Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/4 s. 14
  • Heç vaxt ədalətsizlik etməyən Hakim

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Heç vaxt ədalətsizlik etməyən Hakim
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Yehova onu «dostum» adlandırdı
    Gözətçi qülləsi 2016
  • İbrahim peyğəmbər kim idi?
    Gözətçi qülləsi 2012
  • Allah İbrahimlə əhd bağlayır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • İbrahim məhəbbət nümunəsi
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/4 s. 14

Allaha yaxınlaşın

Heç vaxt ədalətsizlik etməyən Hakim

(Yaradılış 18:22-32)

ƏDALƏT. Düzgünlük. Qərəzsizlik. Bu cür nəcib keyfiyyətlər sizi cəlb etmirmi? Biz insanlarda anadangəlmə tələbat var ki, bizimlə ədalətlə rəftar etsinlər. Təəssüflər olsun ki, bugünkü dünyada ədalətsizlik baş alıb gedir. Ancaq tam etibar edə biləcəyimiz bir Hakim var. Həmin Hakim həmişə düzgün davranan Yehova Allahdır. Bu, Yehova ilə İbrahim arasında olan və Yaradılış 18:22-32 ayələrində yazılmış söhbətdə aydın olmuşdua.

Yehova İbrahimə Sodom və Homorradakı vəziyyəti yoxlamaq qərarını bildirəndə İbrahim orada ola biləcək saleh insanlar, eləcə də qardaşı oğlu Lut üçün təşvişə düşdü. İbrahim Yehovaya yalvararaq dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa... əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən?» (23, 24-cü ayələr). Allah cəmi 50 nəfər saleh tapılsa, həmin şəhərlərə rəhm edəcəyini dedi. İbrahim, adamların sayı tədricən on nəfərə enənə kimi, beş dəfə də Yehovaya yalvardı. Hər dəfə də Allah bildirirdi ki, əgər orada dediyi qədər saleh insan tapılsa, şəhərləri dağıtmayacaq.

İbrahim Allahla mübahisəmi edirdi? Əsla! Bu, onun tərəfindən hədsiz dərəcədə dikbaşlıq olardı. İbrahimin danışığında dərin hörmət və təvazökarlıq hiss olunurdu. O özünü «toz və kül» adlandırırdı (27, 30-32-ci ayələr). Bundan başqa, İbrahimin sözlərində Yehovanın ədalətli Allah olduğuna əminlik hiss olunurdu. Allahın saleh adamı günahkarla birgə öldürməsinin ağlasığmaz olduğunu İbrahim bir dəfə də yox, düz iki dəfə «Sən bunu eləməzsən» deməklə vurğuladı. Yehovanın sadiq xidmətçisi əmin idi ki, «dünyanın Hakimi belə ədalətsizlik etməz» (25-ci ayə).

İbrahim dediklərində yanılırdımı? Həm hə, həm də yox. Sodom və Homorrada ən azı on nəfər saleh adamın olduğunu düşünməklə o səhv edirdi. Lakin Allahın heç vaxt ‘salehi də günahkarla birgə məhv etməyəcəyini’ deməkdə o, tamamilə haqlı idi. Allah əxlaqsızlıqla dolu şəhərləri məhv edəndə saleh Lut və onun iki qızı mələklərin köməyilə qurtuldu (2 Peter 2:7-9).

Bu hadisədən Yehova haqda nə öyrənirik? İbrahimə şəhərləri yoxlamaq niyyətini söyləməklə, əslində Yehova onu hisslərini bildirməyə təşviq edirdi. Sonra dostu İbrahim keçirdiyi narahatçılıqları ifadə edəndə Yehova onu səbirlə dinlədi (Yeşaya 41:8). Bu hadisə bizə Yehovanın həlim Allah olduğunu və yer üzündə yaşayan xidmətçilərini alçaltmadığını, əksinə, onların ləyaqətinə hörmət etdiyini necə də gözəl başa salır! Aydındır ki, biz Yehovaya, heç vaxt ədalətsizlik etməyən Hakimə, tam etibar edə bilərik.

[Haşiyə]

a Bu halda, Yehovanı Onun adından danışan mələk təmsil edirdi. Digər nümunə Yaradılış 16:7-11, 13 ayələrində yazılıb.

[14-cü səhifədəki şəkil]

İbrahim Sodom və Homorra şəhərləri üçün Yehovaya yalvarırdı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş