Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/5 s. 8—12
  • Qoy yığıncaq Yehovaya həmd etsin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qoy yığıncaq Yehovaya həmd etsin
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Allahın məsh olunmuşlardan ibarət yığıncağı
  • Başqa mə’nalarda «yığıncaq»
  • Yığıncaqlar Yehovaya həmd edir
  • Qoy yığıncaq inkişaf etsin
    Gözətçi qülləsi 2007
  • Yığıncağın təşkili və idarə qaydası
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Yığıncaqda yeriniz özəldir!
    Gözətçi qülləsi 2020
  • Yığıncaqdakı yerini qiymətləndir
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/5 s. 8—12

Qoy yığıncaq Yehovaya həmd etsin

«Sənin adını Mənim qardaşlarıma agah edəcəyəm; camaat [yığıncaq] içində Sənə nəğmə ilə həmd edəcəyəm» (İBRANİLƏRƏ 2:12).

1, 2. Yığıncağın hansı faydası var, ancaq o, əsas e’tibarilə, nə üçün təşkil edilib?

ƏSRLƏR boyunca ailə insanlar üçün yoldaşlıq və təhlükəsizlik yuvası olmuşdur. Ancaq Müqəddəs Kitabda bütün dünyadan olan saysız-hesabsız insanların xüsusi yoldaşlıq və təhlükəsizlik tapdığı başqa bir quruluşdan bəhs edilir. Söhbət məsihçi yığıncağından gedira. Mehribanlığı, dayağı öz ailəndə tapsan da, tapmasan da, Yehovanın yığıncaq vasitəsilə təqdim etdiyi hər şeyi qiymətləndirməlisən, bunu etmək isə çətin deyil. Əgər sən artıq Yehovanın Şahidlərinin yığıncağına qaynayıb-qarışırsansa, yəqin ki, orada səmimi dostluq və təhlükəsizlik tapdığını təsdiq edərsən.

2 Yığıncaq sosial qruplaşma, ictimai birlik deyil. Bu, həmçinin eyni mənşəli, eyni idman növü ilə maraqlanan, yaxud eyni hobbisi olan insanların yığışdığı klub da deyil. Yığıncaq, əsas e’tibarilə, Yehova Allaha həmd etmək üçün təşkil olunub. «Zəbur» kitabında göstərildiyi kimi, ta qədim zamanlardan Allahın xidmətçiləri bu məqsədlə bir yerə yığılırdılar. Məzmur 35:18 ayəsində oxuyuruq: «Böyük toplantıda Sənə şükür edəcəyəm, çoxsaylı yığıncaqda Sənə həmd edəcəyəm». Məzmur 107:31, 32 ayələri də bizi təşviq edir: «Rəbbə məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər! Qoy Onu xalqın toplantısında ucaltsınlar!»

3. Həvari Pavelin sözlərinə görə, yığıncaq hansı məqsədə xidmət edir?

3 Həvari Pavel ‘həqiqətin dirəyi və əsası olan Allahın ailəsinə, yə’ni yaşayan Allahın cəmiyyətinə [yığıncağına]’ istinad edərkən, yığıncağın digər vacib rolunu vurğuladı (1 Timoteyə 3:15). Pavel hansı yığıncaqdan danışırdı? Müqəddəs Kitabda «yığıncaq» sözü hansı mə’nalarda işlənir? O, həyatımıza və gələcək planlarımıza necə tə’sir etməlidir? Cavab tapmaq üçün, gəlin əvvəlcə Allahın Kəlamında «yığıncaq» sözünün hansı mə’nalarda işlədildiyini araşdıraq.

4. İbranicə Müqəddəs Yazılarda «yığıncaq» sözü ən çox kimə aid edilir?

4 Orijinal əlyazmada İbranicə Müqəddəs Yazılarda «yığıncaq» üçün «qahal» sözü istifadə olunur. «Qahal» «bir yerə toplamaq», «yığmaq» sözündən əmələ gəlmişdir (Qanunun təkrarı 4:10; 9:10). Məzmurçu göydəki mələklərdən danışarkən həmin ibrani sözünü işlətmişdi, bu söz bir qrup pis adamı göstərmək üçün də istifadə edilir (Məzmur 26:5; 89:5-7). Amma İbranicə Müqəddəs Yazılarda «yığıncaq» sözü ən çox İsrail xalqına aid edilir. Allah Yaqubdan ‘millətlər yığını törəyəcəyini’ demişdi və bu belə də oldu (Yaradılış 35:11). İsrail xalqı «Rəbbin camaatı», «Allahın icması», yə’ni yığıncağı olmaq üçün seçildi (Saylar 20:4; Nehemya 13:1; Yeşua 8:35; 1 Şamuel 17:47; Mikeya 2:5).

5. Hansı yunan sözü «yığıncaq» kimi tərcümə olunur və bu söz hansı mə’nalarda işlənir?

5 «Qahal»ın yunan ekvivalenti olan «ekklesia» «bayıra» və «çağırma» mə’nasını verən iki yunan sözündən yaranıb. Bu həm də dini deyil, digər məqsədlə çağırılan yığıncaqlara aid edilir. Buna Dimitrinin Efesdə Pavelin əleyhinə çağırdığı ‘iclası’ nümunə gətirmək olar (Həvarilərin işləri 19:32, 39, 40). Ancaq Müqəddəs Kitabda bu söz, əsas e’tibarilə, məsihçi yığıncağı ilə əlaqədar işlədilir. Bə’zi tərcümələrdə «ekklesia» «kilsə» kimi tərcümə edilib, lakin bir lüğətdə deyilir ki, o, «heç vaxt məsihçilərin ibadət üçün yığışdığı hər hansı tikilini bildirməyib» («The Imperial Bible-Dictionary»). Ancaq maraqlıdır ki, Yunanca Müqəddəs Yazılarda «ekklesia» sözü məsihçi yığıncağı ilə əlaqədar ən azı dörd müxtəlif mə’nada işlənir.

Allahın məsh olunmuşlardan ibarət yığıncağı

6. Davud və İsa yığıncaqda nə edirdilər?

6 Həvari Pavel Davudun Məzmur 22:22 ayəsindəki sözlərini İsaya aid edərək yazırdı: «“Sənin adını Mənim qardaşlarıma agah edəcəyəm; camaat [yığıncaq] içində Sənə nəğmə ilə həmd edəcəyəm”. Bu səbəbdən O, [İsa] hər cəhətcə qardaşlarına bənzəməli idi ki,.. Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olsun» (İbranilərə 2:12, 17). Davud qədim İsrail toplantısı və ya yığıncağı içində Allaha həmd edirdi (Məzmur 40:9). Bəs Pavel İsanın yığıncaq içində Allaha həmd etdiyini deyəndə nəyi nəzərdə tuturdu? Bu hansı yığıncaq idi?

7. Yunanca Müqəddəs Yazılarda «yığıncaq» sözü, əsas e’tibarilə, hansı mə’nada işlədilir?

7 İbranilərə 2:12, 17 ayələrində yazılanların böyük əhəmiyyəti vardır. Buradan görürük ki, İsa qardaşlarına Allahın adını agah etdiyi yığıncağın üzvü idi. O qardaşlar kimlər idi? ‘İbrahimin nəslinin’ bir hissəsi, Məsihin ‘səmavi də’vətə ortaq olan’ məsh olunmuş qardaşları (İbranilərə 2:16–3:1; Matta 25:40). Bəli, Yunanca Müqəddəs Yazılarda «yığıncaq» sözü, əsas e’tibarilə, Məsihin ruhla məsh olunmuş davamçılarından ibarət qrupa aiddir. 140 000 nəfər məsh olunmuş ‘səmalarda adları qeyd edilmiş ilk doğulanların ümumi cəmiyyətini [yığıncağını]’ təşkil edirlər (İbranilərə 12:23).

8. İsa məsihçi yığıncağının təşkil olunacağını qabaqcadan necə göstərmişdi?

8 İsa həmin məsihçi yığıncağının təşkil olunmaq üzrə olduğunu demişdi. Ölümündən təxminən bir il qabaq o, həvarilərindən birinə dedi: «Sən Petersən və Mən cəmiyyətimi [yığıncağımı] bu daşın üzərində quracağam; və ölülər aləminin qapıları ona qalib gələ bilməyəcəkdir» (Matta 16:18). Həm Peter, həm də Pavel həmin daşın İsa olduğunu düz başa düşmüşdülər. Peter yazmışdır ki, daşın, yə’ni Məsihin üzərindəki ruhani evin tikilən diri daşları, onları Çağıranın fəzilətlərini e’lan etmək üçün təşkil olunan Allaha məxsus xalqdır (1 Peter 2:4-9; Məzmur 118:22; Yeşaya 8:14; 1 Korinflilərə 10:1-4).

9. Allahın yığıncağı nə zaman təşkil olunmağa başladı?

9 ‘Allaha məxsus xalq’ nə zaman məsihçi yığıncağı kimi təşkil olunmağa başladı? Eramızın 33-cü ili Pentikost günündə, Yerusəlimdə yığışan şagirdlərin üzərinə müqəddəs ruh töküləndə. Həmin gün, bir qədər sonra Peter yəhudi və prozelitlərin qarşısında məharətlə çıxış etdi. İsanın ölümünə görə çoxlarının ürəyinə sanki ox batdı; onlar tövbə edib, vəftiz oldular. Müqəddəs Kitab xəbər verir ki, belələrinin sayı üç min nəfər idi və bundan dərhal sonra onlar Allahın yeni və artmaqda olan yığıncağının üzvləri oldular (Həvarilərin işləri 2:1-4, 14, 37-47). Yığıncaq ona görə artırdı ki, gündən-günə daha çox yəhudi və prozelit İsrail xalqının artıq Allahın yığıncağı olmadığını qəbul edirdi. İndi isə ‘Allahın [ruhani] İsrailini’ təşkil edən məsh olunmuş məsihçilər Allahın yığıncağı idilər (Qalatiyalılara 6:16; Həvarilərin işləri 20:28).

10. İsa Məsih Allahın yığıncağında hansı mövqeyə malikdir?

10 Müqəddəs Kitab tez-tez «Məsihə və cəmiyyətə [yığıncağa]» kimi ifadələr işlətməklə İsanı və məsh olunmuşları bir-birindən ayırır. İsa məsh olunmuşların yığıncağının Başıdır. Pavel yazırdı ki, Allah İsanı «bütün varlıqların üzərində baş olmaq üçün,.. imanlılar cəmiyyətinə [yığıncağa] verdi. Bu cəmiyyət [yığıncaq] Onun bədənidir» (Efeslilərə 1:22, 23; 5:23, 32; Koloslulara 1:18, 24). Hal-hazırda yer üzündə həmin yığıncağın üzvlərindən az qalıb. Əmin ola bilərik ki, onların Başı İsa Məsih bu məsihçiləri sevir. Onun qardaşlarına qarşı hissləri Efeslilərə 5:25 ayəsində təsvir olunur: «Məsih... imanlılar cəmiyyətini [yığıncağını] sevdi və onun uğrunda Özünü fəda etdi». İsa səmavi ümidi olanları ona görə sevir ki, onlar İsanın özü kimi ‘Allaha həmd qurbanını, yə’ni Onun adını iqrar edən dodaqların bəhrəsini təqdim edirlər’ (İbranilərə 13:15).

Başqa mə’nalarda «yığıncaq»

11. Yunanca Müqəddəs Yazılarda «yığıncaq» sözü hansı ikinci mə’nada istifadə olunur?

11 Bə’zən Yunanca Müqəddəs Yazılarda «yığıncaq» sözü Allahın yığıncağını təşkil edən 144 000 nəfərə aid edilmir, daha məhdud və konkret mə’nada işlənir. Məsələn, Pavel Korinfdəki məsihçilərə yazmışdır: «Nə yəhudilərin, nə yunanların, nə də ki, Allahın cəmiyyətinin [yığıncağının] büdrəməsinə səbəb olun» (1 Korinflilərə 10:32). Aydın məsələdir ki, qədim Korinf şəhərində yaşayan məsihçinin nalayiq hərəkətlərə yol veriməsi bə’zilərinin büdrəməsinə səbəb ola bilərdi. Ancaq bu o demək idimi ki, onun nalayiq hərəkəti bütün yunanlıları, yəhudiləri, həmçinin o dövrdən indiyədək yaşayan məsh olunmuşların hamısını büdrədəcəkdi? Çətin. Deməli, belə qənaətə gəlmək olar ki, bu ayədə Allahın yığıncağı dedikdə, müəyyən vaxtda yaşayan məsihçilər nəzərdə tutulur. Buna uyğun olaraq, kimsə Allahın yığıncağa rəhbərlik edib, onun qayğısına qalıb xeyir-dua verdiyini deyəndə, yaşadıqları yerdən asılı olmayaraq, müəyyən vaxtda yaşayan bütün məsihçiləri nəzərdə tutur. Yaxud da biz Allahın yığıncağında hökm sürən xoşbəxtlik və sülhdən danışanda bütün məsihçi qardaşlığını fikrimizdə tuturuq.

12. «Yığıncaq» sözünün üçüncü mə’nası nədir?

12 Üçüncü mə’nada «yığıncaq» sözü bir coğrafi ərazidə olan bütün məsihçilərə aiddir. Biz oxuyuruq: ‘Bütün Yəhudeya, Qalileya və Samariyada cəmiyyətlər [«yığıncaq», YD] salamat qalıb inkişaf edirdi’ (Həvarilərin işləri 9:31). Həmin böyük ərazidə məsihçi qruplarının sayı birdən çox olsa da, Yəhudeya, Qalileya və Samariyadakı qrupların hamısından bir yığıncaq kimi danışılır. Eramızın 33-cü ilinin Pentikost günündə və ondan sonra vəftiz olanların sayını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Yerusəlimdə müntəzəm olaraq birdən çox qrup toplaşırdı (Həvarilərin işləri 2:41, 46, 47; 4:4; 6:1, 7). I Hirod Aqrippa eramızın 44-cü ilində vəfat edənədək Yəhudeyanın hökmdarı olmuşdur və 1 Salonikililərə 2:14 ayəsindən mə’lumdur ki, 50-ci ilə qədər Yəhudeyada artıq bir neçə yığıncaq var idi. Deməli, Hirodun ‘cəmiyyətə [yığıncağa] aid olanların bə’zilərinə zülm etdiyi’ deyildikdə Yerusəlimdə yığışan bir deyil, bütün qruplar nəzərdə tutulurdu (Həvarilərin işləri 12:1).

13. Yunanca Müqəddəs Yazılarda «yığıncaq» sözünün dördüncü və daha tez-tez təsadüf olunan mə’nası hansıdır?

13 Dördüncü, daha məhdud və tez-tez təsadüf olunan mə’nada «yığıncaq» sözü bir yerli yığıncağı, məsələn, evdə yığışan yığıncağı təşkil edən məsihçilərə aiddir. Pavel ‘Qalatiyanın cəmiyyətləri [yığıncaqları]’ haqda danışmışdı. Romanın bu böyük əyalətində birdən çox yığıncaq var idi. Pavel Antakya, Derbe, Listra və Konya şəhərlərinin daxil olduğu Qalatiya əyaləti haqqında danışarkən «yığıncaq» sözünü iki dəfə cəmdə işlətmişdi. Müqəddəs Kitab tələblərinə cavab verən qardaşlar bu yığıncaqlarda ağsaqqal və ya nəzarətçi tə’yin olunurdu (1 Korinflilərə 16:1; Qalatiyalılara 1:2; Həvarilərin işləri 14:19-23). Allahın Kəlamı onların hamısını Allahın yığıncaqları adlandırır (1 Korinflilərə 11:16; 2 Salonikililərə 1:4).

14. «Yığıncaq» sözünün bə’zi ayələrdə işlənməsini nəzərə alaraq, hansı qənaətə gəlmək olar?

14 Bə’zi hallarda məsihçi görüşlərinə gələnlərin sayı elə az olurdu ki, kiminsə evinə yerləşirdilər. Bununla belə, onlardan bə’ziləri yığıncaq adlanırdı. Həmin yığıncaqlardan bizə mə’lum olanlar Priskila və Akila, Nimfa, o cümlədən, Filimonun evində yığışırdı (Romalılara 16:3-5; Koloslulara 4:15; Filimona 2). Bu bizim dövrdə müntəzəm olaraq evdə toplaşan kiçik yığıncaqları ruhlandırır. Yehova birinci əsrdə belə kiçik qrupları yığıncaq hesab edirdi, sözsüz ki, bu gün də O, kiçik qruplara yığıncaq kimi baxaraq müqəddəs ruhu ilə xeyir-dua verir.

Yığıncaqlar Yehovaya həmd edir

15. Erkən yığıncaqların bə’zilərində müqəddəs ruh necə fəaliyyət göstərirdi?

15 Artıq qeyd edildiyi kimi, İsa yığıncaqda Allaha həmd edirdi (Məzmur 22:22, İbranilərə 2:12). Onun sadiq davamçıları da belə etməli idilər. Birinci əsrdə həqiqi məsihçilər Allahın oğulları və beləliklə də Məsihin qardaşları olmaq üçün ruhla məsh olunanda müqəddəs ruh onların bə’zilərində xüsusi şəkildə fəaliyyət göstərməyə başladı: onlara ruhun mö’cüzəvi ən’amları verildi. Bu ən’amlardan bə’ziləri hikmət və ya bilik kəlamı, insanlara şəfa vermək, peyğəmbərlik etmək və ya bilmədikləri dillərdə danışmaq idi (1 Korinflilərə 12:4-11).

16. Ruhun mö’cüzəvi ən’amları hansı məqsədə xidmət edirdi?

16 Dillərdə danışmaq haqqında Pavel demişdi: «Həm ruhən, həm də əqlən mahnı oxuyacağam» (1 Korinflilərə 14:15). O dərk edirdi ki, başqalarının tə’lim alması üçün onun dediklərini başa düşmələri vacibdir. Pavelin məqsədi Yehovaya yığıncaqda həmd etmək idi. O, ruhun ən’amını alanlara nəsihət edirdi: «Cəmiyyəti [yığıncağı] inkişaf etdirən ən’amlarda üstün olmağa çalışın». Burada Pavel mö’cüzələr göstərdikləri yerli yığıncağı nəzərdə tuturdu (1 Korinflilərə 14:4, 5, 12, 23). Bəli, Pavel bilirdi ki, məsihçilər yığıncaqlarda Allaha həmd edə biləcəklər, ona görə də yığıncaqların rifahı onu maraqlandırırdı.

17. Yerli yığıncaqlara gəldikdə, nəyə əmin ola bilərik?

17 Yehova indi də yığıncağından istifadə edir və ona dayaq durur. O, yer üzündə qalan məsh olunmuşlara xeyir-dua verir. Yehovanın xalqının aldığı bol-bol ruhani qida buna sübutdur (Luka 12:42). O, bütün ümumdünya qardaşlığına, həm də yerli yığıncaqlara xeyir-dua verir. Bu yığıncaqlarda biz Yaradanımıza əməllərimizlə və ruhlandırıcı şərhlərimizlə həmd edirik. Biz burada bilik və tə’lim alırıq ki, Allaha başqa vaxtlarda, yığıncaq görüşlərində olmadığımız vaxtlarda da həmd edək.

18, 19. Yığıncaqlardakı sadiq məsihçilər nə etmək niyyətindədirlər?

18 Həvari Pavel Makedoniyanın Filipi şəhərindəki yığıncağı səsləyirdi: «Dua edirəm ki,.. Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolasınız». Bu o demək idi ki, məsihçilər İsaya imanları və gözəl ümidləri barədə yığıncağa aid olmayan insanlarla danışmalı idilər (Filipililərə 1:9-11; 3:8-11). Buna müvafiq olaraq, Pavel həmimanlılarını təşviq etmişdi: «Həmişə İsa vasitəsilə Allaha həmd qurbanını, yə’ni Onun adını iqrar edən dodaqların bəhrəsini təqdim edək» (İbranilərə 13:15).

19 Sən də İsa kimi Yehovanı həm yığıncaqda, həm də Onu hələ tanımayanların və Ona həmd etməyənlərin qarşısında dodaqlarınla izzətləndirməkdən sevinc duyursanmı? (İbranilərə 2:12; Romalılara 15:9-11). Bizim cavabımız müəyyən mə’nada öz yığıncağımızın Allahın niyyətindəki rolu haqqında nə düşündüyümüzdən asılıdır. Gəlin növbəti məqalədə Yehovanın yerli yığıncağımıza necə rəhbərlik edib və ondan istifadə etdiyini, həmçinin onun bizim həyatımızdakı rolunu araşdıraq.

[Haşiyə]

a Azərbaycanca «Müqəddəs Kitab»da və «İncil»də yığıncaq mə’nasını verən ibranicə «qahal» və yunanca «ekklesia» sözləri «toplantı», «yığıncaq», «icma», «camaat», «məclis», «iclas», «cəmiyyət» kimi sözlərlə tərcümə olunmuşdur. Bu məqalədə «yığıncaq» sözünün orijinal dillərdə müəyyən məqsədlə bir yerə toplaşan insanlara aid işlənilən mə’nasına diqqət yönəldilir.

Xatırlayırsınızmı?

• Məsh olunmuşlardan ibarət Allahın yığıncağı necə yarandı?

• Yunanca Müqəddəs Yazılarda «yığıncaq» sözü daha hansı üç mə’nada işlənir?

• Davud, İsa və birinci əsrdəki məsihçilər yığıncaqla əlaqədar nə etməyə qəti qərarlı idilər və bu bizi nəyə təşviq etməlidir?

[9-cu səhifədəki şəkil]

Məsihçi qrupları Allahın yığıncağı adlanırdı.

[10-cu səhifədəki şəkil]

Benindəki məsihçilər kimi, biz də yığıncaqda Yehovaya həmd edirik.

[11-ci səhifədəki şəkil]

İsa hansı yığıncağın təməli idi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş