Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/3 s. 22—27
  • Yehovadan ləzzət al

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovadan ləzzət al
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • ‘Qibtə etmə’
  • “Rəbbə güvən və yaxşılıq et”
  • “Rəbdən... ləzzət al”
  • “Yolunu Rəbbə burax”
  • “Sükut et və... səbirlə gözlə”
  • “Bir az gözlə”
  • «Rəbdən zövq al» (Zəbur 37:4)
    Müqəddəs Kitab ayələrinin izahı
  • Yehovaya güvən, yaxşılıq et
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Yehovanın qanunlarından zövq alırsanmı?
    Gözətçi qülləsi 2004
  • Bizim zəmanədə ibadətdə birlik nə deməkdir?
    Vahid həqiqi Allaha ibadət edin
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/3 s. 22—27

Yehovadan ləzzət al

“Rəbdən... ləzzət al; O da sənə ürəyinin diləklərini verəcəkdir” (MƏZMUR 37:4).

1, 2. Həqiqi xoşbəxtliyin mənbəyi kimdir və Davud bu fakta diqqəti necə yönəldir?

“RUHƏN yoxsullar nə bəxtiyardırlar... Mərhəmətli olanlar nə bəxtiyardırlar... Sülhpərvərlər nə bəxtiyardırlar!” Xoşbəxt olmağa dair bu və daha altı rə’y, müjdəçi Matta tərəfindən yazılmış İsanın məşhur Dağüstü təbliğinin valehedici başlanğıcı olmuşdur (Matta 5:3-11). İsanın sözləri bizi əmin edir ki, xoşbəxtliyə nail olmaq mümkündür.

2 Qədim İsrailin padşahı Davudun bəstələdiyi məzmur bizim diqqətimizi həqiqi xoşbəxtliyin mənbəyi olan Yehovaya yönəldir. Davud yazırdı: “Rəbdən... ləzzət al; O da sənə ürəyinin diləklərini verəcəkdir” (Məzmur 37:4). Bəs Yehovanın və Onun şəxsiyyətinin bir çox başqa çalarları haqqındakı bilik bizə necə ləzzət verə bilər? Onun artıq etdiklərini və Öz niyyətini həyata keçirərək edəcəklərini nəzərdən keçirmək, “ürəyinin diləklərini”n yerinə yetirəcəyinə dair sənə necə ümid verə bilər? Cavabları, Məzmur 37:1-11 ayələrinə dərindən nəzər salmaqla tapa bilərik.

‘Qibtə etmə’

3, 4. Məzmur 37:1 ayəsinə əsasən, Davud hansı məsləhəti verdi və bu məsləhət bu gün nəyə görə aktualdır?

3 Biz pisliyin artdığı “çətin anlar”da yaşayırıq. Biz həvari Pavelin sözlərinin həyata keçdiyini görürük: “Pis adamlar və saxtakarlar isə, aldadıb aldanaraq, getdikcə daha betər olacaqlar” (2 Timoteyə 3:1, 13). Biz, pis adamların zahiri nailiyyətləri və tərəqqiləri ucbatından necə də asanlıqla kədərlənə bilərik! Bütün bunlar bizi yayındırar və diqqətimizi ruhani şeylərə cəmləşdirməyə mane ola bilər. Diqqət yetirək görək, “Məzmur” kitabının 37-ci fəslinin başlanğıcındakı sözlər bizi bu təhlükə barədə necə xəbərdar edir: “Pislik edənlər üçün üzülmə, nə də fəsad işlədənlərin halına qibtə et”.

4 Kütləvi informasiya vasitələri bizi hər gün haqsızlıqlar barəsində olan mə’lumat atəşinə tutur. Vicdansız kommersantlar aldadır və cəzasız qalırlar. Cinayətkarlar köməksiz insanları istismar edirlər. Qatilləri tuta və ya cəzalandıra bilmirlər. Ədalətin təhrif olunmasına dair bu kimi nümunələr bizdə qəzəb hissi oyada bilər və ya bizi rahatlıqdan məhrum edə bilər. Qanunsuz insanların zahiri nailiyyətləri bizdə hətta qibtə hissi oyada bilər. Lakin əgər biz kədərlənəriksə, bununla vəziyyət yaxşılaşarmı? Pis insanların zahiri tərəqqilərinə qibtə edəriksə, bu onların aqibətini dəyişərmi? Yox, bir də yox! Həqiqətən də bizim “üzülməyə” əsasımız yoxdur. Nəyə görə?

5. Pis insanlar nəyə görə otla müqayisə olunurlar?

5 Məzmurçu cavab verir: “Zira onlar ot kimi tez biçiləcəklər və yaşıl səbzə kimi solacaqlar” (Məzmur 37:2). Yaşıl səbzə gözəl görünə bilər, lakin tezliklə quruyur və məhv olur. Buna bənzər vəziyyət qanunsuzların da başına gələcək. Onların görünən tərəqqiləri ötüb-keçəndir. Onlar öləndə, saxta yolla əldə etdikləri var-dövlətləri onlara kömək etməyəcək. Nəticədə hər kəs əməlinə görə alacaq. Pavel yazırdı: “Günahın əvəzi ölümdür” (Romalılara 6:23). Pis və yaramaz adamlar heç nə yox, əvvəl-axır öz “əvəzlərini” alacaqlar. Necə də mə’nasız həyat tərzidir! (Məzmur 37:35, 36; 49:16, 17).

6. Məzmur 37:1, 2 ayələrində bizim üçün hansı ibrət dərsi var?

6 Belə olan halda qanunsuz insanların tezkeçən tərəqqilərinin bizi özümüzdən çıxarmasına yol verməliyikmi? Məzmur 37-ci fəslin birinci iki ayəsində növbəti ibrət dərsi var: Yol vermək olmaz ki, onların nailiyyətləri ucbatından, biz seçdiyimiz Yehovaya xidmət yolundan sapınaq. Gəlin, diqqətimizi ruhani xeyir-dualara və ruhani məqsədlərə cəmləşdirək (Süleymanın məsəlləri 23:17).

“Rəbbə güvən və yaxşılıq et”

7. Biz nəyə görə Yehovaya güvənməliyik?

7 Məzmurçu bizi təşviq edir: “Rəbbə güvən və yaxşılıq et” (Məzmur 37:3a). Narahatçılıqlar və ya hətta şübhələr bizi əldən salanda, biz bütünlüklə Yehovaya güvənməliyik. O, tam ruhani təhlükəsizliyə zəmanət verir. Musa yazırdı: “Uca Olanın örtüyündə oturan, Qadirin kölgəsində sakin olar” (Məzmur 91:1). Yaşadığımız sistemdə mövcud olan qanunsuzluğun artması bizi narahat edəndə, biz Yehovaya daha çox güvənməliyik. Məsələn, ayağımız burxulanda, dostumuzun qolundan yapışmaq imkanına sevinirik. Eyni tərzdə də, sədaqətlə yeriməyə çalışanda, Yehovanın köməyinə ehtiyac duyuruq (İşaya 50:10).

8. Məsihçi xidmətindəki iştirakımız qanunsuz insanların tərəqqi etməsinə həddindən artıq narahat olmamaqda bizə necə kömək edə bilər?

8 Əgər biz həlim insanları axtarsaq və onlara Yehovanın niyyətinin dəqiq biliyini əldə etməyə kömək etsək, qanunsuz insanların tərəqqi etmələri bizi az narahat edəcək. Qanunsuzluğun artdığını nəzərə alaraq, biz başqalarına kömək etmək işində tamamilə iştirak etməliyik. Həvari Pavel deyirdi: “Yaxşılıq etməyi və malınızı başqaları ilə bölüşdürməyi yaddan çıxarmayın, çünki bu cür qurbanlar Allaha məqbuldur”. Edə biləcəyimiz ən böyük “yaxşılıq”, başqaları ilə Allahın Padşahlığı haqqındakı izzətli xoş xəbəri bölüşməkdir. Bizim ümumxalq qarşısındakı təbliğ xidmətimiz həqiqətən də “həmd qurbanı”dır (İbranilərə 13:15, 16; Qalatiyalılara 6:10).

9. Davudun “məmləkətdə otur” nəsihətini izah edin.

9 Davud davam edir: “Məmləkətdə otur və onun sədaqəti ilə bəslən” (Məzmur 37:3b). Davudun günlərində “məmləkət” kimi tanınan ərazi, Yehova tərəfindən İsrail xalqı üçün ayrılmış Və’d edilən diyar idi. Süleymanın hakimiyyəti zamanı onun sərhədləri şimalda Dandan, cənubda Beer-şebaya qədər uzanırdı. Bu, israillilərin yaşayış yeri idi (1 Krallar 4:25). Bu gün Yer kürəsinin hansı hissəsində yaşasaq da, biz bütün planetin salehlik içindəki yeni dünyada Cənnətə çevriləcəyi vaxtı gözləyirik. Bu arada isə biz ruhani təhlükəsizlikdə yaşayırıq (İşaya 65:13, 14).

10. Biz sadiq qalanda nə baş verir?

10 Əgər sadiq qalsaq, onda nə olacaq? Allahdan ilham almış məsəl bizə xatırladır: “Sadiq adamın bərəkətləri çoxdur” (Süleymanın məsəlləri 28:20). Harada yaşasaq da, xoş xəbəri imkanımız çatan hər bir kəsə sədaqətlə təbliğ ediriksə, Yehova bizi mütləq mükafatlandırır. Məsələn, Frenk və Roza 40 il əvvəl Şotlandiyanın şimalındakı bir şəhərdə pioner xidmətinə tə’yinat almışlar. Onların gəlişinə yaxın orada olan azsaylı maraqlananlar artıq həqiqətdən uzaqlaşmışdılar. Heç bir şeyə baxmadan, pioner ər-arvad təbliğ və şagirdləri hazırlamaq işinə başladılar. İndi həmin şəhərdə çiçəklənən yığıncaq var. Yehova həqiqətən də pionerlərin sadiqliyinə xeyir-dua verdi. Frenk həlimliklə söyləyir: “Bizim əvvəlki kimi həqiqətdə yeriməyimiz və Yehovaya yararlı olmağımız artıq ən böyük xeyir-duadır”. Bəli, biz sadiq qalanda çoxlu qiymətli xeyir-dualar alırıq.

“Rəbdən... ləzzət al”

11, 12. a) Biz “Rəbdən... ləzzət”i necə ala bilərik? b) Şəxsi öyrənmə zamanı qarşıya hansı məqsədləri qoymaq olar və ehtimal ki, bunun nəticəsi necə olacaq?

11 Yehova ilə olan münasibətlərimiz möhkəm olsun və Ona ürəkdən güvənə bilək deyə, biz “Rəbdən... ləzzət” almalıyıq (Məzmur 37:4a). Bunun üçün nə etməliyik? Nə qədər çətin olsa da, öz işlərimizə qərq olmaq əvəzinə, diqqətimizi Yehovaya cəmləşdirmək lazımdır. Bunu etməyin bir üsulu Onun Kəlamını oxumağa vaxt ayırmaqdır (Məzmur 1:1, 2). Müqəddəs Kitabı oxumaq sənə ləzzət verirmi? Əgər sən Yehova haqqında daha çox öyrənmək məqsədi ilə oxuyursansa, bu sənə ləzzət verəcək. Balaca bir parçanı oxuyandan sonra özündən nəyə görə soruşmayasan: “Bu ayələrdən Yehova haqqında nə öyrəndim?” Ehtimal ki, Müqəddəs Kitabı oxuduğun zaman qeyd dəftərçəni və ya kağız parçasını əlinin altında saxlamağın nə qədər faydalı olduğunu qiymətləndirəcəksən. Hər dəfə oxuduğun hissənin kəsb etdiyi mə’na üzərində düşünmək üçün dayananda, yadına Allahın e’cazkar xüsusiyyətlərindən birini salacaq bir neçə söz yaz. Başqa bir məzmurda Davud oxuyurdu: “Ağzımın sözləri və ürəyimin düşüncəsi sənin önündə məqbul olsunlar, ya Rəbb, qayam və qurtarıcım” (Məzmur 19:14). Diqqətimizi Allahın Kəlamına cəmləşdirəndə, bu, Yehovaya məqbul olur və bizə ləzzət verir.

12 Öyrənmənin və dərindən düşünmənin sayəsində xoşbəxtliyi necə duya bilərik? Biz qarşımıza, Yehova və Onun yolları haqqında daha çox bilmək məqsədi qoya bilərik. “Dünyada yaşamış ən böyük insan” və “Yehovaya yaxınlaş”a kimi kitablarda, üzərində minnətdarlıq hissi ilə dərindən düşünə biləcəyimiz çox şeylər var. Yehova isə öz növbəsində, Davudun salehləri əmin etdiyi kimi “sənə ürəyinin diləklərini verəcəkdir” (Məzmur 37:4b). Göründüyü kimi məhz bu cür əminlik, həvari Yəhyanı növbəti sözləri yazmağa təşviq etmişdir: “Allahın qarşısında malik olduğumuz cəsarət isə bundan ibarətdir ki, əgər biz Onun iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir. Və əgər biz biliriksə ki, O hər dilədiyimizi eşidir, biz Ondan diləmiş olduqlarımızı aldığımızı da bilirik” (1 Yəhya 5:14, 15).

13. Son illər ərzində bir çox ölkələrdə təbliğ işinin hansı tərzdə genişlənməsi müşahidə edilmişdir?

13 Allaha sadiq xidmətçilər kimi, biz hər şeydən çox Yehovanın hökmranlığına haqq qazandırıldığını görməyi arzu edirik (Süleymanın məsəlləri 27:11). Əvvəllər totalitar və ya diktator rejimi hökm sürən ölkələrdə qardaşlar tərəfindən böyük təbliğ işinin aparıldığını eşidəndə, məgər ürəklərimiz sevinc hissi ilə dolub-daşmırmı? Yaşadığımız sistemin sona çatacağı vaxta qədər təbliğ işinin daha hansı tərzdə genişlənəcəyini görməyi səbirsizliklə gözləyirik. Yehovanın Qərb ölkələrindəki bir çox xidmətçiləri tələbələrə, qaçqınlara və Qərbdə müvəqqəti olaraq yaşayan, həm də din azadlığından istifadə edən başqa insanlara fəal surətdə təbliğ edirlər. Səmimi qəlbdən arzu edirik ki, bu insanlar evlərinə qayıtdıqdan sonra onları, məcazi mə’nada desək, zülmət qaranlıq əhatə etsə də, həqiqət işığına nur saçmağa yol versinlər (Matta 5:14-16).

“Yolunu Rəbbə burax”

14. Yehovaya güvənə biləcəyimizi göstərən hansı sübutlarımız var?

14 Üzərimizdə narahatçılıqların və digər problemlərin ağır yükünü hiss edəndə, yüngüllük tapmağın mümkün olduğunu bilmək necə də sevinc gətirir! Yüngüllüyü necə tapa bilərik? Davud deyir: “Yolunu Rəbbə burax və ona güvən; O da yerinə yetirəcəkdir” (Məzmur 37:5). Yehovanın e’tibarlı dayaq olduğuna yığıncaqlarımızda çoxlu sübutlar var (Məzmur 55:22). Tammüddətli xidmətçilər — istər pionerlər, səyyah nəzarətçilər, missionerlər ya da ki, Beyt-Eldə xidmət edən könüllü işçilər — Yehovanın qayğısının dəyişilməzliyinə şahidlik edə bilərlər. Nəyə görə onların arasında tanıdığın kəslərlə söhbət edib, Yehovanın onlara necə kömək etdiyini soruşmayasan? Şübhəsiz ki, sən, hətta çətin anlarda belə Yehovanın əlinin heç zaman qısa olmadığını göstərən çoxlu əhvalatlar eşidəcəksən. Yehova həmişə həyat üçün zəruri olan şeylə tə’min edir (Məzmur 37:25; Matta 6:25-34).

15. Allahın xalqının salehliyi necə nur saçır?

15 Yehova bizim güvənc yerimiz olanda və biz bütünlüklə Ona e’tibar edəndə, üzərimizdə məzmurçunun növbəti sözləri həyata keçə bilər: “[O,] sənin salehliyini nur kimi və haqqını günorta vaxtı kimi çıxaracaqdır” (Məzmur 37:6). Yehovanın Şahidləri olan bizlər haqqında tez-tez yalan danışırlar. Lakin Yehova səmimi qəlbli insanların gözlərini açır və ümumxalq qarşısındakı xidmətimizi Yehovaya və yaxınlarımıza olan məhəbbətdən irəli gələrək yerinə yetirdiyimizi başa düşməkdə onlara kömək edir. Bizim düzgün davranışımızı çoxları yalan surətdə təqdim etsələr də, o hamıya aşkardır. Yehova bizə bütün müqavimət və tə’qiblərin öhdəsindən gəlməkdə kömək edir. Nəticədə Allahın xalqının salehliyi günorta günəşi kimi nur saçır (1 Peter 2:12).

“Sükut et və... səbirlə gözlə”

16, 17. Məzmur 37:7 ayəsinə əsasən indi nə etmək lazımdır və nəyə görə?

16 Məzmurçunun növbəti sözləri bunlardır: “Rəbbin önündə sükut et və Onu səbirlə gözlə; yolunda bacarıqlı olan üçün, hiylə quran adam üçün üzülmə” (Məzmur 37:7). Burada Davud vurğulayır ki, Yehovanın işə başlayacağı vaxtı səbirlə gözləmək lazımdır. Yaşadığımız sistemin sonu hələ gəlməsə də, bu, şikayət etmək üçün əsas deyil. Məgər Yehovanın mərhəmətinin və səbrinin bizim əvvəlcə düşündüyümüzdən daha artıq olduğunu görmədikmi? Gəlin, son gələnədək, xoş xəbəri fəal surətdə təbliğ edərək Yehovanı səbirlə gözləyək (Mark 13:10). İndi, bizi sevincdən və ruhani təhlükəsizlikdən məhrum edə bilən düşünülməmiş hərəkətlərdən qaçınmağın əsl vaxtıdır. İndi, Şeytan dünyasının pozucu tə’sirinə daha güclü müqavimət göstərməyin vaxtıdır. Əxlaqi təmizliyimizi qorumağın və heç bir vəchlə Yehovanın qarşısındakı təmiz vəziyyətimizlə risk etməməyin vaxtıdır. Gəlin bundan sonra da əxlaqsız fikirləri qovaq və əks cinsə və ya hətta öz cinsimizə qarşı yaraşmayan davranışlardan qaçınaq (Koloslulara 3:5).

17 Davud bizə məsləhət verir: “Hiddətdən çəkin, qəzəbi burax; üzülmə, o ancaq şər gətirər. Çünki şərirlər kəsilib atılacaq; fəqət Rəbbi gözləyənlər dünyanı miras alacaqlar” (Məzmur 37:8, 9). Bəli, biz Yehovanın yer üzündən bütün pislikləri və onlara görə cavabdeh olan kəsləri kökündən siləcəyi vaxtı — həmin vaxt isə çox yaxındır — əminliklə gözləyə bilərik.

“Bir az gözlə”

18, 19. Məzmur 37:10 ayəsindəki sözlər sizi necə ruhlandırır?

18 “Bir az gözlə və pis yox olacaqdır; onun yerini araşdıracaqsan və yox olacaqdır” (Məzmur 37:10). Bu sistemin və Yehovadan müstəqil olmağın gətirdiyi fəlakətin tezliklə sona çatacağını göstərən bu sözlər bizi necə də ruhlandırır! İnsanlar hansı növ hakimiyyət formaları yaratsalar da, onların hamısı tutarsız olmuşdur. İndi isə, həqiqi teokratiyaya, Allahın hökmranlığına — İsa Məsihin əlində olan Yehovanın Padşahlığına qayıtmağın vaxtı gəlib çatmışdır. Padşahlıq, dünya işləri üzərindəki bütün rəhbərliyi öz əlinə alacaq və Allahın Padşahlığının bütün düşmənlərini yox edəcək (Daniel 2:44).

19 Yeni dünyada Allahın Padşahlığının rəhbərliyi altında, “pis” adamı axtarsan da tapa bilməyəcəksən. Çünki o zaman Yehovaya qarşı üsyan qaldıran hər bir kəs dərhal yox ediləcək. Allahın hökmranlığına hücum edən və ya Onun hakimiyyətinə tabe olmaq istəməyən heç bir kəs olmayacaq. Səni əhatə edən bütün insanlar Yehovanı razı salmaq arzusunda səninlə həmfikir olacaqlar. Gözəl təhlükəsizlik hökm sürəcək, çünki kilidlər, hasarlar — tam e’tibarı və xoşbəxtliyi pozan heç bir şey olmayacaq! (İşaya 65:20; Mika 4:4; 2 Peter 3:13).

20, 21. a) Məzmur 37:11 ayəsindəki “həlimlər” kimlərdir və onlar “sülh bolluğunu” harada tapırlar? b) Əgər Böyük Davudu təqlid etsək bizi hansı xeyir-dualar gözləyir?

20 O zaman “həlimlər dünyanı miras alacaqlar” (Məzmur 37:11a). “Həlimlər” kimlərdir? “Həlimlər” kimi tərcümə olunan söz, “tabe etdirmək, alçaltmaq, hörmətdən salmaq” fe’lindən əmələ gəlib. Bəli, “həlimlər”, onlara qarşı törədilən haqsızlıqların Yehova tərəfindən kənar ediləcəyini itaətkarlıqla gözləyənlərdir. Onlar “sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:11b). Biz artıq bu gün məsihçi yığıncağının ruhani Cənnətindəki sülh bolluğunda ləzzət tapırıq.

21 Hələ ki, fəlakətlərdən azad olunmamışıq, biri-birimizə kömək edir və kədərli olanlara təsəlli veririk. Bunun sayəsində Yehovanın xalqı daxili məmnunluq hissi duyur. Ağsaqqal tə’yin olunmuş qardaşlar salehlik uğrunda iztirabların öhdəsindən gəlməkdə bizə kömək edərək, ruhani, bə’zən isə fiziki tələbatlarımızın qayğısına qalırlar (1 Saloniklilərə 2:7, 11; 1 Peter 5:2, 3). Aramızda olan sülh necə də qiymətlidir! Həm də yaxınlaşan sülh içindəki Cənnətdə əbədi həyata ümidimiz var. Buna görə də gəlin, Yehovaya olan qeyrəti onu sona qədər sədaqətlə xidmət etməyə təşviq edən Böyük Davudu, İsa Məsihi təqlid edək (1 Peter 2:21). Bu cür davranmaqla ‘Rəbdən ləzzət alacaq’ və Onu sevinclə mədh edəcəyik.

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc olunmuşlar.

Cavab verə bilərsinizmi?

• Məzmur 37:1, 2 ayələrindən hansı ibrət dərslərini əldə etdiniz?

• Siz ‘Rəbdən ləzzət’i necə ala bilərsiniz?

• Yehovaya güvənə biləcəyimizə hansı sübutlarımız var?

[22-ci səhifədəki şəkil]

Məsihçilər ‘fəsad işlədənlərin halına qibtə etmirlər’.

[24-cü səhifədəki şəkil]

“Rəbbə güvən və yaxşılıq et”.

[25-ci səhifədəki şəkil]

Yehova haqqında bacardıqca çox bilik əldə etməklə, Ondan ləzzət al.

[26-cı səhifədəki şəkil]

“Həlimlər dünyanı miras alacaqlar”.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş