Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/10 s. 29—31
  • Ailəvi ibadət xilas olmaq üçün çox vacibdir!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailəvi ibadət xilas olmaq üçün çox vacibdir!
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Ailəvi ibadət üçün vaxt ayırmağın vacibliyi
  • Müntəzəm olun
  • Qoy ailəvi ibadətiniz praktiki olsun
  • Ailəvi öyrənməni maraqlı edin
  • Ailələrə kömək
    Müqəddəs ibadətimiz 2011
  • Gənclərə Yaradanlarını xatırlamağa kömək edən vəsait
    Gözətçi qülləsi 2010
  • Məsihçi ailələr, «hazır olun»!
    Gözətçi qülləsi 2011
  • Ailənizi ruhən möhkəmləndirin
    Gözətçi qülləsi 2001
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/10 s. 29—31

Ailəvi ibadət xilas olmaq üçün çox vacibdir!

‘KÜLL-İXTİYAR Allahın böyük günündə baş verəcək müharibənin’ necə də qorxunc olacağını təsəvvürünüzə gətirin! (Vəhy 16:14). Mikeya peyğəmbər obrazlı ifadə vasitələrindən istifadə edərək yazır: «Od yanında əriyən mum tək... dağlar əriyəcək, təpələrdən gələn sellər tək yarğanlar açacaq» (Mik. 1:4). Yehovaya xidmət etməyənlərin aqibəti necə olacaq? Allahın Kəlamında deyilir: «O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq» (Yer. 25:33).

Bu xəbərdarlıqları nəzərə alaraq ailə başçıları — o cümlədən uşaqlarını tək böyüdən valideynlər — yaxşı olardı ki, kifayət qədər böyük olan uşaqları barədə özlərindən soruşsunlar: «Onlar Har-Megidonda sağ qalacaqlarmı?» Müqəddəs Kitab əmin edir ki, yaşlarının yol verdiyi qədər Yehova ilə sıx münasibətləri olarsa, onlar sağ qalacaqlar (Mat. 24:21).

Ailəvi ibadət üçün vaxt ayırmağın vacibliyi

Bir valideyn kimi, uşaqlarınızı Yehovanın ‘tərbiyə və nəsihəti ilə böyütmək’ üçün əlinizdən gələni edin (Efes. 6:4). Valideynlərin uşaqları ilə Müqəddəs Kitabı öyrənməsi olduqca vacibdir. Arzumuz budur ki, gənclərimiz Filipidəki məsihçilərə bənzəsinlər. Pavel onları Yehovaya itaətkar olduqları üçün tərifləyərək yazırdı: «Sevimli qardaşlarım, nəinki mən yanınızda olanda, hətta daha çox indi mən olmayanda, həmişə itaətli olduğunuz kimi, öz xilasınızı başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət edin» (Filip. 2:12).

Uşaqlarınızın yanında olmayanda onlar Yehovanın qanunlarına riayət edirlərmi? Onlar məktəbdə özlərini necə aparırlar? Uşaqlarınıza necə kömək edə bilərsiniz ki, Yehovanın qanunlarının müdrik olduğunu başa düşsünlər və siz yanlarında olmayanda belə onlara əməl etsinlər?

Ailəvi ibadət uşaqlarının imanının möhkəmlənməsində böyük rol oynayır. Buna görə də gəlin ailəvi Müqəddəs Kitab öyrənməsinin daha səmərəli olması üçün üç vacib amili nəzərdən keçirək.

Müntəzəm olun

Müqəddəs Kitab göstərir ki, Allahın səmavi oğulları təyin olunmuş vaxtda Onun hüzuruna gəldilər (Əyy. 1:6). Siz də uşaqlarınızla birlikdə ailəvi ibadət keçirmək üçün dəqiq gün və vaxt təyin edin və ona riayət edin. Bundan əlavə, hər ehtimala qarşı ailəvi ibadət üçün başqa gün də seçin.

Yol verməyin ki, vaxt keçdikcə sizdə ailəvi öyrənməni nə vaxt gəldi, necə gəldi keçirmək meyili yaransın. Yadda saxlayın ki, siz ilk növbədə öz uşaqlarınızı öyrətməlisiniz. Şeytan onları öz toruna salmaq istəyir (1 Pet. 5:8). Əgər siz ailəvi ibadət axşamı üçün ayırdığınız dəyərli vaxtı televizora baxmağa və ya başqa az əhəmiyyətli işlərə sərf edirsinizsə, əlbəttə, Şeytan qələbə çalacaq (Efes. 5:15, 16; 6:12; Filip. 1:10).

Qoy ailəvi ibadətiniz praktiki olsun

Ailəvi ibadət axşamı sadəcə bilik almaq üzrə məşğələlərə bənzəməlidir. Çalışmaq lazımdır ki, o, praktiki olsun. Bunu necə etmək olar? Vaxtaşırı uşaqlarınızın qarşılaşa biləcəyi vəziyyətlərə uyğun mövzular seçin. Məsələn, xidmətdə baş verən hadisələri səhnələşdirmək olar. Adətən, yaxşı bacardıqları işlərlə məşğul olmaq uşaqların xoşuna gəlir. Təqdimələri məşq etməyin və etirazların öhdəsindən gəlməyin üsullarını fikirləşib tapmağın sayəsində onlar xidmətin müxtəlif növlərində iştirak edərkən özlərini daha sərbəst hiss edəcəklər (2 Tim. 2:15).

Siz həmçinin uşaqlarınızla birlikdə həmyaşıdlarının təzyiqlərinin öhdəsindən gələ bilmələrinə kömək edəcək müxtəlif vəziyyətləri səhnələşdirə bilərsiniz. «Gənclərin sualları. Praktiki məsləhətlər», II cildinin (rus.) 15-ci fəslini ailəlikcə müzakirə etmək olar. 132 və 133-cü səhifədə olan «Hərəkət planı!» adlı çərçivədə necə cavab verməyə və nə etməyə dair konkret məsləhətlər verilir və uşaqlarınız özlərinə münasib olanını seçə bilərlər. 133-cü səhifənin axırında gənclər təşviq olunur: «Cavabları valideynlərinlə və ya yetkin dostunla məşq et». Nəyə görə bu cür məşğələləri vaxtaşırı olaraq ailəvi ibadət axşamı keçirməyəsiniz?

Ailəvi ibadət valideynlərə ruhani məqsədlərə can atmağın nə qədər faydalı olduğunu öz uşaqlarına izah etməyə imkan yaradır. Buna dair «Gənclərin sualları» kitabının II cildinin «Həyatımı nəyə həsr edim?» adlı 38-ci fəslində əla məlumat var. Bu fəsli müzakirə edərkən uşaqlarınıza göstərməyə çalışın ki, Yehovaya xidməti əsas yerə qoymaq ən yaxşı həyat yoludur. Uşaqlarınızın ürəyində pioner olmaq, Bet-Eldə xidmət etmək, Xidməti Təkmilləşdirmə Məktəbində oxumaq və ya bu kimi digər tammüddətli xidmət növlərində iştirak etmək istəyi yaradın.

Bəzi valideynlər, yaxşı niyyətdən irəli gələrək, diqqətlərini uşaqlarının gələcəkdə kim olacaqlarına o qədər cəmləyirlər ki, onların hal-hazırda etdiklərini gözdən qaçırırlar və bununla onlar səhvə yol verirlər. Əlbəttə, uşaqları qarşılarına Bet-El və missioner xidməti kimi məqsədlər qoymağa təşviq etmək yaxşıdır. Lakin diqqətli olun ki, yüksək tələbləriniz onları qıcıqlandırıb ruhdan salmasın (Kolos. 3:21). Həmişə yadda saxlayın ki, oğlunuz və ya qızınız siz istədiyiniz üçün yox, özləri istədikləri üçün Yehovanı sevməlidirlər (Mat. 22:37). Buna görə də yaxşı etdikləri işlərə görə onları tərifləyin və diqqətinizi etmədikləri şeylərə cəmləməyin. Onların ürəyində Yehovanın etdiyi hər şeyə görə minnətdarlıq inkişaf etdirin. Sonra görün, uşaqlarınızın ürəyi Yehovanın xeyirxahlığına necə hay verəcək.

Ailəvi öyrənməni maraqlı edin

Ailəvi ibadət axşamının səmərəli olmasının üçüncü üsulu isə onu maraqlı keçirməkdir. Bunu necə etmək olar? Siz hərdən Yehovanın Şahidləri tərəfindən buraxılan audiodramalara qulaq asa və ya videofilmlərə baxıb müzakirə edə bilərsiniz. Yaxud Müqəddəs Kitabdan bir parçanı rollara bölüb oxumaq olar.

«Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında ailəvi öyrənmə üçün çoxlu maraqlı rubrikalar var. Məsələn, «Oyanın!» jurnalının 31-ci səhifəsindəki «Necə cavab verərdiniz?» adlı rubrikadan istifadə edə bilərsiniz. «Gözətçi Qülləsi»nin kütləvi nəşrində bir jurnaldan bir «Gənc oxucularımız üçün» adlı rubrika dərc olunur. Bu rubrika və balaca uşaqlar üçün nəzərdə tutulan «Uşaqlarınızı öyrədin» adlı rubrika növbə ilə bir-birini əvəz edir.

«Gənclərin sualları» kitabının II cildi kimi, eynilə «Oyanın!» jurnalında «Gənclərin sualları» rubrikasında çıxan məqalələr də yeniyetmə uşaqları olan valideynlər üçün çox maraqlı olacaq. Bu kitabı istifadə edərkən hər fəslin sonunda «Sən necə düşünürsən?» adlı çərçivəni sadəcə gözdən keçirmə. O təkcə təkrar üçün nəzərdə tutulmayıb. Ailəvi müzakirəni çərçivədəki sualların üzərində qurmaq olar.

Ehtiyatlı olun ki, ailəvi öyrənmə sorğu-suala dönməsin. Məsələn, uşağınızı «Mənim gündəliyim» adlı çərçivədə və ya kitabın başqa yerində yazdığı şəxsi fikirlərini ucadan oxumağa məcbur etməyin. 3-cü səhifədə olan «Valideynlər üçün qeyd»də deyilir: «Uşağınız ürəyində olanları sərbəst yaza bilsin deyə icazəsi olmadan onun kitabına baxmayın. Ola bilsin, vaxt gələcək, o, özü yazdıqlarını sizinlə bölüşmək istəyəcək».

Ailəvi ibadətiniz müntəzəm, praktiki və maraqlı keçərsə, Yehova səyinizi bol-bol xeyir-dualandıracaq. Ailəvi öyrənmə üçün nəzərdə tutulan bu xüsusi vaxt əzizlərinizin ruhən möhkəm və sağlam qalmasına kömək edəcək.

[31-ci səhifədəki çərçivə]

Yaradıcılıq qabiliyyətinizi işə salın

«Ərim və mən balaca qızlarımızla ailəvi öyrənmə zamanı yığıncağın proqramındakı materialı müzakirə edirdik və sonda onlardan başa düşdüklərini çəkməyi xahiş edirdik. Bəzən Müqəddəs Kitab hekayələrini səhnələşdirir və ya təqdimələri məşq edirdik. Biz öyrənməni onların yaşlarına uyğun, maraqlı, müsbət əhval-ruhiyyədə və şən keçirməyə çalışırdıq» (C. M., Birləşmiş Ştatlar).

«Müqəddəs Kitabı öyrətdiyim bir qadının oğluna qədimdə tumarlardan necə istifadə edildiyini başa salmaq üçün “Yeşaya” kitabının fəsillərinin və ayələrinin nömrələrini götürdük və çap etdik. Səhifələri bir-birinə yapışdırıb onu tumar şəklinə saldıq. Sonra oğlan İsanın Nazaretdəki sinaqoqda etdiyini təkrarlamağa çalışdı. Luka 4:16-21 ayələrində deyilir ki, İsa Yeşayanın tumarını açıb axtardığı yeri tapdı (Yeşaya 61:1, 2). Lakin uşaq fəsillərin və ayələrin nömrəsi olmayan uzun tumarda Yeşayanın 61-ci fəslini tapmaqda çətinlik çəkdi. İsanın tumarı asanlıqla açmasına heyran olan uşaq nida etdi: “Afərin, İsa!”» (Y. T., Yaponiya).

[30-cu səhifədəki şəkil]

Praktiki məşğələlər uşaqlarınıza həmyaşıdlarının təzyiqlərinin öhdəsindən gəlməyə kömək edəcək

[31-ci səhifədəki şəkil]

Ailəvi ibadət axşamını maraqlı etməyə çalışın

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş