Xatirə gecəsi. Minnətdarlıq bildirməyin vaxtı.
1. Xatirə gecəsi zamanı hansı fürsətimiz var?
1 Aprel ayının 14-ü Xatirə gecəsində Yehovanın xeyirxahlığına görə minnətdarlığımızı bildirməyin əsil vaxtıdır. Luka 17:11—18 ayələrində Yehovanın və İsanın minnətdarlığa necə yanaşdığı göstərilir. Təəssüflər olsun ki, on cüzamlıdan yalnız biri qayıdıb öz minnətdarlığını bildirdi. Gələcəkdə fidyə ənamının sayəsində bütün xəstəliklər aradan qaldırılacaq və əbədi yaşamaq mümkün olacaq. Şübhəsiz, o zaman bu xeyir-dualar üçün Yehovaya hər gün minnətdar olacağıq. Bəs üzümüzə gələn həftələrdə minnətdarlığımızı necə göstərə bilərik?
2. Fidyəyə görə minnətdarlığımızı necə artıra bilərik?
2 Minnətdarlığını artır. Minnətdarlıq hissləri düşüncələrin bəhrəsidir. Fidyəyə görə minnətdarlığımızı inkişaf etdirmək üçün Xatirə gecəsi ilə əlaqədar Müqəddəs Kitabdan xüsusi parçaları oxuya bilərik. Oxunacaq ayələri «Müqəddəs Yazıları hər gün araşdırın» kitabçasından tapa bilərsiniz. Yaxşı olardı ki, bu parçaların üzərində ailəlikcə düşünəsiniz. Bu, bizim fidyəyə görə minnətdarlığımız birə-beş artıracaq və davranışımıza müsbət təsir edəcək (2 Kor. 5:14, 15; 1 Yəh. 4:11).
3. Xatirə gecəsi zamanı minnətdarlığımızı hansı üsullarla göstərə bilərik?
3 Minnətdarlığını göstər. Minnətdarlıq özünü əməldə göstərir (Kolos. 3:15). Cüzamlı İsanı tapıb ona təşəkkür etmək üçün əlindən gələni etmişdi. Şübhəsiz, o, həmçinin möcüzəvi şəkildə şəfa tapdığını başqalarına da ağızdolusu danışmışdı (Luka 6:45). Məgər fidyəyə görə minnətdarlıq bizi Xatirə gecəsi zamanı insanlara daha çox təbliğ etməyə təşviq etmir? Xatirə gecəsi zamanı minnətdarlığımızı göstərməyin daha bir üsulu köməkçi pioner kimi xidmət etmək və ya xidmətə daha çox vaxt ayırmaqdır. Xatirə gecəsi axşamı ürəyimizdəki minnətdarlıq bizi təşviq edəcək ki, gələn qonaqları qarşılayaq və onların maraqlandığı sualları cavablandırmağa vaxt ayıraq.
4. Xatirə gecəsi zamanı heyfsilənməmək üçün nə edə bilərik?
4 Ola bilərmi ki, bu, keçiriləcək sonuncu Xatirə gecəsi olsun? (1 Kor. 11:26). Biz bunu bilmirik. Təkcə onu bilirik ki, əgər bu, keçiriləcək sonuncu Xatirə gecəsi olsa, minnətdarlığımızı bildirmək üçün əlimizə bir də belə bir fürsət düşməyəcək. Sən bu fürsətdən yararlanacaqsanmı? Gəlin minnətdarlıq sözləri ilə və fidyə üzərində səmimi-qəlbdən düşünməklə bu fidyəni bizə bəxş edən Yehovanın ürəyini şad edək (Məz. 19:14).