəyimizdə Onun iradəsini yerinə yetirmək arzusu inkişaf etdirməsini xahiş etməli deyilikmi? Qədim İsrail padşahı Davud da məhz bu haqda dua edərək deyirdi: «Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət. Məni haqq yolu ilə apar, həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, daim Səni gözləyirəm» (Məz. 25:4, 5). Biz də eynilə Yehovaya dua etməliyik ki, bizdə Ona məqbul tərzdə davranmaq istəyini alışdırsın. Yehova Allahın və Oğlunun maraqları naminə xidmətdə etdiklərimizə onların necə yanaşdıqları üzərində düşünəndə ürəyimiz minnətdarlıqla dolub-daşır (Mat. 26:6-10; Luka 21:1-4). Bu cür minnətdarlıq hissi təşviq edəcək ki, bizdə xidmətdə daha çox şey etmək istəyi alışdırması üçün Yehovaya dua edək. Yeşaya peyğəmbərin xidmətə münasibəti hər birimizə nümunədir və biz də özümüzdə bu cür münasibət inkişaf etdirməliyik. O, Yehovanın: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» sualına: «Mən buradayam. Məni göndər»,— deyə cavab verdi (Yeşaya 6:8).

Necə tərəqqi etmək olar?

11. a) Nəyə görə təşkilatda üzərlərinə məsuliyyət götürə biləcək qardaşlara böyük tələbat var? b) Qardaş yığıncaqda məsuliyyətlərə necə can ata bilər?

11 Bütün dünyada 2008-ci xidmət ili ərzində 289 678 nəfərin vəftiz olunması göstərir ki, rəhbərliyi öz üzərinə götürə biləcək qardaşlara böyük tələbat var. Qardaşlar buna necə hay verməlidirlər? Qısaca olaraq desək, Müqəddəs Yazılarda xidməti köməkçilər və ağsaqqallar üçün tələblərə müvafiq olmağa can atmaqla (1 Tim. 3:1-10, 12, 13; Tit. 1:5-9). Qardaşlar bu Müqəddəs Kitab tələblərinə necə müvafiq ola bilərlər? Onlar xidmətdə fəal iştirak edə, yığıncaqdakı məsuliyyətləri çalışqanlıqla yerinə yetirə, məsihçi görüşlərində verdikləri şərhləri yaxşılaşdıra və həmimanlıları ilə şəxsən maraqlana bilərlər. Bununla onlar yığıncaqdakı yerlərini qiymətləndirdiklərini göstərirlər.

12. Gənclər həqiqət üçün səy göstərdiklərini necə nümayiş etdirə bilərlər?

12 Gənc, xüsusilə də yeniyetmə yaşlarında olan qardaşlar yığıncaqda necə tərəqqi edə bilərlər? Onlar Müqəddəs Yazıları öyrənməklə ‘hikmət və ruhani idrakda’ böyüməyə can ata bilərlər (Kolos. 1:9). Şübhəsiz ki, Allahın Kəlamını səylə araşdırmaq və yığıncaq görüşlərində fəal iştirak etmək bu məqsədə nail olmağa kömək edəcək. Həmçinin gənc qardaşlar tammüddətli xidmətin müxtəlif növlərinə ‘açılan geniş qapıdan’ keçmək üçün tələblərə müvafiq olmağa çalışa bilərlər (1 Kor. 16:9). Yehovaya xidmətdə inkişaf etmək, həqiqətən də, məmnunedici həyat yoludur və bu yolda yerimək böyük xeyir-dualar gətirir. (Vaiz 12:1 ayəsini oxu.)

13, 14. Bacılar yığıncaqdakı rollarını qiymətləndirdiklərini necə göstərə bilərlər?

13 Həmçinin bacılar da Məzmur 68:11 ayəsindəki sözlərin yerinə yetməsində şəxsən iştirak etməklə onlara verilən şərəfi qiymətləndirdiklərini göstərə bilərlər. Bu ayədə oxuyuruq: «Xudavənd əmr edir, bir alay qadınlar belə müjdə paylayırlar». Bacıların yığıncaqda yerlərini qiymətləndirdiklərini göstərməyin ən yaxşı üsullarından biri şagird hazırlamaq işində iştirak etməkdir (Mat. 28:19, 20). Beləliklə, xidmətdə tam iştirak etməklə və bunun üçün qurban verməyə hazır olmaqla bacılar yığıncaqda oynadıqları rolu qiymətləndirdiklərini göstərmiş olurlar.

14 «Titusa məktub»unda Pavel yazırdı: «Qarılar eyni şəkildə müqəddəslərə layiq tərzdə davransınlar,.. xeyirxahlıq təlim etsinlər ki, gənc qadınların başlarına ağıl qoysunlar ki, onlar öz ərlərini, uşaqlarını sevsinlər, təmkinli, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar ki, Allahın kəlamı küfr olunmasın» (Tit. 2:3-5). Yetkin bacıların yığıncağa faydası danılmazdır. Rəhbərliyi üzərinə götürən qardaşlara hörmət etməklə, eyni zamanda geyim və xarici görünüş və əyləncə kimi məsələlərdə müdrik qərarlar qəbul etməklə onlar başqalarına gözəl nümunə verir və yığıncaqda yerlərini yüksək qiymətləndirdiklərini göstərmiş olurlar.

15. Subay bacılar tənhalığın öhdəsindən necə gələ bilərlər?

15 Bəzən subay bacıya yığıncaqda öz yerini tapmaq çətin ola bilər. Bununla bağlı çətinliyi olan bir bacı qeyd edir: «Hərdən özümü tənha hiss edirəm». Bəs o, bu vəziyyətin öhdəsindən necə gəlir? Bacı deyir: «Dua və şəxsi öyrənmə mənə yenidən yerimi tapmağa kömək edir. Öyrənmə zamanı Yehovanın mənə necə münasibət bəslədiyini araşdırıram. Sonra da yığıncaqda başqaları üçün faydalı işlər görməyə çalışıram. Bu, mənə kömək edir ki, yalnız özüm barədə yox, başqaları barədə də düşünüm». Məzmur 32:8 ayəsinə əsasən, Yehova Davuda deyir: «Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq». Bəli, Yehova, subay bacılar da daxil olmaqla, hər kəsə səmimi maraq göstərir və yığıncaqda öz yerini tapmağa kömək edir.

Yerini əldən vermə!

16, 17. a) Nəyə görə Yehovanın təşkilatının bir hissəsi olmaq dəvətini qəbul etmək ən yaxşı qərardır? b) Yehovanın təşkilatında öz yerimizi necə qoruya bilərik?

16 Yehova hər bir xidmətçisini Onunla münasibət qurmağa dəvət edir. İsa demişdi: «Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz» (Yəh. 6:44). Yehova milyardlarla insanın içindən şəxsən bizi Onun yığıncağına qoşulmağa dəvət edib. Bu dəvəti qəbul etməklə biz həyatda ən yaxşı qərarı qəbul etmişik və həyatın mənasını tapmışıq. Həmçinin yığıncaqda yerimiz olduğu üçün biz böyük sevinc və məmnunluq duyuruq.

17 «Ya Rəbb, məskənin olan evi... sevirəm»,— deyə məzmurçu söyləyirdi. O həmçinin oxuyurdu: «Ayağım düzlük üstündə durur, cəmiyyətin içində Rəbbə alqış edəcəyəm» (Məz. 26:8, 12). Həqiqi Allah Öz təşkilatında hər birimizə yer ayırıb. Biz teokratik rəhbərliyə tabe olmaqla və Yehovaya xidmətimizi davam etdirməklə Onun quruluşunda dəyərli yerimizi qoruya bilərik!

Yadınızdadırmı?

• Nəyə görə demək olar ki, yığıncaqda hər məsihçinin öz yeri var?

• Allahın təşkilatında yerimizi qiymətləndirdiyimizi necə göstərə bilərik?

• Yığıncaqda hansı yeri tutmağımız nədən asılı ola bilər?

• Gənc və yetkin məsihçilər Allahın quruluşundakı yerlərini qiymətləndirdiklərini necə göstərə bilərlər?

[16-cı səhifədəki şəkil]

Qardaşlar yığıncaqda məsuliyyətlərə necə can ata bilərlər?

[17-ci səhifədəki şəkil]

Bacılar yığıncaqda tutduqları yeri qiymətləndirdiklərini necə göstərə bilərlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş