Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • nwt Zəbur 1:1—150:6
  • Zəbur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Zəbur
  • Müqəddəs Kitab
Müqəddəs Kitab
Zəbur

ZƏBUR

BİRİNCİ BÖLMƏ

(1—41-ci məzmurlar)

1 Xoşbəxtdir o kəs ki, pislərin sözü ilə oturub-durmur,

Günahkarların yoluna ayaq basmır,+

Rişxəndçilərin arasında əyləşmir.+

 2 O, Yehovanın qanunundan həzz alır,+

Gecə-gündüz Onun qanununun dərinliyinə varır*.+

 3 O, axar sular kənarında əkilmiş,

Barını mövsümündə verən ağactək olar,

Yarpaqları solmaz,

Hər işində uğur qazanar.+

 4 Şər adamlar isə belə deyil,

Onlar küləyin sovurub apardığı saman kimidir.

 5 Buna görə şər adamlar hökm günündə,+

Günahkarlar salehlərin məclisində dura bilməzlər.+

 6 Yehova salehlərin yolundan agahdır,+

Şər adamların tutduğu yol isə yox olacaqdır.+

2 Niyə xalqlar vurnuxur,

Ümmətlər boş-boş fitnə qurur?+

 2 Dünyanın padşahları qalxır,

Rəhbərləri bir nəfər kimi

Yehovaya və Onun məsh etdiyinə*+ qarşı birləşir.+

 3 «Onların buxovlarını qoparaq,

İplərini üzərimizdən sıyırıb ataq», — deyirlər.

 4 Taxtı göylərdə olan güləcək,

Yehova onlara istehza edəcək.

 5 O zaman onlarla qəzəblə danışacaq,

Hiddəti onları lərzəyə salacaq,

 6 «Mən padşahımı müqəddəs dağımda,

Sionda+ əyləşdirmişəm!»+ — deyəcək.

 7 Yehovanın fərmanını bəyan edirəm;

O, mənə dedi: «Sən Mənim oğlumsan,+

Bu gün Mən sənə ata oldum,+

 8 İstə Məndən, xalqları miras kimi verim sənə,

Yer üzü başdan-başa sənin mülkün olsun.+

 9 Onları dəmir dəyənəklə+ qıracaqsan,

Saxsı qab kimi çilik-çilik edəcəksən».+

10 İndi, ey padşahlar, düşünün,

Ey yer üzünün hakimləri, ağlınızı başınıza yığın,

11 Yehovadan qorxun və Ona xidmət edin,

Onun önündə titrəyərək sevinin.

12 Oğula ehtiram göstərin* ki,+ Allah qəzəblənməsin,

Siz də getdiyiniz yolda məhv olmayasınız,+

Çünki Onun qəzəbi qəfil alışar.

Nə xoşbəxtdir Ona pənah gətirənlər!

Oğlu Absalamdan qaçdığı zaman+ Davudun yazdığı məzmur.

3 Ah Yehova, nə üçün düşmənlərim bu qədər çoxaldı?+

Nə üçün bir belə adam mənə qarşı çıxır?+

 2 Çoxları barəmdə deyir:

«Allah onu xilas etməyəcək».+ (Selah)*

 3 Amma Sən, ey Yehova, məni hər tərəfdən qoruyan qalxanımsan,+

Mənim şərəfimsən,+ başımı dikəldən Sənsən.+

 4 Mən Yehovanı imdada çağıraram,

O, müqəddəs dağından+ mənə hay verər. (Selah)

 5 Mən uzanıb yataram,

Dayağım Yehovadır, mütləq oyanaram.+

 6 Bürüsə də dörd yanımı on minlərlə adam,

Onlardan qorxmaram.+

 7 Qalx, ey Yehova!

Qurtar məni,+ ey Allahım!

Düşmənlərimin əngindən vur,

Pislərin dişlərini qır.+

 8 Əlin xalqının üzərindədir.

Qurtuluş Yehovadandır.+ (Selah)

Dirijora. Simli alətlərin müşayiətilə. Davudun məzmuru.

4 Ey adil Allahım,+ çağıranda mənə hay ver.

Darda olduğum zaman məni genişliyə çıxar.

Mənə lütf eylə, duamı eşit.

 2 Siz, ey bəşər oğulları, nə vaxtadək şərəfimi tapdalayacaqsınız?

Nə vaxtadək fani şeyləri sevəcəksiniz,

Yalan dalınca qaçacaqsınız? (Selah)

 3 Bilin ki, Yehova Öz sadiq bəndəsini ucaldar;

Mən çağıranda Yehova eşidər.

 4 Hirslənəndə günah işləməyin,+

Yatağınızın içində, ürəyinizdə danışın, səsiniz çıxmasın. (Selah)

 5 Salehlik qurbanları gətirin.

Yehovaya güvənin.+

 6 Çoxları: «Kim bizi ağ günə çıxaracaq?» — deyir.

Ey Yehova, üzünün nurunu üstümüzə sal.+

 7 Sən qəlbimi sevinclə doldurmusan,

Bol məhsulu, təzə şərabı olanların sevincindən də böyük bir sevinclə.

 8 Rahat uzanıb yataram,+

Yehova, yalnız Sənin sayəndə arxayın yaşayıram.+

Dirijora. Davudun məzmuru. Nehilot* üçün.

5 Ey Yehova, eşit sözlərimi,+

Ah-zarıma diqqət ver.

 2 Sənə yalvarıram, ya Padşahım, Allahım,

Fəryadıma qulaq as.

 3 Sübh çağı səsimi eşidərsən,+ ey Yehova,

Səhər çağı ürəyimi Sənə açaram,+ durub cavab gözləyərəm.

 4 Çünki Sən şərdən xoşlanan Allah deyilsən,+

Sənin yanında pis adama əsla yer yoxdur.+

 5 Dikbaş adamlar hüzurunda dayana bilməz.

Zalımlara nifrət edirsən,+

 6 Yalan danışanları məhv edərsən.+

Zorakı, hiyləgər adamdan ikrah edirsən,+ ey Yehova.

 7 Mən isə böyük məhəbbətin sayəsində+

Sənin evinə+ gələrəm,

Müqəddəs məbədinə sarı dönüb ehtiramla səcdə qılaram.+

 8 Ey Yehova, məni haqq yolunda apar,

Düşmənlərimə görə önümdə yolunu hamar et.+

 9 Onların ağzından düz söz çıxmır,

Ürəkləri pislik yuvası,

Boğazları açıq qəbirdir,

Yağlı dillərini işə salırlar.+

10 Ey Allahım, onları təqsirkar çıxararsan,

Qazdıqları quyuya özləri düşərlər.+

Qoy hədsiz günahlarına görə uzaqlara atılsınlar,

Çünki onlar Sənə qarşı qalxıblar.

11 Sənə pənah gətirənlər isə sevinər,+

Hey sevinc sədaları ucaldar.

Qanadını onların üzərinə gərərsən,

Adını əziz tutanların hədsiz sevinci Sən olarsan.

12 Çünki Sən, saleh adamı mübarək edərsən, ey Yehova,

Lütfün onun ətrafında qalxan olar.+

Dirijora. Şeminit* üstündə köklənmiş simli alətlərin müşayiətilə. Davudun məzmuru.

6 Yehova, məni qəzəblə tənbeh etmə,

Məni hiddətlə islah etmə.+

 2 Aman, Yehova, saralıb-soluram, mənə rəhm et.

Sümüklərim əsir, Yehova, mənə şəfa ver.+

 3 Canıma vəlvələ düşüb,+

Yehova, nə vaxta kimi gözləyəcəksən?+

 4 Gəl, canımı qurtar,+ ey Yehova,

Məhəbbətin* xatirinə məni xilas et.+

 5 Çünki ölülər Səni ana bilməz,

Məzarda* Səni kim ucaldar?+

 6 Təngə gəlmişəm ah-naləmdən,+

Yatağım bütün gecəni ağlamaqdan yamyaş olub,

Sel kimi axır yorğan-döşəyimə göz yaşlarım.+

 7 Dərddən gözüm tor salıb,+

Düşmənlərin əlindən gözümdə nur qalmadı.

 8 Siz, ey zalımlar, çəkilin başımdan,

Yehova hönkürtümü eşidəcək.+

 9 Rəhm dilədiyimi Yehova eşidəcək,+

Yehova duamı qəbul edəcək.

10 Bütün düşmənlərim xar olacaq, dəhşətə gələcək,

Onlar bir anda xəcil olub geri çəkiləcəklər.+

Binyaminli Kuşun sözlərindən ötrü Davudun Yehovaya oxuduğu qəmli nəğmə.

7 Ey Allahım Yehova, Sənə sığınmışam,+

Təqibçilərdən məni qoru, xilas et,+

 2 Yoxsa aslantək məni parçalayacaqlar,+

Sürüyüb aparacaqlar, qurtaran olmayacaq.

 3 Ey Yehova, qəbahət iş tutmuşamsa,

Haqsızlıq etmişəmsə,

 4 Yaxşılığa yamanlıq etmişəmsə,+

Nahaq yerə düşmənimi soymuşamsa*,

 5 Qoy düşmən canımı təqib etsin, tutsun,

Məni* yerə vurub tapdalasın,

Şərəfimi yerə soxsun. (Selah)

 6 Qəzəbinlə qalx, ey Yehova,

Düşmənlərimin hiddətinin qabağını kəs,+

Mənə görə qalx, tələb et, ədalət bərqərar olsun.+

 7 Qoy xalqlar dövrəndə toplaşsın,

Sən də ucalardan onlara hökm et.

 8 Yehovadır xalqlara hökm çıxaran.+

Salehliyim əsasında, ey Yehova,

Paklığım əsasında məni mühakimə et.+

 9 Nə olar, şər adamların pisliyinə son qoy,

Saleh adamı isə hifz et.+

Adil Allah+ ürəkləri,+ ən dərin duyğuları sınayar.+

10 Allahdır, ürəyidüz adamların+ xilaskarıdır mənim qalxanım.+

11 Xudavənd adil hakimdir,+

Bəyan edir hər gün hökmlərini.

12 İnsan pis yolundan dönməzsə,+ O, qılıncını itilər,+

Kamanını çəkib nişan alar.+

13 Ölüm silahlarını hazırlar,

Alov saçan oxlarını düzəldər.+

14 Bax, biri bətnində pislik daşıyır,

O, fitnəyə hamilə qalıb, yalan doğar.+

15 Bir quyu qazdı, qazdıqca qazdı,

Amma qazdığı quyuya özü düşəcək,+

16 Qurduğu fitnə öz başına gələcək,+

Zorakılığı özünə qayıdacaq.

17 Ədalətinə görə Yehovaya alqış edəcəyəm,+

Haqq-Taala+ Yehovanın adını nəğmələrdə tərənnüm edəcəyəm.+

Dirijora. Gittit* üçün. Davudun məzmuru.

8 Ya Rəbbimiz Yehova, bütün dünyada ismin necə əzəmətlidir,

Ehtişamını göylərdən yüksəyə qaldırdın!*+

 2 Sənə qarşı çıxanlardan ötrü,

Düşməni, qisasçını susdurmaqdan ötrü

Uşaqların, körpələrin dili ilə+ gücünü göstərdin.

 3 Xəlq etdiyin göylərə, əllərinin işinə,

Yaratdığın aya, ulduzlara baxanda düşünürəm:+

 4 Fani insan nədir ki, onu xatırlayırsan?

Bəşər oğlu nədir ki, onun qeydinə qalırsan?+

 5 Sən onu mələklərdən* bir az aşağı yaratdın,

Başına şərəf, əzəmət tacı qoydun.

 6 Ona əllərinin işi üzərində ağalıq verdin,+

Hər şeyi ayaqları altına atdın:

 7 Bütün sürüləri, naxırları,

Bütün vəhşi heyvanları,+

 8 Göydəki quşları, dənizdəki balıqları,

Dəryadakı canlıların hamısını.

 9 Ya Rəbbimiz Yehova, bütün dünyada ismin necə əzəmətlidir!

Dirijora. Mutlabben* üçün. Davudun məzmuru.

א [Alef]*

9 Bütün qəlbimlə Səni mədh edərəm, ey Yehova,

Xariqüladə işlərindən danışaram.+

 2 Fərəhim, hədsiz sevincim Sənsən,

Adını nəğmələrdə tərənnüm edərəm, ey Haqq-Taala!+

ב [Bet]

 3 Düşmənlər geri çəkiləndə+

Büdrəyib önündən yox olacaqlar.

 4 Mənim haqq işimi müdafiə edirsən;

Taxtına əyləşərək ədalətlə hökm edirsən.+

ג [Qimel]

 5 Xalqları məzəmmət etdin,+ pislərin kökünü kəsdin,

Adlarını əbədilik sildin.

 6 Düşmən həmişəlik məhv olub,

Şəhərlərini yerlə yeksan etmisən,

Xatirələri də büsbütün məhv olacaq.+

ה [He]

 7 Lakin Yehova taxtında əbədi əyləşib,+

O, taxtını ədalət üçün qurub.+

 8 O, dünyanı ədalətlə mühakimə edəcək,+

Ümmətlərə haqq hökmlər çıxaracaq.+

ו [Vav]

 9 Yehova məzlumlar üçün pənah yeri,+

Dar gündə sığınacaqdır.+

10 Adını tanıyanlar Sənə təvəkkül edir, ey Yehova,+

Səni axtaranlardan üz döndərməzsən.+

ז [Zayn]

11 Sionda yaşayan Yehovanı nəğmələrdə tərənnüm edin,

Xalqlar arasında işlərindən danışın!+

12 Qanlarının intiqamını Alan onları yadda saxlayır,+

O, məzlumların fəryadını unutmaz.+

ח [Xet]

13 Lütf et, ey Yehova, ey məni ölüm qapılarından qaldıran,+

Mənə nifrət edənlərin zülmünü gör.

14 Onda Sion qızının qapılarında

Tərifli işlərini bəyan edərəm,+

Verdiyin qurtuluşa sevinərəm.+

ט [Tet]

15 Xalqlar qazdıqları quyuya özləri düşüb,

Ayaqları sərdikləri tora ilişib.+

16 Yehova icra etdiyi hökmlərlə tanınır.+

Şər adam öz əməllərinin tələsinə düşüb.+

Hiqqayon*. (Selah)

י [Yud]

17 Şər adamlar, Allahı unudan bütün xalqlar

Məzara* gedəcək.

18 Yoxsullarsa həmişəlik unudulmaz,+

Fağırların ümidi heç vaxt itməz.+

כ [Kaf]

19 Qalx, ey Yehova! Qoyma fani insan üstün gəlsin,

Qoy xalqlar Sənin önündə məhkum edilsin.+

20 Ey Yehova, xalqların canına qorxu sal,+

Qoy bilsinlər ki, fani insandırlar. (Selah)

ל [Lamed]

10 Niyə uzaqda durmusan, ey Yehova?

Niyə dar günümdə gizlənirsən?+

 2 Şər adam qürurlanıb məzlumu təqib edir,+

Amma qurduğu fitnələrin toruna özü düşəcək.+

 3 Şər adam nəfsi ilə öyünər,+

Acgözə alqış edər*;

נ [Nun]

O, Yehovaya sayğısızlıq edər.

 4 Şər adam qürurundan Allahı axtarmaz,

«Allah yoxdur», — deyər.+

 5 Firavan yaşayar,+

Sənin hökmlərini dərk etməz,+

Onunla ədavət aparanların üstünə fınxırar.

 6 Ürəyində deyər: «Əsla sarsılmaram,

Nəsillər gəlib-gedər, mənə heç nə olmaz».+

פ [Pe]

 7 Ağzı lənət, yalan, hədə ilə doludur,+

Dilinin altında bəla var, şər var.+

 8 Kəndlərin qırağında pusqu qurar,

Xəlvət yerdən çıxıb günahsızı öldürər.+

ע [Ayn]

Gözü bədbəxtləri axtarar.+

 9 Yuvada oturmuş aslan kimi pusar,+

Məzlumu qapmaq üçün güdər,

Torunu dartıb onu tutar.+

10 Qurbanları əzilər, tapdanar,

Biçarələr onun pəncəsinə keçər.

11 Ürəyində deyər: «Allah unudub,+

Üzünü yana çevirib,

Heç vaxt buna fikir verməz».+

ק [Kof]

12 Ey Yehova, qalx!+

Ey Allahım, ona qarşı qaldır əlini!+

Köməksizi unutma.+

13 Niyə şər adam Sənə sayğısızlıq etsin?

Ürəyində: «Allah haqq-hesab çəkməyəcək», — desin.

ר [Reyş]

14 Lakin Sən dərdi, əzabı görürsən,

Bunları izləyirsən, əlac qılırsan.+

Fağır üzünü Sənə tutar,+

Yetimin dayağı Sənsən.+

ש [Şin]

15 Pisin, şər adamın əl-qolunu qır ki,+

Axtaranda daha tapmayasan pisliyini.

16 Yehova əbədiyyən padşahdır!+

Xalqlar silinib yer üzündən.+

ת [Tav]

17 Sən həlimlərin diləyini eşidərsən, ey Yehova,+

Onları ürəkləndirərsən,+ səslərini diqqətlə dinləyərsən.+

18 Yetimə, əzilənə haqq qazandırarsan ki,+

Torpaqdan yaranmış fani insan bir daha onları qorxutmasın.+

Dirijora. Davudun məzmuru.

11 Yehovaya sığınmışam,+

Necə mənə deyirsiniz:

«Quş olub dağına uç!

 2 Bax, pislər kamanını dartır,

Ürəyidüz adamı vurmaq üçün qaranlıqda durub,

Oxu yayın üstünə qoyurlar.

 3 Təməllər* yıxılanda,

Salehin əlindən nə gələr ki?»

 4 Yehova Öz müqəddəs məbədindədir,+

Yehovanın taxtı göylərdədir,+

Gözləri hər kəsi görür, O, bəşər oğullarına göz qoyur.+

 5 Bəli, Yehova salehi də, şəri də yoxlayır,+

O, zorakılığı sevənlərə nifrət edir.+

 6 O, şər adamların üstünə tələ* yağdıracaq;

Onların payı alov, kükürd+ və səmum yeli olacaq.

 7 Çünki Yehova ədalətlidir,+ saleh əməlləri sevir,+

Ürəyidüz adamlar Onun lütfünü* görəcək.+

Dirijora. Şeminit* üstündə. Davudun məzmuru.

12 Ey Yehova, məni qurtar, çünki sadiq adam qalmayıb,

Vəfalı adam bəşər oğulları arasından yoxa çıxıb.

 2 Hamı bir-birinə yalan satır,

Dil töküb yaltaqlanır, riyakarlıqla* danışır.+

 3 Yehova yalan dili qoparsın,

Yekəxana danışan ağzı yumsun;+

 4 Deyirlər: «Dilimizlə üstün gələrik,

Ağız bizim, dil bizim,

Kim bizə ağalıq edə bilər?»+

 5 Yehova deyir: «Budur, ayağa qalxıram,

Çünki məzlumlar sıxışdırılır, yoxsullar ah-nalə edir,+

Onları həqarət edənlərdən qoruyacağam».

 6 Yehovanın sözləri safdır,+

Gil kürədə* əridilmiş, yeddi dəfə saflaşdırılmış gümüşə bənzər.

 7 Ey Yehova, Sən Özün onları qoruyacaqsan,+

Hər birini bu nəsildən əbədilik hifz edəcəksən.

 8 Şər adamlar asudə gəzir,

Çünki bəşər oğulları azğınlığı tərənnüm edir.+

Dirijora. Davudun məzmuru.

13 Ah Yehova, nə vaxtadək məni unudacaqsan?

Əbədilikmi?

Nə vaxtadək mənə nəzər salmayacaqsan*?+

 2 Nə vaxtadək canım bu əzaba dözəcək,

Günbəgün bu dərdi qəlbimdə daşıyacağam?

Nə vaxtadək düşmən mənə üstün gələcək?+

 3 Halıma bax, ey Allahım Yehova, mənə hay ver.

Gözümə nur ver ki, ölüm yuxusuna dalmayım

 4 Və düşmənim: «Onu üstələdim!» — deməsin,

Rəqiblərim yıxılmağımı görüb sevinməsin.+

 5 Sənin məhəbbətinə güvənirəm,+

Ürəyim verdiyin qurtuluşdan şadlanacaq.+

 6 Yehovanın şəninə nəğmə deyərəm, yaxşılığını məndən əsirgəməyib.+

Dirijora. Davudun məzmuru.

14 Ağılsızlar ürəyində:

«Yehova yoxdur», — deyir.+

Onların hərəkətləri pozğun, əməlləri iyrəncdir,

Bir nəfər də düz əməl sahibi yoxdur.+

 2 Amma Yehova göylərdən bəşər oğullarını seyr edir,

Baxır ki, görsün dərk edən, Yehovanı axtaran varmı.+

 3 Hamı yolunu azıb,+

Hamı pozğunlaşıb,

Bir nəfər də düz əməl sahibi yoxdur,

Bir nəfər belə.

 4 Bədəməllər heç nə başa düşmürmü?

Xalqımı çörək yerinə yeyirlər,

Yehovanı çağırmırlar.

 5 Bax, onların canına vahimə düşəcək,+

Çünki Yehova salehlərin* yanındadır.

 6 Məzlumun niyyətini alt-üst etmək istəyirsiniz,

Amma o, Yehovaya sığınıb.+

 7 Kaş Siondan İsrailin qurtuluşu gələydi!+

Yehova əsir xalqını qaytaranda,

Qoy Yaqub sevinsin, israil şadlansın!

Davudun məzmuru.

15 Ey Yehova, çadırında kim mehman olar?

Müqəddəs dağında kim yaşayar?+

 2 O kəs ki kamillik yolu ilə gedir,+

Əməlləri doğrudur,+

Ürəyində həqiqəti danışar,+

 3 Dilindən böhtan çıxmaz,+

Başqasına pislik etməz,+

Dostuna qara yaxmaz,+

 4 Mənfur adamdan gen gəzər,+

Amma Yehovadan qorxanlara hörmət edər,

Zərərinə olsa belə, əhdindən dönməz,+

 5 Sələmlə pul verməz,+

Günahsızın əleyhinə rüşvət almaz.+

Bu cür adam əsla sarsılmaz.+

Davudun mixtamı*.

16 Ey Allahım, məni qoru, çünki Sənə sığınmışam.+

 2 Yehovaya dedim: «Sən Yehovasan, həyatımda yaxşı nə varsa, hamısı Səndəndir.

 3 Yerdəki müqəddəs bəndələrdir,

O nəcib adamlardır sevincim, fərəhim».+

 4 Yad allahların ardınca düşənlər dərd-sərini artırar,+

Onların gətirdiyi qan təqdiməsinə əsla şərik olmaram,

Allahlarının adını dilimə almaram.+

 5 Yehova nəsibim, payımdır,+ piyaləmə+ düşən paydır.

Mirasımı Sən qoruyursan.

 6 Payıma gözəl yerlər düşdü,

Mirasımdan çox razıyam.+

 7 Mənə nəsihət verən Yehovaya+ şükürlər olsun!

Gecələr ürəyim* də məni islah edir.+

 8 Yehovanı daim gözümün önündə saxlayıram,+

Sağımda durub, əsla sarsılmaram!+

 9 Buna görə qəlbim sevinir, bütün varlığım şadlanır.

Arxayın yaşayıram,

10 Çünki məni Məzarda* qoymazsan,+

Qoymazsan vəfalı bəndən qəbir görsün*.+

11 Mənə həyat yolunu öyrədirsən,+

Hüzurunda sevinc, şadlıq aşıb-daşır,+

Sağında olmaq mənə əbədi səadət gətirir.

Davudun duası.

17 Ey Yehova, haqdan ötrü yalvarışımı dinlə

İmdad diləyirəm, eşit,

Hiyləsiz dilimdən çıxan duaya qulaq ver.+

 2 Mənə ədalətli hökmü Sən Özün çıxar,+

Qoy gözlərin doğruluğu görsün.

 3 Qəlbimi araşdırdın, gecələr məni yoxladın,+

Məni arıtdın*;+

Görəcəksən ki, fitnə qurmamışam,

Dilimdən günah çıxmayıb.

 4 İnsan əməlinə gəldikdə isə,

Sənin sözünə baxıb qarətçinin yolundan uzaq gəzirəm.+

 5 Qoy Sənin yollarında addımlayım ki,

Ayaqlarım büdrəməsin.+

 6 Səni çağırıram, ey Allahım, çünki mənə hay verərsən.+

Nə olar, qulağını mənə tərəf əy, dediklərimi eşit.+

 7 Məhəbbətini xariqələrlə göstər,+

Ey Sənə qarşı çıxanlardan qaçıb

Sağ əlinə sığınanların xilaskarı.

 8 Məni göz bəbəyin kimi qoru,+

Qanadlarının kölgəsində məni gizlət.+

 9 Mənə hücum edən şər adamlardan,

Məni dövrəyə alan yağı düşməndən məni hifz et.+

10 Onlar qabalaşıblar*,

Ağızlarından qudurğanlıq tökülür.

11 Addımımızı dövrəyə alırlar,+

Fürsət axtarırlar, bizi yerə vursunlar.

12 Hər biri aslantək qurbanını parçalamağa can atır,

Xəlvətdə pusan gənc aslan kimi gözləyir.

13 Qalx, ey Yehova, onlarla üz-üzə dur,+ qəddlərini əy,

Qılıncını sıyır, canımı pislərdən qurtar.

14 Ey Yehova, Öz əlinlə qurtar məni,

Bu dünyanın adamlarından, bu həyatdan pay alan,+

Qarınlarını naz-nemətlə doldurduğun adamlardan,+

Çoxsaylı övladlarına miras qoyan adamlardan.

15 Mən isə salehliyimlə üzünü görərəm;

Hüzurunda oyanarkən şad oluram.+

Dirijora. Yehovanın qulu Davudun məzmuru. Yehova Davudu bütün düşmənlərinin və Talutun əlindən qurtaranda onun Yehovaya oxuduğu nəğmə.+

18 Səni sevirəm, ey Yehova, qüvvətim Sənsən.+

 2 Yehova yalçın qayam, istehkamımdır, mənim nicatımdır.+

Allahım qayamdır,+ Ona sığınıram,

Qalxanım, güclü xilaskarım*, qalamdır.+

 3 Yehova tərifə layiqdir, Onu çağırıram,

Düşmənlərimdən qurtularam.+

 4 Ölüm ipləri mənə dolanmışdı,+

Yaramaz adamların basqını* məni dəhşətə salmışdı.+

 5 Məzarın* ipləri mənə sarılmışdı,

Çıxmışdı qarşıma ölüm tələləri.+

 6 Bu darlıqda Yehovanı çağırdım,

İmdad üçün Allahıma yalvardım.

Eşitdi səsimi məbədindən,+

Çatdı qulağına fəryadım.+

 7 Yer üzü silkələndi, yırğalandı,+

Dağların təməli yerindən oynadı,

Titrədi Onun qəzəbindən.+

 8 Burun pərələrindən tüstü çıxdı,

Ağzından şiddətli alov püskürdü,+

Yanar közlər səpələndi Ondan.

 9 Aşağı enəndə göylər əyildi,+

Qatı zülmət ayaqları altında idi.+

10 Kərruba minib uçaraq gəldi,+

Mələyin* qanadı üzərində şığıdı aşağı.+

11 Qaranlığı Özünə örtük etdi,+

Çadır kimi ətrafını bürümüşdü

Qara sular, topa buludlar.+

12 Önündə parlayan şəfəqdən

Dolu və köz çıxıb buludları yardı keçdi

13 Yehova göylərdə gurladı,+

Haqq-Taala səsini ucaldanda+

Dolu və yanar közlər töküldü.

14 Oxlarını atıb düşmənləri darmadağın etdi,+

Çaxan şimşəkləri ilə onları çaxnaşmaya saldı.+

15 Ey Yehova, Sənin məzəmmətindən, burnundan çıxan nəfəsin şiddətindən

Suların dibi göründü,+

Yerin təməlləri aşkar oldu.+

16 O, yüksəklərdən əlini uzadıb məni tutdu,

Dərin sulardan məni çəkib çıxartdı.+

17 Məni qoluzorlu düşmənimdən,

Mənimlə ədavət aparanlardan qurtardı,+ onlar məndən güclü idi.+

18 Dar günümdə onlar qarşımı kəsmişdi,+

Lakin Yehova mənə dayaq oldu.

19 Məni genişliyə çıxartdı,

Məni xilas etdi, çünki məndən razı idi.+

20 Yehova salehliyimə görə mənə mükafat verir,+

Pak olduğumu görüb əvəzini verir.+

21 Çünki mən Yehovanın yolunu tutmuşam,

Allahımı xaincəsinə tərk etməmişəm.

22 Onun bütün hökmləri gözümün önündədir,

Qanunlarına hörmətsizlik etmirəm.

23 Onun önündə pak qalacağam,+

Qəbahət işlərdən uzaq gəzəcəyəm.+

24 Yehova salehliyimin,+

Önündə günahsız olmağımın əvəzini versin.+

25 Sadiq adamla sadiqsən,+

Pak adama qarşı paksan.+

26 Saf adamla saf davranırsan,+

Hiyləgərə qarşı fənd işlədirsən.+

27 Məzlumları xilas edirsən,+

Məğrurları alçaldırsan.+

28 Yehova, çırağımı yandıran Sənsən;

Allahım gecəmi gündüz edir.+

29 Sənin köməyinlə quldurların qabağına çıxaram,+

Allahın gücü ilə sədlər aşaram.+

30 Allahın yolu kamildir,+

Yehovanın sözü safdır,+

Xudavənd Ona sığınanların hamısına sipərdir.+

31 Məgər Yehovadan başqa Allah var?+

Allahımızdan savayı kim qaya ola bilər?+

32 Belimi qüvvətlə qurşayan Allahdır,+

O, yolumu kamil edər.+

33 Ayağımı maral ayağıtək çevik edir,

Məni zirvələrdə saxlayır.+

34 Əlimi döyüşə öyrədir,

Qolum mis kamanı gərir.

35 Sən qurtuluş qalxanını mənə verirsən,+

Sağ əlin mənə dayaq olur,

Lütfün məni ucaldır.+

36 Addımlarıma yol açırsan,

Ayaqlarım sürüşməz.+

37 Düşmənlərimi qovub yaxalayacağam,

Onları yox etməyincə geri qayıtmayacağam.

38 Onları qıracağam, qalxa bilməyəcəklər,+

Ayağımın altına səriləcəklər.

39 Döyüş üçün belimi qüvvətlə qurşayarsan,

Yağı düşmənimi ayağımın altına sərərsən.+

40 Düşmənlərimi məğlubiyyətə uğradarsan.

Mənə nifrət edənləri yox edərəm*.+

41 İmdad diləsələr də, onları qurtaran yoxdur,

Hətta Yehovaya yalvarırlar, lakin O hay vermir.

42 Onları əzib küləyin sovurduğu toz kimi edəcəyəm,

Küçədəki palçıq kimi onları tullayacağam.

43 Sən məni elin tənəsindən qurtaracaqsan,+

Xalqlara başçı qoyacaqsan,+

Tanımadığım bir xalq mənə qulluq edəcək.+

44 Sorağımı eşidib mənə itaət edəcəklər,

Yadellilər əsə-əsə önümə gələcək.+

45 O yadellilərin rəngi-ruhu qaçacaq,

Gizləndikləri qalalardan əsə-əsə çıxacaqlar.

46 Şükürlər olsun Qayama,+ var olan Yehovaya,

Xilaskarım Allaha eşq olsun!+

47 Allah qisasımı alır,+

Xalqları mənə tabe edir.

48 O, məni acıqlı düşmənlərimdən qurtarır.

Sən məni üstümə gələnlərdən üstün edirsən,+

Məni zalımın əlindən alırsan.

49 Buna görə, ey Yehova, Səni xalqlar arasında ucaldacağam,+

Adını nəğmələrdə tərənnüm edəcəyəm.+

50 O, möhtəşəm işlərlə padşahını xilas edir,+

Məsh etdiyinə, Davuda və onun nəslinə*+

Əbədilik məhəbbət göstərir.+

Dirijora. Davudun məzmuru.

19 Göylər Allahın əzəmətini bəyan edir,+

Asiman əllərinin işindən danışır.+

 2 Hər gün dillərindən sözlər süzülür,

Hər gecə bir hikmət açırlar.

 3 Nə bir söz, nə bir kəlmə,

Nə bir səs eşidilmir.

 4 Amma sədaları* dünyaya yayılır,

Şəhadətləri yerin ucqarlarına çatır.+

Allah günəş üçün göydə bir çadır qurub,

 5 Günəş, sanki, təzəbəydir, gərdəyindən çıxır,

Şadlanır qaçışa çıxan bir igid kimi.

 6 Göyün bir ucundan çıxar,

O biri ucunadək səyahət edər.+

İstisindən heç nə gizlənməz.

 7 Yehovanın qanunu kamildir,+ cana qüvvət verir,+

Yehovanın öyüdləri etibarlıdır,+ naşı adamı müdrik edir,+

 8 Yehovanın buyruqları doğrudur, ürəyi sevindirir,+

Yehovanın əmri safdır, gözlərə nur verir,+

 9 Yehova önündə qorxu+ pakdır, əbədi qalır,

Yehovanın hökmləri doğrudur, hamısı ədalətlidir.+

10 Onlar qızıldan, çoxlu saf qızıldan da artıq sevilir,+

Baldan, şanıdan daman baldan da şirindir.+

11 Onlar qulunu pis yoldan saxlayır.+

Onlara əməl edənin böyük mükafatı var.+

12 Öz səhvlərini kim dərk edə bilər?+

Bilmədən etdiyim günahlarımı əfv et,

13 Qulunu özbaşına hərəkətlərdən saxla,+

Qoyma onlar mənə ağalıq etsin.+

Onda kamil olaram,+

Böyük xətalardan uzaq olaram.

14 Qoy ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr

Səni məmnun etsin,+ ey Yehova, qayam,+ xilaskarım!+

Dirijora. Davudun məzmuru.

20 Qoy dar günündə Yehova sənə hay versin,

Yaqubun Allahının adı səni qorusun.+

 2 Müqəddəs məkandan köməyini göndərsin,+

Siondan sənə dayaq olsun.+

 3 Gətirdiyin bəxşişləri unutmasın,

Yandırma qurbanlarını qəbul etsin. (Selah)

 4 Sənə ürəyinə görə versin,+

Bütün niyyətlərin gerçəkləşsin.

 5 O zaman çaldığın zəfərlərə görə sevinib-coşarıq,+

Allahımızın adı ilə bayraqlarımızı qaldırarıq.+

Qoy Yehova sənin bütün diləklərini çin etsin.

 6 İndi bilirəm ki, Yehova məsh etdiyini xilas edir,+

Sağ əli ilə böyük qurtuluş verir,+

Müqəddəs göylərdən ona hay verir.

 7 Kimisi cəng arabalarına, kimisi atlara güvənir,+

Ancaq biz Allahımız Yehovanın adını çağırırıq.+

 8 Onlar çökdülər, yerə sərildilər,

Ancaq biz ayağa qalxdıq, dimdik durduq.+

 9 Ey Yehova, padşahı hifz et!+

İmdad dilədiyimiz gün bizə hay ver.+

Dirijora. Davudun məzmuru.

21 Ey Yehova, padşah Sənin qüdrətinlə sevinir,+

O, Səndən gələn qurtuluşa şadlanır.+

 2 Onu arzusuna çatdırdın,+

Ağzından çıxan diləyi rədd etmədin. (Selah)

 3 Onu bol-bol nemətlərlə qarşılayırsan,

Başına xalis qızıldan tac qoyursan.+

 4 Səndən uzun ömür dilədi, verdin,+

Ömrünü uzatdın əbədiyyətə qədər.

 5 Verdiyin nicat onu ucalara qaldırır,+

Ona şan-şöhrət, əzəmət bəxş edirsən.

 6 Əbədilik nemətlər bağışlamısan,+

Hüzurunun sevincini ona daddırırsan.+

 7 Çünki padşah Yehovaya arxalanır,+

Haqq-Taalanın məhəbbəti onu sarsılmağa qoymaz.+

 8 Əlin bütün düşmənlərini tapar,

Yağıları sağ əlinlə tutarsan.

 9 Sən üzünü göstərəndə, soba kimi alışacaqlar.

Yehova qəzəbi ilə hamısını udacaq, onları alov məhv edəcək.+

10 Onların nəslini* yer üzündən siləcəksən,

Toxumunu bəşər oğulları arasından yox edəcəksən.

11 Sənə pislik etməyə çalışdılar,+

Tədbir tökdülər, əllərindən bir şey gəlmədi.+

12 Sən yayı çəkib onları nişan alanda

Geri dönüb qaçacaqlar.+

13 Ey Yehova, qalx, göstər gücünü!

Qüdrətini nəğmələrdə tərənnüm edərik!

Dirijora. Davudun məzmuru. «Sübh maralı»* üçün.

22 Allahım, Allahım, niyə məni tərk etdin?+

Niyə fəğanımdan uzaqdasan, eşitmirsən?+

Niyə dadıma yetişmirsən?

 2 Ey Allahım, gecə-gündüz səni səsləyirəm,

Sən isə mənə hay vermirsən.+

 3 Sən müqəddəssən,+

İsrailin mədhləri bürüyüb taxtını.

 4 Atalarımız Sənə bel bağladılar,+

Güvəndilər, Sən də onları xilas etdin.+

 5 Səndən imdad dilədilər, qurtuldular,

Sənə arxalandılar, peşman olmadılar.+

 6 Mən isə tənə, nifrət hədəfiyəm,

Sanki, insan deyiləm, torpaq qurduyam.+

 7 Hər görən məni lağa qoyur,+

Dişlərini ağardır, başını bulayıb+ deyir:

 8 «Özünü Yehovaya tapşırmışdı, qoy onu xilas etsin!

Əgər Ona əzizdirsə, qoy onu qurtarsın!»+

 9 Məni anamın bətnindən çıxaran,+

Anamın qucağında mənə dinclik verən Sənsən.

10 Doğulduğum andan Sənin əllərindəyəm,

Anamın bətnindən Allahım Sənsən.

11 Məndən uzaqlaşma, çünki bəla yaxındır,+

Səndən başqa yardımçım yoxdur.+

12 Buğalar ətrafıma toplaşıb,+

Başanın güclü öküzləri məni dövrəyə alıb.+

13 Nərə çəkən, ovunu parçalayan aslan kimi,+

Mənə diş qıcayırlar.+

14 Su kimi yerə tökülmüşəm,

Sümüklərim oynaqlardan çıxıb.

Ürəyim mum kimi olub,+

Əriyib içimə tökülüb.+

15 Gücüm saxsı parçası kimi quruyub,+

Dilim damağıma yapışıb,+

Məni torpağa gömürsən.+

16 Köpək sürüsü kimi məni dövrəyə alıb+

Düşmənlərim üstümə gəlirlər.+

Şir kimi əl-ayağımı dişləyirlər.+

17 Gözlərini zilləyib mənə baxırlar.

Sümüklərimi bir-bir saya bilirəm.+

18 Paltarımı aralarında bölüşdürürlər,

Libasım üçün püşk atırlar.+

19 Amma Sən, ey Yehova, məndən uzaq durma,+

Qüvvətim Sənsən, imdadıma tez yetiş.+

20 Canımı qılıncdan,

Şirin canımı köpəklərin pəncəsindən qurtar.+

21 Məni aslan ağzından, vəhşi öküzlərin buynuzundan qurtar;+

Mənə hay ver, məni qurtar.

22 Sənin adını qardaşlarıma bildirəcəyəm,+

Toplantı içində Səni mədh edəcəyəm.+

23 Siz, ey Yehovadan qorxanlar, Ona alqış edin!

Ey Yaqub nəsli, Onu ucaldın!+

Ey İsrail nəsli, Ondan qorxun!

24 O, məzlumun dərdini rədd etmədi,+

Sitəmindən iyrənmədi,

Ondan üz döndərmədi,+

Fəryadını eşitdi.+

25 Böyük məclis içində Səni mədh edəcəyəm,+

Səndən qorxanların qarşısında nəzirlərimi yerinə yetirəcəyəm.

26 Həlimlər yeyib doyacaq,+

Yehovanı axtaranlar Onu ucaldacaq.+

Qoy onların ürəyi əbədi döyünsün.

27 Dünyanın ucqarları Yehovanı yada salacaq, Ona tərəf dönəcək.

Bütün xalqlar nəsilbənəsil Sənə səcdə qılacaq.+

28 Çünki Yehovanındır taxt-tac,+

Xalqlara hökmranlıq edən Odur.

29 Dünyanın bütün bəxtəvərləri yeyib-içəcək və səcdə qılacaq,

Torpağa gedənlərin hamısı Onun önündə diz çökəcək.

Onlar ki canlarını belə, diri saxlaya bilmirlər.

30 Onların övladları Ona qulluq edəcək;

Gələcək nəslə Yehova barədə nəql ediləcək.

31 Onlar gəlib Onun ədalətindən söz açacaqlar,

Onun işlərini sonrakı nəsillərə bildirəcəklər.

Davudun məzmuru.

23 Yehova mənim Çobanımdır*,+ möhtac olmaram.+

 2 Yaşıl otlaqlarda dincəldir məni,

Yaxşı suvarılan sakit yerlərə aparır*.+

 3 Canıma qüvvət verir,+

Öz adı naminə məni salehlik yolları ilə aparır.+

 4 Qaranlıq dərədən keçəndə belə,+

Heç nə məni qorxutmur,+

Çünki Sən mənimləsən,+

Əsan, çomağın mənə ürək-dirək verir.

 5 Düşmənlərimin gözü önündə mənə süfrə açırsan,+

Başıma yağ çəkirsən,+

Piyaləm dolub-daşır.+

 6 Ömrüm boyu Sənin kəramətini*, məhəbbətini dadacağam,+

Nə qədər ki sağam, Yehovanın evində qalacağam.+

Davudun məzmuru.

24 Yer, onun üzərindəki hər şey,

Torpaq və onun üstündə yaşayanlar Yehovanındır.+

 2 O, qurunu dənizin üzərində qoydu,+

Onu çayların üzərində bərkitdi.

 3 Yehovanın dağına kim çıxa bilər?+

Müqəddəs məkanında kim dura bilər?

 4 Əlləri pak, qəlbi təmiz adam,+

Varlığıma* yalandan and içməyən,

Saxta and verməyən adam.+

 5 O, Yehovadan xeyir-bərəkət alar,+

Xilaskarı Allahın+ rizasını qazanar*.

 6 Ey Yaqubun Allahı, onlardır Səni axtaran,

Sənin camalını görmək istəyən. (Selah)

 7 Başınızı qaldırın, ey darvazalar,+

Açılın, ey qədimi keçidlər,

Şanlı Padşah girsin içəri!+

 8 Kimdir bu şanlı Padşah?

Güclü, qüdrətli Yehova,+

Döyüşdə qüdrətli Yehova!+

 9 Başınızı qaldırın, ey darvazalar,+

Açılın, ey qədimi keçidlər,

Şanlı Padşah girsin içəri!

10 Kimdir bu şanlı Padşah?

Ordular Allahı Yehova!

Odur şanlı Padşah!+ (Selah)

Davudun məzmuru.

א [Alef]*

25 Sənə üz tutmuşam, ey Yehova,

ב [Bet]

 2 Ey Allahım, Sənə güvənmişəm,+

Məni xəcalətdə qoyma.+

Qoyma düşmənlərim halıma gülsün.+

ג [Qimel]

 3 Ümidini Sənə bağlayanların heç biri xəcil olmaz,+

Nahaqdan mənə badalaq gələnlər isə rüsvay olar.+

ד [Dalet]

 4 Mənə yollarını göstər, ey Yehova,+

Mənə yollarını öyrət.+

ה [He]

 5 Məni haqq yolunda yerit, mənə təlim ver,+

Ey Allahım, Sənsən xilaskarım.

ו [Vav]

Əlim hər zaman Sənin ətəyindədir.

ז [Zayn]

 6 Ey Yehova, mərhəmətini, məhəbbətini yada sal,+

Onları əzəldən bəri göstərirsən.+

ח [Xet]

 7 Nə olar, cavanlıq səhvlərimi, günahlarımı yadına salma.

Kəramətin naminə, ey Yehova,+

Məni məhəbbətinlə+ xatırla.

ט [Tet]

 8 Yehova kəramətlidir, haqdır,+

O, günahkara düzgün yaşamağı öyrədir.+

י [Yud]

 9 O, həlimləri doğruluğa yönəldər,+

Onlara Öz yolunu öyrədər.+

כ [Kaf]

10 Əhdinə, öyüdlərinə+ tabe olanlar üçün+

Yehovanın bütün yolları məhəbbət və sədaqət yoludur.

ל [Lamed]

11 Adın naminə, ey Yehova,+

Məni bağışla, hərçənd günahım böyükdür.

מ [Mem]

12 Kim ki Yehovadan qorxur,+

Allah ona lazımi yolu göstərəcək.+

נ [Nun]

13 Firavanlıq görər o insan,+

Nəsli də* yeri miras alacaq.+

ס [Samex]

14 Yehovadan qorxanların payı Onun dostluğudur,+

O, onlara Öz əhdini bildirir.+

ע [Ayn]

15 Gözlərimi Yehovaya dikmişəm,+

O, ayağımı tordan qurtarar.+

פ [Pe]

16 Nə olar, üzünü mənə çevir, mənə lütf göstər,

Axı tənhayam, naçaram.

צ [Tsade]

17 Könlümün qubarı artıb,+

Qəm yükünü üstümdən götür.

ר [Reyş]

18 Dərdimi, əzabımı gör,+

Bütün günahlarımı əfv et.+

19 Bax, gör düşmənlərim nə qədərdir,

Mənə amansız nifrət edirlər.

ש [Şin]

20 Canımı hifz et, məni qurtar,+

Qoyma rüsvay olum, axı Sənə sığınmışam.

ת [Tav]

21 Qoy kamillik və dürüstlük məni qorusun,+

Çünki ümidim Sənsən.+

22 Ey Allahım, İsraili bütün bəlalardan qurtar.

Davudun məzmuru.

26 Ey Yehova, kamillik yolunda yeriyirəm, mənə haqq qazandır,+

Yehovaya etibarım sarsılmazdır.+

 2 Məni imtahan et, ey Yehova, məni sına,

Ürəyimi, ən dərin duyğularımı xəlbirdən keçir.+

 3 Məhəbbətini heç vaxt unutmuram,

Haqq yolunda yeriyirəm.+

 4 Yalançılarla oturub-durmuram,+

İç üzünü gizlədənlərə qaynayıb-qarışmıram.

 5 Yaramazların məclisindən zəhləm gedir,+

Şər iş görənlərlə birgə əyləşmirəm.+

 6 Əllərimi günahsızlıq içində yuyaram,

Qurbangahının başına dolanaram, ey Yehova,

 7 Şükranlarımı ucadan söyləyərəm,+

Bütün xariqələrini bəyan edərəm.

 8 Yehova, məskən etdiyin evi,+

Calalının sakin olduğu yeri sevirəm.+

 9 Günahkarlarla birgə canımı məhv etmə,+

Zorakılarla birgə həyatıma son qoyma.

10 Onların əlində pislik* var,

Sağ əlləri rüşvətlə doludur.

11 Mən isə kamillik yolundan dönmərəm,

Məni xilas et, mənə lütf göstər.

12 Ayağım düz yerdə durur,+

Böyük məclisdə Yehovaya alqış edərəm.+

Davudun məzmuru.

27 Yehova nurum,+ nicatımdır,

Məni kim qorxuda bilər?+

Yehova ömrümün qalasıdır,+

Kim məni dəhşətə sala bilər?

 2 Bədəməllər məni parçalamaq üçün üstümə cumanda+

Büdrədilər, yıxıldılar bu yağılar, bu düşmənlər.

 3 Mənə qarşı bir ordu düşərgə salsa da,

Ürəyimə qorxu düşməz.+

Mənə qarşı döyüş başlasa da,

Yenə arxayınam.

 4 Yehovadan bir şey dilədim,

Arzum budur ki,

Ömrüm boyu Yehovanın evində qalım,+

Yehovanın hüsnünü görüm,

Məbədinə heyran-heyran tamaşa edim.+

 5 Dar günümdə məni pənahında saxlar,+

Çadırında, xəlvət yerdə gizlədər,+

Uca qaya başına qaldırar.+

 6 Başım dövrəmdəki düşmənlərdən yuxarıdır,

Onun çadırında şadyanalıqla qurban gətirərəm,

Yehovanı nəğmələrdə tərənnüm edərəm.

 7 Sənə fəryad edəndə məni eşit, ey Yehova,+

Mənə lütf göstər, mənə hay ver.+

 8 «Camalımı axtarın»

Sözlərini ürəyim səsləndirdi.

Axtararam camalını, ey Yehova.+

 9 Üzünü məndən gizlətmə,+

Qulunu qəzəblə qovma.

Sənsən köməyim,+

Məni atma, tərk etmə, ey nicatımın Allahı.

10 Doğma atam, anam məni atsalar belə,+

Yehova qəbul edər.+

11 Ey Yehova, mənə yolunu öyrət,+

Məni düşmənlərimdən qoruyub düz yolla apar,

12 Məni düşmənlərimin əlinə salma.+

Mənə qarşı yalançı şahidlər qalxıb,+

Mənə hədə-qorxu gəlirlər.

13 İşıqlı dünyada* Yehovanın kəramətini görəcəyimə inanmasaydım, halım necə olardı!..*+

14 Ümidini Yehovaya bağla,+

Cəsur, möhkəm ol.+

Bəli, ümidini Yehovaya bağla.

Davudun məzmuru.

28 Səni çağırıram, ey Yehova, ey mənim qayam,+

Səsimə qulağını tıxama,

Səsimə hay verməsən,

Qəbirə enənlərə bənzərəm.+

 2 Əllərimi məbədinin iç otağına tərəf açanda,+

Səndən imdad diləyəndə yalvarışımı eşit.

 3 Məni pis, zalım adamlara qatıb aparma,+

O kəslərlə ki, adamla mehriban danışır, ürəkləri isə pisliklə doludur.+

 4 Onlara əməllərinə görə ver,+

Pisliklərinin cəzasını,

İşlərinin əvəzini ver,

Əməllərini başlarına gətir.+

 5 Onlar Yehovanın işlərinə,

Əllərinin yaratdıqlarına məhəl qoymurlar.+

O, onları yıxacaq, ayağa qaldırmayacaq.

 6 Yehovaya şükürlər olsun,

Yalvarışlarımı eşitdi.

 7 Yehova gücüm,+ qalxanımdır,+

Ürəyim Ona arxalanır,+

Onun köməyini gördüm, qəlbim sevincdən coşur,

Nəğməmlə Onu tərənnüm edərəm.

 8 Yehova Öz xalqının gücüdür,

Məsh etdiyinə möhtəşəm qurtuluş verən istehkamdır.+

 9 Ey Allahım, xalqını qurtar, irsini mübarək et,+

Onların çobanı ol, əbədiyyən qucağında gəzdir.+

Davudun məzmuru.

29 Ey qüdrətlilərin oğulları, Yehovaya şərəf verin,

Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin.+

 2 Yehovaya adına layiq şərəf verin,

Müqəddəs libaslarda* Yehovaya səcdə qılın.

 3 Yehovanın səsi sular üzərində səslənir,

Əzəmətli Allah gurlayır.+

Yehova əngin sular üzərindədir.+

 4 Yehovanın səsi güclüdür!+

Yehovanın səsi əzəmətlidir!

 5 Yehovanın səsi sidr ağaclarını sındırır,

Bəli, Yehova Livan sidrlərini xıncım-xıncım edir.+

 6 O, Livanı buzov kimi sıçradar,

Şiryunu+ vəhşi öküz balası kimi oynadar.

 7 Yehovanın səsi alov saçar,+

 8 Yehovanın səsindən çöl titrəyər,+

Yehova Qədis+ çölünü silkələyər.

 9 Yehovanın səsindən marallar doğar,

Meşələr çılpaq qalar,+

Məbədində hər kəs Ona: «Eşq olsun!» — deyər.

10 Yehova sel-sular üzərində taxtda oturub,+

Yehova padşah kimi taxtında əbədi oturub.+

11 Yehova xalqına güc-qüvvət verər,+

Yehova xalqına əmin-amanlıq bəxş edər.+

Evin açılışı üçün Davudun məzmuru.

30 Səni ucaldacağam, ey Yehova, məni qaldırdın,

Qoymadın düşmənlərim sevinsin.+

 2 Ey Allahım Yehova, Səndən imdad dilədim, mənə şəfa verdin.+

 3 Yehova, canımı Məzardan* qaldırdın,+

Qoymadın qəbrə enim, məni yaşatdın.+

 4 Yehovanı nəğmələrdə tərənnüm edin, ey Onun sadiq bəndələri,+

Onun müqəddəs adına+ şükür edin,

 5 Çünki qəzəbi ani olar,+

Lütfü isə ömür boyu davam edər.+

Axşam şivən qoparsa, sabah sevinc sədaları ilə açılar.+

 6 Mən dinclik tapanda dedim:

«Heç vaxt sarsılmaram».

 7 Ey Yehova, lütfünlə məni dağtək sarsılmaz etdin.+

Amma məndən üz döndərəndə canıma qorxu düşdü.+

 8 Səni çağırdım, ey Yehova.+

Yehovadan lütf dilədim.

 9 Ölsəm, qəbrə düşsəm, nə faydası?+

Torpaq Səni mədh edərmi?+ Sədaqətindən danışarmı?+

10 Səsimi eşit, mənə lütf göstər, ey Yehova.+

Yehova, mənim köməyim ol.+

11 Sən yasımı şənliyə çevirdin,

Çulu çıxardıb əynimdən məni sevincə bürüyürsən,

12 Ta ki könlüm* susmasın, Səni tərənnüm etsin.

Ey Yehova, ey Allahım, Səni əbədiyyən ucaldacağam!

Dirijora. Davudun məzmuru.

31 Sənə sığınmışam, ey Yehova,+

Qoyma xəcil olum.+

Ədalətin naminə məni qurtar.+

 2 Qulağını mənə sarı əy,

İmdadıma çat, məni xilas et.+

Dağ üstündə istehkamım ol,

Möhkəm bir qalatək hifz et məni.+

 3 Axı yalçın qayam, istehkamım Sənsən,+

Adın naminə+ məni yönəldirsən, yol göstərirsən.+

 4 Məni gizlində qoyulmuş tordan qoruyarsan,+

Axı qalam Sənsən.+

 5 Ruhumu Sənin əlinə əmanət edirəm.+

Ey haqq Allahı*+ Yehova, Sən məni qurtarmısan.

 6 Mənasız, boş bütlərə səcdə qılanlara nifrət edirəm,

Mən Sənə arxalanıram, ey Yehova.

 7 Sənin məhəbbətində hədsiz sevinc tapacağam,

Çünki əzab-əziyyətimi gördün,+

Qəlbimdəki dərdi bilirsən.

 8 Məni düşmən əlinə salmadın,

Ayaq qoyduğum yeri genişləndirirsən.

 9 Dardayam, ey Yehova, mənə lütf göstər,

Dərddən gözümün nuru sönüb,+ vücudum quruyub.+

10 Ömrüm qəm-qüssə ilə,+

İllərim ah-zarla keçir.+

Təqsirim ucbatından məndə taqət qalmayıb,

Sümüklərim əriyib gedir.+

11 Mənə rişxənd edir bütün düşmənlər,+

Qonum-qonşu isə onlardan betər,

Tanış-biliş məndən səksənir,

Çöl-bayırda məni görəndə qaçırlar.+

12 Ölmüş adam kimi yadlarından çıxmışam, unudulmuşam.

Sınıq qab kimi olmuşam.

13 Çoxlu iftiralar eşidirəm,

Hər yandan məni dəhşət bürüyür.+

Onlar mənə qarşı birləşir,

Canımı almaq üçün tədbir tökürlər.+

14 Amma mən, ey Yehova, Sənə güvənirəm.+

«Allahım Sənsən!»+ — deyirəm.

15 Həyatım Sənin əlindədir,

Məni düşmənlərin, təqibçilərin əlindən qurtar.+

16 Üzünün nurunu qulunun üstünə sal,+

Məhəbbətinlə məni qurtar.

17 Ey Yehova, Səni çağıranda qoyma xəcil olum.+

Qoy şər adamlar rüsvay olsunlar,+

Qoy onlar Məzarda* sussunlar.+

18 Yalançı dillər,

Salehin əleyhinə lovğalıqla, həqarətlə danışan azğın dillər lal olsun.+

19 Sənin kəramətin necə boldur!+

Onu səndən qorxanlar üçün saxlayırsan,+

Hamının önündə Sənə sığınanlara göstərirsən.+

20 Onları insanların qəsdindən qoruyub

Hüzurunun pənahına alırsan;+

Davakar dillərdən

Çadırında gizlədirsən.+

21 Şükür olsun Yehovaya!

Mühasirəyə düşmüş şəhərdə ağlasığmaz yollarla mənə məhəbbətini göstərdi.+

22 Təlaşa düşüb demişdim:

«Gözlərinin qabağından yox olacağam».+

Lakin Səndən imdad diləyəndə fəryadımı eşitdin.+

23 Yehovanı sevin, ey Onun sadiq bəndələri!+

Yehova vəfalı bəndələri hifz edər,+

Təkəbbürlü adamın cəzasını artıqlaması ilə verər.+

24 Siz, ey Yehovaya güvənənlər,+

Cəsur olun, möhkəm olun!+

Davudun məzmuru. Maskil*.

32 Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur.+

 2 Xoş o kəsin halına ki, Yehova onu təqsirli bilməz,+

Qəlbində hiylə yoxdur.

 3 Mən susduqca bütün günü inildədim, sümüklərim əridi.+

 4 Gecə-gündüz əlin* üzərimdə ağır yük oldu,+

Yayın istisində buxarlanan su kimi, gücüm yox oldu. (Selah)

 5 Nəhayət, günahımı Sənə etiraf etdim,

Təqsirimi gizlətmədim.+

Dedim: «Yehovaya günahlarımı açım».+

Sən də günahlarımdan keçdin.+ (Selah)

 6 Buna görə sadiq bəndələr Sənə dua edəcək,+

Hələ vaxt var ikən Səni axtaracaqlar.+

Hətta aşıb-daşan sular onları aparmaz.

 7 Pənahgahım Sənsən,

Məni bəladan qoruyarsan,+

Məni qurtuluş sədaları ilə dövrələyərsən.+ (Selah)

 8 Dedin: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm,+

Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq.+

 9 At kimi, qatır kimi şüursuz olma.+

Onların dəlisovluğu cilov, noxta ilə ram edilər,

Yoxsa yanına gəlməzlər».

10 Pislərin başı çox ağrı çəkər,

Yehovaya güvənənləri isə Onun məhəbbəti əhatə edər.+

11 Ey salehlər, sevinciniz Yehova olsun, şadlanın,

Ürəyidüz olanlar, sevincdən haray salın!

33 Ey salehlər, Yehovanın işlərinə görə sevinib-şadlanın!+

Dürüst adamın dilinə Allaha tərif yaraşır.

 2 Çəng* çalıb Yehovaya həmd edin,

On telli alətdə Onu tərənnüm edin.

 3 Şəninə yeni nəğmə oxuyun,+

Gözəl çalın, şən səsinizi yüksəldin.

 4 Çünki Yehovanın sözü doğrudur,+

Bütün işləri etibarlıdır.

 5 Yehova salehliyi, ədaləti sevir.+

Məhəbbəti yer üzünü bürüyüb.+

 6 Göylər Yehovanın sözü ilə,

Orada olanlar ağzının nəfəsi ilə yarandı.+

 7 Dəniz sularına, sanki, bənd çəkib saxlar,+

Çağlayan suları anbarlara yığar.

 8 Qoy bütün dünya Yehovadan qorxsun,+

Yer üzündə yaşayanlar lərzəyə gəlsin.

 9 Çünki O dedi, hər şey var oldu,+

Əmr etdi, hər şey bərqərar oldu.+

10 Yehova xalqların niyyətini alt-üst etdi,+

Ümmətlərin tədbirini puça çıxardı.+

11 Yehovanın qərarları isə əbədi durar,+

Qəlbinin düşüncələri nəsildən-nəslə yaşar.

12 Allahı Yehova olan xalq nə bəxtiyardır!+

Onun Özünə mülk etdiyi xalq nə bəxtiyardır!+

13 Yehova göylərdən seyr edir,

Bütün bəşər oğullarını görür.+

14 Məskənindən dünyanın bütün sakinlərinə baxır.

15 Hər qəlbi şəklə salan,

Hər kəsin işinə qiymət verən Odur.+

16 Heç bir padşah qoşununun çoxluğu ilə qurtulmaz,+

Güc-qüvvət igidi xilas etməz.+

17 Qurtuluş* üçün ata güvənmək əbəsdir,+

Böyük gücü qurtuluşa zəmanət verməz.

18 Yehovanın gözü Ondan qorxanların,

Ondan məhəbbət umanların üzərindədir ki,+

19 Canlarını ölümdən qurtarsın,

Qıtlıq zamanı onları sağ saxlasın.+

20 Qəlbimiz Yehovanı gözlər,

Odur yardımçımız,

Odur qalxanımız.+

21 Könlümüz Onunla sevinər,

Onun müqəddəs adına təvəkkül edirik.+

22 Ey Yehova, məhəbbətini bizdən əsirgəmə,+

Çünki Sənə ümid bağlamışıq.+

Davudun məzmuru. Əbuməlikin qarşısında özünü dəliliyə vurub+ qovulanda.

א [Alef]*

34 Hər zaman Yehovaya şükür edərəm,

Dilim daim Ona alqış deyər.

ב [Bet]

 2 Könlüm Yehova ilə öyünər,+

Həlimlər eşidib sevinər.

ג [Qimel]

 3 Yehovanı mənimlə birgə ucaldın,+

Gəlin Onun adını birgə yüksəldək.

ד [Dalet]

 4 Yehovaya üz tutdum, mənə hay verdi,+

Məni bütün qorxulardan azad etdi.+

ה [He]

 5 Gözünü Ona dikənlərin çöhrəsi parladı,

Üzləri xəcalətdən qızarmaz.

ז [Zayn]

 6 Bu məzlum çağırdı, Yehova eşitdi,

Bütün bəlalardan onu qurtardı.+

ח [Xet]

 7 Yehovanın mələyi Ondan qorxanların ətrafında düşərgə qurur,+

Onları xilas edir.+

ט [Tet]

 8 Dadın, görün necə gözəldir* Yehova,+

Ona sığınan nə bəxtiyardır!

י [Yud]

 9 Yehovadan qorxun, ey Onun müqəddəs bəndələri,

Ondan qorxan korluq çəkməz.+

כ [Kaf]

10 Gənc, güclü aslanlar ac-yalavac gəzər,

Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz.+

ל [Lamed]

11 Gəlin, qulaq asın mənə, ey oğullarım,

Sizə Yehovadan qorxmağın nə olduğunu öyrədim.+

מ [Mem]

12 Kim həyatdan həzz almaq,

Yaxşı gün görmək istəyirsə,+

נ [Nun]

13 Qoy dilini şərdən,+

Ağzını məkrdən saxlasın.+

ס [Samex]

14 Qoy şərdən çəkinsin, xeyrə can atsın,+

Sülh axtarsın, sülhə can atsın.+

ע [Ayn]

15 Yehovanın gözü salehlərin üzərindədir,+

Qulağı onların yalvarışını eşidir.+

פ [Pe]

16 Yehova üzünü şər iş görənlərdən döndərir,

Onların adını belə, yer üzündən siləcək.+

צ [Tsade]

17 Salehlər çağırdı, Yehova eşitdi,+

Onları bütün bəlalardan qurtardı.+

ק [Kof]

18 Yehova qəlbisınıqlara yaxındır,+

Pərişan insanları azad edir.+

ר [Reyş]

19 Salehin dərdi-səri çox olar,+

Lakin Yehova onu bütün bəlalardan qurtarar.+

ש [Şin]

20 Bütün sümüklərini qoruyur,

Heç biri sınmamışdır.+

ת [Tav]

21 Şər adamın başına bəla gələr, onu məhv edər,

Salehə nifrət edənlər məhkum olar.

22 Yehova qullarının canını xilas edər,

Ona pənah gətirənlərin biri də məhkum edilməz.+

Davudun məzmuru.

35 Ey Yehova, mənimlə çəkişənlərlə çəkiş,+

Döyüşənlərlə döyüş.+

 2 Sipər-qalxanını* götür,+

Gəl, qoru məni.+

 3 Nizəni, baltanı dalımca düşənlərin üstünə qaldır,+

«Sənin nicatınam» de mənə.+

 4 Qoy canıma qəsd edənlər rüsvay olsunlar, alçalsınlar,+

Mənə qarşı pis niyyəti olanlar biabır olub geri çəkilsinlər.

 5 Küləyin sovurduğu saman çöpü kimi olsunlar,

Yehovanın mələyi onları qabağına qatıb qovsun.+

 6 Qoy yolları sürüşkən olsun, zülmət olsun,

Yehovanın mələyi onları qovanda.

 7 Nahaqdan canım üçün çala qazdılar,

Üzərinə tor sərdilər.

 8 Qoy başlarına qəfil fəlakət gəlsin,

Qurduqları tora özləri düşsün,

Çalaya yıxılıb tələf olsunlar.+

 9 Qəlbimin sevinci Yehova olacaq,

Könlüm Onun verdiyi qurtuluşa şadlanacaq.

10 Bütün varlığımla deyim:

«Ey Yehova, məzlumu qoluzorlunun əlindən,+

Biçarəni, kasıbı qəsbkardan qurtaran,+

Sənin kimisi varmı?»

11 Fitnəkar şahidlər qalxır,+

Bilmədiyim şeyləri soruşurlar.

12 Canım matəm içindədir,

Yaxşılığımın əvəzində yamanlıq edirlər.+

13 Ancaq onlar xəstələnəndə mən çula bürünərdim,

Oruc tutub canıma qəsd edərdim,

Duam cavabsız qalanda,

14 Sanki, dostum, qardaşımdan ötrü qəmə batardım;

Anasına yas tutan adam kimi kədərdən qəddim bükülərdi.

15 Onlar isə mən axsayanda sevindilər, toplaşdılar,

Toplaşıb birləşdilər, məni xəlvətdən vurmaq üçün.

Məni parçaladılar, mənə hey böhtan atdılar.

16 Allahsızlar məni lağa qoyurlar*.

Mənə diş qıcayırlar.+

17 Ey Yehova, nə vaxtadək durub baxacaqsan?+

Canımı onların həmləsindən,+

Şirin canımı gənc aslanın pəncəsindən qurtar.+

18 Onda böyük məclis içrə Sənə həmd edərəm,+

Camaat arasında Səni mədh edərəm.

19 Qoyma nahaqdan mənə düşmən kəsilənlər halıma sevinsin,

Nahaq yerə mənə nifrət edənlər+ bir-birinə göz vursun.+

20 Çünki onların dilindən xoş söz* çıxmaz,

Dünyanın dinc sakinlərinə qarşı fitnə-fəsad qurarlar.+

21 Məni ittiham etmək üçün ağızlarını geniş açır,

«Aha! Gözümüzlə gördük!» — deyirlər.

22 Ey Yehova, bütün bunları görürsən, susma.+

Yehova, məndən uzaq durma.+

23 Qalx, məni müdafiə et,

Ey Allahım Yehova, məhkəmədə tərəfimi tut.

24 Məni ədalətinlə mühakimə et,+ ey Allahım Yehova,

Qoy onlar halıma sevinməsin.

25 Ürəklərində: «Oxay! Muradımıza çatdıq», — deməsinlər,

«Əcəb onun başını yedik», — söyləməsinlər.+

26 Pis günümə sevinənlərin

Hamısı xəcil, biabır olsun.

Önümdə qürrələnənlər rüsvayçılığa, rəzilliyə bürünsünlər.

27 Qoy salehliyimə sevinib-şadlananlar

Durmadan desinlər:

«Qulunun əmin-amanlığına sevinən Yehovaya eşq olsun!»+

28 Onda ədalətin dilimdən düşməz,+

Bütün günü Sənə alqış edərəm.+

Dirijora. Yehovanın qulu Davudun məzmuru.

36 Pis adamın ürəyinin dərinliyində günah pıçıldayır,

O, Allah qorxusu bilmir.+

 2 Özündən elə razıdır ki,

Nə günahını görür, nə ondan ikrah edir.+

 3 Dilindən fitnə-fəsad düşmür,

Yaxşı iş görməyə düşüncəsi çatmır.

 4 Yatağında belə, fitnə qurur,

Əyri yolda dayanır,

Şəri özündən qovmur.

 5 Ey Yehova, Sənin məhəbbətin göylərə çatır,+

Sədaqətin buludlara dirənir.

 6 Ədalətin vüqarlı dağlar kimidir,+

Hökmlərin əngin sulara bənzər.+

Ey Yehova, insanı da, heyvanı da Sənsən qoruyan.+

 7 Pərvərdigara, məhəbbətin* necə də əzizdir!+

Bəşər oğulları qanadlarının kölgəsinə sığınar.+

 8 Evinin nemətlərini bol-bol dadırlar,+

Gur axan zövq-səfa sularını içirdirsən onlara.+

 9 Həyat mənbəyi Sənsən,+

Sənin nurunla görürük biz nur.+

10 Səni tanıyanlardan məhəbbətini,+

Ürəyidüz adamlardan ədalətini əsirgəmə.+

11 Qoyma təkəbbürlü adam üstümə ayaq alsın,

Şər adam məni yurd-yuvamdan etsin.

12 Bax, günahkarlar yıxıldı,

Yerə sərildi, ayağa dura bilmirlər.+

Davudun məzmuru.

א [Alef]*

37 Şər iş görənlərdən ötrü qanını qaraltma,

Haqsızlıq edənlərin paxıllığını çəkmə,+

 2 Çünki onlar ot kimi tez quruyacaq,+

Yaşıl çəməntək saralıb-solacaqlar.

ב [Bet]

 3 Sən Yehovaya güvən, yaxşılıq et,+

Yer üzündə yaşa, sədaqətlə addımla.+

 4 Qoy səadətin Yehova olsun,

O, qəlbinin muradını çin edər.

ג [Qimel]

 5 Yolunu Yehovaya tapşır,+

Ona güvən, O, sənin işini hasil edər.+

 6 Salehliyini sübh şəfəqitək,

Ədalətini günorta günəşitək parladar.

ד [Dalet]

 7 Yehovanın hüzurunda sükut et,+

Onu səbirlə gözlə.

Fitnə-fəsadla uğur qazanan adamdan ötrü qanını qaraltma.+

ה [He]

 8 Qəzəbi burax, hiddətdən çəkin,+

Dilxor olub şərə əl atma*.

 9 Pislərin kökü kəsiləcək,+

Yehovaya güvənənlər isə yer üzünə sahib olacaq.+

ו [Vav]

10 Az qalıb!

Artıq pis adam olmayacaq,+

Yerinə baxacaqsan, o, yoxdur.+

11 Həlimlər yer üzünə sahib olacaq,+

Əmin-amanlığın bolluğundan həzz alacaqlar.+

ז [Zayn]

12 Şər adam salehin qəsdinə durur,+

Ona diş qıcayır.

13 Amma Yehova ona güləcək,

Axı bilir ki, onun sonu gəlir.+

ח [Xet]

14 Şər adamlar qılınc çəkir, kaman gərir,

Məzlumu, fağırı yıxmaq üçün,

Yolu dürüst olanın canını almaq üçün.

15 Lakin qılıncları öz ürəklərinə batacaq,+

Kamanları qırıq-qırıq olacaq.

ט [Tet]

16 Salehin az malı,

Çoxlu şər adamın sərvətindən yaxşıdır.+

17 Çünki şərlərin qolu sınacaq,

Salehlərə isə Yehova arxa duracaq.

י [Yud]

18 Yehova saf insanların nələr çəkdiyini bilir,

Onların mirası daima duracaq.+

19 Dara düşəndə xəcalət çəkməyəcəklər,

Aclıq günlərində tox yaşayacaqlar.

כ [Kaf]

20 Şər adamlar isə yox olacaq,+

Yehovanın düşmənləri əlvan çəməntək solub gedəcək,

Duman kimi dağılacaqlar.

ל [Lamed]

21 Şər adam borc götürər, qaytarmaz,

Saleh adam isə səxavətlidir, əliaçıqdır.+

22 Allahın mübarək bəndələri yerə sahib olacaq,

Onun lənətlədiyi kəslərinsə kökü kəsiləcək.+

מ [Mem]

23 Yehova insanın yolundan razı qalanda+

Onun addımlarını yönəldir.+

24 O insan büdrəsə də yıxılmaz,+

Çünki Yehova onun əlindən tutur.+

נ [Nun]

25 Cavanlığımdan bəri, bu qoca yaşımadək,

Nə saleh adamın atıldığını,+

Nə də övladlarının çörək diləndiyini görməmişəm.+

26 O, həmişə səxavətlə borc verər,+

Övladları da xeyir-bərəkət görər.

ס [Samex]

27 Şərdən qaçıb yaxşılıq etsən,+

Əbədi yaşayarsan.

28 Çünki Yehova ədaləti sevir,

Sadiq bəndələrini tərk etməz.+

ע [Ayn]

Onlar daima hifz olunar,+

Pislərinsə nəsli kəsiləcəkdir.+

29 Salehlər yerə sahib olacaq,+

Orada əbədi yaşayacaqlar.+

פ [Pe]

30 Saleh adamın ağzından hikmət tökülür,

Dilindən ədalət yağır.+

31 Allahının qanunu onun qəlbindədir,+

Ayağı büdrəməz.+

צ [Tsade]

32 Şər adam salehi güdür,

Onu öldürmək üçün fürsət axtarır.

33 Lakin Yehova salehi şər adamın əlinə salmaz,+

Onu məhkəmədə təqsirli çıxarmaz.+

ק [Kof]

34 Ümidini Yehovaya bağla, Onun yolunu tut,

O, səni yüksəldəcək, yer üzünə sahib olacaqsan,

Pislərin kökü kəsiləndə+ gözünlə görəcəksən.+

ר [Reyş]

35 Amansız, zalım adamı gördüm,

Yaşıl ağactək qol-budaq atmışdı öz torpağında.+

36 Lakin qəfil soldu, yox olub getdi,+

Axtardım onu, tapmadım.+

ש [Sin]

37 Kamil adama fikir ver,

Əməlisalehə bax,+

Belə adamın gələcəyi əmin-aman olacaq.+

38 Lakin asilərin hamısı məhv ediləcək,

Şər adamların axırı yoxdur.+

ת [Tav]

39 Salehlərin xilası Yehovadandır,+

Dar gündə onların pənahı Odur.+

40 Yehova onların imdadına yetib xilas edəcək,+

Onları şər adamın əlindən qurtarıb nicat verəcək,

Çünki Ona sığınıblar.+

Davudun məzmuru. Öyüd.

38 Ey Yehova, məni qəzəblə tənbeh etmə,

Hiddətlə islah etmə məni.+

 2 Oxların içimə sancılıb,

Əlin üzərimdə ağırdır.+

 3 Qəzəbindən bütün bədənim ağrıyır,

Günahım ucbatından rahatlığımı itirmişəm.+

 4 Təqsirlərim başımdan aşır,+

Sanki, ağır yükdür, daşımaq olmur.

 5 Ağılsızlığım ucbatından

Yaralarım irinləyib, iy verir.

 6 Kədər məni çulğayıb, qəddim tamam bükülüb,

Bütün günü qəmli-qəmli gəzirəm.

 7 İçim od tutub yanır,

Bütün bədənim ağrıyır.+

 8 Taqətdən düşdüm, büsbütün əzilmişəm,

Qəlbimin sızıltısından fəğan edirəm.

 9 Ey Yehova, arzu-diləyim önündədir,

Ah-zarım Səndən gizli deyil.

10 Ürəyim çırpınır, taqətim kəsilib,

Gözümün nuru sönüb.+

11 Dost-aşna azarımı görüb məndən gen gəzir,

Tanış-biliş uzaqda durur.

12 Canımın qəsdinə duranlar mənə tələ qururlar,

Məni yıxmaq istəyənlər əleyhimə danışırlar,+

Səhərdən axşamadək pıç-pıç edib hiylə qururlar.

13 Mən isə, elə bil, karam, eşitmirəm,+

Sanki, dilim laldır, ağzımı açmıram.+

14 Qulaqları eşitməyən,

Müdafiə üçün sözü olmayan adam kimi olmuşam.

15 Çünki Səni gözləyirdim, ey Yehova,+

Sən də hay verdin, ey Allahım Yehova.+

16 Dedim: «Qoyma bədbəxtliyimə sevinsinlər,

Ayağım sürüşəndə önümdə qürrələnsinlər».

17 Az qala yıxılacaqdım,

İztirabım həmişə mənimlə idi.+

18 Təqsirimi açıb danışdım,+

Günahım ucbatından özümə yer tapmırdım.+

19 Düşmənlərim gümrahdır, güclüdür*,

Nahaqdan mənə nifrət edənlər çoxalıb.

20 Yaxşılığımın əvəzini yamanlıqla qaytardılar,

Yaxşılıq dalınca düşdüyümçün əleyhimə çıxdılar.

21 Yehova, məni tərk etmə,

Uzaq durma məndən, ey Allahım.+

22 İmdadıma tez yetiş,

Ey mənim qurtuluşum, Yehova!+

Dirijora. Yaditun*+ üçün. Davudun məzmuru.

39 Dedim: «Hər addımıma fikir verəcəyəm ki,

Dilimlə günah işləməyim.+

Şər adam önümdə durduqca

Ağzıma cilov vuraram».+

 2 Dilimi saxladım, susdum,+

Yaxşı şeylərdən belə, danışmadım.

Amma dərdim ağırlaşdı,

 3 Qəlbim köksümdə közərdi,

Fikirləşdikcə alışıb yandı,

O zaman dilimdən bu sözlər qopdu:

 4 «Ah Yehova, axırım necə olacaq, mənə bildir,

Ömrümdən nə qədər qalıb?+

De bilim, ömrüm nə qədər qısadır?

 5 Həqiqətən, mənə verdiyin həyat çox qısa,+

Ömrüm Sənin önündə bir heçdir.+

İnsan yıxılmaz görünsə də, sadəcə bir nəfəsdir.+ (Selah)

 6 Bəli, insan kölgətək gəzib–dolaşır,

Boş yerə əlləşib vuruşur,

Var-dövlət yığır, kimə qalacağını bilmir.+

 7 Belə isə, ey Yehova, ümidimi nəyə bağlayım?

Ümidim bircə Sənsən.

 8 Bütün təqsirlərimdən keç,+

Qoyma axmaq adam məni xar etsin.

 9 Mən susdum, lal oldum,

Dinib-danışa bilmədim,+

Çünki bu iş Səndən idi.+

10 Göndərdiyin bəlanı üstümdən götür,

Amansız əlindən canımda can qalmayıb.

11 Sən insanı günahına görə cəzalandırıb islah edirsən,+

Ona əziz şeyləri məhv edirsən, sanki, güvə yeyir.

Doğrudan da, insan sadəcə bir nəfəsdir.+ (Selah)

12 Duamı eşit, ey Yehova,

Yalvarışımı dinlə,+

Göz yaşlarıma biganə qalma.

Sənin önündə bir qəribəm,+

Ata-babalarım kimi bir yolçuyam.+

13 Kükrəyən qəzəbini məndən yan eylə,

Qoy ölüb getməzdən əvvəl üzüm gülsün».

Dirijora. Davudun məzmuru.

40 Yehovaya ümid bağlamışdım,

Qulağını mənə sarı əydi, fəryadımı eşitdi.+

 2 Məni uğultulu dərədən,

Lil-bataqlıqdan çəkib çıxartdı.

Ayağımı qaya üzərinə qoydu,

Ayağımın altını bərkitdi.

 3 Dilimə yeni nəğmə,+

Allahımıza mədh nəğməsi qoydu.

Çoxları görüb qorxacaq,

Yehovaya bel bağlayacaq.

 4 Nə xoşbəxtdir Yehovaya arxalanan,

Asilərə, yalançılara üz tutmayan adam!

 5 Ey Allahım Yehova, gördüyün işlər saya gəlməz,

Möcüzələrin, bizimlə bağlı fikirlərin nə çoxdur!+

Onlardan danışmağa başlasam,

Sayıb qurtara bilmərəm.+

Sənin mislin-bərabərin yoxdur.+

 6 Sən qurban və təqdimə istəmədin;+

Mənim qulaqlarımı açdın.+

Yandırma qurbanı, günah qurbanı istəmədin.+

 7 O zaman dedim: «Budur, gəlmişəm,

Tumarda mənim haqqımda yazılıb.+

 8 Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram,+

Qanunun qəlbimdədir.+

 9 Böyük məclisdə salehlik müjdəsini bəyan edirəm,+

Susmuram,+

Ey Yehova, bundan agahsan.

10 Sənin ədalətini ürəyimdə gizlətmirəm,

Sədaqətini, verdiyin qurtuluşu bəyan edirəm,

Böyük məclisdə məhəbbətindən, həqiqətindən danışıram, gizlətmirəm».+

11 Ey Yehova, mərhəmətini məndən əsirgəmə,

Qoy məhəbbətin, həqiqətin daim məni qorusun.+

12 Bəlalar məni əhatəyə alıb, sayı-hesabı yoxdur,+

Təqsirlərim başımdan aşır, yolumu görə bilmirəm,+

Başımın tükündən də çoxdur onlar.

Könlüm pərişandır.

13 Aman, Yehova, qurtar məni,+

Yehova, tez gəl, dadıma yetiş.+

14 Qoy canımın qəsdinə duranların hamısı

Rüsvay olsun, rəzil olsun,

Qoy fəlakətimə sevinənlər

Biabır olub geri çəkilsin.

15 «Oxay, əcəb oldu!» — deyənlər

Xəcalətdən çaşbaş qalsın.

16 Qoy Səni axtaranlar+ Səndə sevinc tapsın, fərəhlənsin.+

Səndən nicat gözləyənlər durmadan:

«Qoy Yehova ucalsın!» — desin.+

17 Köməksizəm, fəqirəm,

Yehova Özü mənə nəzər salsın.

Sənsən imdadım, xilaskarım,+

Nə olar, ey Allahım, ləngimə.+

Dirijora. Davudun məzmuru.

41 Fağıra nəzər salan bəxtiyardır,+

Dar günündə Yehova onu qurtarar.

 2 Yehova onu hifz edər, həyatını qoruyar,

Bəxtəvər deyərlər cahanda ona!+

Onu əsla düşmənlərinin pəncəsinə verməzsən,+

 3 Yatağa düşəndə, Yehova, ona dayaq olarsan,+

Xəstə vaxtında qayǧısına qalarsan*.

 4 Dedim: «Yehova, mənə rəhm et.+

Sənə qarşı günah etmişəm,+ canıma şəfa ver».+

 5 Düşmənlərim əleyhimə danışaraq deyirlər:

«Bu, nə vaxt öləcək, adı nə vaxt itib-batacaq?»

 6 Onlardan biri məni görməyə gələndə ürəyindən yalan keçər,

Gözü nəsə axtarar,

Sonra çıxıb aləmə car çəkər.

 7 Mənə nifrət edənlər yığışıb pıç-pıç edir,

Ayağımın altını qazırlar.

 8 Deyirlər: «Elə bir dərdə düçar olub ki,

Yatağa düşüb, bir daha qalxmaz».+

 9 Hətta güvəndiyim kəs, yaxın dostum,+

Çörək kəsdiyim adam mənə xəyanət etdi*.+

10 Ey Yehova, mənə rəhm et, ayağa qaldır,

Qoy onlardan əvəz çıxım.

11 Düşmənimin zəfər səsi yüksəlməzsə,

Bilərəm ki, məndən razısan.+

12 Kamil olduğum üçün mənə arxa olursan,+

Məni həmişəlik hüzurunda saxlarsan.+

13 İsrailin Allahı Yehovaya

Əzəldən əbədiyyətədək alqış olsun!+

Amin! Amin!

İKİNCİ BÖLMƏ

(42—72-ci məzmurlar)

Dirijora. Qarun oğulları+ üçün Maskil*.

42 Maral axar sulara həsrət qaldığı kimi,

Könlüm Sənin həsrətindədir, Pərvərdigara.

 2 Qəlbim Allahın, var olan Allahın həsrətindədir.+

Nə vaxt gedib Allahın hüzurunda duracağam, bilmirəm.+

 3 Göz yaşlarım mənə qida olub gecə-gündüz,

Camaatsa bütün günü: «Hanı sənin Allahın?» — deyir.+

 4 Ötən günləri xatırladıqca ürəyim sızıldayır.

Vaxt var idi izdihamla bir addımlayırdım,

Bayram edən camaatın

Sevinc, şükran səsləri ucalarkən

Onların önündə Allahın evinə gedirdim.+

 5 Niyə qırılmısan, ey könlüm?+

Niyə köksümdə çırpınırsan?

Sən Allahı gözlə,+

Çünki mən hələ Allahımı,

Ulu Xilaskarımı ucaldacağam.+

 6 Ey Allahım, köksümdə qəlbim qırılıb.+

Buna görə İordan torpağında, Hərmun zirvələrində,

Mizar dağında

Yada salıram Səni.+

 7 Şəlalələrinin səsini eşidib

Ümman ümmanı səsləyir.

Dalğalanan suların aşıb üstümdən keçir.+

 8 Gündüzlər Yehova məhəbbətini göstərər,

Nəğməsi dilimdən düşməz gecələr,

Həyatımın Allahına+ o dualar.

 9 Allahıma, yalçın qayama deyərəm:

«Niyə məni unutmusan?+

Niyə düşmənlərimin zülmünə görə qəmli gəzim?»+

10 Düşmənlərim nifrətlə* istehza edir,

Bütün günü: «Hanı sənin Allahın?» — deyə rişxənd edirlər.+

11 Niyə qırılmısan, ey könlüm?

Niyə köksümdə çırpınırsan?

Sən Allahı gözlə,+

Çünki mən hələ Allahımı,

Ulu Xilaskarımı ucaldacağam.+

43 Ey Allah, Sən məni mühakimə et,+

Vəfasız xalqla çəkişməmi gör,+

Hiyləgərdən, xaindən qurtar məni,

 2 Çünki Allahım, qalam Sənsən.+

Niyə məni tərk etdin?

Axı niyə düşməndən zülm görüb kədərli gəzməliyəm?+

 3 Nurunu, həqiqətini göndər,+

Qoy mənə yol göstərsinlər,+

Müqəddəs dağına, möhtəşəm çadırına+ aparsınlar məni.

 4 Onda Allahın qurbangahına gələrəm,+

Aşıb-daşan sevincimə, Allahıma yaxınlaşaram.

Çəng çalıb+ Səni tərənnüm edərəm ey Allahım, ey mənim Allahım!

 5 Niyə qırılmısan, ey könlüm?

Niyə köksümdə çırpınırsan?

Sən Allahı gözlə,+

Çünki mən hələ Allahımı, Ulu Xilaskarımı ucaldacağam.+

Dirijora. Qarun oğullarının məzmuru.+ Maskil*.

44 Ey Allah, qulağımızla eşitmişik,

Ata-babalarımız bizə danışıb,+

Onların dövründə,

Qədim zamanlarda gördüyün işləri.

 2 Sən xalqları əlinlə qovdun,+

Ata-babalarımızı orada məskunlaşdırdın.+

Xalqları darmadağın etdin, onları qovdun.+

 3 Onlar bu torpağa qılıncları ilə yiyələnmədilər,+

Qollarının qüvvəti ilə qələbə çalmadılar,+

Sənin qüdrətin, sağ əlin+ və üzünün nuru ilə oldu bütün bunlar,

Çünki onları sevirdin.+

 4 Sən padşahımsan, ey Allahım,+

Yaquba tam qələbə ver.

 5 Düşmənlərimizi köməyinlə qovarıq,+

Üstümüzə qalxanları Sənin adınla əzərik.+

 6 Çünki ox-kamanıma güvənmirəm,

Məni qurtaran qılıncım deyil.+

 7 Bizi düşmənlərdən qurtaran Sən oldun,+

Bizə nifrət edənləri rüsvay etdin.

 8 Hər gün Allaha alqış edərik,

Daima adına şükür edərik. (Selah)

 9 İndi bizi tərk edib xar etmisən,

Ordularımızın üstündə döyüşə çıxmırsan.

10 Bizi düşmənlərin qabağından qaçmağa vadar edirsən,+

Bizə nifrət edənlər bizi soyub-talayır.

11 Qoydun ki, bizi qoyun kimi yesinlər,

Xalqlar arasına pərən-pərən saldın.+

12 Xalqını dəyər-dəyməzə satırsan,+

Heç bir qazanc götürmürsən.

13 Bizi qonşuların yanında rüsvay edirsən,

Ətrafdakılar bizi lağa qoyur, ələ salırlar.

14 Xalqlar arasında dilə-dişə salırsan,+

Başlarını yırğalayıb bizə gülürlər.

15 Bütün günü xəcalət içindəyəm,

Utandığımdan başımı qaldıra bilmirəm,

16 İstehza edənlərin, təhqir edənlərin səsindən,

Düşmənlərimizin, bizdən qisas almaq istəyənlərin əlindən.

17 Bütün bunlar başımıza gəldi, fəqət Səni unutmadıq,

Əhdinə+ xəyanət etmədik.

18 Ürəyimiz Səndən dönməyib,

Addımlarımız yolundan ayrılmır.

19 Çaqqalların məkanında əzdin bizi,

Qatı qaranlığa qərq etdin.

20 Allahımızın adını unutsaq,

Yad allaha əl açsaq,

21 Allah bunu üzə çıxarmazmı?

Axı O, ürəyin sirlərindən agahdır.+

22 Sənə görə bütün günü öldürülürük,

Bizi kəsimlik qoyun hesab edirlər.+

23 Ah Yehova, niyə yatmısan? Nə olar, qalx.+

Bizi həmişəlik tərk etmə. Nə olar, oyan!+

24 Niyə bizdən üz döndərirsən?

Niyə çəkdiyimiz zülmü, əzabı görmürsən?

25 Bax, torpağa qədər əyilmişik,

Bədənimiz yerə yapışıb.+

26 Nə olar, qalx, ey İmdadımız,+

Məhəbbətin* naminə bizi qurtar.+

Dirijora. «Zanbaqlar»* üçün. Qarun oğullarının məzmuru.+ Maskil*. Məhəbbət nəğməsi.

45 Gözəl bir sözlə çağlayır qəlbim,

Deyirəm: «Bu nəğməm padşah haqdadır».+

Dilim mahir bir xəttatın qələmi+ kimi olsun.+

 2 Sən bəşər oğullarının ən gözəlisən,

Ağzından lətafətli sözlər tökülür.+

Buna görə Allah sənə əbədi nemətlər verəcək.+

 3 Ey igid!+ Əzəmətinlə, calalınla+

Qılıncını+ belinə tax.

 4 Həqiqət, təvazökarlıq, salehlik naminə+

Atına min, qələbəyə doğru çap əzəmətinlə!+

Sağ əlin heybətli işlər görəcək.

 5 Oxların nə itidir! Xalqları qabağında yerə sərir,+

Padşahın düşmənlərinin köksünə saplanır.+

 6 Taxtının təməli Allahdır*, əbədiyyən, sonsuzadək,+

Padşahlıq əsan ədalət əsasıdır.+

 7 Salehliyi sevir,+ pisliyə nifrət edirsən,+

Buna görə Allah, sənin Allahın səni yoldaşlarından daha çox şadlıq yağı+ ilə məsh etdi.+

 8 Bütün libasların mürr, əzvay, darçın ətri qoxur,

Şirmayı ilə bəzənmiş möhtəşəm sarayında telli alətlərin avazı səni xoşhal edir.

 9 Mötəbər xanımlarının arasında padşah qızları var,

Ofir qızılı+ ilə bəzənmiş məlikə sağ yanında durur.

10 Qulaq as, qızım, diqqət ver, gör nə deyirəm,

Xalqını, ata evini unut.

11 Padşah sənin gözəlliyinə məftun olacaq,

Bil ki, o, sənin ağandır,

Ona təzim et.

12 Sur qızı əlində sovqat gələcək.

Varlı-dövlətlilər səndən iltifat diləyəcək.

13 Padşah qızı evdədir, cah-calal içində,

Zər naxışlı libasındadır.

14 Nəfis* libasında padşahın qarşısına çıxarılacaq.

Rəfiqələri, ardınca gedən qızlar da sənin hüzuruna gətiriləcək.

15 Onlar sevinclə, şadyanalıqla gətiriləcək,

Padşah sarayına girəcəklər.

16 Ata-babalarının yerini oğulların tutacaq,

Onları bütün yer üzündə əmir qoyacaqsan.+

17 Adını gələcək nəsillərə tanıdacağam.+

Xalqlar sənə əbədiyyən, sonsuzadək alqış deyəcək.

Dirijora. Qarun oğullarının məzmuru.+ Alamut* üslubunda.

46 Allah gücümüz, pənahımızdır,+

Dar gündə köməyə hazırdır.+

 2 Dünya alt-üst olsa da,

Dağlar sarsılıb dənizin dibinə düşsə də, biz qorxmarıq.+

 3 Dənizin suları coşub köpüklənsə də,+

Kükrəyişindən dağlar titrəsə də, qorxmarıq. (Selah)

 4 Bir çay var, suları Allahın şəhərinə,

Haqq-Taalanın möhtəşəm, Müqəddəs çadırına sevinc axıdır.+

 5 Allah oradadır,+ o şəhər fəth edilməz,

Dan yeri söküləndə Allah onun dadına çatar.+

 6 Xalqlar coşar, səltənətlər sarsılar,

Onun səsi guruldadı, yer üzü əridi.+

 7 Ordular Allahı Yehova bizimlədir!+

Yaqubun Allahı qalamızdır! (Selah)

 8 Gəlin, Yehovanın gördüyü işlərə baxın,

Görün yer üzündə necə heyrətli şeylər edib.

 9 Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir,+

Kamanı qırır, nizəni sındırır,

Cəng arabalarını* oda atır.

10 «Təslim olun, ey insanlar, bilin ki, Allah Mənəm.

Xalqlar arasında ucalacağam,+

Bütün dünyada ucalacağam».+

11 Ordular Allahı Yehova bizimlədir!+

Yaqubun Allahı qalamızdır!+ (Selah)

Dirijora. Qarun oğullarının məzmuru.+

47 Əl çalın, ey xalqlar,

Zəfər nidaları, sevinc sədaları ilə Allahı mədh edin!

 2 Çünki Haqq-Taala Yehova zəhmlidir,+

Bütün dünya üzərində böyük padşahdır.+

 3 Ümmətləri bizə tabe edər,

Xalqları ayağımızın altına sərər.+

 4 Sevdiyi Yaqubun+ iftixarını,

Mirasımızı bizim üçün O seçər.+ (Selah)

 5 Yehova Allah sevinc sədaları ilə,

Şeypur səsləri ilə yüksəldi.

 6 Tərənnüm edin Allahı, nəğmələrdə tərənnüm edin!

Tərənnüm edin Padşahımızı, nəğmələrdə tərənnüm edin!

 7 Çünki Allah bütün dünyanın padşahıdır,+

Onu nəğmələrdə tərənnüm edin və ağılla hərəkət edin.

 8 Allah xalqlar üzərində padşah oldu,+

Allah müqəddəs taxtında əyləşib.

 9 İbrahimin Allahının xalqı ilə

Bir yerə toplaşdı xalqların əsilzadələri.

Çünki yer üzünün hakimləri Allaha məxsusdur.

O, ucalardan ucadır.+

Qarun oğullarının məzmuru.+

48 Yehova böyükdür, Allahımızın şəhərində,

Müqəddəs dağında böyük təriflərə layiqdir.

 2 Böyük Padşahın şəhəri,+

Ucqar şimalda Sion dağı

Ucadır, gözəldir, sevincidir dünyanın.+

 3 Onun qala bürclərində

Allah Özünü sığınacaq kimi göstərdi.+

 4 Bax, padşahlar birləşdilər,

Bir yerdə gəldilər,

 5 Şəhəri görəndə çaşıb qaldılar,

Təlaşa düşdülər, qorxub qaçdılar.

 6 Canlarına vicvicə düşdü,

Hamilə qadıntək onları sancı tutdu.

 7 Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçalayırsan.

 8 Qulağımız eşidənləri, indi gözümüz görür,

Ordular Allahı Yehovanın şəhərində, Allahımızın şəhərində.

Allah onu əbədiyyən hifz edəcək.+ (Selah)

 9 Ey Allah, məbədində dayanıb

Sənin məhəbbətin barədə düşündük.+

10 Adın kimi, Sənə deyilən təriflər də

Yerin hüdudlarına çatır.+

Sağ əlin haqq-ədalətlə doludur.+

11 Sənin hökmlərinə görə Sion dağı+ sevinsin,

Yəhuda şəhərləri* şadlansın.+

12 Sionun ətrafını gəzib-dolaşın,

Qüllələrini sayın.+

13 Möhkəm səddinə+ nəzər salın,

Qala bürclərinə diqqətlə baxın ki,

Gələcək nəsillərə danışasınız.

14 Bu Allah əbədiyyən bizim Allahımızdır,+

Əbədiyyən* bizə yol göstərəcək.+

Dirijora. Qarun oğullarının məzmuru.+

49 Qulaq asın, ey xalqlar,

Dinləyin, ey dünya əhli,

 2 Ey kiçiklər, ey böyüklər,

Ey varlılar, ey kasıblar.

 3 Ağzımı hikmətlə açacağam,

Ürəyimdən dərin düşüncələr çıxacaq.+

 4 Məsələ qulaq asacağam,

Tapmacanı çəngin müşayiətilə açacağam.

 5 Ayağımdan dartanların pisliyi ətrafımı bürüyəndə,

Ağır günlər gələndə nədən qorxmalıyam ki?+

 6 Malına, mülkünə güvənənlərin,+

Var-dövləti ilə öyünənlərin+

 7 Heç biri qardaşını qurtara bilməz,

Onun üçün Allaha fidyə verə bilməz.+

 8 (İnsan həyatının fidyəsi elə bahadır ki,

Heç vaxt ona əli çatmaz.)

 9 Belə ki, o, əbədi yaşasın, qəbirə getməsin.+

10 O görür ki, hikmətli də,

Ağılsız da, axmaq da ölüb gedir,+

Onların malı, mülkü başqasına qalır.+

11 Ürəkdə arzulayırlar ki, evləri durduqca dursun,

Yurd-yuvaları nəsildən-nəslə qalsın.

Mülklərinə öz adlarını veriblər.

12 İnsan nə qədər adlı-sanlı olsa da, əbədi qalan deyil,+

Ölüb yox olan heyvana bənzər sonu.+

13 Ağılsız adamların aqibəti belədir,+

Boş sözlərindən xoşhallanıb dallarınca düşənlərin də. (Selah)

14 Onlar Məzara* sürüləcək qoyun kimidir,

Ölüm onları otaracaq,

Sabah açılanda əməlisalehlər onlara ağalıq edəcək,+

Onlardan əsər-əlamət qalmayacaq,+

Məskənləri imarət yox, Məzar+ olacaq.+

15 Mənim isə canımı Allah Məzarın* pəncəsindən qurtaracaq,+

Özü məni tutacaq. (Selah)

16 Kimsə varlananda,

Evinin cah-calalı artanda qorxma.

17 Çünki öləndə özü ilə heç nə aparmaz,+

Sərvəti dalınca torpağa getməz.+

18 Ömrü boyu öz-özünü tərifləyir.+

(Uğurlu olanda hamı səni tərifləyər.)+

19 Nəhayətdə əcdadlarına qovuşar.

Bir daha işıq üzü görməyəcək onlar.

20 Bunu dərk etməyən insan nə qədər adlı-sanlı olsa da,+

Ölüb yox olan heyvana bənzər sonu.

Asəfin məzmuru.+

50 Allahlar Allahı Yehova+ danışır,

Gündoğandan günbatanadək

Bütün dünyanı çağırır.

 2 Allah Siondan, gözəllik zirvəsindən+ parlayır.

 3 Allahımız gələcək, susub durmayacaq.+

Önündən yandırıb-yaxan alov çıxır,+

Dövrəsində şiddətli fırtınalar qopur.+

 4 Xalqını mühakimə etmək üçün+

Yuxarıda göyü, aşağıda yeri səsləyir:+

 5 «Qurban gətirib Mənimlə əhd bağlayan kəsləri,+

Sadiq bəndələrimi yanıma toplayın».

 6 Göylər Onun ədalətini bəyan edir,

Çünki Allah Hakimdir.+ (Selah)

 7 «Dinlə, ey xalqım, Mən danışacağam,

Ey İsrail, sənə qarşı şəhadət verəcəyəm.+

Mənəm Allah, sənin Allahın.+

 8 Sizi nə təqdim etdiyiniz qurbanlara görə,

Nə də daim hüzuruma gətirdiyiniz yandırma qurbanlarına görə tənbeh etmirəm.+

 9 Nə tövlənizdən bir buğaya,

Nə ağıllarınızdan bir təkəyə ehtiyacım var.+

10 Çünki bütün meşə heyvanları,

Min dağda yaşayan heyvanlar Mənimdir.+

11 Dağlardakı bütün quşları bir-bir tanıyıram,+

Çöllərdəki sürü-sürü heyvanlar Mənimdir.

12 Ac olsaydım da, sizə deməzdim,

Çünki torpaq, torpağın üstündəki hər şey Mənimdir.+

13 Məgər Mən buğa əti yeyirəm?

Məgər Mən təkə qanı içirəm?+

14 Qoy Allaha gətirdiyiniz qurban şükranlar olsun,+

Haqq-Taalaya etdiyiniz nəzirləri yerinə yetirin.+

15 Dar gününüzdə Məni çağırın,+

Sizi qurtararam, siz də Məni ucaldarsınız».+

16 Şər adamlara isə Allah deyəcək:

«Nə haqla qayda-qanunumdan danışırsınız,+

Əhdimi dilinizə gətirirsiniz?+

17 Siz ki öyüd-nəsihətə xor baxırsınız,

Sözlərimi qulaqardına vurursunuz.+

18 Bir oğru görəndə əlini sıxırsınız*,+

Zinakara yoldaş olursunuz.

19 Dil-dodağınız ancaq şər yayır,

Dilinizdən hiylə əskik olmur.+

20 Oturub doğma qardaşınızın əleyhinə danışırsınız,+

Ananızın oğlunun eyiblərini açırsınız.

21 Siz belə edəndə dinmədim,

Elə bildiniz ki, Mən də sizin kimiyəm.

Xeyr! Sizi tənbeh edəcəyəm,

Əməllərinizi qabağınıza düzəcəyəm.+

22 Ey Allahı unudanlar,+ bunu nəzərə alın,

Yoxsa sizi tikə-tikə edərəm, qurtaran olmaz.

23 Şükranlardan qurban gətirən, Məni ucaldır.+

Haqq yolda möhkəm duran

Allahdan nicat görər».+

Dirijora. Davudun məzmuru. Davud Badsəba+ ilə yaxınlıq edəndən sonra Natan peyğəmbər onun yanına gələndə.

51 Məhəbbətinlə mənə rəhm et,+ Pərvərdigara,

Böyük mərhəmətinlə günahlarımı sil.+

 2 Məni təqsirimdən təmizlə,+

Günahımdan pak et.+

 3 Təqsirlərimi yaxşı bilirəm,

Günahım gözümün önündə durub.+

 4 Sənə, əsas Sənə qarşı günah etdim,+

Gözündə pis olan işi tutdum,+

Odur ki, sözlərin haqq,

Hökmün adildir.+

 5 Mən təqsir içində dünyaya gəldim,

Anamın bətninə düşəndən məndə günah yaşayır.+

 6 Fəqət Sən ürəkdə qərar tutmuş doğruluğu xoşlayırsan,+

Ürəyimə əsl hikmət aşıla.

 7 Məni günahdan təmizlə*, pak olum,+

Məni yu, qardan da ağ olum.+

 8 Mənə şənlik, şadlıq sədaları eşitdir ki,

Əzib qırdığın sümüklər şəfa tapsın*.+

 9 Günahlarımdan üzünü yan çevir,+

Təqsirlərimin hamısını sil.+

10 Məndə təmiz ürək yarat,+

İçimə təzə, mətin bir ruh qoy.+

11 Məni hüzurundan rədd etmə,

Nə olar, müqəddəs ruhunu məndən alma.

12 Səndən gələn qurtuluş sevincini qoy yenə dadım,+

Sənə itaət etməyə həvəs oyat içimdə.

13 Qanunu pozanlara Sənin yollarını öyrədəcəyəm ki,+

Günahkarlar Sənə sarı dönsün.

14 Ey Allah, ey nicatımın Allahı,+ məni qan günahından azad et,+

Qoy dilim Sənin ədalətini şövqlə bəyan etsin.+

15 Yehova, nə olar, dodaqlarımı aç,

Dilim Sənə təriflər söyləsin.+

16 Sən qurban istəmirsən, yoxsa gətirərdim,+

Yandırma qurbanlarından xoşhal olmursan.+

17 Peşman ruhdur Allaha məqbul qurban.

Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən,+ ey Allah.

18 Lütfünlə Siona yaxşılıq et,

Yerusəlimin divarlarını tik.

19 O zaman salehliklə gətirilən qurbanlar,

Yandırma qurbanı, bütöv qurban Sənə xoş olar.

O zaman qurbangahında buğalar təqdim ediləcək.+

Dirijora. Maskil*. Davudun məzmuru. Ədumi Duəq Talutun yanına gedib Davudun Əximəlikin evinə gəldiyini deyəndə.+

52 Nə üçün pisliyinlə öyünürsən, ey qoluzorlu insan?+

Bil ki, Allahın məhəbbəti heç vaxt tükənməz.+

 2 Dilin ülgüc kimi itidir,+

Fitnə qurar, hiylə işlədər.+

 3 Yaxşılıqdan çox yamanı,

Həqiqətdən çox yalanı sevdin. (Selah)

 4 Ey hiyləgər dil,

Zəhərli sözləri sevdin.

 5 Allah səni əbədilik yıxacaq,+

Səni yerə vuracaq, çadırından dartıb çıxaracaq,+

İşıqlı dünyadan kökünü qoparacaq.+ (Selah)

 6 Salehlər bunu görüb qorxacaq,+

Onun halına güləcəklər:+

 7 «Baxın, bu adam Allahı özünə qala etmədi,+

Var-dövlətinə bel bağladı,+

Fitnə-fəsadı özünə sipər etdi».

 8 Mənsə Allahın evində yaşıl zeytun ağacıtək olacağam,

Əbədiyyən Allahın məhəbbətinə güvənəcəyəm.+

 9 Gördüyün işlərdən ötrü Səni ucaldacağam,+

Sadiq bəndələrinin önündə

Adına ümid bağlayacağam,+ çünki bu, yaxşıdır.

Dirijora. Mahalat* üslubunda. Maskil*. Davudun məzmuru.

53 Ağılsızlar ürəyində:

«Yehova yoxdur», — deyir.+

Onlar haqsızlıq edir, əyri, mənfur işlərə qurşanıblar,

Bir nəfər də düz əməl sahibi yoxdur.+

 2 Amma Allah göylərdən bəşər oğullarını seyr edir,+

Baxır ki, görsün dərk edən, Yehovanı axtaran varmı.+

 3 Hamı yolunu azmış,

Hamı pozğunlaşıb,

Bir nəfər də düz əməl sahibi yoxdur,

Bir nəfər belə.+

 4 Bədəməllər heç nə başa düşmürmü?

Xalqımı çörək yerinə yeyirlər,

Yehovanı çağırmırlar.+

 5 Bax, onların canına vahimə düşəcək,

Elə bir vahimə ki, beləsini görməyiblər*.

Sənin üstünə qoşun çəkənlərin Allah sümüklərini sındırıb tullayacaq,

Onları xar edəcəksən, çünki Yehova onlardan üz döndərib.

 6 Kaş Siondan İsrailin qurtuluşu gələydi!+

Yehova əsir xalqını qaytaranda,

Qoy Yaqub sevinsin, israil şadlansın!

Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru. Ziflər Talutun yanına gedib: «Davud aramızda gizlənib», — deyə xəbər verəndə.+

54 Ey Allahım, adınla məni qurtar,+

Qüdrətinlə haqqımı müdafiə et.+

 2 Ey Allahım, duamı eşit,+

Ağzımdan çıxan sözü dinlə.

 3 Çünki yadlar üstümə qalxdılar,

Zalımlar canıma qəsd edir.+

Heç biri Allahı tanımır.+ (Selah)

 4 Bax, Allah mənə yardımçıdır,+

Yehova mənə dayaq olanlarladır,

 5 Düşmənlərimin pisliyini öz başlarına gətirəcək.+

Sədaqətinlə onların kökünü kəs.+

 6 Sənə sidqi-ürəkdən qurban gətirərəm,+

Adını mədh edərəm, ey Yehova, çünki bu, mənə xoşdur.+

 7 O, məni bütün bəlalardan qurtarır,+

Düşmənlərimə müzəffər baxışlarla baxacağam.+

Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru.

55 Pərvərdigara, duamı eşit,+

Lütf diləyirəm, diləyimi rədd etmə.+

 2 Nə olar, məni dinlə, hay ver.+

Dərd-sərdən dincliyimi itirmişəm.+

Ağlım başımdan çıxıb,

 3 Düşmənin sözlərindən,

Şər adamın zorundan.

Üzərimə pislik yağdırırlar,

Mənə qarşı acıqlıdırlar, ədavət bəsləyirlər.+

 4 Köksümdə ürəyim ağrıdan sızıldayır,+

Ölüm dəhşəti çöküb üstümə.+

 5 Qorxudan canıma titrəmə düşüb,

Vücudum tir-tir əsir.

 6 Deyirəm: «Kaş göyərçintək qanadlarım olaydı!

Uçub sakit yerdə məskən salardım.

 7 Qaçıb uzaqlara gedərdim,+

Çöl-biyabanda yaşayardım.+ (Selah)

 8 Sərt küləyin, qasırğanın əlindən

Tez daldaya girərdim».

 9 Ey Yehova, onları çaşbaş qoy, niyyətlərini alt-üst et*,+

Çünki şəhərdə zorakılıq, dava-dalaş gördüm.

10 Gecə-gündüz divarların üstündə dolaşırlar,

Şəhərdəsə fitnə-fəsad var, pislik var.+

11 Orada ədavət baş alıb gedir,

Meydanından zülm-sitəm, fırıldaq əskilmir.+

12 Məni düşmən ələ salsaydı,+

Dözərdim.

Üstümə yağı gəlsəydi,

Ondan gizlənərdim.

13 Amma bu sənsən, mənim kimi bir insan,+

Öz rəfiqim, yoldaşım.+

14 Səninlə gözəl dostluğumuz var idi,

Camaata qoşulub Allahın evinə qoşa gedərdik.

15 Qoy düşmənlərim məhv olsun,+

Diri-diri Məzara* düşsünlər,

Çünki aralarında, ürəklərində pislik yaşayır.

16 Mən isə Allahımı çağıracağam,

Yehova məni qurtaracaq.+

17 Səhər, günorta, axşam dərd-sər əlindən ah-zar edirəm,+

O, səsimi eşidir.+

18 Düşmənlər alay-alay üstümə gəlir,

Allah canıma dinclik verər, onların həmləsindən qurtarar.+

19 Əzəldən bəri taxtında əyləşən Allah+

Məni eşidər, onlara qarşı çıxar.+ (Selah)

O kəslər ki Allah qorxusu bilmirlər,+

Onlar pis yollarından dönməzlər.

20 Rəfiqim dostlarına əl qaldırdı,+

İlqarını pozdu.+

21 Onun dili yağdan da yumşaqdır,+

Ürəyi isə dava axtarır.

Sözləri zeytun yağından da zərifdir,

Lakin siyrilmiş qılınca bənzər.+

22 Sən qayğı yükünü Yehovaya ver,+

O, sənə dayaq olar,+

O, heç vaxt saleh insanı yıxılmağa qoymaz.+

23 Ey Allahım, Sən onları ən dərin qəbrə salarsan,+

Bu əliqanlı, məkrli adamların ömrü yarıya da çatmayacaq.+

Mən isə Sənə güvənəcəyəm.

Dirijora. «Uzaqlardakı səssiz göyərçin» üçün. Davudun məzmuru. Mixtam*. Catda filiştlilərin* əlinə keçəndə.+

56 Mənə lütf et, İlahi, fani insan üstümə gəlir,

Gecə-gündüz mənimlə vuruşur, məni sıxışdırır.

 2 Düşmənlər bütün günü üstümə cumur,

Çoxları qürrələnib mənimlə savaşır.

 3 Məni qorxu bürüyəndə+ Sənə güvənirəm.+

 4 Sözünü vəsf etdiyim Allaha,

Allaha bel bağlamışam, qorxmuram,

İnsan mənə nə edə bilər?+

 5 Gecə-gündüz mənə ziyan vururlar,

Hey zərərimə fikirləşirlər.+

 6 Pusqu qurur, hücum çəkirlər,

Hər addımımı izləyirlər ki,+

Canımı alsınlar.+

 7 Xudaya, şər əməllərinə görə onları rədd et,

Qəzəbinlə xalqları yerə vur.+

 8 Sərgərdan gəzdiyim yolları qeydə alırsan.+

Göz yaşlarımı tuluğuna yığ.+

Axı onlar Sənin kitabında yazılıb.+

 9 Səni çağırdığım gün düşmənlərim geri çəkiləcək.+

Bir şeydən arxayınam — Allah tərəfimdədir.+

10 Sözünü vəsf etdiyim Yehovaya,

Sözünü vəsf etdiyim Allaha,

11 Allah-Taalaya bel bağlamışam, qorxmuram,+

İnsan mənə nə edə bilər?+

12 Ey Allahım, Sənə dediyim nəzirlər boynumdadır,+

Sənə şükran qurbanları gətirəcəyəm.+

13 Canımı ölümdən qurtardın ki,+

Ayağımı büdrəməkdən qorudun ki,+

Həyat nurunda Sənin önündə addımlayım.+

Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talutdan qaçıb mağarada gizlənəndə.+

57 Lütf et mənə, İlahi, lütf et!

Canımı Sənə əmanət etmişəm,+

Dərd-bəla sovuşanacan qanadlarının altına sığınacağam.+

 2 Allahı çağırıram, Haqq-Taalanı,

Məni dərd-bəladan qurtaran o tək Allahı.

 3 Göydən kömək göndərib məni xilas edəcək,+

Mənə həmlə edəni çaşbaş qoyacaq. (Selah)

Allah məhəbbətini, sədaqətini göstərəcək.+

 4 Canım şirlərin arasındadır,+

Çarəsizəm, məni udmaq istəyənlərin arasında yatıram.

Dişləri nizədir, oxdur,

Dilləri iti qılıncdır.+

 5 Xudaya, göylər üzərində ucal,

Qoy calalın bütün cahanı bürüsün.+

 6 Ayaqlarım üçün tor qurdular,+

Qəddim əyildi.+

Yolumda quyu qazdılar,

Fəqət özləri düşdü.+ (Selah)

 7 Ürəyim mətindir, ey Allah,+

Ürəyim mətindir.

Çalıb oxuyacağam.

 8 Oyan, ey varlığım,

Dillənin, ey telli alətlər, ey çənglər!

Mən sübh şəfəqini oyadaram.+

 9 Səni ellər arasında ucaldaram, ey Yehova,+

Xalqlar arasında şəninə nəğmələr deyərəm.+

10 Çünki məhəbbətin böyükdür, göylərə çatır,+

Vəfadarlığın asimana ucalır.

11 Xudaya, göylər üzərində ucal,

Qoy calalın bütün cahanı bürüsün.+

Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*.

58 Ey bəşər oğulları, susa-susa salehlikdən danışa bilərsinizmi?+

Ədalətli hökm çıxara bilərsinizmi?+

 2 Xeyr, siz ki ürəyinizdə haqsızlıq toxuyursunuz,+

Əliniz ölkədə zorakılıq səpir.+

 3 Şər adamlar hələ ana bətnindən azğındır,

Doğulmamışdan yolunu azıb, hey yalan danışır.

 4 Zəhərləri ilan zəhərinə bənzər,+

Qulağını tıxayan kobra kimi kardırlar.

 5 O, ilanoynadanın səsini eşitməz,

Ovsunları nə qədər güclü olsa da.

 6 Ey Allah, onların dişlərini qır,

Bu aslanların əngini əz, ey Yehova.

 7 Qoy onlar su kimi axıb yox olsunlar,

Onlar yerə yıxılınca Sən ox-kamanını hazır tut.

 8 Qoy onlar süründükcə əriyən ilbiz kimi olsunlar,

Ölü doğulmuş uşaq kimi gün işığı görməsinlər.

 9 Alışan çır-çırpının istisi qazanlarınıza dəyməmiş

Allah güclü küləktək çırpıları sovuracaq, yaşı da, yanarı da.+

10 Saleh adam qisası görəndə sevinəcək,+

Ayaqlarını pislərin qanında yuyacaq.+

11 O zaman insanlar deyəcək: «Həqiqətən, salehin mükafatı var!+

Dünyanı mühakimə edən Allah var!»+

Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talut Davudu öldürmək üçün evini güdməyə adam göndərəndə.+

59 Düşmənlərimin əlindən qurtar məni, ey Allahım,+

Üstümə gələnlərdən məni qoru.+

 2 Zalımların əlindən qurtar,

Qaniçənlərdən hifz et məni.

 3 Bax! Canım üçün pusqu qurublar,+

Qoluzorlular mənə hücum edirlər.

Halbuki təqsirsizəm, heç bir günahım yoxdur,+ ey Yehova.

 4 Bir təqsirim yox ikən, hücuma hazırlaşırlar,

Səni çağırıram, dur, halıma bax.

 5 İsrailin Allahı Sənsən, ey ordular Allahı Yehova,+

Qalx, bütün xalqları gözdən keçir,

Xainlərin heç birinə rəhm etmə.+ (Selah)

 6 Onlar hər axşam qayıdırlar,+

İt kimi mırıldayırlar,+ şəhərdə sülənirlər.+

 7 Gör ağızlarından nələr tökülür,

Dodaqları qılınc kimidir,+

Deyirlər: «Kim eşidəcək?»+

 8 Amma Sən Yehova, onlara güləcəksən,+

Bütün xalqlara rişxənd edəcəksən.+

 9 Gözümü Sənə dikmişəm, ey gücüm, qüdrətim.+

Allah mənim qalamdır.+

10 Mənə məhəbbət göstərən Allah dadıma yetər,+

Düşmənlərimin süqutunu göstərər mənə.+

11 Onları öldürmə, qoy xalqım bu şeyləri unutmasın.

Böyük gücünlə onları didərgin sal,

Ey qalxanımız Yehova,+ onları yerə vur,

12 Dillərindən çıxan sözlərə, ağızlarının günahına görə.

Lənətlərindən, yalanlarından ötrü,

Qoy təkəbbürləri onlara tələ olsun.+

13 Qəzəbinlə onların axırına çıx,+

Axırlarına çıx, yox olsunlar.

Qoy bilsinlər ki, Allah Yaqubun üzərində, dünyanın ucqarlarınadək hökmranlıq edir.+ (Selah)

14 Qoy onlar axşam qayıtsınlar,

İt kimi mırıldayıb şəhərdə sülənsinlər.+

15 Qoy bir tikə çörəkdən ötrü gəzsinlər,+

Qarınları doymasın, yatmağa yer tapmasınlar.

16 Mən isə Sənin qüdrətinə nəğmə deyərəm,+

Səhərlər məhəbbətindən şövqlə danışaram,

Çünki Sən mənə pənahgah,+

Dar günümdə sığınacaq oldun.+

17 Ey gücüm, qüdrətim,

Səni nəğmələrdə tərənnüm edərəm,+

Allah məhəbbət Allahıdır, mənim qalamdır O!+

Dirijora. «Xatirə zanbağı». Mixtam*. Davudun məzmuru. Təlim üçün. Davud Aram-Nəhraim və Aram-Sobah ilə döyüşərkən Yuab geri dönüb Duz vadisində 12 000 ədumini qıranda.+

60 Xudaya, bizi tərk etdin, cərgələrimizi yarıb keçdin,+

Bizə qəzəbləndin. İndi qəbul et bizi, nə olar.

 2 Yeri titrətdin, çat-çat etdin,

Yer titrəyir, onun çatlarını bitişdir.

 3 Xalqına sıxıntı verdin,

Bizə gicəlləndirici şərab içirtdin.+

 4 Səndən qorxanlara işarə ver ki*,

Onlar qaçıb oxdan qurtulsunlar. (Selah)

 5 Sağ əlinlə bizə qurtuluş ver, bizə hay ver,

Qoy istəkli bəndələrin nicat tapsın.+

 6 Müqəddəs Allah* dedi:

«Sevinib-coşacağam, Sihamı istədiyim kəsə pay verəcəyəm,+

Suqqut dərəsini ölçüb böləcəyəm.+

 7 Gilad Mənimdir, Mənəssə Mənim,+

Əfraim başımın dəbilqəsidir*,

Yəhuda əlimdə öndər əsasıdır.+

 8 Muab yuyunmaq üçün teştimdir,+

Səndəlimi Əduma tullayacağam,+

Filiştin üstünə zəfər harayı çəkəcəyəm».+

 9 Kim məni mühasirədəki* şəhərə aparar?

Kim məni Əduma qədər aparar?+

10 Səndən başqa kim bunu edər, ey Allah?

Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız.+

11 Bizə kömək ol, sıxıntıdan qurtulaq,

Əbəsdir insandan xilas gözləmək.+

12 Biz Allahdan güc alarıq,+

O, düşmənlərimizi tapdalayar.+

Dirijora. Simli alətlərin müşayiətilə. Davudun məzmuru.

61 Ey Allahım, fəryadımı eşit, duamı dinlə.+

 2 Qəlbim qubar bağlayıb,

Səni dünyanın ucqarlarından səsləyirəm,+

Məni əlçatmaz qayaya qaldır.+

 3 Axı pənahım Sənsən,

Düşməndən qoruyan möhkəm qalamsan.+

 4 Daim çadırında yaşaram,+

Qanadların altına sığınaram.+ (Selah)

 5 Sən dediyim nəzirləri eşitdin,

Mənə adından qorxanlara məxsus miras verdin.+

 6 Padşahın ömrünü uzadarsan,+

İlləri nəsildən-nəslə keçər,

 7 Daim Allahın önündə taxtda oturar.+

Ona məhəbbət, sədaqət bəxş et ki, onu qorusun.+

 8 Dünya durduqca adını nəğmələrdə tərənnüm edərəm,+

Nəzirlərimi hər gün yerinə yetirərəm.+

Dirijora. Yaditun* üçün. Davudun məzmuru.

62 Sakitcə Allahı gözləyirəm,

Qurtuluşum Ondandır.+

 2 O, mənim qayam, xilaskarım, qalamdır,+

Sarsılmaram, yıxılmaram.+

 3 Nə vaxtadək adamın üstünə gəlib qanını tökməyə can atacaqsınız?+

Hər biriniz əyilmiş divar, bir üfürümə bənd daş divar kimi xatalısınız*.

 4 Adamı şərəfdən salmaq üçün məşvərət qururlar,

Yalanı sevirlər.

Dildə xeyir-dua, ürəkdə isə lənət oxuyurlar.+ (Selah)

 5 Ey qəlbim, sükut et, Allahı gözlə,+

Çünki ümidim Ona bağlıdır.+

 6 O, mənim qayam, xilaskarım, qalamdır,

Əsla sarsılmaram.+

 7 Qurtuluşum, şərəfim-şanım Allahdandır,

Sarsılmaz qayam, pənahım Allahdır.+

 8 Ey insanlar, daim Ona güvənin.

Ürəyinizi Ona açın.+

Allahdır sığınacağımız.+ (Selah)

 9 İnsan adi bir nəfəsdir,

Bəşər oğlu yalandır,+

Hamısını toplayıb tərəziyə qoysan, nəfəsdən də yüngül gələr.+

10 Quldurluğa güvənməyin,

Soyğunçuluğa arxalanmayın əbəs yerə,

Var-dövlətiniz çoxalsa da, ürəyinizi ona bağlamayın.+

11 Allah bir dəfə dedi, mən iki dəfə eşitdim:

Qüdrət Allahındır!+

12 Məhəbbət də Sənindir, ey Yehova,+

Hər kəsə əməlinə görə verirsən.+

Yəhuda çölündə olarkən Davudun yazdığı məzmur.+

63 Ey Allah, Sənsən Allahım, Səni axtarıram,+

Bütün varlığım Sənin həsrətindədir.+

Quraq, cansıxıcı, susuz torpaqda

Sənə təşnə qalmışam.+

 2 Müqəddəs məkanında Sənə baxardım,

Qüdrətini, əzəmətini görərdim.+

 3 Məhəbbətin həyatdan şirindir,+

Dilim Sənə alqış deyir.+

 4 Sənə ömrüm boyu həmd edəcəyəm,

Əllərimi adınla göyə açacağam.

 5 Canım ən yaxşı, yağlı tikələrlə doyar,

Sevinc nidaları ilə Sənə tərif söyləyəcəyəm.+

 6 Yatağımda Səni yada salıram,

Gecələr* Səni düşünürəm.+

 7 Çünki mənim köməyim Sənsən,+

Qanadlarının kölgəsində şadyanalıqla mədh söyləyirəm.+

 8 Könlüm Sənə bağlanıb,

Sağ əlin məni bərk-bərk tutar,+

 9 Amma canıma qəsd quranlar

Yerin dərinliyinə girəcəklər.

10 Qılınca tuş gələcək,

Çaqqallara yem olacaqlar.

11 Padşahınsa sevinci Allah olacaq.

Allahın adına and içən hər kəs fəxr duyacaq,

Yalan danışanların ağzı yumulacaq.

Dirijora. Davudun məzmuru.

64 Pərvərdigara, səsimi eşit, Sənə yalvarıram.+

Həyatımı düşmənin hədəsindən qoru.

 2 Şər adamın gizli fitnələrindən,+

Bədəməl adamların izdihamından məni hifz et.

 3 Onlar dillərini qılınc kimi itiləyir,

Acı sözlərini ox kimi hədəfə tuşlayırlar,

 4 Məsumu xəlvət yerdən vurmaq istəyirlər.

Onlar qəfildən vurur, heç qorxmurlar.

 5 Pis niyyətlərindən bərk-bərk yapışıblar,

Tələlərini gizlində qoymaq barədə məsləhətləşirlər.

Deyirlər: «Kimdir bunları görən?»+

 6 Gündə bir haqsızlıq icad edirlər,

Xəlvətdən məkrli fəndlər qururlar,+

Ürəkdəki düşüncələri sirlidir.

 7 Lakin Allah onlara ox atacaq,+

Qəfildən yaralanacaqlar.

 8 Öz dilləri onları yıxacaq,+

Baxan başını bulayacaq.

 9 Onda bütün insanlar qorxacaq,

Allahın nə etdiyindən danışacaq,

Onun işlərini dərk edəcəklər.+

10 Saleh insanın sevinci Yehova olacaq, Ona sığınacaq,+

Ürəyidüz adamlar Onunla fəxr edəcək.

Dirijora. Davudun məzmuru.

65 Ey Allah, Sionda Səni mədhlər gözləyir,+

Sənə dediyimiz nəzirləri yerinə yetirəcəyik.+

 2 Ey duaları eşidən, hər cür insan hüzuruna gələcək.+

 3 Günahlarım məni üstələdi.+

Lakin Sən təqsirlərimizi əfv edirsən.+

 4 Həyətində yaşamaq üçün seçdiyin,

Özünə yaxınlaşdırdığın insan nə xoşbəxtdir.+

Evinin, müqəddəs məbədinin+

Nemətləri ilə doyarıq.+

 5 Möhtəşəm, haqq işlərinlə+ bizə hay verərsən,

Ey nicatımızın Allahı,

Dünyanın hüdudlarında,

Uzaqlarda, dənizin o tayında yaşayanların güvəncisən!+

 6 Gücünlə dağları bərkitmisən,

Qüdrətinə qurşanmısan.+

 7 Uğuldayan dənizləri,+

Guruldayan dalğaları, çaxnaşan xalqları ram edirsən.+

 8 Göstərdiyin əlamətlər dünyanın ucqarlarında yaşayanları lərzəyə salar;+

Gündoğandan günbatana kimi hər kəsə şənlik verərsən.

 9 Sən Yerə qayğı göstərirsən,

Onu naz-nemətlə doldurursan.+

Ey Allah, çayların gursuludur,

İnsanın çörəyini Sən yetirirsən.+

Bəli, Yeri bu cür qurmusan.

10 Torpağın şırımlarını sulayır, şumunu hamarlayırsan,

Gur yağışlarla torpağı yumşaldır, cücərtilərinə bərəkət verirsən.+

11 Kəramətinlə ilin başına tac qoyursan,

Ləpirlərin naz-nemətlə aşıb-daşır.+

12 Çöl-çəməndən bərəkət axır,+

Təpələr şənlik donu geyinib.+

13 Sürülər otlaqlara yayılıb,

Düzlərə başdan-başa taxıldan xalı salınıb.+

Onlar sevincdən haray salıb nəğmə deyirlər.+

Dirijora. Məzmur.

66 Ey dünya, şaqraq səslə Allaha nida et!+

 2 Onun şanlı adına nəğmələr oxu,

Ona möhtəşəm təriflər söylə!+

 3 Allaha deyin: «İşlərin necə vahiməlidir!+

Qüdrətinin əzəmətindən düşmənlər önündə yerə döşənəcək.+

 4 Bütün dünya qarşında baş əyəcək,+

Səni nəğmələrdə tərənnüm edəcək,

Adını nəğmələrdə vəsf edəcək!»+ (Selah)

 5 Gəlin, ey insanlar, Allahın işlərinə baxın!

O, bəşər oğulları uğrunda necə də möhtəşəm işlər görür!+

 6 Dənizi quruya çevirdi,+

Çayı piyada keçdilər.+

Orada O, bizi sevindirdi.+

 7 O, daim qüdrəti ilə hökmranlıq edər,+

Gözləri xalqları seyr edər.+

Qoy dikbaşlar özünü öyməsin.+ (Selah)

 8 Ey xalqlar, Allahımıza alqış edin,+

Qoy Ona dediyiniz alqışların sədası gəlsin.

 9 O, bizi yaşadır,+

Ayağımızı büdrəməyə qoymur.+

10 Bizi sınadın, ey Allah,+

Gümüştək saflaşdırdın.

11 Bizi ovçu toruna saldın,

Kürəyimizə ağır yük qoydun.

12 Fani insanı üstümüzdən keçirtdin,

Oddan, sudan keçdik,

Sonra bizə dinclik verdin.

13 Evinə yandırma qurbanları+ ilə gələrəm,

Nəzirlərimi yerinə yetirərəm.+

14 O nəzirləri ki dilim deyib,+

Dar günümdə ağzımdan çıxıb.

15 Bəslənmiş heyvanlardan Sənə yandırma qurbanı verərəm,

Gətirdiyim qoç qurbanlarının tüstüsü

dərgahına qalxar,

Buğalar, təkələr təqdim edərəm. (Selah)

16 Ey Allahdan qorxanlar, gəlin, dinləyin,

Mənim üçün nələr etdiyini sizə danışım.+

17 Ağzımı açıb Onu çağırdım,

Dilim Ona alqış dedi.

18 Ürəyimdən pislik keçsəydi,

Yehova məni eşitməzdi.+

19 Amma Allah eşitdi,+

O, dualarımı dinlədi.+

20 Allaha şükürlər olsun, duamı rədd etmədi,

Məhəbbətini məndən əsirgəmədi.

Dirijora. Simli alətlərin müşayiətilə. Məzmur.

67 Allah bizə lütf göstərəcək, xeyir-bərəkət verəcək,

Üzünün nurunu üstümüzə salacaq.+ (Selah)

 2 Bütün dünyada Sənin yolun tanınsın,+

Xilaskar olduğunu bütün xalqlar eşitsin.+

 3 Qoy xalqlar Səni mədh etsin, ey Allah,

Bütün xalqlar bir ağızdan Səni mədh etsin.

 4 Qoy xalqlar şadlansın, sevinc sədaları yüksəltsin,+

Çünki Sən ümmətləri ədalətlə mühakimə edəcəksən,+

Yer üzündə xalqlara rəhbərlik edəcəksən. (Selah)

 5 Qoy xalqlar Səni ucaltsın, ey Allah,

Bütün xalqlar bir ağızdan Səni ucaltsın.

 6 Yer üzü bəhrəsini verəcək,+

Allah, bizim Allahımız bizə ruzi-bərəkət verəcək.+

 7 Allah bizə xeyir-bərəkət verəcək,

Dünyanın dörd tərəfində yaşayanlar Ondan qorxacaq.+

Dirijora. Davudun məzmuru.

68 Qoy Allah ayağa qalxsın, düşmənləri pərən-pərən olsun,

Ona nifrət edənlər qaçsın önündən.+

 2 Duman necə dağılırsa, onları elə dağıt.

Mum odda necə əriyirsə,

Pislər də Allahın önündən eləcə yox olsun.+

 3 Salehlər isə sevinsin,+

Allahın önündə şənlənsin,

Sevincdən cuşa gəlsinlər.

 4 Allahın şəninə nəğmə deyin,+

Adını nəğmələrdə vəsf edin,

Səhraları aşıb keçənin* şəninə nəğmə deyin,

Onun adı Yahdır*!+

Sevinin Onun önündə!

 5 Allah müqəddəs məskənindədir,+

O, yetimlərə ata, dul qadınlara arxadır.+

 6 Allah kimsəsizlərə yurd verir, yuva verir,+

Dustaqları azad edir, onları firavanlığa çıxarır,+

Dikbaşlar isə qarsımış torpaqda yaşayacaq.+

 7 Pərvərdigara, Sən xalqını apararkən,+

Səhrada önlərində gedərkən (Selah)

 8 Qarşında yer titrədi,+

Göylər yağış olub töküldü.

Sina dağı Allahın, İsrailin Allahının önündə əsdi.+

 9 Gur yağışlar yağdırdın, Xudaya,

Taqətdən düşmüş xalqına yeni güc verdin.

10 Onlar düşərgəndə yaşadı,+

Ey Allah, məzlumlara ruzi verdin kəramətinlə.

11 Buyruq Yehovadan gəlir;

Müjdəni bəyan edən qadınlar böyük ordudur.+

12 Qoşunların padşahları qaçırlar, qaçırlar!+

Evdə oturmuş qadınsa qənimətdən pay alır.+

13 Ordugahın tonqalları arasında* uzansanız da,

Göyərçin qanadlarınız olacaq, üstü gümüşdən,

Lələkləri xalis qızıldan.

14 Səlmuna qar yağdı,

Qadiri-Mütləq onun padşahlarını yer üzünə pərən-pərən salanda.+

15 Başan+ dağı Allahın dağıdır*,

Başan dağı zirvəli dağdır.

16 Ey zirvəli uca dağlar,

Niyə Allahın Özünə məskən seçdiyi dağa+ həsədlə baxırsınız?

Bəli! Yehova orada əbədiyyən qalacaq.+

17 Allahın cəng arabaları çoxdur, minlərcə, on minlərcədir.+

Yehova Sina dağından müqəddəs məkanına gəldi.+

18 Sən göyə qalxdın,+

Özünlə əsirlər apardın,

İnsan timsalında hədiyyələr götürdün,+ hətta inadkarları,+

Ki, onların arasında olasan, ey Yah, ey Allah.

19 Hər gün yükümüzü daşıyan Yehovaya,+

Bizə qurtuluş verən Allaha şükürlər olsun. (Selah)

20 Allah bizim üçün qurtuluş Allahıdır,+

Ölümdən qurtuluş Külli-İxtiyar Yehovanın əlindədir.+

21 Xudavənd düşmənlərin başını,

Günahından əl çəkməyənlərin təpəsini əzəcək.+

22 Yehova dedi: «Onları Başandan qaytaracağam,+

Dənizin dibindən çəkib çıxaracağam ki,

23 Ayağınız qanda yuyunsun,+

İtləriniz düşmən qanını yalasın».

24 Ey Allah, onlar Sənin zəfər yürüşünü görürlər,

Allahımın, Padşahımın müqəddəs məkana zəfər yürüşünü.+

25 Öndə məzmur oxuyanlar, arxada telli alətlərdə çalanlar,+

Ortada dəfçalan qızlar gedir.+

26 Ey həyatını İsrailin çeşməsindən alanlar,+

Böyük məclislərdə Yehova Allahı mədh edin.

27 Onları kiçik Binyaminin+ qəbiləsi ram edər,

Səs-küylü izdihamla Yəhuda bəyləri,

Zəbulun bəyləri, Niftalı bəyləri.

28 Allahın fərman verib, sənə qüvvət gəlsin.

Gücünü göstər, Pərvərdigara, indiyədək uğrumuzda göstərdiyin kimi.+

29 Yerusəlimdəki məbədinə+ görə

Padşahlar Sənə bəxşiş gətirəcək.+

30 Qamışlıqdakı vəhşi heyvanları,

Öküz sürülərini+ və danalarını əhliləşdir,

Ta ki xalqlar gümüş gətirib* boyun əysin.

Vuruşqan xalqları isə O pərən-pərən salır.

31 Misirdən tunc gətirəcəklər*,+

Kuş ölkəsi Allaha bəxşiş gətirməyə tələsəcək.

32 Ey dünya səltənətləri, Allahı nəğmələrdə tərənnüm edin,+

Nəğmələrdə vəsf edin Yehovanı, (Selah)

33 Əzəli göylər göyünə süvar olanı.+

Eşidin! Onun səsi, Onun gur səsi guruldayır.

34 Allahın qüdrətini tanıyın,+

Onun əzəməti israilin üzərindədir,

Qüdrəti asimandadır.

35 Müqəddəs məkanından çıxan Allah zəhmlidir,+

O, İsrailin Allahıdır, xalqına güc, qüvvət verir.+

Allaha alqış olsun!

Dirijora. «Zanbaqlar» üçün. Davudun məzmuru.

69 Qurtar məni, ey Allah, sular boğazıma çıxıb.+

 2 Dərin bataqlığa düşmüşəm,

Ayağımın altında bərk yer yoxdur.+

Dərin sulara düşmüşəm,

Güclü axın aparır məni.+

 3 Fəryad etməkdən taqətim kəsilib,+

Boğazım quruyub.

Allahımı gözləməkdən gözlərimin kökü saralıb.+

 4 Mənə nahaqdan nifrət edənlər+

Başımın tükündən çoxdur,

Nahaqdan düşmən kəsilənlər,

Məni sükuta qərq etmək istəyənlər çoxalıb.

Götürmədiyim şeyləri qaytarmalı oldum.

 5 Ey Allahım, ağılsızlıq etdiyimi bilirsən,

Günahlarım Səndən gizli deyil.

 6 Ey Külli-İxtiyar, ey ordular Allahı Yehova,

Qoy Sənə ümid bağlayanlar mənə görə utanmasın.

Ey İsrailin Allahı,

Qoy Səni axtaranlar mənə görə xar olmasın.

 7 Sənin uğrunda təhqirlərə dözürəm,+

Üzümü rüsvayçılıq bürüyüb.+

 8 Qardaşlarıma yad,

Anamın oğullarına özgə olmuşam.+

 9 Evinin qeyrəti məni yandırıb-yaxır,+

Sənə qarşı deyilən təhqirlərə mən tuş gəlirəm.+

10 Oruc tutub təvazö etdim*,

Məni təhqir etdilər.

11 Paltar əvəzinə çul geyinəndə

Dilə-dişə düşdüm.

12 Şəhər darvazasında oturanlar hey məndən danışırlar,

Əyyaşlar mənə mahnı qoşurlar.

13 Qoy dualarım, ey Yehova,

Sənə iltifat vaxtı çatsın.+

Böyük xeyirxahlığına görə,

Ey Allah,

Mütləq nicatınla mənə hay ver.+

14 Çıxar bataqlıqdan məni,

Qoyma batım.

Düşmən əlindən,

Dərin sulardan qurtar məni.+

15 Qoyma güclü axın məni aparsın,+

Qoyma ümman məni udsun,

Quyunun ağzı üzərimə qapansın.+

16 Ey Yehova, mənə hay ver, çünki məhəbbətin şirindir,+

Böyük mərhəmətinlə üzümə bax.+

17 Bu qulundan üz döndərmə,+

Dardayam, nə olar, tezliklə mənə cavab ver.+

18 Yetiş, canımı xilas et,

Düşmənlərdən məni qurtar.

19 Gördüyüm təhqirlərdən, xəcalətdən, rüsvayçılıqdan agahsan,+

Mənə düşmən kəsilənlər gözünün qabağındadır.

20 Təhqirlər ürəyimi deşdi, yaram sağalmazdır,

Halıma yanan axtardım, tapılmadı,+

Hey gözlədim, təsəlli verən olmadı.+

21 Mənə yeməyə zəhər verdilər,+

Susayanda sirkə verdilər.+

22 Qoy süfrələri onlara tor olsun,

Firavanlıqları onlara tələ olsun.+

23 Gözləri tor salsın, görə bilməsinlər.

Qoy qıçlarını əsməcə tutsun.

24 Hirsini onların başına tök,

Alovlu qəzəbin onları yaxalasın.+

25 Obaları boş qalsın,

Çadırlarında kimsə yaşamasın.+

26 Sənin vurduğun adamı təqib edirlər,

Yaraladığın kəsin ağrılarından danışıb həzz alırlar.

27 Onların təqsirinin üstünə təqsir gətir,

Qoy Sənin salehliyindən onlara pay düşməsin.

28 Adları həyat kitabından silinsin,+

Salehlərlə birgə yazılmasın.+

29 Sıxıntı içindəyəm, ağrı içindəyəm,+

Ey Allah, qoy qurtarıcı gücün məni hifz etsin.

30 Allahın adını nəğmələrdə tərənnüm edəcəyəm,

Onu həmdlərlə ucaldacağam.

31 Bu, Yehovaya buğa qurbanlarından,

Buynuzlu-dırnaqlı cöngələrdən daha xoşdur.+

32 Həlimlər bunu görüb sevinəcək.

Ey Allahı axtaranlar, qoy ürəyiniz dirçəlsin.

33 Çünki Yehova fağırları eşidir,+

Əsirlikdə olan xalqını unutmaz.+

34 Qoy göy və yer,

Dənizlər və içindəki məxluqlar Ona alqış etsin.+

35 Allah Sionu xilas edəcək,+

Yəhuda şəhərlərini təzədən tikəcək,

Onlar orada yaşayacaq, o torpağa sahib olacaqlar.

36 Qullarının övladları oranı miras alacaq,+

Adını sevənlər orada yaşayacaq.+

Dirijora. Davudun məzmuru. Öyüd üçün.

70 Aman Allahım, qurtar məni,

Ey Yehova, tez gəl, dadıma yetiş!+

 2 Qoy canımın qəsdinə duranlar

Rüsvay olsun, rəzil olsun.

Qoy fəlakətimə sevinənlər

Biabır olub geri çəkilsin.

 3 «Oxay, əcəb oldu!» — deyənlər

Xəcalətdən geri dönsün.

 4 Qoy Səni axtaranlar

Səndə sevinc tapsın, fərəhlənsin.+

Səndən nicat gözləyənlər durmadan:

«Qoy Allah ucalsın!» — desin.

 5 Köməksizəm, fəqirəm,+

Pərvərdigara, dadıma tez yetiş,+

Yardımçım, xilaskarımsan.+

Nə olar, ləngimə, ey Yehova.+

71 Sənə sığınmışam, ey Yehova,

Heç vaxt məni xəcalətli qoyma.+

 2 Ədalətinlə məni qurtar, nicat ver.

Nə olar, qulağını mənə tərəf əy, məni xilas et.+

 3 Qaya üzərində qala ol mənə,

Hər vaxt ora girə bilim.

Nə olar, xilasım üçün əmr ver,

Axı yalçın qayam, istehkamım Sənsən.+

 4 Ey Allahım, məni şər adamın əlindən,

İnsafsız zalımın pəncəsindən qurtar,+

 5 Çünki ümidim Sənsən, ey Külli-İxtiyar Yehova,

Ta gəncliyimdən güvəncim Sənsən.+

 6 Doğulduğum gündən Sənə güvənmişəm,

Anamın bətnindən məni çıxaran Sənsən,+

Daima Sənə alqış deyəcəyəm.

 7 Çoxları mənə heyrətlə baxır,

Amma Sən möhkəm sığınacağımsan.

 8 Dilim alqışla doludur,+

Gecə-gündüz Sənin calalından danışır.

 9 Yaşa dolanda məni atma,+

Gücüm tükənəndə məni tərk etmə.+

10 Çünki düşmənlərim əleyhimə danışır,

Canımın qəsdinə duranlar birgə məsləhətləşir.+

11 Deyirlər: «Allah onu tərk edib,

Onu güdüb yaxalayaq, onsuz da dadına çatan olmayacaq».+

12 Ey Allah, məndən uzaq durma,

Ey Allahım, imdadıma çat.+

13 Mənimlə düşmənçilik edənlər

Biabır olsunlar, yox olsunlar.+

Bədbəxtliyimi istəyənlər,

Rüsvay olub yerə girsinlər.+

14 Mən isə hey Səni gözlərəm,

Səni mədh etdikcə, mədh edərəm.

15 Sənin ədalətin dilimdən düşmür,+

Verdiyin qurtuluşlardan danışıram gecə-gündüz,

Hərçənd onları saymaqla qurtarmaz.+

16 Ey Külli-İxtiyar Yehova,

Gəlib Sənin qüdrətli işlərindən danışacağam,

Sənin, yalnız Sənin ədalətindən danışacağam.

17 Ey Allahım, gəncliyimdən bəri mənə tərbiyə verirsən,+

Bu günədək heyrət doğuran işlərin dilimdədir.+

18 Qocalıb saçım ağaranda da məni tərk etmə, ey Allah,+

Qoy gələcək nəslə də qüvvətli qolundan danışım,

Sonrakı nəsillərə qüdrətini söyləyim.+

19 Ədalətin göylərə ucalır, ey Allah,+

Ey Allah, necə böyük işlər görmüsən!

Sənin kimisi varmı?+

20 Hərçənd mənə çoxlu sıxıntılar, bəlalar göstərdin,+

Məni yenidən dirçəlt,

Yerin dibindən çəkib çıxar.+

21 Şan-şöhrətimi artır,

Yenə məni qoru, yenə təsəlli ver.

22 Onda Səni telli alətdə vəsf edərəm,

Çünki sadiqsən, ey Allahım.+

Səni çəngdə tərənnüm edərəm,

Ey İsrailin Müqəddəsi.

23 Dil-dodağım şövqlə Sənə nəğmə deyər,+

Çünki canımı xilas etdin.+

24 Sənin ədalətin gecə-gündüz dilimdən düşməyəcək,+

Ölümümü arzulayanlar rüsvay olacaq, xar olacaqlar.+

Süleyman barədə.

72 Ey Allah, padşaha hökmlərini öyrət,

Padşah oğluna ədalətindən pay ver.+

 2 Qoy xalqının işinə insafla baxsın,

Məzlumlarına adil hökm çıxarsın.+

 3 Qoy dağlar xalqa sülh gətirsin,

Təpələr salehlik gətirsin.

 4 Qoy padşah xalqın fağırlarının işinə baxsın,

Kasıbın balasını qorusun,

Qəsbkarı isə əzib-tapdalasın.+

 5 Günəş var olduqca,

Ay yerində durduqca,

Nəsillər boyunca Səndən qorxacaqlar.+

 6 Padşah biçilmiş çəmənə yağan yağış kimi,

Torpağı sulayan bərəkətli yağmur kimi olacaq.+

 7 Onun dövründə saleh adam çiçəklənəcək,+

Ay durduqca hər yanda sülh olacaq.+

 8 Səltənəti dənizdən-dənizə,

Çaydan* tutmuş ta dünyanın hüdudlarınadək uzanacaq.+

 9 Səhraların məskunları ona təzim edəcək,

Düşmənləri torpağı yalayacaq.+

10 Tarşiş və ada padşahları xərac gətirəcək,+

Səba və Siba padşahları bəxşiş verəcək.+

11 Bütün padşahlar ona təzim edəcək,

Bütün xalqlar qulluğunda duracaq.

12 O, imdad deyib çağıran fağırı,

Məzlumu, biçarəni xilas edəcək.

13 O, fağır-füqəranın halına acıyacaq,

Fəqirlərin canını xilas edəcək.

14 Canlarını zülmdən, zorakılıqdan qurtaracaq,

Qanları onun gözündə dəyərli olacaq.

15 Yaşasın padşah! Səba qızılından ona pay verilsin,+

Onun canına daim dua edilsin,

Hər gün şəninə tərif deyilsin.

16 Yerdə çörək* bol olacaq,+

Dağ başında zəmilər aşıb-daşacaq.

Onun məhsulu Livan meşəsitək bol olacaq,+

Şəhər camaatı ot-çiçək kimi göyərəcək.+

17 Qoy adı daim yaşasın,+

Günəş var olduqca o da parlasın,

Sayəsində insanlar xeyir-bərəkət tapsın,+

Bütün xalqlar onu bəxtəvər çağırsın.

18 Alqış olsun, Yehova Allaha, İsrailin Allahına,+

Heyrət doğuran işlərin yeganə Yaradanına!+

19 Alqış olsun, daima Onun uca adına,+

Calalı bütün yer üzünü bürüsün,+

Amin! Amin!

20 Yəssə oğlu Davudun+ duaları burada bitir.

ÜÇÜNCÜ BÖLMƏ

(73—89-cu məzmurlar)

Asəfin məzmuru.+

73 Doğrudan da, Allah İsrailə, ürəyitəmiz insana qarşı xeyirxahdır.+

 2 Fəqət mənim ayaqlarım az qala sapmışdı,

Ayaqlarım az qalmışdı sürüşsün.+

 3 Çünki pislərin xoş güzəranını gördüm,

Lovğalara həsəd apardım.+

 4 Çünki onlar öləndə ağrı çəkmirlər,

Canları sapsağlamdır*.+

 5 Onların başqa insanlartək dərd-səri yoxdur,+

Başqaları kimi əzab-əziyyət çəkmirlər.+

 6 Təkəbbür, sanki, onlar üçün boyunbağıdır,+

Zorakılıq libas kimi əyinlərini örtür.

 7 Köklükdən gözləri dombalıb çıxır,

Ürəklərinin arzuları artıqlaması ilə gerçəkləşib.

 8 Onlar istehza edir, acı sözlər deyirlər,+

Lovğalanıb hədə-qorxu gəlirlər.+

 9 Ağızlarını açıb danışanda göylə gedirlər,

Təkəbbürlü dilləri bütün dünyanı gəzir.

10 Beləcə, Onun xalqı onlara tərəf dönüb,

Onların su dolu camını içirlər.

11 «Allah haradan bilir?+

Haqq-Taalanın nə xəbəri var?» — deyirlər.

12 Bax, pis adamlar belədir, hər işləri avand olur.+

Elə hey var-dövlət toplayırlar.+

13 Deməli, əbəs yerə ürəyimi saf etmişəm,

Əllərimi günahsızlıq suyunda yumuşam.+

14 Bütün günü dərd-sər çəkmişəm,+

Hər səhər məzəmmət eşitmişəm.+

15 Amma əgər bu şeyləri dilimə gətirsəydim,

Onda Sənin xalqına xəyanət etmiş olardım.

16 Bunu dərk etməyə çalışanda

Bərk narahat oldum,

17 Ta Allahın müqəddəs məkanına girənədək.

Orada onların aqibəti mənə aydın oldu.

18 Doğrudan da, onları sürüşkən yerə qoyursan,+

Hamısını həlaka yuvarlayırsan.+

19 Bax, bir anda həyatları alt-üst olur.+

Onların axırı qəfil gəlir, aqibəti dəhşətli olur.

20 Necə ki yuxudan ayılanda röyalar unudular,

Sən də ayağa qalxanda onların surətini unudarsan, ey Yehova.

21 Qəlbim acı zəhərlə dolmuşdu,+

İçimdə* şiddətli ağrı hiss edirdim,

22 Ağılsız, nadan idim,

Sənin nəzərində qanmaz heyvan kimi idim.

23 Amma indi həmişəlik Səninləyəm,

Mənim sağ əlimdən tutmusan.+

24 Öyüd-nəsihətinlə mənə yol göstərirsən,+

Sonra da məni şan-şöhrətə yüksəldəcəksən.+

25 Göylərdə başqa kimim var?

Yerdə də Səndən savayı heç nə gərəyim deyil.+

26 Canım taqətdən düşə bilər, ürəyim də,

Lakin qəlbimin qayası Allahdır, nəsibim əbədiyyən Odur.+

27 Həqiqətən də, Səndən uzaqlaşanlar yox olacaqlar,

Sənə xəyanət edənləri məhv edəcəksən.+

28 Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur.+

Külli-İxtiyar Yehovaya sığındım ki,

Onun bütün işlərini bəyan edim.+

Maskil*. Asəfin məzmuru.+

74 Ah Allahım, niyə bizi həmişəlik tərk etdin?+

Niyə örüşünün sürüsünə qarşı qəzəbin kükrəyir?+

 2 Qədim zamanlarda sahib olduğun xalqı,+

Fidyə ilə qurtarıb Özününkü etdiyin qəbiləni,+

Məskən etdiyin Sion dağını+ yada sal.

 3 Addımlarını əbədi xaraba qalmış yerlərə döndər,+

Düşmən müqəddəs məkanı viran qoyub.+

 4 Düşmənlərin ibadətgahının ortasında nərə çəkirdi,+

Bayraqlarını ora sancıblar.

 5 Onlar qalın meşəyə balta çalanlara bənzəyirdi.

 6 Müqəddəs məkanının oyma naxışlarını+ baltayla, linglə qırıb-tökdülər,

 7 Müqəddəs məkanına od vurdular,+

Adını daşıyan çadırı uçurub murdarladılar.

 8 Onlar və övladları ürəklərində dedilər:

«Allahın bu torpaqdakı bütün ibadətgahlarını yandırıb kül edəcəyik!»

 9 Daha bir peyğəmbər qalmayıb,

Bir əlamət görmürük.

Nə vaxtadək belə olacaq, heç birimiz bilmirik.

10 Ey Allah, nə vaxtadək düşmən Sənə rişxənd edəcək?+

Yoxsa sonsuzadək yağı Sənin adına küfr edəcək?+

11 Axı nə üçün əlini, sağ əlini tutub saxlayırsan?+

Onu qoynundan çıxart, onları məhv et.

12 Fəqət Allah əzəldən mənim padşahımdır,

Dünyada möhtəşəm qurtuluşlar göstərən Odur.+

13 Sən gücünlə dənizi təlatümə gətirdin,+

Dəniz əjdahalarının başlarını suda qırdın.

14 Livyatanın* başlarını əzib xıncım-xıncım etdin,

Onu səhra sakinlərinə yem etdin.

15 Sən bulaqlar açdın, suları axıtdın,+

Qurumayan çayları qurutdun.+

16 Gündüz də Sənindir, gecə də Sənin,

İşığı da, günəşi də Sən yaratmısan.+

17 Yerin hüdudlarını cızan,+

Yayı da, qışı da yaradan Sənsən.+

18 Ey Yehova, unutma, düşmənin rişxəndlərini,

Nadan bir xalq Sənin adına küfr edir.+

19 Öz qumru quşunun canını yırtıcı heyvana vermə,

Məzlum bəndələrinin həyatını həmişəlik unutma.

20 Bizimlə bağladığın əhdi yada sal,

Çünki dünyanın qaranlıq yerləri zorakılıq yuvasına dönüb.

21 Qoyma əzilənlər xar olsun,+

Qoy məzlumlar, fağırlar Sənin adını mədh etsin.+

22 Qalx, ey Allah, qoy ədalət bərqərar olsun,

Nadanın bütün günü Sənə rişxənd etdiyini unutma.+

23 Düşmənlərinin sözlərini unutma,

Səni saymayanların harayı kəsilmir.

Dirijora. «Məhv etmə». Asəfin məzmuru.+

75 Şükür edirik Sənə, İlahi, şükür edirik;

Sən bizimləsən.+

İnsanlar xariqüladə işlərini bəyan edir.

 2 Sən deyirsən: «Mən vaxt təyin edəndə

Ədalətlə mühakimə edirəm.

3 Dünya və sakinləri lərzəyə gələndə

Onun sütunlarını tutub saxlayan Mən idim». (Selah)

 4 Lovğaya: «Bəsdir lovğalıq etdin», — deyirəm,

Şər adama isə: «Gücünlə öyünmə*,

 5 Gücünlə çox öyünmə,

Lovğa-lovğa danışma, — deyirəm, —

 6 Çünki başıucalıq nə qərbdən, nə şərqdən,

Nə də cənubdan gəlir.

 7 Allahdır Hakim,+

O, kimini alçaldır, kiminisə yüksəldir.+

 8 Yehova əlində bir cam tutub,+

İçi köpüklənən tünd şərabla doludur.

O, camı dibinədək boşaldacaq,

Dünyanın bütün pisləri onu son damlasınadək içəcək».+

 9 Mən isə bunu əbədiyyən bəyan edəcəyəm,

Yaqubun Allahını nəğmələrdə tərənnüm edəcəyəm.

10 O deyir: «Mən şər adamın buynuzunu sındıracağam.

Salehinsə gücü* ucalacaqdır».

Dirijora. Simli alətlərin müşayiətilə. Asəfin məzmuru.+

76 Allah Yəhudada tanınır,+

İsraildə Onun adı ucadır.+

 2 Çadırı Səlimdə yerləşir,+

Siondur Onun məskəni.+

 3 Orada qırdı kamandan atılan yanar oxları,

Qalxanı, qılıncı, bütün yaraq-yasağı.+ (Selah)

 4 Sən nura bürünmüsən,

Şikar dolu dağlardan da vüqarlısan.

 5 Cəsur ürəkləri ovladın,+

Yatıb yuxuya daldılar,

Ərənlərin qolu sustaldı.+

 6 Ey Yaqubun Allahı, Sənin hökmündən

Arabanı sürən də, at da dərin yuxuya daldı.+

 7 Sən, yalnız Sən zəhmlisən!+

Alovlu qəzəbin qarşısında kim dura bilər?+

 8 Sən hökmünü göylərdən elan etdin,+

Yer qorxdu, sükuta qərq oldu,+

 9 Çünki Allah ayağa qalxdı, hökmünü vermək üçün,

Dünyanın həlim insanlarını qurtarmaq üçün.+ (Selah)

10 İnsanın qəzəbi belə, Səni ucaldır,+

İnsan qəzəbinin son izharı ilə Özünü bəzərsən.

11 Ey Allahın ətrafına toplaşanlar,

Allahınız Yehovaya nəzirlər deyin,

Onları yerinə yetirin,+

Qorxu içində Ona bəxşiş gətirin.+

12 O, rəhbərlərin qürurunu sındırar,

Dünyanın padşahlarını dəhşətə salar.

Dirijora. Yaditun* üçün. Asəfin məzmuru.+

77 Allahı səslərəm, Ona fəryad edərəm,

Onu çağıraram, O, məni eşidər.+

 2 Dar gündə Yehovanı axtarıram,+

Gecələr göylərə əl açıram durmadan,

Ürəyim bir yerdə qərar tutmayır.

 3 Ah-nalə ilə Allahı yada salıram,+

Dincliyimi itirmişəm, taqətim əriyib gedir.+ (Selah)

 4 Gözümü yummağa qoymursan,

Narahatam, danışa bilmirəm.

 5 Keçmiş günləri,

Arxada qalmış illəri düşünürəm.+

 6 Gecələr tellərin avazı* yadıma düşür,+

Qəlbim düşüncələrə dalır,+

Ruhum dərin axtarışdadır.

 7 Görəsən, Yehova bizdən həmişəlik üz döndərib?+

Məgər O, bir də bizə rəğbət göstərməyəcək?+

 8 Olmaya, xeyirxahlığı əbədilik tükənib?

Olmaya, vədi heç vaxt yerinə yetməyəcək?

 9 Bəlkə, Allah lütfünü unudub?+

Yaxud qəzəbi rəhminin qabağını kəsib? (Selah)

10 Niyə axı elə hey:

«Bu dərd içimi göynədir,+

Haqq-Taala bizdən üz döndərib», — deməliyəm?

11 Mən Yahın gördüyü işləri xatırlayaram,

Qədimdəki möcüzələrini yada salaram.

12 Əməllərin barədə düşüncələrə dalaram,

Bütün işlərini dərin-dərin düşünərəm.+

13 Pərvərdigara, yolların müqəddəsdir.

Ey Allah! Sənintək böyük allah varmı?+

14 Xariqələr yaradan gerçək Allah Sənsən,+

Xalqlara gücünü izhar etmisən.+

15 Xalqını qolunun qüvvəti ilə qurtardın,+

Yaqubun, Yusifin oğullarını. (Selah)

16 Sular Səni gördü, ey Allah,

Sular Səni gördü, həyəcana gəldi.+

Ümmanın canına vəlvələ düşdü.

17 Buludlar suları tökdü,

Qara buludlu göylər gurladı,

Oxların ora-bura uçuşurdu.+

18 Gurultun+ cəng arabalarının səsi kimiydi,

Şimşəyin yer üzünü işıqlandırdı,+

Yer titrədi, lərzəyə gəldi.+

19 Yolun dənizdən keçirdi,+

Əngin sularda cığır açdın,

Amma ləpirin qalmadı.

20 Xalqını sürü kimi apardın,+

Musanın, Harunun əli ilə.+

Maskil*. Asəfin məzmuru.+

78 Ey xalqım, qanunuma qulaq as,

Ağzımdan çıxan sözləri dinlə.

 2 Ağzımı məsəllə açacağam,

Qədim tapmacaları danışacağam,+

 3 O şeyləri ki eşitmişik, bilirik,

Ata-babalarımız bizə danışıb.+

 4 Oğullarımızdan gizlətmərik,

Gələcək nəsillərə nəql edərik,+

Yehovanın tərifəlayiq əməllərini, gücünü,+

Xariqüladə işlərini.+

 5 O, Yaquba öyüdlərini verdi,

İsraildə qanun qoydu,

Ata-babalarımıza əmrlər verdi ki,

Onları oğullarına öyrətsinlər.+

 6 Beləcə, gələcək nəsil,

Dünyaya göz açacaq uşaqlar bunları bilsin,+

Onlar da öz övladlarına danışsın.+

 7 Beləcə, Allaha güvənər,

Allahın işlərini unutmazlar,+

Əmrlərinə tabe olarlar.+

 8 Onda ata-babaları kimi olmazlar.

Onlar kimi dikbaş, asi nəsil,+

Ürəyi səbatsız,+

Allaha vəfasız bir nəsil olmazlar.

 9 Əfraim oğulları ox-kamanla yaraqlansa da,

Savaş meydanından geri qaçdılar.

10 Allahın əhdini pozdular,+

Qanunu ilə getmədilər.+

11 Onun işlərini,

Onlara göstərdiyi xariqələri unutdular.+

12 O, ata-babalarının gözü önündə möcüzələr göstərdi,+

Misir torpağında, Suan diyarında.+

13 Dənizi yarıb onlar üçün yol açdı,

Sular divar kimi durdu.+

14 Onlara gündüz buludla,

Bütün gecəni şəfəq saçan alovla yol göstərdi.+

15 Səhrada qayaları yardı,

Onlara doyunca su içirdi, sanki, ümmandan.+

16 Sal qayadan su fışqırtdı,

Sular çay kimi axdı.+

17 Onlar isə daha da çox günah etdilər,

Haqq-Taalaya qarşı qiyam qaldırdılar səhrada.+

18 Qəlblərində Allahı sınadılar,+

Tamarzı qaldıqları təamları tələb etdilər Ondan.

19 Allahın əleyhinə danışıb dedilər:

«Məgər Allah bu çöl-biyabanda süfrə aça bilər?»+

20 Bax! O, qayaya vurdu,

Sular axdı, sellər daşdı.+

Yenə dedilər:

«Bəs çörək də verə bilər?

Xalqı üçün ət yetirə bilər?»+

21 Yehova bunu eşidəndə yaman hirsləndi,+

Od alovlandı+ Yaquba qarşı.

Onun İsrailə qəzəbi kükrədi.+

22 Çünki Allaha inanmadılar,+

Onun qurtuluş gücünə etibar etmədilər.

23 O, buludlu səmaya əmr etdi,

Göylərin qapılarını açdı.

24 Onlara göylərin taxılını verdi,

Manna yağdırdı ki, yesinlər.+

25 İnsan qüdrətlilərin*+ çörəyini yedi,

Allah onlara doyunca yemək göndərdi.+

26 Göylərdə şərq küləyi əsdirdi,

Qüvvəti ilə cənub küləyi oyatdı.+

27 Əti onların üzərinə toz kimi yağdırdı,

Quşlar dəniz qumu qədər idi.

28 Onları düşərgənin ortasına,

Çadırların həndəvərinə tökdü.

29 Yedilər, boğazlarına dürtdülər.

Ürəkləri istəyən hər şeyi onlara verdi,+

30 Amma hələ iştahalarını doyuzdurmamış,

Loxmaları hələ ağızlarında ikən,

31 Onlara qarşı Allahın qəzəbi qalxdı,+

Onların pəhləvanlarını öldürməyə başladı,+

İsrailin cahıl oğullarını yerə sərdi.

32 Bununla belə, günahdan əl çəkmədilər,+

Onun xariqüladə işlərinə iman gətirmədilər.+

33 Buna görə onların günlərini kəsdi, nəfəs kimi,+

Ömürlərini naqafil dəhşətlərlə sona yetirdi.

34 Hər dəfə Allah onları qıranda Onu axtardılar,+

Qayıdıb Onu aradılar.

35 Yadlarına düşürdü ki, Allahdır onların qayası,+

Allah-Taaladır onların xilaskarı.+

36 Dodaqları ilə Onu aldatmağa çalışdılar,

Dilləri ilə Ona yalan danışdılar.

37 Ürəkləri Ona bağlı deyildi,+

Onun əhdinə vəfa etmədilər.+

38 Amma O, mərhəmət göstərirdi,+

Günahlarından keçirdi, onları məhv etmirdi,+

Dəfələrlə hirsini boğurdu,+

Qəzəbini tam oyatmırdı.

39 Unutmurdu ki, onlar ətdən, sümükdəndirlər,+

Əsib geri qayıtmayan külək kimidirlər*.

40 Neçə dəfə səhrada Ona asi oldular,+

Biyabanda Onu kədərləndirdilər.+

41 Dönə-dönə Allahı sınadılar,+

İsrailin Müqəddəsini incitdilər.

42 Yada salmadılar Onun güclü əlini,

Onları düşməndən qurtardığı günü,+

43 Misirdə göstərdiyi əlamətləri,+

Suan diyarındakı möcüzələrini.

44 Axar sular içməli olmasın deyə,

Nil arxlarının suyunu necə qana çevirdiyini unutdular.+

45 Onları göndərdiyi mozalanlara yem etdi,+

Ölkəni viran qoymaq üçün qurbağalar göndərdi.+

46 Əkinlərini acgöz çəyirtkəyə,

Əllərinin zəhmətini çəyirtkə sürüsünə verdi.+

47 Üzüm tənəklərini dolu ilə,

Əncir ağaclarını dolu dənələri ilə məhv etdi.+

48 Yük heyvanlarını doluyla,

Sürülərini ildırımla* vurdu.+

49 Onların üzərinə alovlu qəzəb,

Hirs, hiddət, bəla yağdırdı,

Fəlakət mələklərini göndərdi, alaylarla.

50 Qəzəbinə yol açdı,

Canlarını ölümdən qurtarmadı,

Onları azara düçar etdi.

51 Axırda Misirdəki bütün ilkinləri,

Hamın çadırlarındakı ilk övladları məhv etdi.+

52 Sonra xalqını sürütək oradan çıxartdı,+

Sürütək apardı səhrada onları.

53 Onları asayişlə apardı,

Qorxu nədir bilmədilər,+

Düşmənlərini isə dəryada qərq etdi.+

54 Onları müqəddəs məkanına,

Sağ əli ilə fəth etdiyi dağlıq bölgəyə gətirdi.+

55 Onların qarşısından xalqları bir-bir qovdu,+

İrs torpaqlarını ölçü ipi ilə aralarında bölüşdürdü,+

İsrail qəbilələrini öz yurdlarında məskunlaşdırdı.+

56 Onlar isə Allah-Taalanı sınamaqdan, Ona qarşı çıxmaqdan əl çəkmədilər,+

Onun öyüdlərini hey qulaqardına vurdular.+

57 Ataları kimi dönüklük etdilər, xəyanət etdilər,+

Etibarsız çıxdılar, ipi boşalmış kamana bənzədilər.+

58 Səcdəgahları* ilə Onu qəzəbləndirdilər,+

Oyma bütləri ilə Onun hirsini oyatdılar.+

59 Bunları eşidən Allah bərk hiddətləndi,+

İsraildən tamamilə üz döndərdi.

60 Axırda Şilodakı çadırını,

İnsanlar arasında qaldığı çadırı tərk etdi.+

61 Gücünün nişanını əsarətə göndərdi,

Gözəlliyini düşmənə təslim etdi.+

62 Xalqını qılıncın qabağına verdi,+

İrsinə qarşı qəzəbləndi.

63 Cavanlarını alov uddu,

Qızlarına toy mahnısı oxunmadı.

64 Kahinləri qılıncdan keçirildi,+

Dul qalan arvadları göz yaşı tökmədi.+

65 O zaman Yehova, sanki, yuxudan oyandı,+

Sanki, pəhləvan+ şərabın təsirindən ayıldı.

66 Düşmənləri geri atdı,+

Onları əbədilik xar etdi.

67 Yusifin çadırını rədd etdi,

Əfraim qəbiləsini seçmədi.

68 Yəhuda qəbiləsini,

Sevdiyi Sion dağını seçdi.+

69 Müqəddəs məkanını göylər kimi,+

Əbədilik qoyduğu Yer kimi daimi bina etdi.+

70 Qulu Davudu seçdi,+

Onu qoyun ağıllarından götürdü,+

71 Yanıbalalı qoyunların ardından götürdü,

Xalqı Yaqubun,

İrsi İsrailin üzərinə çoban qoydu.+

72 Davud da onları sadiq ürəklə otardı,+

Bacarıqlı əli ilə onlara rəhbərlik etdi.+

Asəfin məzmuru.+

79 Ey Allah, xalqlar Sənin mülkünə təcavüz etdi,+

Müqəddəs məbədini murdar etdilər,+

Yerusəlimi xarabalığa çevirdilər.+

 2 Qullarının cəsədini quşlara yem etdilər,

Sadiq bəndələrinin ətini heyvanlara verdilər.+

 3 Yerusəlimin yan-yörəsində qanlarını su kimi axıtdılar,

Cəsədləri basdırmağa bir adam qalmayıb.+

 4 Qonşularımız bizə rişxənd edir,+

Bütün ər-ətraf bizi lağa qoyur, ələ salır.

 5 Yehova, nə vaxtadək hirsli qalacaqsan? Əbədilikmi?+

Nə vaxtadək hiddətin od tutub yanacaq?+

 6 Qəzəbini Səni tanımayan xalqların,

Adını çağırmayan səltənətlərin üzərinə yağdır.+

 7 Çünki Yaqub nəslinin axırına çıxdılar,

Onun yurdunu viranə qoydular.+

 8 Nə olar, ata-babalarımızın günahına görə bizi cəzalandırma.+

Tələs, bizə rəhm et,+

Lap zəlil olmuşuq.

 9 Bizə yardım et, ey xilaskar Allahımız,+

Şanlı adın naminə.

Adın naminə bizi qurtar, günahlarımızı əfv et.+

10 Nəyə görə xalqlar: «Hanı onların Allahı?» — desin?+

Qoy gözümüz görə-görə bütün xalqlara məlum olsun ki,

Qullarının axıdılmış qanı yerdə qalmayıb.+

11 Məhbusların ah-naləsi dərgahına qalxsın,+

Ölümə məhkum olanları güclü əlinlə hifz et*.+

12 Qonşularımızın Sənə etdiyi təhqirləri+

Yeddi qat başlarına gətir,+ ey Yehova.

13 Onda biz, Sənin xalqın, örüşünün sürüsü,+

Əbədi Sənə şükür edərik,

Mədhini nəsildən-nəslə ucaldarıq.+

Dirijora. «Zanbaqlar» üçün. Öyüd. Asəfin məzmuru.+

80 Ey İsrailin Çobanı*, eşit,

Sənsən Yusifi* sürü kimi aparan.+

Ey kərrublar üzərində* taxtda oturan,+

Şəfəq saç!

 2 Əfraimin, Binyaminin, Mənəssənin önündə

Qüdrətini oyandır,+

Gəl, bizi qurtar.+

 3 Xudaya, bizi əvvəlki halımıza qaytar,+

Üzünün nurunu üstümüzə sal, nicat tapaq.+

 4 Ey ordular Allahı Yehova, nə vaxtacan xalqının duasına acıqlanacaqsan?+

 5 Onların göz yaşını onlara çörək kimi yedirirsən,

Gözlərinin qorasını onlara o ki var içirdirsən.

 6 Elə edirsən ki, qonşularımız üstümüzdə bəhsə girir,

Düşmənlərimiz kefləri istədiyi kimi bizi ələ salır.+

 7 Ey ordular Allahı, bizi əvvəlki halımıza qaytar,

Üzünün nurunu üstümüzə sal, bizi qurtar.+

 8 Üzüm tənəyini+ Misirdən gətirdin,

Onu əkmək üçün xalqları qovdun.+

 9 Torpağı təmizlədin ki,

O kök atsın, ölkəni bürüsün.+

10 Kölgəsi dağların üstünü,

Budaqları Allahın sidr ağaclarını örtüb.

11 Qol-budağı dənizədək,

Şaxələri çaya* qədər çatıb.+

12 Onun daş divarlarını nə üçün uçurdun?+

Nə üçün yoldan keçən hər kəs əl atıb meyvəsini dərir?+

13 Meşə qabanı tənəyi yeyib məhv edir,

Çölün heyvanları onunla bəslənir.+

14 Ey ordular Allahı, nə olar, dön,

Göylərdən halına bax,

Qeydinə qal bu tənəyin,+

15 Sağ əlinlə əkdiyin fidanın.+

Özün üçün gücləndirdiyin pöhrəyə nəzər sal.+

16 Onu sındırıb oda atırlar.+

Üzünün zəhmindən məhv olurlar.

17 Qoy əlin sağında duranın,

Özün üçün gücləndirdiyin bəşər oğlunun üzərində olsun.+

18 Biz Səndən dönməyəcəyik,

Bizi yaşat ki, Sənin adını çağıraq.

19 Ey ordular Allahı Yehova, bizi əvvəlki halımıza qaytar,

Üzünün nurunu üstümüzə sal, nicat tapaq.+

Dirijora. Gittit* üçün. Asəfin məzmuru.+

81 Qüdrətli Allahımıza+ sevinc sədaları ucaldın,

Yaqubun Allahına zəfər harayı yüksəldin!

 2 Mahnı səsi ucaldın, əlinizə qaval,

Xoş avazlı çəng, telli alət götürün.

 3 Ay təzələnəndə, ay bədirlənəndə,

Bayram etdiyimiz gün şeypur çalın.+

 4 Bu, İsraildə qaydadır,

Yaqubun Allahının hökmüdür.+

 5 Xudavənd Misirin üzərinə gedəndə+

Bunu Yusifə bir nişan kimi vermişdi.+

Mən orada naməlum bir səs eşitdim:

 6 «Çiynindən yükü götürdüm,+

Əlləri səbətdən azad oldu.

 7 Dara düşəndə Məni çağırdın, səni qurtardım,+

Şimşək gizlənən yerdən sənə hay verdim.+

Məriba sularında səni sınadım.+ (Selah)

 8 Eşit, ey xalqım, sənə qarşı şəhadət edəcəyəm,

Kaş Məni dinləyəydin, ey İsrail.+

 9 Aranızda özgə allah olmamalıdır,

Yad allaha səcdə etməməlisiniz.+

10 Sənin Allahın Mənəm, Yehova,

Səni Misirdən çıxaran Allah.+

Ağzını geniş aç, səni doyurum.+

11 Amma xalqım səsimi eşitmədi,

İsrail Mənə boyun əymədi.+

12 Mən də onları ürəklərinin inadına buraxdım ki,

Öz bildiklərini etsinlər.+

13 Kaş xalqım Mənə qulaq asaydı,+

İsrail yollarımla gedəydi!+

14 Onda düşmənlərini tez ram edərdim,

Əlimi yağıların üzərinə qaldırardım.+

15 Yehovaya nifrət edənlər gəlib qarşısında yerə döşənəcək.

Onların halı əbədiyyən belə olacaq.

16 O, səni ən yaxşı buğda ilə bəsləyəcək,+

Qayadan çıxan balla doyuracaq».+

Asəfin məzmuru.+

82 Allah ilahi məclisdə yerini tutur.+

O, ilahlar arasında mühakimə aparır:+

 2 «Nə vaxtadək insafsızlıqla mühakimə edəcəksiniz?+

Pislərin tərəfini tutacaqsınız?+ (Selah)

 3 Siz məzlumu, yetimi müdafiə edin,+

Fağır-füqəraya ədalət göstərin.+

 4 Məzlumu, kasıbı xilas edin,

Onları şər adamın əlindən qurtarın».

 5 Onlar isə bilmirlər, dərk etmirlər,+

Zülmət içində gəzirlər.

Yerin təməlləri lərzəyə gəlir.+

 6 «Demişəm: “Siz ilahlarsınız*,+

Hamınız Haqq-Taalanın oğullarısınız*.

 7 Heyhat, hamı kimi siz də öləcəksiniz,+

Başqa başçılar kimi yıxılacaqsınız!”»+

 8 Qalx, ey Allah, dünyaya hökm kəs,+

Çünki bütün xalqlar Sənin mülkündür!

Asəfin məzmuru.+

83 Nə olar, ey Allahım, sükut etmə,+

Susma İlahi, səssiz qalma!

 2 Bax, düşmənlər kükrəyir,+

Sənə nifrət edənlər lovğalanır.

 3 Xalqına qarşı fitnə-fəsad qururlar,

Əziz bəndələrinə qəsd hazırlayırlar.

 4 Deyirlər: «Gəlin bu xalqı yer üzündən silək,+

İsrailin adı bir də dilə gəlməsin».

 5 Sənə qarşı ittifaq bağlayıblar,

Yekdil olub məşvərətləşirlər:+

 6 Ədumun və İsmayıl oğullarının çadırları, muabilər+, həcərilər+,

 7 Gebal, Əmun+ və Əmalik,

Filişt+ və bütün Sur+ camaatı.

 8 Aşşur+ da onlara qoşulmuş,

Lut oğullarına*+ dəstək olmuşlar. (Selah)

 9 Mədyənə etdiyini,+

Qişon vadisində Sisara və Yavinə etdiyini onların başına gətir.+

10 Onlar Eyn-Dorda+ məhv edildi,

Torpaqda peyin oldular.

11 Əsilzadələrini Örəb və Zəəb kimi et,+

Bütün rəhbərləri Zəba və Salmun kimi olsun.+

12 Çünki onlar demişdilər:

«Gəlin Allahın məskənini ələ keçirək».

13 Ey Allahım, onları sovrulan tikan komasına,

Küləyin süpürdüyü saman çöpünə çevir.+

14 Yanğın meşəni yandırdığı kimi,

Alov dağları qarsıdığı kimi,+

15 Onları tufanınla qov,+

Qasırğanla dəhşətə sal.+

16 Onların üzünü şərəfsizliyə bürü ki,

Sənin adını axtarsınlar, ey Yehova.

17 Qoy əbədilik rüsvay olub qorxuya düşsünlər,

Rəzil olub məhv olsunlar.

18 Qoy insanlar bilsin ki, adı Yehova olan Sən,+

Dünyada tək Sən ucasan*.+

Dirijora. Gittit* üçün. Qarun oğullarının məzmuru.+

84 Ey ordular Allahı Yehova,

Əzəmətli məskənin necə də gözəldir!+

 2 Bütün varlığım Yehovanın həyətlərinin həsrətindədir,+

Həsrətdən saralıb-solmuşam.

Ürəyim, vücudum var olan Allaha sevinc sədaları ucaldır.

 3 Ey ordular Allahı Yehova, ey Padşahım, Allahım,

Sənin möhtəşəm qurbangahının yanında

Quşlar belə, məskən tapır,

Qaranquşlar yuva qurur,

Balalarını orada bəsləyir.

 4 Nə xoşbəxtdir evində yaşayanlar!+

Hey Sənə alqış deyirlər.+ (Selah)

 5 Səndən qüvvət alan insan,+

Evinə gedən yollara könül bağlayan insan nə xoşbəxtdir!

 6 Baka dərəsindən keçəndə,

Oranı çeşməli bir məkana döndərir,

İlk yağış da oranı bərəkətlə örtür*.

 7 Onlar yeridikcə gücləri artar,+

Hər biri Siona, Allahın hüzuruna gələr.

 8 Ey ordular Allahı Yehova, nə olar, duamı eşit,

Dinlə, ey Yaqubun Allahı. (Selah)

 9 Məsh etdiyinin üzünə bax,+

Bax, ey sipərimiz,+ ey Allahımız*.

10 Sənin həyətində keçən bir günü,

Özgə yerdə keçirdiyim min günə dəyişmərəm.+

Allahın evinin kandarında durmaq

Şər adamın çadırında yaşamaqdan qat-qat yaxşıdır.

11 Yehova Allah günəşimdir,+ sipərimdir,+

O lütf göstərər və şan-şöhrət bəxş edər.

Kamillik yolunda yeriyənlərdən Yehova yaxşılığını əsirgəməz.+

12 Ey ordular Allahı Yehova,

Nə xoşbəxtdir Sənə güvənən adam!+

Dirijora. Qarun oğullarının məzmuru.+

85 Öz ölkənə lütf göstərdin,+ ey Yehova,

Yaqubun əsir övladlarını geri qaytardın.+

 2 Xalqının təqsirini bağışladın,

Bütün günahlarını əfv etdin.+ (Selah)

 3 Sən bütün hiddətini saxladın,

Şiddətli qəzəbini yatırdın.+

 4 Ey xilaskarımız Allah, bizi keçmiş günlərimizə qaytar,

Daha bizə acıqlanma.+

 5 Bizə sonsuzadək hirslənəcəksən?+

Qəzəbini nəsildən-nəslə uzadacaqsan?

 6 Məgər bizi dirçəltməyəcəksən ki,

Xalqın Səndə sevinc tapsın?+

 7 Bizə məhəbbətini göstər, ey Yehova,+

Bizə qurtuluş bəxş et.

 8 Yehova Allahın sözlərini dinləyəcəyəm,

O, Öz xalqına, sadiq bəndələrinə sülh barədə danışacaq,+

Təki onlar yenə də dikbaş olmasınlar.+

 9 Onun ehtişamı ölkəmizdə yaşasın deyə,

Verdiyi qurtuluş Ondan qorxanlara yaxındır.+

10 Məhəbbətlə sədaqət görüşəcək,

Salehliklə sülh öpüşəcək.+

11 Sədaqət yerdən cücərəcək,

Doğruluq göylərdən boylanacaq.+

12 Yehova da nemət verəcək,+

Torpağımız məhsulunu bitirəcək.+

13 Salehlik Onun önündə gedəcək,+

Addımları üçün cığır açacaq.

Davudun duası.

86 Dinlə məni, ey Yehova, mənə hay ver,

Axı məzlumam, yazığam.+

 2 Nə olar, canımı qoru, mən ki sadiqəm.+

Sənə güvənən bu bəndəni qurtar,

Axı Sənsən mənim Allahım.+

 3 Bütün günü Səni çağırıram,+

Ey Yehova, mənə lütf göstər.+

 4 Qulunun könlünü sevindir, ey Yehova,

Sənə üz tutmuşam.

 5 Ey Yehova, kəramətlisən,+ bağışlayansan,+

Səni çağıranlara qarşı məhəbbətin boldur.+

 6 Duamı dinlə, Yehova,

Nə olar, imdad diləyimi eşit.+

 7 Dar günümdə Səni çağırıram,+

Bilirəm, Sən məni cavabsız qoymazsan.+

 8 Ey Yehova, allahlar arasında Sənin kimisi yoxdur,+

Əməllərinin tayı-bərabəri yoxdur.+

 9 Xəlq etdiyin bütün xalqlar

Hüzuruna gəlib önündə səcdə edəcək, ey Yehova,+

Sənin adını mədh edəcək.+

10 Çünki böyüksən, xariqələr yaradırsan,+

Yalnız Sənsən Allah!+

11 Yehova, mənə Öz yolunda təlim ver,+

Həqiqətində addımlayım.+

Ürəyimi bütöv et ki, adından qorxum.+

12 Yehova Allahım, bütün qəlbimlə Səni ucaldıram,+

Əbədiyyən adını mədh edəcəyəm,

13 Çünki mənə bəslədiyin məhəbbət böyükdür,

Canımı Məzarın* dibindən azad etdin.+

14 Ey Allahım, qürrəlilər əleyhimə qalxır,+

Zalımlar dəstəsi canıma qəsd edir,

Səni saymır onlar.+

15 Amma Sən, ey Yehova, rəhmli, mərhəmətli Allahsan,

Səbirlisən, məhəbbətin, sədaqətin boldur.+

16 Mənə tərəf dön, mənə lütf göstər.+

Nə olar, bu bəndənə qüvvət ver,+

Kənizinin oğlunu xilas et.

17 Kəramətindən mənə bir nişan ver,

Qoy mənə nifrət edənlər bunu görüb utansın.

Çünki, ey Yehova, yardımçım, təsəllim Sənsən.

Qarun oğullarının məzmuru.+

87 Müqəddəs dağlar Allahın şəhərinin təməlidir.+

 2 Yaqubun bütün çadırlarından çox

Sion darvazaları Yehovaya əzizdir.+

 3 Ey Allahın şəhəri, səni tərif edirlər.+ (Selah)

 4 Məni tanıyanlar sırasında Rahabın*,+ Babilin adını çəkərəm,

Filişt, Sur, Kuş da bu sıradadır.

Deyəcəklər: «Bunlar Sionda doğulub».

 5 Sion barədə isə deyiləcək:

«Bunların hər biri orada doğulub».

Haqq-Taala onu bərkidəcək.

 6 Yehova xalqları siyahıya alanda:

«Bu da orada doğulub», — deyə bəyan edəcək. (Selah)

 7 Müğənnilər+, halay vurub rəqs edənlər:+

«Bütün çeşmələrim səndədir»,+ — deyəcək.

Qarun oğullarının məzmuru.+ Dirijora. Mahalat* üslubunda. Növbə ilə oxumaq üçün. Əzrahlı Himanın+ Maskili*.

88 Yehova, ey qurtuluşumun Allahı,+

Gündüzlər Sənə yalvarıram,

Gecələr hüzuruna gəlirəm.+

 2 Qoy duam Sənə yetişsin,+

Qulağını fəryadıma sarı əy.+

 3 Dərd-bəla əlindən təngə gəlmişəm,+

Canım Məzarın* kandarındadır.+

 4 Qəbrə düşənlərin arasında sayılıram,+

Biçarə adam olmuşam,+

 5 Qəbirdə yatan qətl olunmuşlar kimiyəm.

Elə bil, məni ölülərin arasında atıb gediblər,

Artıq yada salmadığın,

Qayğından məhrum olmuşların arasında.

 6 Məni ən dərin qəbrə qoymusan,

Zülmətə, dibsiz quyuya qərq etmisən.

 7 Qəzəbin bütün ağırlığı ilə üstümə çöküb,+

Sərt dalğalarınla məni vurub yıxırsan. (Selah)

 8 Dost-tanışı məndən uzaqlaşdırmısan,+

Onlarda mənə qarşı ikrah oyatmısan.

Məhbusam, heç yana çıxa bilmirəm.

 9 Çəkdiyim əzablardan gözümün nuru sönüb.+

Ey Yehova, bütün günü Səni çağırıram,+

Əllərimi Sənə açmışam.

10 Məgər xariqələrini ölülərə göstərəcəksən?

Məgər aciz ölülər qalxıb Səni mədh edəcək?+ (Selah)

11 Məgər məhəbbətin qəbirdə,

Sədaqətin torpaq altında bəyan ediləcək?

12 Məgər möcüzələrin zülmətdə,

Ədalətin unudulmuşlar diyarında bilinəcək?+

13 Yenə də, ey Yehova, Səndən imdad diləyirəm,+

Duam hər səhər dərgahına qalxır.+

14 Axı niyə məni Özündən kənar edirsən, ey Yehova?+

Axı niyə məndən üz döndərirsən?+

15 Uşaqlıqdan məzlumam,

Ölümün bir addımlığındayam,+

Verdiyin zülmlərdən keyləşib qalmışam.

16 Alovlu qəzəbin başımdan basır,+

Vahiməli işlərin məni məhv edir.

17 Sel suları kimi ətrafımı bürüyür bütün günü,

Hər tərəfdən* üstümə gəlir.

18 Dostumu, yoldaşımı məndən uzaqlaşdırdın,+

Zülmət olub həmdəmim.

Əzrahlı İtanın+ Maskili*.

89 Yehovanın məhəbbətini daim nəğmələrdə tərənnüm edərəm.

Dilim Sənin sədaqətini bütün nəsillərə bəyan edəcək.

 2 Deyirəm: «Məhəbbətin əbədi duracaq.+

Sədaqətini göylərdə bərqərar etmisən».

 3 Sən dedin: «Seçdiyim qulumla əhd bağlamışam,+

Qulum Davuda and içmişəm:+

 4 “Övladını* əbədilik bərqərar edəcəyəm,+

Taxtını quracağam, nəsillər boyu duracaq”».+ (Selah)

 5 Ey Yehova, göylər xariqələrini mədh edir,

Müqəddəslər məclisində sədaqətini.

 6 Göylərdə Yehovanın tayı-bərabəri varmı?+

Allah oğullarından*+ hansı biri Yehovaya bənzər?

 7 Müqəddəslər məclisində Allaha ehtiram var,+

O, dövrəsində olanlar üçün böyükdür, zəhmlidir.+

 8 Ey ordular Allahı Yehova,

Ey Yah, Səndəki güc kimdə var?+

Sədaqətin ətrafını bürüyüb.+

 9 Kükrəyən dənizi ram edirsən,+

Qabaran dalğaları yatırırsan.+

10 Sən Rahabı*+ əzib leş etdin,+

Qüvvətli qolunla düşmənləri pərən-pərən saldın.+

11 Göylər də Sənindir, yer də Sənin,+

Yer üzünü, onu dolduran hər şeyi Sən yaratmısan.+

12 Şimalı da, cənubu da yaradan Sənsən,

Tabur+ və Hərmun+ sevincdən coşub adını mədh edir.

13 Sənin qolun qüvvətlidir,+

Əlin güclüdür,+

Sağ əlin ucadır.+

14 Doğruluq və ədalət taxtının təməlidir,+

Məhəbbətlə sədaqət önündə durur.+

15 Şadlıq səsi bilən xalq nə bəxtiyardır!+

Onlar üzünün nurunda yeriyir, ey Yehova.

16 Adın onlara sevinc bəxş edir gecə-gündüz,

Ədalətinlə yüksəlirlər.

17 Çünki qüvvətlərinin tacı Sənsən.+

Lütfün gücümüzü ucaldır*.+

18 Qalxanımız Yehovadandır,

Bizə padşahı verən israilin Müqəddəsidir.+

19 O zaman sadiq bəndələrinə vəhydə söylədin:

«Bir igidə qüvvət vermişəm,+

Xalqın arasından seçdiyimi yüksəltmişəm.+

20 Qulum Davudu tapıb+

Müqəddəs yağımla məsh etmişəm.+

21 Əlim ona dayaq olacaq,+

Qolum ona qüvvət verəcək.

22 Heç bir düşmən ondan xərac ala bilməyəcək,

Heç bir şər adam ona zülm etməyəcək.+

23 Önündən düşmənlərini darmadağın edəcəyəm,+

Ona nifrət edənləri vurub yıxacağam.+

24 Sədaqətim, məhəbbətim onunladır,+

Qüdrəti adımla yüksələcək.

25 Onun əlini* dənizlərin,

Sağ əlini çayların üzərinə qoyacağam.+

26 O, Məni: “Sən Atamsan,

Allahımsan, xilaskar qayamsan”, — deyə çağıracaq.+

27 Mən də onu ilk oğul,+

Dünyanın şahənşahı edəcəyəm.+

28 Məhəbbətim əbədiyyən onunla olacaq,+

Onunla bağladığım əhd əsla pozulmayacaq.+

29 Övladını əbədi bərqərar edəcəyəm,

Taxtı göylər durduqca duracaq.+

30 Oğulları qanunumdan çıxıb

Hökmlərimə əməl etməzsə,

31 Qaydalarımı pozub

Əmrlərimə riayət etməzsə,

32 Onları itaətsizliyə görə çubuqla döyəcəyəm,+

Təqsirlərinə görə kötəkləyəcəyəm.

33 Amma onu məhəbbətimdən məhrum etməyəcəyəm,+

Vədimə xilaf çıxmayacağam.

34 Əhdimi pozmayacağam,+

Ağzımdan çıxan sözü dəyişməyəcəyəm.+

35 Müqəddəsliyimə bir kərə and içmişəm,

Davuda yalan danışmaram.+

36 Övladı əbədi qalacaq,+

Günəş durduqca taxtı hüzurumda duracaq,+

37 Səmadakı vəfalı şahid kimi,

Ay kimi, əbədilik bərqərar olacaq». (Selah)

38 Lakin Sən məsh etdiyini atdın, rədd etdin,+

Ona qarşı qəzəbin alovlandı.

39 Qulunla bağladığın əhdi ləğv etdin,

Onun tacını yerə atıb murdarladın.

40 Daş hasarlarını uçurub dağıtdın,

İstehkamlarını yerlə yeksan elədin.

41 Hər yoldan keçən onu soyub-taladı,

Qonşuların yanında üzüqara oldu.+

42 Düşmənlərinə qələbə verdin,+

Bütün düşmənlərini sevindirdin.

43 Üstəlik, onun qılıncını geri qaytardın,

Döyüşdə onu müvazinətdən çıxartdın.

44 Şan-şöhrətini əlindən aldın,

Taxtını yerə saldın.

45 Gənclik illərini qısaltdın,

Onu rüsvayçılığa bürüdün. (Selah)

46 Ey Yehova, nə vaxtadək məndən üz döndərəcəksən? Əbədilikmi?+

Qəzəbin nə vaxtadək alovlanacaq?

47 Unutma ki, ömrüm çox qısadır.+

Məgər bəşər oğullarını boş yerə yaratmısan?

48 Hansı insan yaşayıb ölümü dadmayacaq?+

Məzarın* pəncəsindən canını qurtaracaq? (Selah)

49 Ey Yehova, əvvəlki lütfün harada qaldı,

Davuda sədaqətlə and içdiyin lütfün?+

50 Unutma, ey Yehova, bəndələrinə atılan istehzaları,

Necə xalqların tənəsini köksümdə gəzdirirəm.

51 Unutma, düşmənlərin necə təhqirlər söyləyir,

Məsh etdiyinin hər addımını necə təhqir edirdilər, ey Yehova.

52 Yehovaya əbədi alqış olsun! Amin! Amin!+

DÖRDÜNCÜ BÖLMƏ

(90—106-cı məzmurlar)

Allahın qulu Musanın+ duası.

90 Ey Yehova, bütün nəsillər boyu məskənimiz* Sənsən.+

 2 Dağlar doğulmazdan əvvəl,

Sən dünyanı, torpağı var etməzdən əvvəl,+

Əzəldən əbədiyyətə Allah Sənsən.+

 3 Fani insanı torpağa qaytarırsan,

«Ey bəşər oğulları, torpağa qayıdın», — deyirsən.+

 4 Sənin gözündə min il ötüb keçən gün kimidir,+

Gecə növbəsinə bənzər.

 5 Onları silib-süpürürsən,+ yuxutək keçib gedirlər,

Səhər çağı onlar, sanki, cücərən otlardır.+

 6 Səhər çiçək açır, təzə-tər olur,

Axşam çağı solur, quruyub gedir.+

 7 Qəzəbin bizi bürüyüb udur,+

Hiddətin canımıza vahimə salır.

 8 Təqsirlərimizdən agahsan*,+

Üzünün nuru sirlərimizi aşkar edir.+

 9 Qəzəbindən ömür-günümüz bitir,

İllərimiz pıçıltıtək kəsilir.

10 Yetmiş il ancaq yaşarıq,

Canı sağlam olan, bəlkə, səksənə+ yetişə.

O da ki əzabla, qəm-qüssə ilə keçər,

Ömrümüz tez ötür, uçub gedirik.+

11 Qəzəbinin şiddətini kim anlaya bilər?

Hiddətin canımızdakı xofun qədər böyükdür.+

12 Bizi öyrət ki, günlərimizin qədrini bilək,+

Ürəyimiz hikmətli olsun.

13 Qayıt, ey Yehova!+

Axı nə vaxtadək belə davam edəcək?+

Bəndələrinə yazığın gəlsin.+

14 Sübh tezdən bizi məhəbbətinlə doyuzdur ki,+

Şaqraq səsimiz yüksəlsin, ömür boyu sevincimiz aşıb-daşsın.+

15 Qəm-qüssə verdiyin günlərin sayı qədər,+

Əzab-əziyyət çəkdiyimiz illərin sayı qədər+ sevinc ver bizə.

16 Qoy işlərin qullarına bəlli olsun,

Əzəmətin onların oğulları üzərinə şəfəq saçsın.+

17 Allahımız Yehovanın lütfü üstümüzdən əskik olmasın,

Qoy əlimizin işi avand olsun.

Özün işimizi avand elə.+

91 Haqq-Taalanın pənahında yaşayan+

Qüdrət Sahibinin kölgəsində yuva tapar.+

 2 Yehovaya deyərəm: «Pənahgahım, istehkamım,+

Allahım Sənsən, Sənə güvənirəm».+

 3 O, səni ovçunun tələsindən,

Ölüm gətirən azardan qurtarar.

 4 Pərlərini üstünə gərər,

Qanadları altına sığınarsan,+

Sədaqəti+ sənə qalxan,+ istehkam olar.

 5 Nə gecənin vahiməsindən qorxarsan,+

Nə gündüz atılan oxdan,+

 6 Nə zülmətdə dolaşan azar-bezardan,

Nə günorta çalıb-çapan qırğından.

 7 Yan-yörəndə min adam,

Sağ tərəfində on min adam yerə sərilər,

Sənə isə xətər dəyməz.+

 8 Bunu gözünlə görəcəksən,

Pislərin aldığı cəzanın şahidi olacaqsan.

 9 Axı: «Yehovadır mənim pənahım», — demişdin,

Haqq-Taalanı özünə məskən* etmişdin.+

10 Sənə bədbəxtlik üz verməz,+

Bəla çadırına yaxın gəlməz.

11 Addımlarını qorusunlar deyə,

Mələklərinə+ əmr edəcək,+

12 Ayağın daşa dəyməsin deyə,

Səni əlləri üstündə aparacaqlar.+

13 Gənc aslanı, kobranı tapdalayarsan,

Şiri, nəhəng ilanı ayağınla əzərsən.+

14 Allah deyir: «O ki Məni sevdi, onu qurtaracağam,+

Adımı tanıdığı üçün onu hifz edəcəyəm.+

15 Məni çağıracaq, ona hay verəcəyəm,+

Dar günündə yanında olacağam,+

Onu qurtaracağam, şərəfə yüksəldəcəyəm.

16 Ona uzun ömür bəxş edəcəyəm,+

Qurtuluşumu ona göstərəcəyəm».+

Şənbə günü üçün məzmur.

92 Nə yaxşıdır Sənə həmd etmək, ey Yehova,+

Nə yaxşıdır adını nəğmədə tərənnüm etmək, ey Haqq-Taala!

 2 Səhərlər məhəbbətindən,+

Gecələr sədaqətindən danışmaq,

 3 Setarın, on telli alətin,

Çəngin avazı altında.+

 4 Əməllərinlə məni sevindirdin, ey Yehova,

Əllərinin işindən cuşa gəlirəm.

 5 Ey Yehova, necə də böyük işlər görmüsən!+

Düşüncələrin necə dərindir!+

 6 Nadan adam bunları bilməz,

Səfehin ağlı bunu kəsməz:+

 7 Pislərin alaq otu kimi bitməsi,

Bədəməllərin çiçəklənməsi,

Onları əbədilik məhvə aparır.+

 8 Sən isə, ey Yehova, əbədilik ucasan.

 9 Bax! Ey Yehova, müzəffər nəzərlə düşmənlərinə bax,

Gör, onlar necə yox olacaq,

Bədəməllərin hamısı pərən-pərən düşəcək.+

10 Məni isə çöl öküzütək güclü edərsən.

Bədənimə təzə yağ sürtərəm.+

11 Gözüm müzəffər nəzərlə düşmənlərə baxar,+

Qulağım üstümə gələn pislərin məğlubiyyətini eşidər.

12 Salehlər xurma ağacıtək çiçəklənəcək,

Livandakı sidr ağacıtək uca olacaq.+

13 Onlar Yehovanın evində əkilib,

Allahımızın həyətində çiçək açır.+

14 Saçları ağaranda da bar verəcəklər,+

Sapsağlam, təravətli olacaqlar.+

15 Bəyan edəcəklər ki, Yehova doğrudur.

O, mənim Qayamdır,+ Onda haqsızlıq yoxdur.

93 Yehova padşah oldu!+

Əzəməti geyindi,

Yehova qüdrətə büründü,

Onu qurşaq kimi taxdı.

Yer möhkəm qurulub,

Əsla sarsılmaz.

 2 Taxtın əvvəldən qurulub,+

Sən əzəldən bəri varsan.+

 3 Çaylar kükrədi, ey Yehova,

Çaylar kükrəyib uğuldadı.

Çaylar kükrəyib gur-gur axır.

 4 Ucalarda olan əzəmətli Yehova,

Əngin suların uğultusundan möhtəşəm,+

Dənizlərin nəhəng dalğalarından güclüdür.+

 5 Öyüdlərin etibarlıdır.+

Müqəddəslik daim Sənin evini bəzəyir,+ ey Yehova.

94 Ey Yehova, qisası yerdə qoymayan Allah,+

Ey qisası yerdə qoymayan Allah, nurunu saç!

 2 Ey dünyanın Hakimi,+ qalx,

Məğrurların layiqli cəzasını ver.+

 3 Ey Yehova, nə vaxtacan,

Nə vaxtacan pislər bayram edəcək?+

 4 Onlar boş-boş, lovğa-lovğa danışırlar.

Bədəməl insanlar özləri ilə öyünürlər.

 5 Ey Yehova, xalqını əzib-tapdalayır,+

İrsinə zülm edirlər.

 6 Dulları, qəribləri öldürürlər,

Yetimləri qırırlar.

 7 Deyirlər: «Yah bunu görmür,+

Yaqubun Allahı bunlara fikir vermir».+

 8 Başa düşün, ey nadanlar!

Ey ağılsızlar, nə vaxt dərrakəniz olacaq?+

 9 Qulağı yaradan eşitməzmi?

Gözə quruluş verən görməzmi?+

10 Xalqları tərbiyə edən, tənbeh etməzmi?+

İnsanlara bilik verən Odur!+

11 Yehova insanın düşüncələrini bilir,

Bilir ki, onlar puçdur.+

12 Ey Yah, tərbiyə etdiyin,+

Qanununu öyrətdiyin insan nə bəxtiyardır!+

13 Pislərə qəbir qazılanadək,

Ağır günlərində ona dinclik verirsən.+

14 Yehova xalqını atmaz,+

İrsini+ tərk etməz.

15 Hökm yenə ədalətli olacaq,

Ürəyidüz adamlar ona tabe olacaq.

16 Kim mənim üçün pislərlə döyüşəcək?

Kim mənim üçün bədəməllərin qabağına çıxacaq?

17 Yehova kömək etməsəydi,

Az qala yox olmuşdum.+

18 «Ayağım büdrəyir», — deyəndə,

Məhəbbətin mənə dayaq oldu,+ ey Yehova.

19 Fikirlər məni çulğayanda,

Mənə təsəlli verib ovutdun.+

20 Qanun adı ilə pislik törədən+

Haqsızlıq taxtı* Sənə müttəfiq olarmı?

21 Onlar salehə amansız hücum edir,+

Günahsıza ölüm hökmü çıxarırlar.+

22 Yehova mənə möhkəm sığınacaq olacaq,

Allahım sığınacaq qayamdır.+

23 Allah onların pisliyini öz başlarına gətirəcək,+

Şər əməlləri ilə özlərini məhv edəcək.

Allahımız Yehova onları məhv edəcək.+

95 Gəlin Yehovaya sevinc sədaları yüksəldək!

Qurtuluş qayamızı zəfər nidaları ilə mədh edək!+

 2 Onun hüzuruna şükranlarla gələk,+

Ona nəğmə oxuyaq, zəfər sədaları ucaldaq!

 3 Çünki Yehova əzəmətli Allahdır,

Bütün allahlar üzərində uca hökmdardır.+

 4 Yerin dərin qatları Onun əlindədir,

Dağların zirvələri Onundur.+

 5 Yaratdığı dənizin sahibi Odur,+

Torpaq da Onun əllərinin işidir.+

 6 Gəlin Ona ibadət edək, qarşısında baş əyək,

Xaliqimiz Yehovanın önündə diz çökək.+

 7 Axı O, Allahımızdır,

O, bizi sürütək bəsləyib-əzizləyir,

Biz Onun otlağının xalqıyıq.+

Bu gün Ona qulaq asın:+

 8 Ürəyinizi inadkar etməyin,

Səhrada, Masahda olduğu kimi, Məribada olduğu kimi.+

 9 O zaman atalarınız Məni sınadılar,+

Etdiklərimi görə-görə Məni sınağa çəkdilər.+

10 Qırx il bu nəsilə nifrət etdim və dedim:

«Bu xalqın ürəyi elə hey azır,

Yollarımı tanımırlar».

11 Buna görə qəzəblənib and içdim:

«Onlar istirahətimə qovuşmayacaqlar».+

96 Yehovanın şəninə yeni nəğmə oxuyun.+

Yehovanın şəninə nəğmə oxu, ey dünya!+

 2 Yehovanın şəninə nəğmə deyin, adını tərənnüm edin,

Verdiyi qurtuluşu günbəgün müjdələyin.+

 3 Xalqlara şan-şöhrətini,

Bütün ellərə xariqələrini bəyan edin.+

 4 Yehova böyükdür, hədsiz tərifə layiqdir,

Bütün allahlardan zəhmlidir.

 5 Axı xalqların allahları heçdir,+

Yehova isə göylərin yaradanıdır.+

 6 Əzəmət və calal hüzurunda,+

Qüdrət və gözəllik müqəddəs məkanındadır.+

 7 Ey xalqların tayfaları, Yehovaya şərəf verin!

Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin!+

 8 Yehovaya adına layiq şərəf verin!+

Bəxşiş gətirib Onun həyətlərinə gəlin.

 9 Müqəddəs libaslarda* Yehovaya səcdə qılın,

Onun önündə tir-tir əs, ey dünya!

10 Xalqlara car çəkin: «Yehova padşah oldu!+

Yer möhkəm qurulub, əsla sarsılmaz,

O, xalqları insafla mühakimə edəcək».+

11 Qoy göylər sevinsin, yer üzü şadlansın,

Dəniz və dənizdə nə varsa, gurlasın.+

12 Çöl-biyaban, orada nə varsa, cuşa gəlsin,+

Meşədəki ağaclar da sevinc harayı salsın+

13 Yehovanın önündə, çünki O gəlir,

Dünyanı mühakimə etməyə gəlir.

O, dünyanı ədalətlə,+

Xalqları Öz sədaqətilə mühakimə edəcək.+

97 Yehova padşah oldu!+

Qoy yer sevinsin,+

Adalar şadlansın.+

 2 Buludlar, qatı zülmət Onun ətrafındadır,+

Doğruluq və ədalət taxtının təməlidir.+

 3 Önündə alov gedir,+

Hər tərəfdə düşmənlərini yandırıb kül edir.+

 4 Şimşəkləri torpağı işıqlandırır,

Yer bunu görüb titrəyir.+

 5 Dağlar mum kimi əriyir Yehovanın önündə,+

Xudavəndi-aləmin önündə.

 6 Göylər Onun ədalətini bəyan edir,

Xalqlar Onun calalını görür.+

 7 Qoy utansın oyma bütlərə qulluq edənlər,+

Puç allahları ilə öyünənlər.+

Onun qarşısında əyilin, ey bütün allahlar!+

 8 Ey Yehova,

Hökmlərini eşidəndə Sion sevindi,+

Yəhuda şəhərləri* şadlandı.+

 9 Çunki dünyada Haqq-Taala Sənsən, ey Yehova,

Bütün allahlardan qat-qat ucasan.+

10 Ey Yehovanı sevənlər, pisliyə nifrət edin,+

O, sadiq bəndələrinin canını hifz edir,+

Onları pislərin əlindən qurtarır.+

11 Saleh adam üçün işıq parladı,+

Ürəyidüz adamlar üçün sevinc ələndi.

12 Ey salehlər, Yehova olsun sevinciniz,

Onun müqəddəs adına şükür edin!

Məzmur.

98 Yehovanın şəninə yeni nəğmə oxuyun,+

O, xariqələr yaratdı,+

Sağ əli ilə, müqəddəs qolu ilə qurtuluş gətirdi.+

 2 Yehova qurtuluşunu izhar etdi,+

Ədalətini xalqların önündə nümayiş etdirdi.+

 3 İsrail evinə vəd etdiyi məhəbbəti və sədaqəti yada saldı.+

Allahımızın verdiyi xilas dünyanın hüdudlarında aşkar oldu.+

 4 Ey dünya, Yehovaya zəfər nidaları yüksəlt,

Şadlan, haray sal, Allahın şəninə nəğmələr söylə.+

 5 Yehovanı çəngdə tərənnüm et,

Çəngdə, gözəl hava ilə.

 6 Kərənay, şeypur səsləri altında+

Padşah Yehovanın önündə zəfər harayı ucalt.

 7 Qoy dəniz, onun içindəkilər,

Yer üzü, onun sakinləri gurlasın.

 8 Qoy çaylar əl çalsın,

Dağlar birgə sevinc harayı salsın+

 9 Yehovanın önündə, çünki O, dünyanı mühakimə etməyə gəlir.

Dünyanı ədalətlə,

Xalqları insafla mühakimə edəcək.+

99 Yehova padşah oldu!+ Qoy xalqlar titrəsin.

O, kərrublar üzərində* əyləşib.+ Qoy dünya lərzəyə gəlsin.

 2 Yehova Sionda əzəmətlidir,

O, bütün xalqlar üzərində ucadır.+

 3 Qoy Sənin ulu adına tərif desinlər,+

Çünki adın zəhmlidir, müqəddəsdir.

 4 Sən ədaləti sevən+ qüdrətli hökmdarsan.

Doğruluğu qurub möhkəmlədən Sənsən.

Yaqubda ədalət və salehlik bərqərar etdin.+

 5 Allahımız Yehovanı ucaldın,+ ayaq kətili önündə səcdə edin,+

O, müqəddəsdir.+

 6 Onun kahinləri arasında Musa və Harun olub,+

Adını çağıranlar arasında İşmuil də olub.+

Onlar Yehovanı çağırırdı,

O hay verirdi.+

 7 Onlarla bulud sütunu içindən danışırdı.+

Onun öyüdlərinə, qayda-qanununa əməl edirdilər.+

 8 Ey Allahımız Yehova, Sən onlara hay verirdin,+

Əfv edən Allah olduğunu göstərirdin,+

Amma günahlarının da cəzasını verirdin.+

 9 Allahımız Yehovanı ucaldın,+

Müqəddəs dağının önündə səcdə edin,+

Çünki Allahımız Yehova müqəddəsdir!+

Həmd məzmuru.

100 Ey dünya, Yehovaya şadlıq sədaları yüksəlt!+

 2 Yehovaya sevinclə ibadət et,+

Şadyanalıqla Onun hüzuruna gəl.

 3 Bil ki, Yehovadır Allah,+

Bizi O yaradıb, biz Ona məxsusuq*,+

Biz Onun xalqıyıq, otlağının sürüsüyük.+

 4 Darvazalarından şükranla keçin,+

Həyətlərinə mədhlərlə girin.+

Allaha şükür edin, adına tərif deyin,+

 5 Çünki Yehova kəramətlidir,+

Məhəbbəti əbədidir,

Sədaqəti nəsildən-nəslə qalar.+

Davudun məzmuru.

101 Məhəbbətini, ədalətini nəğmədə tərənnüm edərəm,

Ey Yehova, şəninə nəğmələr deyərəm.

 2 Kamalla, kamilliklə oturub-duraram.

Nə vaxt dadıma çatacaqsan?

Evimin içində də saf ürəklə yaşaram.+

 3 Nalayiq şeyləri gözümün önünə qoymaram.

Düz yoldan dönənlərin əməllərinə nifrət edirəm,+

Belə şeyləri yaxına buraxmaram.

 4 Qəlbi əyri adamlar məndən uzaqdır,

Pisliklə barışmaram.

 5 Qonşusuna xəlvətdən böhtan atanı+ susduraram.

Baxışı təkəbbürlü, ürəyi qürrəli adamı

Görməyə gözüm yoxdur.

 6 Gözüm dünyadakı sadiq insanları gəzər,

İstərəm yanımda hey onlar olsun.

Kamillik yolunda yeriyən insan qulluğumda durar.

 7 Kələkbaz adam evimdə qalmaz,

Yalançı bir kimsə hüzurumda durmaz.

 8 Dünyanın pislərini hər səhər sükuta qərq edərəm ki,

Yehovanın şəhərindən bədəməllərin kökünü kəsim.+

Biçarə bir məzlum duada ürəyini Yehovaya boşaldır.+

102 Ey Yehova, duamı eşit,+

Qoy fəryadım Sənə çatsın.+

 2 Bu dar günümdə üzünü məndən gizlətmə,+

Nə olar, qulağını mənə sarı əy,

Səni çağıranda mənə tez hay ver.+

 3 Günlərim tüstütək yox olub gedir,

Sümüklərim soba kimi közərib.+

 4 Ürəyim biçilmiş ot kimi quruyub,+

İştaham tamam küsüb.

 5 Ah-zar etməkdən+

Dərim sümüyümə yapışıb.+

 6 Çöllükdəki qutana bənzəyirəm,

Viranəlik bayquşu kimiyəm.

 7 Gözümə yuxu getmir*,

Damda oturan tənha quş kimiyəm.+

 8 Düşmənlərim bütün günü mənə lağ edir,+

Məni ələ salanlar adımı qarğışa çeviriblər.

 9 Çörək yerinə kül yeyirəm,+

Göz yaşlarım içəcəyimə qarışıb,+

10 Sənin qəzəbindən, hiddətindən.

Çünki məni qaldırdın, sonra kənara atdın.

11 Ömrüm kölgə kimi qeyb olur,+

Ot kimi quruyuram.+

12 Sən isə, ey Yehova, əbədi var olacaqsan,+

Şan-şöhrətin* nəsilbənəsil qalacaq.+

13 Sən hökmən qalxıb Siona mərhəmət göstərəcəksən.+

İndi ona lütf göstərmək vaxtıdır,+

Axı vədə yetişib.+

14 Qulların onun daşlarını əziz tutur,+

Mehrlərini toz-torpağına+ bağlayıblar.

15 Xalqlar Yehovanın adından,

Dünya padşahları calalından qorxacaq.+

16 Yehova Sionu bərpa edəcək,+

Calalında zahir olacaq.+

17 Yoxsulların duasını dinləyəcək,+

Onların duasını rədd etməyəcək.+

18 Bunlar gələcək nəsil üçün yazılıb ki,+

Meydana gələcək bir xalq Yaha alqış etsin.

19 Yehova ucalardakı müqəddəs məkanından baxır,+

Göylərdən yeri seyr edir ki,

20 Məhbusların naləsini eşitsin,+

Ölümə məhkumları azad etsin.+

21 Beləcə, Yehovanın adı Sionda bəyan edilsin,+

Yerusəlimdə şəninə təriflər ucalsın,

22 Yehovaya qulluq etmək üçün

Xalqlar, səltənətlər bir yerdə toplaşanda.+

23 O, yarı yolda gücümü aldı,

Ömrümü qısaltdı.

24 Dedim: «Ey Allahım,

Ey əbədi var olan,+

Ömrümü yarıda kəsmə.

25 Yerin bünövrəsini qədimdə Sən qoymusan,

Göylər də əlinin işidir.+

26 Onlar yox olub gedər, Sən isə həmişə var olacaqsan,

Hamısı paltar kimi köhnələr.

Onları libastək dəyişərsən, ömürləri başa çatar.

27 Amma Sən dəyişməz qalırsan, illərin tükənməzdir.+

28 Bəndələrinin övladları əmin-amanlıqda yaşayacaq,

Nəsilləri Sənin önündə möhkəm duracaq».+

Davudun məzmuru.

103 Yehovaya alqış et, ey varlığım,

Ey vücudum, Onun müqəddəs adına alqış et!

 2 Yehovaya alqış et, ey varlığım,

Onun yaxşılıqlarını unutma.+

 3 Odur günahlarını bağışlayan,+

Dərdlərinə şəfa verən,+

 4 Odur sənin həyatını qəbirdən qurtaran,+

Başına məhəbbət, mərhəmət tacı qoyan.+

 5 O, səni ömrün boyu yaxşı nemətlərlə doyurur,+

Sən də qartal kimi təzələnirsən, cavanlaşırsan.+

 6 Yehova bütün məzlumlara

Haqq və ədalət göstərir.+

 7 O, yolunu Musaya,

İşlərini İsrail oğullarına əyan etdi.+

 8 Yehova mərhəmət, şəfqət sahibidir,+

Səbirlidir, məhəbbəti* boldur.+

 9 Daim nöqsan axtarmaz,+

Əbədiyyən acıqlı qalmaz.+

10 Bizimlə günahlarımıza görə rəftar etmir,+

Təqsirlərimizə görə payımıza düşən cəzanı vermir.+

11 Çünki göylər yerdən nə qədər ucadırsa,

Məhəbbəti də Ondan qorxanlara o qədər böyükdür.+

12 Şərq qərbdən nə qədər uzaqdırsa,

Günahlarımızı bizdən o qədər uzaqlaşdırdı.+

13 Ata övladlarına necə rəhm edirsə,

Yehova Ondan qorxanlara elə rəhm edir.+

14 Çünki necə yarandığımızı yaxşı bilir,+

Torpaq olduğumuzu unutmur.+

15 Fani insanın ömrü ot ömrü kimi qısadır,+

Çəmən gülləri kimi çiçək açar,+

16 Üstündən yel əsən kimi yox olar,

Elə bil, heç vaxt o yerdə bitməyib.

17 Yehovanın məhəbbəti isə əbədiyyən

Ondan qorxanlarladır.+

Ədalətini onların nəvələrinə,+

18 Əhdinə bağlı qalanlara,+

Əmrlərini unutmayıb əməl edənlərə göstərir.

19 Yehova taxtını göylərdə bərqərar edib,+

O, hər şeyin üzərində hökmranlıq edir.+

20 Yehovaya alqış edin, ey Onun sözünü eşidib əməl edən+ qüdrətli mələkləri!

21 Yehovaya alqış edin, ey Onun bütün orduları,+

Ey Onun iradəsinə xidmət edənlər!+

22 Yehovaya alqış et, ey xilqət,

Onun hökmranlıq etdiyi hər yerdə!

Yehovaya alqış et, ey varlığım!

104 Yehovaya alqış et, ey varlığım!+

Ey Yehova, ey Allahım, Sən necə də böyüksən!+

Əzəmətə, calala bürünmüsən,+

 2 Nuru libas kimi geyinmisən,+

Göyləri çadır kimi gərmisən,+

 3 Üst hücrələrini yuxarıdakı suların üzərində qoymusan,+

Buludları özünə araba etmisən.+

Küləyin qanadları üstündə gəzən Sənsən.+

 4 Mələklərini güclü külək* edirsən,

Xidmətçilərini yandırıb-yaxan alov edirsən.+

 5 Yeri möhkəm təməllər üzərində qurmusan,+

Heç vaxt yerindən tərpənməz.+

 6 Əngin suları libas kimi ona geyindirmisən.+

Sular dağları örtmüşdü.

 7 Sular Sənin əmrinlə çəkildi,+

Şimşəyinin səsindən qorxub qaçdı

 8 Təyin etdiyin yerə.

Dağlar qalxdı,+ dərələr çökdü.

 9 Sulara sərhəd qoydun ki, onu aşmasınlar,+

Bir də dünyanı örtməsinlər.

10 Dərələrdə su çıxarırsan,

Dağların arasından axır.

11 Bütün çöl heyvanları bu sulardan içir,

Orada vəhşi eşşəklər yanğısını söndürür,

12 Başında quşlar yuva qurur,

Gur yarpaqlar arasından cəh-cəhləri eşidilir.

13 Sən dağları üst hücrələrindən suvarırsan,+

Əməyinin bəhrəsi ilə dünyanı doyurursan.+

14 Mal-heyvan üçün yaşıl ot bitirirsən.

İnsan üçün bitkilər bitirirsən ki,+

İşləyib torpaqdan azuqə yığsın,

15 Ürəyini şənləndirən şərab,+

Üzünə sığal verən zeytun yağı,

Canını qüvvətləndirən çörək yetirirsən.+

16 Yehovanın ağacları,

Əkdiyi Livan sidrləri doyunca su içir,

17 Quşlar onlarda yuva qurur.

Leyləyin evi+ ardıc ağacıdır,

18 Dağ keçisinin+ oylağıdır uca dağlar.

Yalçın qayalar qayadovşanına sığınacaqdır.+

19 Vaxtları bəlli etmək üçün ayı yaratdı,

Günəş də qürub edəcəyi vaxtı bilir.+

20 Meşədəki bütün heyvanlar gəzişdiyi vaxtda

Qaranlığı endirirsən, gecə olur.+

21 Gənc aslanlar şikar üçün nərə çəkir,+

Yemlərini Allahdan istəyirlər.+

22 Dan yeri söküləndə

Qeyb olurlar, yuvalarına çəkilib yatırlar.

23 İnsan iş başına gedir,

Axşamadək çalışır.

24 Ey Yehova, gördüyün işlər necə də çoxdur!+

Hər birini hikmətlə görmüsən.+

Yer üzü xilqətinlə doludur:

25 Bax, dəniz — nə böyük, nə əngin!

Orada saysız canlılar, xırda, iri məxluqlar qaynaşır.+

26 Üzərində gəmilər üzür.

Livyatanı*+ da yaratmısan orada oynamaq üçün.

27 Bunların hamısı Səni gözləyir ki,

Ruzilərini vaxtlı-vaxtında verəsən.+

28 Nə verirsən, onu yığırlar,+

Əlini açırsan, naz-nemətlə doyurlar.+

29 Üzünü gizlədirsən, vurnuxurlar,

Nəfəslərini kəsirsən*, ölüb torpağa qayıdırlar.+

30 Ruhunu göndərirsən, yaranırlar;+

Yerin üzərini təzələyirsən.

31 Yehovanın əzəməti əbədi var olacaq!

Yehova işlərindən həzz alacaq.+

32 O, yerə baxanda yer titrəyir,

Dağlara toxunanda oradan tüstü qalxır.+

33 Ömrüm boyu Yehovanın şəninə nəğmə deyərəm,+

Nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm.+

34 Qoy düşüncələrim Ona xoş olsun*.

Mən Yehovada sevinc taparam.

35 Günahkarların kökü yer üzündən kəsiləcək,

Şər adamlar bir daha olmayacaq.+

Ey varlığım, Yehovaya alqış et! Yaha alqış edin!

105 Yehovaya şükür edin,+ adını çağırın,

Xalqlar arasında işlərini bəyan edin.+

 2 Şəninə nəğmə deyin, Onu nəğmələrdə tərənnüm edin,

Heyrətamiz işləri barədə dərindən düşünün*.+

 3 Müqəddəs adı ilə fəxr edin.+

Qoy Yehovanı axtaranların ürəyi şad olsun!+

 4 Yehovanı axtarın,+ Ondan güc diləyin.

Daim Onun camalını axtarın.

 5 Möhtəşəm işlərini,

Möcüzələrini, ağzından çıxan hökmləri xatırlayın,+

 6 Ey qulu İbrahimin nəsli,+

Ey Yaqubun oğulları, seçdiyi bəndələr!+

 7 O, Allahımız Yehovadır,+

Hökmləri bütün dünyada icra olunur.+

 8 O, əhdini əbədiyyət boyu,

Vədini min nəslə qədər xatırlar.+

 9 İbrahimlə bağladığı əhdi,+

İshaqa içdiyi andı unutmaz.+

10 Bunu Yaqub üçün fərman,

İsrail üçün həmişəlik bir əhd etdi.

11 Dedi: «Kənan torpağını

Sənə miras verəcəyəm».+

12 O vaxt onlar sayca az idilər,+

Bəli, çox az idilər, orada qərib kimi yaşayırdılar.+

13 Eldən-elə dolaşır,

Məmləkətdən məmləkətə köçürdülər.+

14 Heç kimi qoymadı ki, onları incitsin,+

Onlardan ötrü padşahları tənbeh etdi.+

15 «Məsh etdiklərimə dəyməyin,

Peyğəmbərlərimə pislik etməyin!» — dedi.+

16 Ölkəyə qıtlıq göndərdi,+

Ərzaq tədarükünü kəsdi.

17 Onların qabağınca bir nəfəri,

Köləliyə satılmış Yusifi göndərdi.+

18 Onun ayaqlarını zəncirlədilər,+

Boynuna dəmir halqa taxdılar*,

19 Yehovanın sözü gerçəkləşənə qədər.+

Allahın sözü onu saflaşdırdı.

20 Padşah onu azad etmək üçün,

Bəli, xalqların hökmdarı onu zindandan çıxarmaq üçün adam göndərdi.+

21 Onu ev əhli üzərində ağa qoydu,

Varidatını onun ixtiyarına verdi ki,+

22 Naibləri üzərində səlahiyyəti olsun,

Ağsaqqallarına hikmət öyrətsin.+

23 Sonra İsrail Misirə gəldi,+

Yaqub Ham ölkəsində qərib kimi yaşadı.

24 Allah xalqını orada bəhrəli etdi,+

Onu düşmənlərindən güclü etdi.+

25 Düşmənlərinin ürəyində xalqına qarşı nifrət oyatdı ki,

Qullarına qarşı qəsd qursunlar.+

26 O, qulu Musanı,+

Seçdiyi Harunu göndərdi.+

27 Onlar Misirlilər arasında Allahdan əlamətlər,

Ham ölkəsində Onun möcüzələrini göstərdilər.+

28 Allah qaranlıq göndərdi, ölkəyə zülmət çökdü.+

Onlar Onun sözündən çıxmadılar.

29 O, ölkənin sularını qana döndərdi,

Balıqlarını tələf etdi.+

30 Bütün ölkəyə qurbağalar doluşdu,+

Padşahların otaqlarına qədər.

31 O əmr etdi mozalanlar gəlsin,

Mığmığalar bütün əraziləri bürüsün.+

32 Yağış yerinə dolu yağdırdı,

Torpaqlarına ildırım göndərdi.+

33 O, üzüm bağlarını, əncir ağaclarını məhv etdi,

Ölkənin bütün ağaclarını qırdı.

34 Əmr etdi çəyirtkələr gəlsin,

Saysız-hesabsız bala çəyirtkələr axışsın.+

35 Onlar ölkədəki bütün bitkiləri,

Torpağın bar-bəhərini yedilər.

36 O, ölkədəki bütün ilkinləri,

Bellərindən gələn ilkinləri* öldürdü.+

37 Xalqını qızıl-gümüşlə oradan çıxartdı,+

Qəbilələri arasında büdrəyən olmadı.

38 Onlar çıxanda Misir sevinirdi,

Çünki İsrail xofu onları bürümüşdü.+

39 Xudavənd buluddan sədd çəkdi,+

Gecəni işıqlandırmaq üçün alov göndərdi.+

40 Onlar ət istəyəndə bildirçin göndərdi,+

Onları səmavi çörəklə doyurdu.+

41 Qayanı yardı, su fışqırdı,+

Səhrada çay kimi axdı.+

42 Çünki qulu İbrahimə verdiyi müqəddəs vədini unutmamışdı.+

43 O, xalqını fərəh içində,+

Seçilmişlərini sevinc sədaları ilə azad etdi.

44 Onlara xalqların torpaqlarını verdi;+

Yadellilər zəhmət çəkdi, bəhrəsi onlara qaldı,+

45 Belə ki, Onun fərmanlarına əməl etsinlər,+

Qanunlarına bağlı qalsınlar.

Yaha alqış edin!

106 Yaha alqış edin!

Yehovaya şükür edin, çünki kəramətlidir,+

Məhəbbəti əbədidir.+

 2 Kim Yehovanın möhtəşəm işlərindən danışa bilər?

Kim Onun tərifəlayiq işlərini bəyan edə bilər?+

 3 Xoşbəxtdir o kəslər ki, haqq-ədalətə bağlıdır,

Hər zaman dürüst davranır.+

 4 Ey Yehova, xalqına lütf göstərəndə məni də yada sal.+

Qeydimə qal, mənə nicat ver ki,

 5 Seçilmişlərinə+ nəsib etdiyin kəramətdən mən də dadım,

Xalqınla birgə sevinib-şadlanım,

İrsinə qoşulub Səni fəxrlə tərif edim.

 6 Ata-babalarımız kimi, biz də günah etdik,+

Nadürüstlük etdik, pis işlər gördük.+

 7 Ata-babalarımız Misirdə Sənin möhtəşəm işlərinin qədrini bilmədilər,

Sənin bol məhəbbətini yaddan çıxartdılar,

Sənə qarşı qalxdılar, dənizin, Qırmızı dənizin kənarında.+

 8 Lakin O, Öz adı naminə onları qurtardı ki,+

Qüdrətini əyan etsin.+

 9 O əmr etdi Qırmızı dəniz qurudu,

Onları dənizin dibi ilə çöllükdə aparırmış kimi apardı.+

10 Onları düşmən əlindən,

Yağı pəncəsindən çəkib aldı.+

11 Sular düşmənlərin üstünü örtdü,

Biri də sağ qalmadı.+

12 O zaman Onun vədinə inandılar,+

Ona nəğmə dedilər.+

13 Amma çox çəkmədi ki, işlərini unutdular;+

Məsləhətini gözləmədilər.

14 Səhrada nəfsə uydular,+

Biyabanda Allahı sınadılar.+

15 O da istədiklərini onlara verdi

Və canlarına qırıb-tökən azar saldı.+

16 Düşərgənin içində Musaya,

Yehovanın müqəddəs bəndəsi Haruna+ paxıllıq etdilər,+

17 Onda yer aralanıb Datanı uddu,

Abiramın başına toplaşanları özünə qərq etdi.+

18 Bu kütlənin arasına od düşdü,

Alov şər adamları məhv etdi.+

19 Huribdə dana düzəltdilər,

Tökmə bütə səcdə etdilər.+

20 Mənim calalımı

Ot yeyən dananın surətinə dəyişdilər.+

21 Allahı, xilaskarlarını unutdular,+

Misirdə əzəmətli işlər görəni,+

22 Ham ölkəsində möhtəşəm işlər görəni,+

Qırmızı dənizdə vəhmli işlər görəni+ unutdular.

23 O, az qalmışdı onların məhvinə əmr versin,

Amma seçdiyi qulu Musa Ona yalvardı ki,

Məhvedici qəzəbini yatırsın.+

24 Füsunkar torpaqdan ikrah etdilər,+

Onun vədinə iman gətirmədilər.+

25 Öz çadırlarında hey deyindilər,+

Yehovanın sözünü eşitmədilər.+

26 O da əlini qaldırıb and içdi ki,

Cəsədlərini səhrada yerə sərəcək,+

27 Nəsillərini xalqlar arasında yıxacaq,

Onları diyarbədiyar səpələyəcək.+

28 Onlar Faur Baalına sitayiş etməyə,+

Ölülərə* gətirilən qurbanları yeməyə başladılar.

29 Əməlləri ilə Onu qəzəbləndirdilər,+

İçlərinə qırğın düşdü.+

30 Fənhas qalxıb işə qarışanda

Qırğın kəsildi.+

31 Bu, nəsillər boyu, əbədilik

Onun üçün salehliyə yazıldı.+

32 Sonra Məriba sularında Onu hirsləndirdilər,

Onların ucbatından Musa zərər çəkdi.+

33 Onu əsəbiləşdirdilər,

O da düşünmədən danışdı.+

34 Onlar Yehovanın əmrindən çıxdılar,+

Xalqları məhv etmədilər.+

35 Başqa xalqlarla qaynayıb-qarışdılar,+

Onların adətlərini götürdülər.+

36 Onların bütlərinə sitayiş etdilər,+

Bu, onlara tələ oldu.+

37 Oğullarını, qızlarını

Cinlərə qurban gətirdilər.+

38 Məsumların qanını tökürdülər,+

Kənan bütlərinə qurban verərək

Öz oğul-qızlarının qanını axıdırdılar.+

Beləcə, ölkə qana bulanıb murdar oldu.

39 Əməlləri ilə özlərini murdarladılar,

Xəyanət etdilər*.+

40 Axırda Yehovanın qəzəbi xalqına qarşı kükrədi,

Öz irsinə nifrət etdi.

41 Dəfələrlə onları xalqların öhdəsinə buraxdı ki,+

Onlara nifrət edənlər onlara ağa olsun.+

42 Düşmənlər onlara zülm etdi,

Onların əli altında qaldılar.

43 O, onları dəfələrlə qurtarırdı,+

Lakin onlar asi olub itaət göstərmirdilər,+

Öz təqsirləri ucbatından rəzil olurdular.+

44 Amma O, acınacaqlı hallarını görürdü,+

Fəryadlarını eşidirdi.+

45 Onların xatirinə əhdini yada salırdı,

Bol məhəbbətinə görə rəhm göstərirdi.+

46 Onları əsir edənlərin qəlbində

Onlara qarşı mərhəmət oyadırdı.+

47 Ey Allahımız Yehova, bizi xilas et,+

Bizi xalqların arasından topla ki,+

Sənin müqəddəs adına həmd edək,

İftixarla Səni ucaldaq.+

48 İsrailin Allahı Yehovaya

Əzəldən əbədiyyətədək alqış olsun!+

Bütün bəşər «amin» desin.

Yaha alqış edin!

BEŞİNCİ BÖLMƏ

(107—150-ci məzmurlar)

107 Yehovaya şükür edin, çünki kəramətlidir,+

Məhəbbəti əbədidir.+

 2 Belə desin Yehovanın xilas etdiyi,

Düşmən əlindən azad etdiyi kəslər,+

 3 Diyar-diyar yığdığı,+

Şərqdən, qərbdən,

Şimaldan, cənubdan topladığı kəslər.+

 4 Onlar səhrada, biyabanda dolaşırdılar,

Bir şəhərə yol tapmırdılar ki, gedib orada yaşasınlar.

 5 Onlar acırdılar, susayırdılar,

Taqətsizlikdən huşlarını itirirdilər.

 6 Dar ayaqda Yehovaya fəryad edirdilər,+

O da onları əzab-əziyyətdən qurtarırdı.+

 7 Məskən salmaq üçün bir şəhərə çatanadək+

Onları doğru yolla apardı.+

 8 Qoy insanlar Yehovaya şükür etsin+ məhəbbətinə görə,

Bəşər oğlu üçün gördüyü heyrətli işlərinə görə.+

 9 Çünki susuzlara su içirdir,

Acları nemətlərlə doyurur.+

10 Bəziləri zülmətin dibində yaşayırdı,

Dəmir buxovlardan əziyyət çəkirdi, məhbus idi,

11 Çünki Allahın sözünə qarşı çıxmışdılar,

Haqq-Taalanın məsləhətini rədd etmişdilər.+

12 Odur ki, sıxıntılarla ürəklərini ram etdi.+

Yıxılırdılar, onlara kömək edən olmurdu.

13 Dar ayaqda Yehovadan imdad diləyirdilər,

Yenə də onları bəladan qurtarırdı.

14 Onları zülmətin dibindən azad edirdi,

Buxovlarını qoparıb açırdı.+

15 Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,+

Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə.

16 Mis qapıları sındırdı,

Dəmir rəzələri qırdı.+

17 Axmaqlar asilikləri ilə,+

Günahları ilə başlarına bəla açırdılar.+

18 Hər yeməkdən iyrənirdilər,

Ölümün qapılarına yaxınlaşırdılar.

19 Dar ayaqda Yehovadan imdad diləyirdilər,

Yenə də onları bəladan qurtarırdı.

20 Sözünü göndərirdi, onları sağaldırdı,+

Onları düşdükləri quyulardan çıxarırdı.

21 Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,

Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə.

22 Qoy şükranlarını qurban gətirsinlər,+

Onun işlərini sevinc sədaları ilə bəyan etsinlər.

23 Gəmi ilə dənizdə səyahət edənlər,

Dəryalarda ticarət edənlər+

24 Yehovanın işlərini,

Əngin sulardakı xariqələrini,+

25 Sözü ilə tufan qopduğunu,+

Dalğaları qabartdığını gördülər.

26 Onlar göylərə qalxır,

Dərinliyə enirlər.

Bədbəxtlik yaxınlaşanda canları əldən gedir.

27 Sərxoş adam kimi fırlanır, səndələyirlər,

Bacarıqları puça çıxır.+

28 Dar ayaqda Yehovaya fəryad edirlər,+

Onları bəladan qurtarır.

29 Qasırğanı ram edir,

Dənizin dalğaları yatır.+

30 Sakitlik çökəndə sevinirlər,

Onları istədikləri limana aparır.

31 Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,

Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə.+

32 Qoy camaat içində Onu ucaltsınlar,+

Ağsaqqallar məclisində tərif etsinlər.

33 O, çayları səhraya,

Axar suları quraqlığa,+

34 Bərəkətli torpağı şoranlığa döndərir,+

Oradakı sakinlərin şər əməllərinə görə.

35 Səhralığı gölə çevirir,

Quraq yerdə çeşmələr qaynadır.+

36 Acları orada məskunlaşdırır ki,+

Şəhər salıb yaşasınlar.+

37 Onlar əkin əkir, üzümlüklər salırlar,+

Bol məhsul toplayırlar.+

38 Onlara xeyir-bərəkət verir, çoxalırlar,

Mal-qaralarının sayı azalmır.+

39 Amma sıxıntı, əzab, qəm-qüssə görəndə

Yenə xalqın sayı azalır, beli bükülür.

40 O, əsilzadələrin üstünə nifrət yağdırır,

Onları yolsuz-rizsiz səhrada sərgərdan edir.+

41 Fəqiri isə zülmdən qoruyur,+

Ailəsini böyüdür, sürü kimi çoxaldır.

42 Dürüst adamlar bunu görüb sevinir,+

Nadürüstlərsə ağzını yumur.+

43 Ağıllı kimdirsə, qoy bunları nəzərə alsın,+

Yehovanın xeyirxah əməllərinə yaxşı-yaxşı diqqət etsin.+

Davudun məzmuru.

108 Ürəyim mətindir, ey Allah,

Bütün varlığım şəninə nəğmə deyəcək.+

 2 Dillənin, ey telli alətlər, ey çənglər!+

Mən sübh şəfəqini oyadaram.

 3 Səni ellər içində ucaldaram, ey Yehova,

Xalqlar arasında şəninə nəğmə deyərəm.

 4 Çünki məhəbbətin böyükdür, göylərə çatır,+

Vəfadarlığın asimana ucalır.

 5 Xudaya, göylər üzərində ucal,

Qoy calalın bütün cahanı bürüsün.+

 6 Sağ əlinlə bizə qurtuluş ver, mənə hay ver,

Qoy istəkli bəndələrin nicat tapsın.+

 7 Müqəddəs Allah* dedi:

«Sevinib-coşacağam, Sihamı istədiyim kəsə pay verəcəyəm,+

Suqqut dərəsini ölçüb böləcəyəm.+

 8 Gilad+ Mənimdir, Mənəssə Mənim,

Əfraim başımın dəbilqəsidir*,+

Yəhuda əlimdə öndər əsasıdır.+

 9 Muab yuyunmaq üçün teştimdir,+

Səndəlimi Əduma tullayacağam,+

Filiştin üstünə zəfər harayı çəkəcəyəm».+

10 Kim məni istehkamlı şəhərə aparar?

Kim məni Əduma qədər aparar?+

11 Səndən başqa kim bunu edər, ey Allah?

Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız.+

12 Bizə kömək ol, sıxıntıdan qurtulaq,+

Əbəsdir insandan xilas gözləmək.+

13 Biz Allahdan güc alarıq,+

O, düşmənlərimizi tapdalayar.+

Dirijora. Davudun məzmuru.

109 Ey mədh etdiyim Allah,+ susma!

 2 Çünki şər, fırıldaq adamlar ağızlarını əleyhimə açıb,

Yalançı dilləri məndən danışır.+

 3 Hər tərəfdən mənə acı sözlər yağdırırlar,

Nahaqdan mənimlə dava edirlər.+

 4 Sevgimin əvəzində mənə qarşı çıxırlar,+

Mən isə hey dua edirəm.

 5 Yaxşılığıma yamanlıqla,+

Məhəbbətimə nifrətlə cavab verirlər.+

 6 Qoy onun hakimi şər adam olsun,

Sağ yanında əleyhdarı dursun.

 7 Mühakimə olunanda müqəssir çıxsın,

Hətta duası da günaha yazılsın.+

 8 Qoy ömrü gödək olsun,+

Vəzifəsini* başqası tutsun.+

 9 Balaları yetim qalsın,

Arvadı dul qalsın.

10 Övladları dərbədər düşsün, dilənçi olsun,

Çörək axtarsın, viranəlikdə yaşasın.

11 Varını, yoxunu sələmçi əlindən alsın,

Qazandığını yadellilər talayıb aparsın.

12 Heç kimsədən məhəbbət görməsin,

Yetim qalmış balalarına kimsənin yazığı gəlməsin.

13 Qoy onun törəmələri qırılsın,+

Adları bir nəsildə itib-batsın.

14 Qoy Yehova onun ata-babasının təqsirini unutmasın,+

Anasının günahı silinməsin.

15 Qoy günahları daim Yehovanın önündə qalsın,

Qoy Allah onların adını yer üzündən silsin.+

16 Çünki belə adam xeyirxahlıq etməyi unudub,+

Fağır-füqəranı, qəlbi qırıq adamı

Öldürmək üçün təqib edib.+

17 Qarğışı sevirdi, öz başına gəldi,

Alqışı xoşlamırdı, alqış görmədi.

18 Qarğış əynində paltar oldu,

Su kimi vücuduna,

Yağ kimi sümüklərinə hopdu.

19 Qoy qarğışları əynindəki paltar kimi onu bürüsün,+

Gəzdirdiyi qurşaq kimi belinə dolansın.

20 Budur Yehovanın verdiyi haqq mənə qarşı çıxana,+

Əleyhimə pis sözlər danışana.

21 Sən, ey Külli-İxtiyar Yehova,

Adın naminə mənə kömək et,+

Məni qurtar, axı xeyirxahlığın böyükdür.+

22 Mən biçarəyəm, fağıram,+

Köksümdə ürəyim dəlik-deşikdir.+

23 Qeyb olan kölgətək çəkilib gedirəm,

Silkinib atılmışam çəyirtkə kimi.

24 Oruc tutmaqdan dizlərim əsir,

Bir dəri bir sümük qalmışam.

25 Mənə lağ edirlər,+

Məni görəndə başlarını bulayırlar.+

26 Mənə kömək et, ey Allahım Yehova,

Məhəbbətinlə məni qurtar.

27 Qoy bilsinlər ki, bu Sənin əlindir,

Bunu Sən etdin, ey Yehova, Sən.

28 Qoy onlar qarğış etsinlər, Sən isə mənə xeyir-dua söylə.

Qoy onlar üstümə qalxdıqda xəcil olsunlar,

Qulun isə sevinsin.

29 Qoy əleyhdarlarım rəzalətə bürünsün,

Rüsvayçılığı paltar kimi əyinlərinə geysinlər.+

30 Dilimdən Yehovaya təriflər axar,

İzdiham qarşısında Onu mədh edərəm,+

31 Çünki O, fağırın sağında durur,

Onu məhv etməyə çalışanlardan qoruyur.

Davudun məzmuru.

110 Yehova ağama dedi:

«Düşmənlərini kətil kimi ayağının altına qoyanadək

Sağımda otur».+

 2 Yehova sənin qüdrət əsanı Siondan uzadacaq,

«Get, düşmənlərinin arasında hakimiyyət sür», — deyəcək.+

 3 Sən ordularını topladığın gün xalqın hazır duracaq,

Sübh şəfəqindən doğan şehə bənzər bir yığın gənc

Gözqamaşdırıcı müqəddəslik içində yanına gələcək.

 4 Yehova and içib, qərarını dəyişməz.

«Sən Məliksadiq timsallı

Əbədi kahinsən».+

 5 Yehova sənin sağ tərəfində olacaq,+

Qəzəb günündə padşahları qırıb-tökəcək.+

 6 Xalqlara çıxardığı hökmünü icra edəcək,+

Yeri cəsədlərlə dolduracaq.+

Ucsuz-bucaqsız diyarın* başçısını əzəcək.

 7 Yol üstündəki çeşmədən su içəcək,

Buna görə başını dik tutacaq.

111 Yaha* alqış edin!+

א [Alef]

Düz adamların içində, onların məclisində

ב [Bet]

Bütün qəlbimlə Yehovanı ucaldaram.+

ג [Qimel]

 2 Yehovanın işləri böyükdür,+

ד [Dalet]

Onlardan həzz alanlar onları araşdırır.+

ה [He]

 3 Onun əməllərində ehtişam, əzəmət var,

ו [Vav]

Ədaləti əbədidir.+

ז [Zayn]

 4 Möhtəşəm işlərini yaddaşlara həkk edir.+

ח [Xet]

Yehova şəfqətlidir, mərhəmətlidir.+

ט [Tet]

 5 Ondan qorxanların ruzisini yetirər.+

י [Yud]

Əhdini daim yadda saxlar.+

כ [Kaf]

 6 Xalqların mirasını öz ümmətinə verərək+

ל [Lamed]

İşlərinin qüdrətini onlara nümayiş etdirib.

מ [Mem]

 7 Həqiqətdir, ədalətdir əllərinin işi.+

נ [Nun]

Bütün buyruqları etibarlıdır.+

ס [Samex]

 8 Onlar həmişə, indidən ta əbədiyyətədək sabitdir,

ע [Ayn]

Həqiqətdən, salehlikdən yaranmışlar.+

פ [Pe]

 9 O, xalqına qurtuluş verdi.+

צ [Tsade]

Əhdini əbədilik bərqərar edib.

ק [Kof]

Onun adı müqəddəsdir, zəhmlidir.+

ר [Reyş]

10 Hikmətin başı Yehovadan qorxmaqdır.+

ש [Sin]

Əmrlərinə əməl edən ağıllı adamdır.+

ת [Tav]

Qoy O, dünya durduqca mədh olunsun!

112 Yaha alqış edin!+

א [Alef]

Nə xoşbəxtdir Yehovadan qorxan,+

ב [Bet]

Onun əmrlərindən zövq alan adam.+

ג [Qimel]

 2 Onun soyu yer üzündə qüdrətli olacaq.

ד [Dalet]

Dürüst adamın nəsli mübarək olacaq.+

ה [He]

 3 Evində bolluq var, dövlət var,

ו [Vav]

Salehliyi əbədi durar.

ז [Zayn]

 4 O, dürüstlər üçün zülmətdə şəfəq saçan nurdur.+

ח [Xet]

O, şəfqətlidir, mərhəmətlidir,+ salehdir.

ט [Tet]

 5 Səxavətlə borc verən adamın işi avand olar.+

י [Yud]

O, hər işində ədalətlidir.

כ [Kaf]

 6 O, əsla sarsılmaz.+

ל [Lamed]

Salehin adı unudulmaz.+

מ [Mem]

 7 Bəd xəbər onu qorxutmaz,+

נ [Nun]

Ürəyi arxayındır, Yehovaya güvənir.+

ס [Samex]

 8 Ürəyi titrəməz, qorxmaz,+

ע [Ayn]

Nəhayətdə düşməninə müzəffər nəzərlə baxar.+

פ [Pe]

 9 O, səxavətlə paylayır, yoxsullara verir.+

צ [Tsade]

Salehliyi əbədi durar,+

ק [Kof]

Qüdrəti şan-şöhrətlə yüksələr.

ר [Reyş]

10 Şər adam bunu görəndə paxıllığı tutar,

ש [Şin]

Dişlərini qıcayar, əriyib gedər.

ת [Tav]

Şər adamın arzuları gözündə qalar.+

113 Yaha alqış edin!

Ey Yehovanın qulları, Onu ucaldın,

Yehovanın adını mədh edin!

 2 Yehovanın adı tərif edilsin

İndidən sonsuzadək.+

 3 Yehovanın adı mədh edilsin

Gündoğandan günbatanadək.+

 4 Yehova bütün xalqlar üzərində ucadır,+

Əzəməti göylərdən də yüksəkdir.+

 5 Allahımız Yehovanın misli varmı?+

Onun məskəni ucalardadır,

 6 O əyilib göyə baxır, yerə baxır,+

 7 Məzlumu toz-torpaqdan qaldırır,

Yoxsulu küllükdən* çıxarır ki,+

 8 Onu əsilzadələrlə,

Xalqının əsilzadələri ilə yanaşı oturtsun.

 9 Sonsuz qadına yurd-yuva verir,

Oğul-uşaq sahibi, bəxtəvər ana edir.+

Yaha alqış edin!

114 İsrail Misirdən çıxanda,+

Yaqub evi yad dildə danışan xalqdan ayrılanda

 2 Allahın müqəddəs məkanı Yəhuda,

Səltənəti İsrail oldu.+

 3 Dəniz bunu görüb qaçdı,+

İordan çayı geri çəkildi.+

 4 Dağlar qoç kimi,+

Təpələr quzu kimi atılıb-düşdü.

 5 Ey dəniz, sənə nə oldu, niyə qaçdın?+

Ey İordan, niyə geri çəkildin?+

 6 Ey dağlar, niyə qoç kimi atılıb-düşürdünüz?

Ey təpələr, niyə quzu kimi atılıb-düşürdünüz?

 7 Ey yer üzü, Rəbbin önündə,

Yaqubun Allahının önündə lərzəyə gəl.+

 8 O, qayanı gölə çevirir,

Sərt qayadan bulaq çıxarır.+

115 Bizi yox, ey Yehova, bizi yox,

Öz adını şərəfləndir,+

Məhəbbətinə, vəfadarlığına görə.+

 2 Niyə xalqlar:

«Hanı onların Allahı?» — desin.+

 3 Allahımız göylərdədir,

İstədiyi hər şeyi edir.

 4 Amma onların bütləri qızıldır, gümüşdür,

İnsan əlinin işidir.+

 5 Ağızları var, danışa bilmir,+

Gözləri var, görə bilmir,

 6 Qulaqları var, eşidə bilmir,

Burunları var, qoxu bilmir,

 7 Əlləri var, hiss etmir,

Ayaqları var, yeriyə bilmir,+

Boğazlarından səs çıxmır.+

 8 Onları düzəldənlər də,

Onlara güvənənlər də onlar kimi olacaq.+

 9 Ey İsrail, Yehovaya güvən,+

Odur sənin köməyin, Odur qalxanın.+

10 Ey Harun evi,+ Yehovaya bel bağla,

Odur köməyiniz, Odur qalxanınız.

11 Ey Yehovadan qorxanlar, Yehovaya güvənin,+

Odur köməyiniz, Odur qalxanınız.+

12 Biz Yehovanın xatirindəyik, O, bizə xeyir-bərəkət verəcək,

İsrail evinə xeyir-bərəkət verəcək,+

Harun evinə xeyir-bərəkət verəcək.

13 Yehova Ondan qorxanlara,

Kiçiyə də, böyüyə də xeyir-bərəkət verəcək.

14 Yehova sizi,

Sizi və oğullarınızı çoxaldacaq.+

15 Qoy yeri-göyü yaradan Yehovanın+

Xeyir-duası üzərinizdə olsun.+

16 Göylər Yehovanındır,+

Yeri isə bəşər oğullarına verib.+

17 Ölülər, sükut diyarına düşənlər+

Yaha alqış etməzlər.+

18 Biz isə Yaha şükür edərik,

İndidən sonsuzadək.

Yaha alqış edin!

116 Yehovanı sevirəm,

Çünki eşidir* səsimi, eşidir yalvarışımı.+

 2 Qulağını mənə tərəf əyir.+

Nə qədər ki varam, Onu səslərəm.

 3 Ölüm ipləri mənə dolanmışdı,

Məzar məni ağuşuna almışdı*,+

Dərd-bəla məni üstələmişdi.+

 4 Amma mən Yehovanın adını çağırdım:+

«Aman, Yehova, qurtar canımı!»

 5 Yehova şəfqətlidir, ədalətlidir,+

Allahımız mərhəmətlidir.+

 6 Yehova naşı adamı hifz edir.+

Rəzil olmuşdum, O, məni qurtardı.

 7 Qoy könlüm yenə rahat olsun,

Çünki Yehova mənə yaxşılıq etdi.

 8 Sən canımı ölümdən,

Gözümü yaş tökməkdən, ayağımı büdrəməkdən qurtardın.+

 9 Mən Yehovanın önündə, işıqlı dünyada* gəzəcəyəm.

10 İman etdiyim üçün danışdım,+

Hərçənd əzablar içində idim.

11 Təlaşa düşəndə dedim:

«Bütün insanlar yalançıdır».+

12 Mənə etdiyi yaxşılıqların əvəzində

Yehovaya nə verə bilərəm?

13 Nicat piyaləsini götürərəm,

Yehovanın adını çağıraram.

14 Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,

Bütün xalqının önündə.+

15 Sadiq bəndələrinin ölümü

Yehova üçün bahadır.+

16 Amandır, ey Yehova,

Mən ki Sənin qulunam,

Qulunam, kənizinin oğluyam.

Sən məni buxovlardan azad etdin.+

17 Sənə şükranlardan qurban gətirərəm,+

Yehovanın adını çağıraram.

18 Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,+

Bütün xalqının önündə,+

19 Yehovanın evinin həyətində,+

Sənin mərkəzində, ey Yerusəlim.

Yaha alqış edin!+

117 Ey xalqlar, Yehovaya alqış edin!+

Ey ümmətlər, Onu ucaldın!+

 2 Çünki bizə qarşı məhəbbəti böyükdür,+

Yehovanın sədaqəti+ əbədidir.+

Yaha alqış edin!+

118 Yehovaya şükür edin, çünki kəramətlidir,+

Məhəbbəti əbədidir.

 2 Qoy İsrail desin:

«Məhəbbəti əbədidir».

 3 Harun evi desin:

«Məhəbbəti əbədidir».

 4 Yehovadan qorxanlar desin:

«Məhəbbəti əbədidir».

 5 Dara düşəndə Yahı çağırdım,

Yah mənə hay verdi, genişliyə çıxardı.+

 6 Yehova mənim tərəfimdədir, qorxmaram,+

İnsan mənə nə edə bilər?+

 7 Yehova mənim tərəfimdədir, mənim köməyimdir*,+

Mənə nifrət edənlərə müzəffər baxışlarla baxaram.+

 8 Yehovaya pənah gətirmək,

İnsana güvənməkdən yaxşıdır.+

 9 Yehovaya pənah gətirmək,

Əsilzadələrə güvənməkdən yaxşıdır.+

10 Bütün xalqlar məni dövrəyə almışdı,

Onları Yehovanın adı ilə geri atdım.+

11 Məni dövrələyib mühasirəyə almışdılar,

Onları Yehovanın adı ilə geri atdım.

12 Arı kimi ətrafımı bürümüşdülər,

Lakin kolluğa düşən alov kimi tezcə söndürüldülər,

Onları Yehovanın adı ilə geri atdım.+

13 Məni zərblə itələdilər* ki, yıxılım,

Amma Yehova dadıma yetişdi.

14 Yah pənahımdır, qüvvətimdir,

O, mənim nicatımdır.+

15 Salehlərin çadırından

Qurtuluş, sevinc sədaları yüksəlir.

Yehovanın sağ əli qüvvətini göstərir.+

16 Yehovanın sağ əli yuxarı qalxır,

Yehovanın sağ əli qüvvətini göstərir.+

17 Ölmərəm, yaşayacağam ki,

Yahın işlərini elan edim.+

18 Yah məni ciddi tənbeh etdi,+

Amma ölümə təslim etmədi.+

19 Salehlik darvazalarını üzümə açın,+

Oradan girib Yaha alqış edəcəyəm.

20 Bu, Yehovanın darvazasıdır,

Oradan salehlər girər.+

21 Sənə alqış edərəm, çünki mənə hay verdin,+

Mənim xilaskarım oldun.

22 Bənnaların rədd etdiyi daş

Küncün əsas daşı oldu.+

23 Bunu edən Yehovadır,+

Biz buna heyran qalmışıq.+

24 Bu, Yehovanın yaratdığı gündür,

O gündə sevinib şad olarıq.

25 Aman, Yehova, bizi xilas et!

Yehova, bizə qələbə ver!

26 Yehovanın adı ilə gələnə eşq olsun!+

Yehovanın evindən sizə alqış deyirik.

27 Yehova Allahdır,

Bizə nur verir.+

Əlinizdə budaqlar bayram yürüşünə qoşulun,+

Ta qurbangahın buynuzlarına qədər gedin.+

28 Allahım Sənsən, Səni tərif edərəm,

Ey Allahım, Səni ucaldaram.+

29 Yehovaya şükür edin,+ çünki kəramətlidir,

Məhəbbəti əbədidir.+

א [Alef]*

119 Nə xoşbəxtdir yolunda kamil olan,

Yehovanın qanunu ilə addımlayan insan!+

 2 Nə xoşbəxtdir Onun öyüdlərinə riayət edən,+

Bütün qəlbi ilə Onu axtaran insan!+

 3 Belələri haqsızlıq etməz,

Onun yollarında addımlayar.+

 4 Sən bizə əmr etdin ki,

Buyruqlarına diqqətlə əməl edək.+

 5 Qayda-qanununa riayət etmək üçün+

Təki yolumda əzmlə dura biləydim,

 6 O zaman bütün əmrlərini götür-qoy edəndə

Xəcalət çəkməzdim.+

 7 Adil hökmlərini öyrəndikcə

Səni sidqi-ürəkdən ucaldaram.

 8 Qayda-qanununa riayət edərəm,

Nə olar, məni büsbütün tərk etmə.

ב [Bet]

 9 Cavan adam yolunu necə pak saxlaya bilər?

Sənin sözünə baxıb özünü gözləməklə.+

10 Mən bütün qəlbimlə Səni axtarıram,

Qoyma əmrlərindən çıxım.+

11 Sözlərini qəlbimdə hifz edirəm ki,+

Sənə qarşı günah etməyim.+

12 Sənə alqış olsun, ey Yehova,

Mənə qayda-qanununu öyrət.

13 Ağzından çıxan bütün hökmləri

Dilimlə bəyan edirəm.

14 Dünyanın sərvətindən çox

Sənin öyüdlərin mənə sevinc verir.+

15 Buyruqların barədə dərindən düşünərəm,+

Sənin yollarından gözümü ayırmaram.+

16 Tələblərin mənə əzizdir,

Sənin sözünü unutmaram.+

ג [Qimel]

17 Bu quluna yaxşılıq et,

Qoy yaşayıb Sənin sözünə qulaq assın.+

18 Gözlərimi aç,

Qoy qanunundakı gözəllikləri aydın görüm.

19 Bu diyarda bir qəribəm,+

Əmrlərini məndən gizlətmə.

20 Daim hökmlərinin

İntizarını çəkirəm.

21 Sən əmrlərini pozanları,

Lənətə gəlmiş lovğaları məhkum etdin.+

22 Həqarəti, nifrəti məndən kənar et,

Axı öyüdlərinə əməl etmişəm.

23 Hətta başçılar toplaşıb əleyhimə danışanda

Bu qulun qayda-qanunun barədə düşünür.

24 Öyüdlərin mənə əzizdir,+

Onlar məsləhətçimdir.+

ד [Dalet]

25 Canım torpağa sərilib,+

Söz verdiyin kimi yaşat məni.+

26 Yollarımı Sənə bildirdim, mənə hay verdin.

Qayda-qanununu öyrət mənə.+

27 Buyruqlarının mənasını mənə anlat ki,

Möhtəşəm işlərinin dərinliklərinə varım.+

28 Qəm-qüssə əlindən yata bilmirəm,

Söz verdiyin kimi mənə qüvvət ver.

29 Qoyma yalan yola qədəm basım,+

Mənə lütf göstər, qanununu öyrət.

30 Mən sədaqət yolunu seçmişəm,+

Hökmlərini haqlı sayıram.

31 Öyüdlərinə sarılmışam,+

Məni peşman eyləmə, ey Yehova.+

32 Əmrlərinin yolunda qaçacağam,

Çünki Sən bu istəyi ürəyimə qoymusan*.

ה [He]

33 Ey Yehova, qayda-qanununun yolunu mənə öyrət,+

Axıradək bu yolda yeriyərəm.+

34 Mənə dərrakə ver, qanununa riayət edim,

Bütün qəlbimlə ona əməl edim.

35 Əmrlərinin yolunda mənə bələdçi ol,+

Çünki onlardan həzz alıram.

36 Ürəyimi gəlir-qazanca yox,

Öyüdlərinə tərəf yönəlt.+

37 Qoyma gözüm puç şeylərə baxsın,+

Öz yolunda məni yaşat.

38 Quluna verdiyin sözü yerinə yetir,

Qoy Səndən qorxsun*.

39 Qorxduğum biabırçılığı məndən sovuşdur,

Axı hökmlərin doğrudur.+

40 Buyruqlarına necə də tamarzıyam,

Doğruluğunla məni yaşat.

ו [Vav]

41 Ey Yehova, qoy məhəbbətini,+

Vəd etdiyin qurtuluşu dadım.+

42 Onda mənə lağ edənin cavabını verərəm,

Axı mən Sənin sözünə güvənirəm.

43 Həqiqət sözünü büsbütün dilimdən alma,

Axı ümidimi Sənin hökmünə bağlamışam.

44 Qanununa həmişə bağlı qalacağam,

Əbədiyyən.+

45 Arxayın gəzib-dolanacağam,+

Çünki buyruqlarını arayıram.

46 Öyüdlərin barədə padşahların önündə danışaram,

Əsla utanmaram.+

47 Əmrlərin mənə əzizdir,

Onları sevirəm.+

48 Əmrlərini sevirəm, əllərimi onlara tərəf açaram,+

Qayda-qanunun barədə dərindən düşünərəm.+

ז [Zayn]

49 Quluna verdiyin sözü yada sal,

Onunla Sən mənə ümid vermisən.

50 Məni dərd sıxanda bundan təsəlli tapıram,+

Çünki sözün məni yaşadır.

51 Məğrurlar mənə hədsiz həqarət edirlər,

Amma mən Sənin qanunundan dönmürəm.+

52 Ey Yehova, əzəldən verdiyin hökmləri xatırlayıram,+

Onlardan təskinlik tapıram.+

53 Qanununu tərk edən pislərə görə

Qəzəbim alışıb-yanır.+

54 Harada yaşasam

Qayda-qanunun mənim nəğməmdir.

55 Qanununla yaşamaq üçün,

Ey Yehova, gecələr adını yada salıram.+

56 Bunu adət etmişəm,

Çünki buyruqlarına əməl edirəm.

ח [Xet]

57 Ey Yehova, nəsibim Sənsən,+

And içmişəm, sözündən çıxmaram.+

58 Bütün qəlbimlə Sənə yalvarıram,+

Nə olar, söz verdiyin kimi mənə lütf göstər.+

59 Ömür yoluma nəzər saldım ki,

Addımlarımı öyüdlərinə sarı döndərim.+

60 Əmrlərinə əməl etməyə tələsirəm,

Ləngimərəm.+

61 Pislərin ipləri mənə sarınıb,

Lakin mən qanununu unutmamışam.+

62 Gecə yarısı qalxıb

Adil hökmlərinə görə Sənə şükür edirəm.+

63 Səndən qorxanlarla,

Buyruqlarına əməl edənlərlə dostam.+

64 Ey Yehova, məhəbbətin dünyanı bürüyüb.+

Mənə qayda-qanununu öyrət.

ט [Tet]

65 Ey Yehova, Öz sözünə görə

Bu qulunla xoş rəftar etdin.

66 Mənə bəsirət və bilik aşıla,+

Axı əmrlərinə bel bağlamışam.

67 Başım müsibət çəkməzdən əvvəl yolumu azırdım,

İndi isə sözünə əməl edirəm.+

68 Sən kəramət sahibisən,+ işlərin də kəramətlidir.

Mənə qayda-qanununu öyrət.+

69 Məğrurlar mənə qara yaxır,

Mən isə bütün qəlbimlə buyruqlarına əməl edirəm.

70 Onların ürəyi hissiyatsızdır,+

Mənsə qanununu əziz tuturam.+

71 Əzaba qatlaşmağım xeyrimə oldu,+

Belə ki, Sənin qayda-qanununu mənimsədim.

72 Ağzından çıxan qanun xeyrimədir,+

Minlərlə qızıl-gümüşdən də qiymətlidir.+

י [Yud]

73 Məni Sənin əllərin yaratdı, mənə onlar şəkil verdi.

Mənə dərrakə ver ki, əmrlərini dərk edim.+

74 Səndən qorxanlar mənə baxıb sevinir,

Çünki Sənin sözünə ümid bağlamışam.+

75 Hökmlərin haqdır, ey Yehova, bilirəm,+

Məni cəzalandırmaqla da sədaqət göstərmisən.+

76 Bu quluna vəd etdiyin kimi,

Məhəbbətin+ mənə təsəlli olsun.

77 Mənə mərhəmət göstər, qoy yaşayım,+

Çünki qanunun mənə əzizdir.+

78 Qoy məğrurlar utansın,

Çünki nahaqdan* mənə pislik edirlər.

Mən isə buyruqlarını düşünürəm.+

79 Qoy Səndən qorxanlar,

Öyüdlərini bilənlər yanıma qayıtsın.

80 Qoy ürəyim qayda-qanununa kamil riayət etsin ki,+

Heç xəcalət çəkməyim.+

כ [Kaf]

81 Xilasının həsrətindəyəm,+

Axı Sənin sözünə ümid bağlamışam.

82 Gözüm sözünün intizarındadır,+

Deyirəm: «Mənə nə vaxt təsəlli verəcəksən?»+

83 Tüstüdən qurumuş tuluq kimi olmuşam,

Amma qayda-qanununu unutmuram.+

84 Bu qulun daha nə qədər gözləsin?

Məni təqib edənlərin cəzasını nə vaxt verəcəksən?+

85 Qanununu pozan məğrurlar

Mənə quyu qazırlar.

 86 Bütün əmrlərin etibarlıdır.

Məni nahaq yerə təqib edirlər, imdadıma yetiş.+

87 Az qala məni yer üzündən yox edəcəkdilər,

Amma mən buyruqlarını pozmadım.

88 Məhəbbətinlə məni yaşat,

Qoy ağzından çıxan öyüdlərə əməl edim.

ל [Lamed]

89 Ey Yehova, Sənin sözün göylərdə

Əbədi duracaq.+

90 Sədaqətin nəsildən-nəslə qalır.+

Yeri möhkəm qurmusan ki, durduqca-dursun.+

91 Hökmlərinə əsasən onlar bu gün də durur,

Hamısı* Sənin qulluğundadır.

92 Əgər qanunun mənə əziz olmasaydı,

Əzab-əziyyətdən məhv olub getmişdim.+

93 Buyruqlarını heç vaxt unutmaram,

Çünki onlarla məni yaşadırsan.+

94 Mən Sənə məxsusam, mənə nicat ver,+

Axı mən buyruqlarını aramışam.+

95 Şər adamlar öldürmək üçün məni güdürlər,

Mən isə Sənin öyüdlərinə diqqət verirəm.

96 Hər cür kamilliyin həddini görmüşəm,

Ancaq Sənin əmrin intəhasızdır*.

מ [Mem]

97 Qanununu necə də sevirəm!+

Gecə-gündüz onu düşünürəm.+

98 Əmrlərin məni düşmənlərimdən ağıllı edir,+

Çünki onlar əbədiyyən mənimlədir.

99 Müəllimlərimdən də zəkalı olmuşam,+

Çünki öyüdlərinə fikir verirəm.

100 Ahıl adamlardan da müdrik davranıram,

Çünki buyruqlarına əməl edirəm.

101 Hər cür pis yolu rədd edirəm ki,+

Sənin sözünə bağlı qalım.

102 Hökmlərindən çıxmıram,

Axı məni öyrədən Sənsən.

103 Sözlərin damağıma necə şirindir,

Onlar ağzımda baldan da şirindir.+

104 Buyruqların sayəsində müdrik davranıram,+

Hər cür əyri yola nifrət edirəm.+

נ [Nun]

105 Sözün addımlarıma çıraq,

Yollarıma işıqdır.+

106 And içmişəm adil hökmlərinə əməl edim,

Andımı yerinə yetirəcəyəm.

107 Böyük müsibət gördüm,+

Sözünə görə məni yaşat, ey Yehova.+

108 Mədhlərdən gətirdiyim könüllü təqdimələri qəbul et, ey Yehova,+

Hökmlərini mənə öyrət.+

109 Həyatım hər an təhlükədədir,

Lakin qanununu unutmuram.+

110 Şər adamlar mənə tələ qurublar,

Lakin mən buyruqlarından çıxmamışam.+

111 Öyüdlərini özümə miras edirəm,

Çünki onlar qəlbimin sevincidir.+

112 Özüm üçün qərar vermişəm ki,

Daima, sonadək qayda-qanununa tabe olum.

ס [Samex]

113 Ürəyi haçalanan adamlara nifrət edirəm,+

Lakin qanununu sevirəm.+

114 Sən mənim pənahımsan, qalxanımsan,+

Axı Sənin sözünə ümid bağlamışam.+

115 Məndən uzaq durun, siz, ey pislər,+

Qoyun Allahımın əmrlərinə riayət edim.

116 Vəd etdiyin kimi mənə dayaq ol, yaşayım,+

Qoyma ümidim boşa çıxsın.+

117 Mənə dayaq ol, qurtulum,+

Onda gözümü qayda-qanununa dikərəm.+

118 Qayda-qanununu pozanları rədd edirsən,+

Çünki onlar hiyləgər, saxtakardırlar.

119 Dünyanın bütün pislərini zibil* kimi yox edirsən,+

Buna görə də öyüdlərini sevirəm.

120 Zəhmindən bədənim tir-tir əsir,

Hökmlərindən qorxuram.

ע [Ayn]

121 Mən insafla, dürüstlüklə davranıram,

Məni zülmkarlarıma təslim etmə.

122 Bu qulun xeyri üçün ona zamin dur,

Qoyma məğrurlar mənə zülm etsin.

123 Qurtuluşunun, haqq vədinin intizarından+

Gözümün kökü saralıb.+

124 Quluna məhəbbətini göstər,+

Mənə qayda-qanununu öyrət.+

125 Mən Sənin qulunam. Mənə dərrakə ver ki,+

Öyüdlərini qavrayım.

126 Yehovanın hərəkətə keçmək vaxtı yetişib,+

Çünki onlar qanununu pozublar.

127 Əmrlərini qızıldan,

Saf qızıldan da çox sevirəm.+

128 Buna görə Səndən gələn hər buyruq mənim üçün doğrudur;+

Hər cür əyri yola nifrət edirəm.+

פ [Pe]

129 Öyüdlərin gözəldir,

Buna görə də onlara əməl edirəm.

130 Sözün açıqlananda nur saçılır,+

Naşı adama dərrakə verir.+

131 Ağzımı açıb ah çəkirəm,

Çünki əmrlərini eşitməyin intizarındayam.+

132 Adını sevənlər üçün qoyduğun adətə görə,

Mənə sarı dön, mənə lütf göstər.+

133 Sözünlə addımlarımı təhlükəsiz yola yönəlt,

Qoy heç bir pislik mənə ağalıq etməsin.+

134 Zülmkarların əlindən məni qurtar,

Sənin buyruqlarına əməl edəcəyəm.

135 Üzünün nurunu qulunun üstünə sal,+

Qayda-qanununu mənə öyrət.

136 Göz yaşlarım sel kimi axır,

Çünki insanlar qanununa tabe olmur.+

צ [Tsade]

137 Sən haqsan, ey Yehova,+

Hökmlərin də haqq.+

138 Öyüdlərin haqqdır,

Tam etibarlıdır.

139 Qeyrətim məni yandırıb-yaxır,+

Çünki rəqiblərim Sənin sözlərini unudublar.

140 Sənin sözün büsbütün safdır,+

Qulun onu sevir.+

141 Məni saymırlar, həqarətlə baxırlar,+

Amma mən buyruqlarını unutmadım.

142 Ədalətin əbədi ədalətdir,+

Qanunun həqiqətdir.+

143 Başıma dərd-bəla gəlsə də,

Əmrlərin mənim üçün əzizdir.

144 Öyüdlərinin doğruluğu əbədidir.

Mənə dərrakə ver,+ qoy yaşayım.

ק [Kof]

145 Bütün qəlbimlə yalvarıram, ey Yehova, mənə hay ver.

Qayda-qanununa əməl edərəm.

146 Səni səsləyirəm, qurtar məni!

Sənin öyüdlərinə qulaq asaram.

147 Dan yeri sökülməmiş oyanıb Səndən imdad diləyirəm.+

Axı Sənin sözlərinə ümid bağlamışam.

148 Gecə yarısı oyanıram ki,

Verdiyin söz haqqında düşünüm.+

149 Məhəbbətin naminə səsimi eşit,+

Ey Yehova, ədalətinlə məni yaşat.

150 Pozğunluq düşkünləri mənə yaxınlaşır,

Onlar Sənin qanunundan uzaqdırlar.

151 Ey Yehova, Sən mənə yaxınsan,+

Bütün əmrlərin həqiqətdir.+

152 Öyüdlərini əbədilik bərqərar etmisən,

Bunu çoxdan öyrənmişəm.+

ר [Reyş]

153 Əzab-əziyyətimi gör, məni qurtar,+

Axı qanununu unutmadım.

154 Məni müdafiə et, məni qurtar,+

Vəd etdiyin kimi məni yaşat.

155 Şər adamlar qurtuluş görməyəcək,

Çünki onlar qayda-qanununu axtarmırlar.+

156 Mərhəmətin böyükdür, ey Yehova,+

Ədalətinə görə məni yaşat.

157 Mənə zülm edən, mənə düşmən kəsilən çoxdur,+

Amma mən öyüdlərindən ayrılmadım.

158 Xainlərə ikrahla baxıram,

Çünki Sənin sözünə əməl etmirlər.+

159 Gör buyruqlarını nə qədər sevirəm!

Ey Yehova, məhəbbətinlə məni yaşat.+

160 Sözünün bünövrəsi həqiqətdir,+

Bütün adil hökmlərin əbədidir.

ש [Sin], yaxud [Şin]

161 Sərdarlar nahaqdan məni təqib edir,+

Mənimsə ürəyim Sənin sözlərindən qorxur.+

162 Böyük xəzinə tapan adam kimi

Sənin sözlərinə sevinirəm.+

163 Yalana nifrət edirəm, ikrah edirəm,+

Qanununu isə sevirəm.+

164 Adil hökmlərindən ötrü

Gündə yeddi dəfə Sənə alqış edirəm.

165 Qanununu sevənlərin əmin-amanlığı boldur,+

Onları heç nə büdrətməz.

166 Qurtuluşuna ümid edirəm, ey Yehova,

Əmrlərini yerinə yetirirəm.

167 Öyüdlərinə qulaq asıram,

Onları elə sevirəm ki!+

168 Buyruqlarına, öyüdlərinə əməl edirəm,

Bütün yollarımdan xəbərdarsan.+

ת [Tav]

169 Qoy fəryadım Sənə yetişsin, Yehova,+

Dediyin kimi mənə ağıl-kamal ver.+

170 Qoy iltifat diləyim dərgahına qalxsın.

Vəd etdiyin kimi mənə nicat ver.

171 Qoy dodaqlarımdan Sənə mədhlər tökülsün,+

Çünki mənə qayda-qanununu öyrədirsən.

172 Qoy dilim sözlərini nəğmədə oxusun,+

Çünki bütün əmrlərin salehdir.

173 Qoy əlin köməyim olsun,+

Çünki buyruqlarına tabe olmağı seçmişəm.+

174 Ey Yehova, qurtuluşunun intizarındayam,

Qanunun mənə əzizdir.+

175 Yaşat məni, qoy Səni mədh edim,+

Qoy hökmlərin köməyim olsun.

176 İtmiş qoyun kimi azmışam;+ bu qulunu axtar,

Axı Sənin əmrlərini unutmamışam.+

Məzmur. Şəhərə qalxarkən*.

120 Dar ayaqda Yehovanı çağırdım,+

Mənə hay verdi.+

 2 Ey Yehova, canımı yalan danışan dodaqlardan,

Hiyləgər dildən qurtar.

 3 Ey hiyləgər dil, bilirsən, Allah sənə nə edəcək?

Bilirsən, cəzan nə olacaq?+

 4 Cəngavərin iti oxları,+

Süpürgə kolunun yanar közləri.+

 5 Yazıq canım, Məşəqdə+ qəribəm,

Qədar+ çadırları arasında yaşayıram.

 6 Gör neçə vaxtdır

Sülhə düşmən olanların arasında yaşayıram.+

 7 Mən sülh istəyirəm,

Amma ağzımı açan kimi davaya qalxırlar.

Məzmur. Şəhərə qalxarkən*.

121 Gözümü dağlara dikmişəm,+

Köməyim haradan gələcək?

 2 Mənim köməyim

Yeri-göyü yaradan Yehovadan gəlir.+

 3 O, sənin ayağını büdrəməyə qoymaz,+

Səni qoruyan əsla mürgüləməz.

 4 Bax! İsrailin keşiyində duran

Əsla mürgüləməz, əsla yatmaz.+

 5 Yehova səni qoruyur,

Yehova sağ tərəfində+ sənə kölgədir.+

 6 Gündüzlər günəş,+

Gecələr ay sənə xətər yetirməz.+

 7 Yehova səni hər bəladan hifz edər,+

Canını qoruyar.+

 8 Yehova sənin gedişini, gəlişini

İndidən sonsuzadək qoruyacaq.

Davudun məzmuru. Şəhərə qalxarkən*.

122 Mənə: «Yehovanın evinə gedək», — deyəndə

Sevincim aşıb-daşdı.+

 2 İndi isə, ey Yerusəlim,

Ayaqlarımız darvazanın kandarında durur.+

 3 Yerusəlim gözəl inşa edilib,

Vahid, bütöv bir şəhərdir.+

 4 İsrailə verilmiş qaydaya görə,

Yehovanın adına həmd etmək üçün

İsrail qəbilələri,

Yahın qəbilələri ora qalxır.+

 5 Orada hökm taxtları qurulub,+

Davud evinin taxtları.+

 6 Ey insanlar, Yerusəlimə əmin-amanlıq diləyin.+

Ey şəhər, səni sevənlər dinc yaşayacaq.

 7 Qoy divarlarının arxasında həmişə sülh olsun,

Qala bürclərinin içində dinclik olsun.

 8 Qardaşlarımdan, dostlarımdan ötrü deyirəm:

«Qoy səndə əmin-amanlıq olsun!»

 9 Yehova Allahımızın evindən ötrü+

Sənə firavanlıq diləyirəm.

Məzmur. Şəhərə qalxarkən*.

123 Ey göylərdə taxt quran,

Gözümü Sənə dikmişəm.+

 2 Nökər ağasının əlinə,

Qarabaş xanımının əlinə baxdığı kimi,

Biz də Allahımız Yehovaya baxırıq,+

Ondan lütf gözləyirik.+

 3 Lütf göstər bizə, ey Yehova, lütf göstər,

Təhqirlərdən cana doymuşuq.+

 4 Qayğısız yaşayanların rişxəndi,

Məğrurların həqarəti bizi cana doyurdu.

Davudun məzmuru. Şəhərə qalxarkən*.

124 «Yehova bizimlə olmasaydı,+ —

Qoy İsrail desin, —

 2 Yehova bizimlə olmasaydı,+

Düşmənlər üstümüzə hücum edərkən,+

 3 Bizə qarşı qəzəbdən alışıb yanarkən+

Diri-diri bizi udardılar.+

 4 Sular bizi yuyub aparardı,

Sellər üstümüzdən aşardı.+

 5 Azğın sular bizi basıb keçərdi.

 6 Yehovaya şükür olsun,

Bizi onların dişinə vermədi.

 7 Canımız bir quş kimi

Ovçunun tələsindən qurtuldu.+

Tələ qırıldı,

Biz azad olduq.+

 8 Yeri-göyü yaradanın,

Yehovanın adıdır köməyimiz».+

Məzmur. Şəhərə qalxarkən*.

125 Yehovaya güvənənlər sarsılmaz,+

Əbədi duran

Sion dağına bənzər.+

 2 Yerusəlimi dövrələyən dağlar kimi,+

Yehova da xalqının ətrafındadır,+

İndidən sonsuzadək.

 3 Pislik əsası salehlərin pay torpağında qalmayacaq,+

Yoxsa salehlər şərə əl atar.+

 4 Ey Yehova, yaxşılara yaxşılıq et,+

O kəslərə ki, ürəyi düzdür.+

 5 Əyri yola düşənləri

Yehova şər adamlarla birgə qovacaq.+

Qoy İsraildə əmin-amanlıq olsun.

Məzmur. Şəhərə qalxarkən*.

126 Yehova Sionun sürgünlərini qaytaranda+

Elə bil, yuxu görürdük.

 2 O zaman dodaqlarımızdan gülüş tökülürdü,

Dilimiz sevinc sədaları yüksəldirdi.+

O zaman xalqlar deyirdi:

«Yehova onlar üçün möhtəşəm işlər gördü».+

 3 Bəli, Yehova bizim üçün möhtəşəm işlər görüb,+

Biz sevinib-şadlanırıq.

 4 Axar suları Negevə qaytardığın kimi,

Əsirlikdə olan qardaşlarımızı qaytar, ey Yehova.

 5 Göz yaşı ilə əkənlər

Sevinə-sevinə biçəcəklər.

 6 Göz yaşı tökə-tökə

Toxum kisəsini aparan

Sevinə-sevinə

Dərzlərini gətirəcək.+

Süleymanın məzmuru. Şəhərə qalxarkən*.

127 Evi Yehova tikməzsə,

Ustaların zəhməti əbəsdir.+

Şəhəri Yehova qorumazsa,+

Keşikçilərin ayıqlığı əbəsdir.

 2 Əbəs yerə erkən qalxıb

Gec yatırsınız,

Ağır zəhmətlə çörək qazanırsınız,

Axı Allah istəkli bəndəsinə ruzi də verir, yuxu da.+

 3 Oğullar* Yehovanın verdiyi mirasdır,+

Bətnin bəhrəsi bir paydır.+

 4 İnsanın cavanlıqda doğulan oğulları

Bir igidin əlində oxlara bənzər.+

 5 Oxdanını onlarla dolduran xoşbəxt adamdır.+

Onlar şəhər darvazasında düşmənlə çəkişərkən,

O, xəcalətli olmaz.

Məzmur. Şəhərə qalxarkən*.

128 Nə xoşbəxtdir Yehovadan qorxan,+

Onun yolları ilə yeriyən insan!+

 2 Sən öz zəhmətinin bəhrəsini yeyəcəksən,

Səadət və uğur sənə yar olacaqdır.+

 3 Evində arvadın bar gətirən üzüm meynəsi kimi,+

Süfrə arxasında övladların zeytun pöhrələri kimi olacaq.

 4 Bax, Yehovadan qorxan adam

Bu cür xeyir-bərəkət alacaq.+

 5 Yehova Siondan sənə xeyir-bərəkət verəcək.

Ömrün boyu Yerusəlimi xoş güzəranlı görəsən,+

 6 Oğullarının oğullarını görəsən!

Qoy İsraildə əmin-amanlıq olsun!

Məzmur. Şəhərə qalxarkən*.

129 «Gəncliyimdən bəri mənimlə çəkişdilər,+ —

Qoy İsrail desin, —

 2 Gəncliyimdən bəri mənimlə çəkişdilər,+

Lakin üstün gələ bilmədilər.+

 3 Cütçülər kürəyimdə kotan sürdülər,+

Uzun-uzun şırımlar açdılar».

 4 Amma Yehova haqdır,+

O, şər adamların sarıdığı ipləri qırdı.+

 5 Siona nifrət edənlərin hamısı

Rüsvay olub xəcalət içində geri dönər.+

 6 Onlar damlarda bitən,

Qoparmazdan qabaq quruyan ot kimidirlər.

 7 O ot ki biçinçinin ovucunu,

Dərz toplayanın qucağını doldurmaz.

 8 Yoldan keçənlər onlara:

«Yehovanın xeyir-duası üzərinizdə olsun.

Sizə Yehovanın adı ilə xeyir-dua veririk», — deməzlər.

Məzmur. Şəhərə qalxarkən*.

130 Ah Yehova, ümidsizlik dəryasından Səni səsləyirəm.+

 2 Səsimi eşit, ey Yehova,

Nalələrimə qulaq ver.

 3 Ey Yah*, ancaq səhvlərimizi görsəydin*,

Kim dayana bilərdi, ey Yehova?+

 4 Sən həqiqətən bağışlayansan,+

Ta ki ürəklərdə Sənin xofun olsun.+

 5 Ümidimi Yehovaya bağlamışam, bütün varlığım Ona ümid edir,

Onun sözünü gözləyirəm.

 6 Gözətçilər səhərin açılmasını,

Bəli, gözətçilər səhərin açılmasını gözlər,

Könlüm Yehovanı bundan da çox gözləyir.+

 7 Qoy İsrail daim Yehovanı gözləsin,

Çünki Yehova məhəbbətində sadiqdir,+

Xilas edən gücü böyükdür.

 8 O, İsraili bütün təqsirlərindən azad edəcək.

Davudun məzmuru. Şəhərə qalxarkən*.

131 Ey Yehova, ürəyim qürurlanmadı,

Gözüm qürrələnmədi,+

Əlçatmaz şeylər,

Böyük şeylər dalınca düşmədim.+

 2 Süddən kəsilmiş uşaq ana qucağında ovunduğu kimi,

Mən də qəlbimi* ovundurub sakitləşdirdim.+

Qəlbim qoynumda süddən kəsilmiş uşaq kimi sakitdir.

 3 Qoy İsrail ümidini Yehovaya bağlasın,+

İndidən sonsuzadək.

Məzmur. Şəhərə qalxarkən*.

132 Ey Yehova, Davudu,

Onun bütün əzablarını yada sal,+

 2 Yada sal, ey Yehova, Sənə necə and içmişdi,

Yaqubun qüdrətli Allahına əhd etmişdi:+

 3 «Evimə, çadırıma girmərəm,+

Yatağıma, döşəyimə qalxmaram,

 4 Yuxunu gözlərimdən qovaram,

Kirpik qırpmaram,

 5 Yehova üçün bir məkan,

Yaqubun qüdrətli Allahına əzəmətli məskən tapana qədər».+

 6 Bax! Əfratda+ onun barəsində eşitdik,

Onu meşəlikdə tapdıq.+

 7 Gəlin Allahın məskəninə gedək,+

Ayaq kətili önündə səcdə edək.+

 8 Qalx, ey Yehova,

Qüdrətinin rəmzi olan sandığınla məskəninə gir.+

 9 Kahinlərin salehliyi geyinsin,

Sadiq bəndələrin sevinib-şadlansın.

10 Qulun Davudun xatirinə

Məsh etdiyini rədd etmə.+

11 Yehova Davuda and içib,

Heç vəchlə sözündən dönməz:

«Sənin nəslindən gələni

Taxtında əyləşdirəcəyəm.+

12 Əgər oğulların əhdimə,

Verəcəyim öyüdlərə sadiq qalarsa,+

Onların oğulları da əbədiyyən

Sənin taxtında oturacaq».+

13 Çünki Yehova Sionu seçdi,+

İstədi ki, ora məskəni olsun:+

14 «Bura Mənim əbədi məskənimdir,

Burada yaşayacağam,+ istəyim budur.

15 Bu yerə ruzi-bərəkət yağdıracağam,

Yoxsullarını çörəklə doyuracağam.+

16 Kahinlərinə qurtuluşdan libas geyindirəcəyəm,+

Bu yerin sadiq bəndələri sevinib-şadlanacaq.+

17 Burada Davudun gücünü artıracağam*.

Məsh etdiyim üçün çıraq hazırlamışam.+

18 Düşmənlərini rüsvayçılığa bürüyəcəyəm,

Onunsa tacı parlayacaq».+

Davudun məzmuru. Şəhərə qalxarkən*.

133 Nə yaxşıdır, nə xoşdur,

Qardaşlar bir olub, bir yaşayanda!+

 2 Bu, başa çəkilən bahalı yağa,+

Axıb saqqala süzülən,

Harunun saqqalına,+

Paltarının yaxasına süzülən yağa bənzər.

 3 Sion dağlarına+ enən

Hərmun+ şehinə bənzər.

Yehova fərman verib ki, orada Onun neməti,

Əbədi həyat olsun.

Məzmur. Şəhərə qalxarkən*.

134 Yehovaya alqış edin,

Ey Yehovanın qulları,+

Gecələr Yehovanın evində duranlar.+

 2 Əllərinizi müqəddəslik içində* göyə açın,+

Yehovaya alqış edin!

 3 Qoy yeri-göyü yaradan Yehova

Siondan sənə xeyir-bərəkət versin.

135 Yaha alqış edin!

Yehovanın adına alqış edin!

Yehovaya alqış edin, ey Onun qulları,+

 2 Ey Yehovanın evində,

Allahımızın evinin həyətlərində duranlar.+

 3 Yaha alqış edin, çünki Yehova kəramətlidir,+

Adını nəğmələrdə tərənnüm edin, çünki bu, xoşdur.

 4 Yah Yaqubu Özü üçün seçib,

İsrail Onun xüsusi mülküdür.+

 5 Yehova ucadır, bunu bilirəm,

Rəbbimiz bütün allahlardan yuxarıdır.+

 6 Göydə və yerdə, dənizlərdə, bütün ümmanlarda

Yehova istədiyi hər şeyi edir.+

 7 O, yerin ucqarlarından bulud qaldırır,

Yağış üçün şimşək çaxdırır*,

Anbarlarından külək çıxarır.+

 8 O, Misirin ilkinlərini vurdu,

Həm insanı, həm heyvanı.+

 9 Ey Misir, sənin torpaqlarında fironla nökər-naibinin üzərinə

Əlamətlər, möcüzələr göndərdi.+

10 O, neçə-neçə xalqı qırdı,+

Qüdrətli padşahları məhv etdi,+

11 Amorilərin padşahı Sihunu,+

Başan padşahı Oqu,+

Bütün Kənan padşahlıqlarını məğlub etdi.

12 Onların torpağını miras verdi,

Xalqı İsrailə miras verdi.+

13 Ey Yehova, Sənin adın əbədidir,

Ey Yehova, şan-şöhrətin nəsildən-nəslə keçir.+

14 Yehova xalqını müdafiə edər,+

Bəndələrinə şəfqət göstərər.+

15 Xalqların bütləri qızıldır, gümüşdür,

İnsan əlinin işidir.+

16 Ağızları var, danışa bilmir,+

Gözləri var, görə bilmir,

17 Qulaqları var, eşidə bilmir,

Ağızlarında nəfəs yoxdur.+

18 Onları düzəldənlər də,

Onlara güvənənlər də onlar kimi olacaq.+

19 Ey İsrail evi, Yehovaya alqış edin,

Ey Harun evi, Yehovaya alqış edin,

20 Ey Lavi evi, Yehovaya alqış edin,+

Ey Yehovadan qorxanlar, Yehovaya alqış edin!

21 Yerusəlimdə məskən salmış Yehovaya

Siondan mədhlər ucalsın.+

Yaha alqış edin!+

136 Yehovaya şükür edin! O, kəramətlidir,+

Məhəbbəti* əbədidir.+

 2 Allahlar Allahına şükür edin,+

Məhəbbəti əbədidir.

 3 Ağalar Ağasına şükür edin,

Məhəbbəti əbədidir.

 4 Tək Odur xariqəli işlər görən,+

Məhəbbəti əbədidir.+

 5 Odur göyləri hikmətlə* yaradan,+

Məhəbbəti əbədidir.

 6 Odur Yeri sular üzərində quran,+

Məhəbbəti əbədidir.

 7 Odur səmadakı gur işıqları yaradan,+

Məhəbbəti əbədidir.

 8 Odur gündüzü günəşin ixtiyarına verən,+

Məhəbbəti əbədidir.

 9 Odur gecəni ayın, ulduzların ixtiyarına verən,+

Məhəbbəti əbədidir.

10 Odur Misirin ilkinlərini qıran,+

Məhəbbəti əbədidir.

11 Odur İsraili oradan çıxaran,+

Məhəbbəti əbədidir.

12 Onları güclü əli,+ qüvvətli qolu ilə çıxaran,

Məhəbbəti əbədidir.

13 Odur Qırmızı dənizi ikiyə ayıran,+

Məhəbbəti əbədidir.

14 İsraili dənizin dibi ilə aparan,+

Məhəbbəti əbədidir.

15 Fironla ordusunu Qırmızı dənizə atan,+

Məhəbbəti əbədidir.

16 Xalqını səhradan keçirib aparan,+

Məhəbbəti əbədidir.

17 Odur şanlı padşahları yerə vuran,+

Məhəbbəti əbədidir.

18 Odur qüdrətli padşahları qıran,

Məhəbbəti əbədidir.

19 Amorilərin padşahı Sihunu+ məhv edən,

Məhəbbəti əbədidir.

20 Başan padşahı Oqu+ məhv edən,

Məhəbbəti əbədidir.

21 Onların məmləkətini miras verən,+

Məhəbbəti əbədidir.

22 Qulu İsrailə miras verən,

Məhəbbəti əbədidir.

23 Odur miskin halımızda bizi unutmayan,+

Məhəbbəti əbədidir.+

24 Bizi dəfələrlə düşməndən qurtaran,+

Məhəbbəti əbədidir.

25 Odur bütün canlılara ruzi verən,+

Məhəbbəti əbədidir.

26 Şükür edin göylərin Allahına,

Məhəbbəti əbədidir!

137 Babil çaylarının+ kənarında oturub

Sionu yada salanda ağlayırdıq.+

 2 Orada* qovaq ağaclarından

Çənglərimizi asmışdıq.+

 3 Bizi əsir edənlər nəğmə oxumağımızı istəyirdilər,+

Bizi ələ salanlar şənlənmək üçün:

«Bizə Sion barədə nəğmə oxuyun», — deyirdilər.

 4 Axı yad eldə

Yehovanın nəğməsini necə oxuyaq?

 5 Ey Yerusəlim, əgər səni unutsam,

Sağ əlim bacarığını yadırğasın*.+

 6 Əgər səni xatırlamasam,

Əgər Yerusəlim

Sevincimin zirvəsi olmasa,+

Qoy dilim qurusun*.

 7 Ey Yehova, ədumilərin dediyi sözləri xatırla,

Onlar Yerusəlimin süqut günü demişdilər:

«Dağıdın! Təməllərinə qədər onu dağıdın!»+

 8 Ey tezliklə viran ediləcək Babil qızı!+

Xoşbəxtdir o kəs ki, sənə əvəzini verəcək,

Bizə etdiyini sənin öz başına gətirəcək.+

 9 Xoşbəxtdir o kəs ki, övladlarını tutub qayaya çırpacaq,

Onları parça-parça edəcək!+

Davudun məzmuru.

138 Bütün qəlbimlə Səni mədh edərəm,+

Başqa allahların gözü önündə

Şəninə nəğmə deyərəm*.

 2 Müqəddəs məbədinə tərəf təzim edərəm,+

İsminə alqış edərəm,+

Məhəbbətinə, sədaqətinə görə.

Çünki sözünü və ismini hər şeydən uca etdin*.

 3 Səni çağırdığım gün mənə hay verdin,+

Mənə güc verdin, cəsur etdin.+

 4 Ey Yehova, bütün dünya padşahları Sənə alqış edəcək,+

Çünki söylədiyin vədlər qulaqlarına çatacaq.

 5 Yehovanın yollarını tərənnüm edəcəklər,

Çünki Yehovanın calalı möhtəşəmdir.+

 6 Yehova nə qədər uca olsa da, təvazökar adama nəzər salır,+

Təkəbbürlü adamı isə yaxına buraxmır.+

 7 Təhlükə ilə üzbəüz dursam da, məni yaşadarsan,+

Əlini düşmənlərimin qəzəbinə qarşı qaldırarsan,

Sağ əlinlə məni qurtararsan.

 8 Yehova mənimlə bağlı hər şeyi həyata keçirər.

Ey Yehova, məhəbbətin əbədidir,+

Nə olar, əllərinin işini tərk etmə.+

Dirijora. Davudun məzmuru.

139 Ey Yehova, məni yoxlamısan, yaxşı tanıyırsan.+

 2 Oturuşumu-duruşumu bilirsən,+

Fikirlərimi uzaqdan oxuyursan.+

 3 Yol gedəndə, yatanda mənə baxırsan,

Bütün yollarımdan agahsan.+

 4 Söz ağzımdan çıxmamış

Nə deyəcəyimi bilirsən, ey Yehova.+

 5 Arxadan, öndən məni qoruyursan,

Əlin üzərimdədir.

 6 Ağlım bu şeyləri sığışdıra bilmir,

Bunu dərk edə bilmirəm.+

 7 Hara gedim ki, ruhun orada olmasın?

Harada gizlənim ki, məni görə bilməyəsən?+

 8 Əgər göylərə çıxsam, Sən oradasan,

Yerimi Məzarda* salsam, orada da məni taparsan.+

 9 Sübh şəfəqinin qanadlarını taxıb

Yaşamaq üçün ən uzaq dənizə uçsam,

10 Hətta orada əlin mənə yol göstərər,

Sağ əlin məni tutar.+

11 «Qaranlıq məni gizlədər», — desəm,

Onda ətrafımda gecə bəyaz olar.

12 Zülmət qaranlıq belə, Sənin üçün qaranlıq deyil,

Gecə gündüz kimi işıqlıdır,+

Qaranlıq işıqla eynidir Sənin üçün.+

13 Böyrəklərimi Sən yaratdın,

Anamın bətnində məni gizlətdin*.+

14 Şükür Sənə! Nə heyrətli, nə ecazkar yaradılmışam!+

İşlərin heyrətamizdir,+

Bunu gözəl bilirəm.

15 Gizli yerdə xəlq ediləndə,

Anamın bətnində parçatək toxunanda

Sümüklərim Səndən gizli deyildi.+

16 Gözlərin rüşeymimi görmüşdü.

Hələ heç biri yox ikən bədənimin bütün hissələri,

Onların əmələ gələcəyi günlər

Sənin kitabında yazılmışdı.

17 Fikirlərin mənim üçün çox dəyərlidir,+

İlahi, onların sayı-hesabı yoxdur.+

18 Saymaq istəsəm, qum dənələrindən çoxdur.+

Yuxudan oyananda yenə fikrimdə Sənsən*.+

19 Ey Allah, kaş pisləri qıraydın,+

Onda zorakılar məndən uzaq olardı.

20 Onlar Sənin barəndə pis-pis danışırlar,

Sənə düşməndirlər, adına küfr edirlər.+

21 Ey Yehova, Sənə nifrət edənlərə necə nifrət etməyim?+

Sənə qarşı çıxanlardan necə ikrah etməyim?+

22 Bütün nifrətimlə onlara nifrət edirəm,+

Onlar mənim qatı düşmənimdir.

23 Xudaya, məni yoxla, qəlbimi öyrən,+

Məni imtahan et, narahat düşüncələrimi bil,+

24 Gör məndə pis meyil varmı.+

Əbədiyyət yolunda mənə bələdçi ol!+

Dirijora. Davudun məzmuru.

140 Ey Yehova, məni şər adamlardan qurtar,

Zalımlardan qoru.+

 2 Onlar ürəklərində fitnə qururlar,+

Bütün günü dava axtarırlar.

 3 Dilləri ilan dili kimi itidir,+

Ağızlarında gürzə zəhəri var.+ (Selah)

 4 Ey Yehova, məni şər adamlardan,+

Zalımlardan qoru,

Onlar mənə badalaq vurmaq istəyirlər.

 5 Məğrurlar mənə tələ qururlar,

Yolumun üstündə iplərdən tor sərirlər,+

Mənə cələ qururlar.+ (Selah)

 6 Yehovaya deyirəm: «Sən mənim Allahımsan.

Ey Yehova, yalvarışlarımı eşit».+

 7 Ey Külli-İxtiyar Yehova, qüdrətli xilaskarım,

Döyüş günü başımın üzərində qalxan tutursan.+

 8 Ey Yehova, qoyma pislər murada çatsın,

Qoyma qəsdləri baş tutsun, qürrələnsinlər.+ (Selah)

 9 Ətrafımı bürüyənlərin ağzından çıxan pislik

Qoy öz başlarına gəlsin.+

10 Qoy başlarına köz tökülsün,+

Oda düşsünlər,

Dərin çalaya düşsünlər,+ daha dura bilməsinlər.

11 Böhtançı adam yer üzündə kök salmasın,+

Pislik qəddar adamı izləyib yerə vursun.

12 Bilirəm ki, Yehova məzlumu müdafiə edəcək,

Yoxsula adil hökm çıxaracaq.+

13 Salehlər Sənin adına şükür edəcək,

Əməlisalehlər önündə yaşayacaq.+

Davudun məzmuru.

141 Aman, Yehova, Səni çağırıram,+

Nə olar, dadıma tez yetiş,+

Səni çağıranda yalvarışımı eşit.+

 2 Qoy Sənin önündə duam hazırlanmış buxur kimi,+

Göyə açılmış əllərim axşamın taxıl təqdiməsi kimi olsun.+

 3 Ey Yehova, dilimə nəzarətçi,

Dodaqlarımın qapısına gözətçi qoy.+

 4 Qoyma qəlbim pisliyə meyil etsin,+

Bədəməl adamların mənfur işlərinə şərik olsun,

Qoyma onların ləziz təamlarından dadım.

 5 Saleh adam məni vursa, istədiyindəndir,+

Məni tənbeh etsə, sanki, başıma yağ çəkər,+

Bunu əsla rədd etmərəm.+

Başına bəla gəlsə də, duamda onu xatırlaram.

 6 Xalqın hakimlərini qayalardan aşağı atırlar,

Məni isə xalq dinləyəcək, çünki sözlərim xoşdur.

 7 Yer şumlanarkən torpaq səpələndiyi kimi,

Sümüklərimiz Məzarın* içinə səpələndi.

 8 Amma mən gözlərimi Sənə dikmişəm, ey Külli-İxtiyar Yehova,+

Sənə sığınmışam,

Canımı alma.

 9 Məni bədəməl adamların tələsindən,

Mənə qurulmuş tələnin ağzından qoru.

10 Pislərin hamısı öz torlarına düşəcək,+

Mən isə sağ-salamat keçib-gedəcəyəm.

Davudun məzmuru. Mağarada olarkən söylədiyi dua.+ Maskil*.

142 Yehovanı çağırıram, Ondan imdad diləyirəm,+

Yehovanı çağırıram, Ondan lütf diləyirəm.

 2 Hüzurunda dərdimi açıb tökürəm,

Hüzurunda dərd-sərimdən danışıram+

 3 Ruhdan düşəndə.

Bu zaman yoluma göz qoyursan.+

Yolumun üstündə

Mənə tələ qururlar.

 4 Sağıma* bax, görəcəksən ki,

Heç kimə lazım deyiləm.+

Qaçmağa yerim yoxdur,+

Kimsə məni itirib-axtarmır.

 5 Ey Yehova, Səni köməyə çağırıram,

«Pənahım Sənsən,+

İşıqlı dünyada* nəsibim Sənsən», — deyirəm.

 6 Fəryadıma nəzər sal,

Məndə taqət qalmayıb,

Təqibçilərdən məni qoru,+

Onlar məndən güclüdür.

 7 Canımı bu zindandan çıxar,

Qoy adını ucaldım.

Qoy ətrafıma salehlər toplaşsın,

Sən mənimlə xoş rəftar edirsən.

Davudun məzmuru.

143 Ey Yehova, duamı eşit,+

Yalvarışımı dinlə,

Sədaqətinlə, ədalətinlə mənə hay ver.

 2 Qulunu məhkəməyə çəkmə,

Axı Sənin önündə heç kim haqlı çıxa bilməz.+

 3 Düşmən məni təqib edir,

Məni yerə vurub tapdaladı,

Məni çoxdan ölüb gedənlər kimi zülmətdə məskun etdi.

 4 Ruhdan düşmüşəm,+

Köksümdə ürəyim keyiyib.+

 5 Ötən günləri yada salıram,

Bütün işlərin barədə fikirləşirəm,+

Əllərinin işinə diqqət verirəm.

 6 Əllərimi Sənə açmışam,

Canım quraq torpaq kimi Sənin üçün təşnədir.+ (Selah)

 7 Nə olar, mənə tez hay ver, ey Yehova,+

Taqətim tükənib.+

Məndən üz döndərmə,+

Yoxsa qəbrə enənlərə bənzərəm.+

 8 Qoy səhərlər məhəbbətini duyum,

Çünki Sənə güvənirəm.

Mənə yol göstər, o yolla gedim,+

Çünki Sənə üz tutmuşam.

 9 Məni düşmənlərimdən qurtar, ey Yehova,

Sənə pənah gətirmişəm.+

10 İradənə əməl etməyi mənə öyrət,+

Axı Allahım Sənsən.

Sənin ruhun gözəldir,

Qoy məni hamar yolla* aparsın.

11 Adın xatirinə məni yaşat, ey Yehova,

Ədalətinlə canımı dardan qurtar.+

12 Məhəbbətinlə düşmənlərimi yox et,+

Mənə zülm edənləri məhv et,+

Axı mən Sənin qulunam.+

Davudun məzmuru.

144 Əllərimi savaşa,

Barmaqlarımı döyüşə hazırlayan,

Qayam Yehovaya+ alqış olsun!+

 2 O, mənim xeyirxahımdır! Odur istehkamım,

Pənahgahım, xilaskarım,

Qalam, qalxanım,+

Odur xalqları mənə tabe edən.+

 3 Ey Yehova, insan nədir ki, ona nəzər salırsan?

Fani insan nədir ki, ona diqqət yetirirsən?+

 4 İnsan adi bir nəfəsdir,+

Ömrü qeyb olan kölgə kimidir.+

 5 Ey Yehova, göyləri əy, aşağı en,+

Dağlara toxun, tüstü qalxsın.+

 6 İldırım çaxdır, düşmənləri pərən-pərən et,+

Oxlarını at, onları çaxnaşmaya sal.+

 7 Göylərdən əlini uzat,

Məni qurtar, sel-sulardan çıxar,

Məni yadların əlindən al.+

 8 Onların ağzından yalan tökülür,

Sağ əllərini qaldırıb yalandan and içirlər.

 9 İlahi, şəninə yeni nəğmə oxuyaram,+

On telli alətdə Səni tərənnüm edərəm.

10 Sənsən padşahlara zəfər verən,+

Qulun Davudu siyrilmiş qılıncdan qurtaran.+

11 Məni qurtar, ağzından yalan tökülən,

Sağ əllərini qaldırıb yalandan and içən

Yadların əlindən al məni.

12 Onda oğullarımız tezcə boy atmış fidana,

Qızlarımız saraydakı oyma künc sütunlarına bənzər.

13 Anbarlarımız növbənöv nemətlərlə dolub-daşar,

Çöldəki sürülərimiz minlərlə, on minlərlə balalar,

14 Boğaz mal-qaramız bala salmaz, ölü doğmaz,

Meydanlarımızda şivən qopmaz.

15 Bunları dadan xalq nə bəxtəvərdir!

Allahı Yehova olan xalq nə bəxtiyardır!+

Davudun məzmuru. Mədhiyyə.

א [Alef]*

145 Səni ucaldaram, ey Allahım, Padşahım,+

Əbədiyyən adına alqış edərəm!+

ב [Bet]

 2 Gecə-gündüz Səni mədh edərəm,+

Əbədiyyən adına alqış edərəm!+

ג [Qimel]

 3 Yehova böyükdür, ən gözəl təriflərə layiqdir,+

Böyüklüyü ağlasığmazdır.+

ד [Dalet]

 4 Nəsildən-nəslə əməllərin tərif edilər,

Qüdrətli işlərin bəyan edilər.+

ה [He]

 5 Ehtişamından, əzəmətindən danışırlar.+

Mən də xariqəli işlərin üzərində düşünərəm.

ו [Vav]

 6 Heyrətli işlərindən* danışırlar,

Mən də böyüklüyünü bəyan edərəm.

ז [Zayn]

 7 Bol kəramətindən danışanda sözləri qurtarmaz,+

Ədalətindən ötrü sevincləri aşıb-daşar.+

ח [Xet]

 8 Yehova şəfqətlidir, mərhəmətlidir,+

Çox səbirlidir, məhəbbəti böyükdür.+

ט [Tet]

 9 Yehova hamıya qarşı kəramətlidir,+

Bütün işlərində mərhəməti görünür.

י [Yud]

10 Bütün işlərin Səni ucaldar, ey Yehova,+

Sadiq bəndələrin Səni mədh edər.+

כ [Kaf]

11 Padşahlığının calalından danışar,+

Qüdrətin haqqında söz açarlar,+

ל [Lamed]

12 İnsanlara qüdrətli işlərini,+

Padşahlığının cah-calalını tanıtmaq üçün.+

מ [Mem]

13 Padşahlığın əbədi padşahlıqdır,

Hakimiyyətin nəsildən-nəslə davam edər.+

ס [Samex]

14 Yehova yıxılanlara dayaq olur,+

Qəddi əyilənləri ayağa qaldırır.+

ע [Ayn]

15 Hamısı ümidlə Sənə baxır,

Ruzilərini vaxtında verirsən.+

פ [Pe]

16 Əlini açırsan,

Hər bir məxluqu istəyinə çatdırırsan.+

צ [Tsade]

17 Yehova bütün yollarında ədalətlidir,+

Hər işində sədaqətlidir.+

ק [Kof]

18 Yehova Onu çağıranlara,

Onu səmimi-qəlbdən* çağıranlara yaxındır.+

ר [Reyş]

19 Ondan qorxanları muradına çatdırar,+

Fəryadlarını eşidər, onları qurtarar.+

ש [Şin]

20 Yehova Onu sevən hər kəsi hifz edir,+

Lakin pislərin hamısını yox edər.+

ת [Tav]

21 Dilim Yehovanı mədh edər.+

Qoy bütün məxluqat əbədiyyən Onun müqəddəs adına alqış desin!+

146 Yaha alqış edin!+

Qoy bütün varlığım Yehovaya alqış etsin!+

 2 Ömrüm boyu Yehovaya alqış edərəm,

Nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm.

 3 Əsilzadələrə,

Qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin.+

 4 Onun ruhu* çıxır, özü torpağa qayıdır,+

Düşüncələri həmin gündəcə yox olur.+

 5 Xoşbəxtdir o kəs ki, köməyi Yaqubun Allahıdır,+

Ümidi Allahı Yehovadır.+

 6 O Allah ki göyü, yeri,

Dənizi, onları dolduran hər şeyi yaradıb,+

Həmişə sədaqətlidir,+

 7 Məzlumun haqqını qoruyur,

Aclara çörək verir.+

Yehova məhbusları azad edir.+

 8 Yehova korların gözlərini açır,+

Yehova qəddi əyilənləri dikəldir,+

Yehova salehləri sevir.

 9 Yehova qəribləri qoruyur,

Yetimə, dul qadına arxadır,+

Pislərinsə niyyətini alt-üst edir.+

10 Yehova əbədiyyən padşah olacaq,+

Ey Sion, Allahın nəsildən-nəslə padşah olacaq.

Yaha alqış edin!

147 Yaha alqış edin!

Allahımızı nəğmələrdə tərənnüm etmək nə yaxşıdır,

Ona alqış etmək nə xoşdur, alqış Ona yaraşır.+

 2 Yehova Yerusəlimi inşa edir,+

Pərən-pərən düşmüş İsraili bir yerə toplayır.+

 3 O, qəlbisınıqlara şəfa verir,

Sızıldayan yaralarını sarıyır.

 4 O, ulduzların sayını hesablayır,

Hər birini adı ilə çağırır.+

 5 Rəbbimiz əzəmətlidir, qüdrəti böyükdür,+

Hikməti hədsizdir.+

 6 Yehova həlimləri qaldırır,+

Şər adamları isə yerə vurur.

 7 Yehovaya həmd nəğmələri oxuyun,

Allahımızı çəngdə tərənnüm edin.

 8 O, göyləri buludlarla örtür,

Yer üzünə yağışlar yağdırır,+

Dağlarda yaşıl otlar bitirir,+

 9 Heyvanları,

Çığırışan quzğun balalarını yedizdirir.+

10 Ona zövq verən atın gücü deyil,+

İnsanın möhkəm ayaqları Onu heyrətə salmaz.+

11 Yehova Ondan qorxanlardan,+

Məhəbbətinə ümid bağlayanlardan xoşlanır.+

12 Ey Yerusəlim, Yehovanı mədh et!

Ey Sion, Allaha alqış söylə!

13 Çünki O, sənin darvazalarının rəzələrini bərkidir,

Oğullarına xeyir-bərəkət verir.

14 Torpağına əmin-amanlıq bəxş edir,+

Səni ən yaxşı buğda ilə bəsləyir.+

15 Buyruğunu yerə göndərir,

Sözü çapartək sürətlə qaçır.

16 Qar yağdırır, ağ yun kimi,+

Qırov səpir, kül kimi.+

17 Dolu tökür, çörək tikələri kimi,+

Soyuğuna kim dözər?+

18 Əmr edir, onlar əriyir.

Küləyi əsdirir,+ suları axıdır.

19 Sözünü Yaquba,

Qayda-qanununu, hökmlərini İsrailə bəyan edir.+

20 Başqa heç bir xalqa bunu etməyib,+

Onlar Onun hökmləri barədə heç nə bilmirlər.

Yaha alqış edin!+

148 Yaha alqış edin!

Yehovaya göydən alqış edin!+

Ona ucalarda alqış edin!

 2 Ey Onun mələkləri, Ona alqış edin!+

Ey Onun ordusu, Ona alqış et!+

 3 Ey günəş, ey ay, Ona alqış et!

Ey parlayan ulduzlar, Ona alqış edin!+

 4 Ey göyün dərin qatları, Ona alqış edin!

Ey səmadakı buludlar, Ona alqış edin!

 5 Qoy onlar Yehovanın adına alqış etsinlər,

Çünki Onun əmri ilə yarandılar.+

 6 O, onları əbədilik yerində tutur;+

Bunun üçün dəyişməz fərman verdi.+

 7 Yehovaya yerdən alqış edin!

Ey dəniz məxluqları, ey ümmanlar,

 8 Ey şimşək, ey dolu, ey qar, ey topa buludlar,

Ey Onun sözünə əməl edən tufan,+

 9 Ey dağlar, ey təpələr,+

Ey meyvə ağacları, ey sidr ağacları,+

10 Ey çöl heyvanları,+ ey ev heyvanları,

Ey sürünənlər, ey qanad çalan quşlar,

11 Ey dünya padşahları, ey bütün ümmətlər,

Ey ağalar, ey dünyanın hakimləri,+

12 Ey oğlanlar, ey qızlar,

Ey qocalar, ey uşaqlar!

13 Hamınız Yehovanın adına alqış edin!

Çünki yalnız Onun adı ünyetməz ucalıqdadır,+

Əzəməti yerdən də, göydən də yüksəkdir.+

14 O, xalqının gücünü ucaldacaq*,

Sadiq bəndələrinin,

Ona əziz olan israil oğullarının

Şan-şöhrəti naminə.

Yaha alqış edin!

149 Yaha alqış edin!

Yehovanın şəninə yeni nəğmə oxuyun,+

Sadiq bəndələrinin məclisində Onu mədh edin.+

 2 Qoy İsrailin sevinci Ulu Yaradanı olsun,+

Sion oğullarının sevinci onların Padşahı olsun.

 3 Qoy rəqs edərək Onun adına alqış etsinlər,+

Qavalla, çənglə Onu tərənnüm etsinlər.+

 4 Yehova xalqından zövq alır,+

Həlimləri bəzəyir qurtuluşla.+

 5 Qoy sadiq bəndələri şan-şöhrətə sevinsin,

Sevincdən yataqda nəğmə oxusun.+

 6 Qoy dillərində Allaha mədh nəğməsi,

Əllərində ikiağızlı qılınc,

 7 Xalqlardan qisas alsınlar,

Ümmətlərin cəzasını versinlər,

 8 Padşahları qandallasınlar,

Əsilzadələri dəmir buxova salsınlar,

 9 Onlara çıxarılmış hökmü icra etsinlər.+

Bu şərəf Onun bütün sadiq bəndələrinə məxsusdur.

Yaha alqış edin!

150 Yaha alqış edin!+

Müqəddəs məkanında Allaha alqış edin!+

Qüdrətinin ənginliyində* Ona alqış edin!+

 2 Möhtəşəm işlərinə görə Ona alqış edin!+

Hədsiz əzəmətinə görə Ona alqış edin!+

 3 Şeypur səsi ilə Ona alqış edin!+

Telli alətdə, çəngdə Ona alqış edin!+

 4 Qaval çalın, halay vurub Ona alqış edin!+

Tellərin avazı ilə,+ neyin avazı ilə Ona alqış edin!+

 5 Cingildəyən sinclərlə Ona alqış edin!

Gur səsli sinclərlə Ona alqış edin!+

 6 Bütün məxluqat Yaha alqış etsin!

Yaha alqış edin!+

Yaxud qanununu alçaq səslə oxuyur.

Yaxud Məsihinə.

Hərfən: oğulu öpün.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

İbr. xesed. Lüğətdə «xesed» sözünə bax.

İbr. şeol. Lüğətə bax.

Digər variant: nahaqdan əleyhimə çıxanı sağ saxlamışamsa.

Hərfən: həyatımı.

Lüğətə bax.

Digər variant: ey ehtişamı göylərdən yuxarıda vəsf Edilən!

Yaxud ilahi varlıqlardan.

Lüğətə bax.

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.

Lüğətə bax.

İbr. şeol. Lüğətə bax.

Digər variant: acgöz özünə alqış oxuyar.

Yaxud ədalət təməlləri.

Digər variant: yanar köz.

Hərfən: üzünü.

Lüğətə bax.

Yaxud haça ürəklə.

Digər variant: yerdə qoyulan əritmə kürəsində.

Hərfən: məndən üzünü gizlədəcəksən.

Hərfən: saleh nəslin.

Lüğətə bax.

Yaxud ən gizli fikirlərim. Hərfən: böyrəklərim.

İbr. şeol. Lüğətə bax.

Digər variant: çürüsün.

İbrani dilində burada işlənən söz metalın əridilib təmizlənməsini bildirir.

Yaxud piyləniblər.

Hərfən: xilas buynuzum.

Hərfən: seli.

İbr. şeol. Lüğətə bax.

Yaxud küləyin.

Hərfən: susduraram.

Hərfən: toxumuna.

Digər variant: onların ölçü ipi.

Hərfən: bəhərini.

Ola bilsin, melodiyanın və ya musiqi üslubunun adıdır.

Lüğətə bax.

Digər variant: məni sakit sulara aparır.

Özünə xeyirxahlıq, lütfkarlıq, səxavət kimi xüsusiyyətləri daxil edən ülvi keyfiyyət.

Yəni Yehova Allahın varlığına.

Yaxud xilaskarı Allahdan haqq-ədalət görər.

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.

Hərfən: toxumu da.

Hərfən: azğınlıq.

Hərfən: dirilər ölkəsində.

Digər variant: şəksiz inanıram ki, dirilər ölkəsində Yehovanın kəramətini görəcəyəm.

Digər variant: müqəddəsliyinin ehtişamına görə.

İbr. şeol. Lüğətə bax.

Hərfən: şərəfim.

Yaxud etibarlı Allah.

İbr. şeol. Lüğətə bax.

Lüğətə bax.

Yaxud narazılığın.

İbr. kinnor. Qədim yəhudilərdə simli alət.

Yaxud qələbə.

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.

Yaxud kəramətlidir.

Yaxud kiçik qalxanını və böyük qalxanını.

Digər variant: allahsızlar bir kökəyə məni lağa qoyurlar.

Hərfən: sülh sözləri.

İbr. xesed. Lüğətdə «xesed» sözünə bax.

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.

Digər variant: dilxor olma, çünki bu, ziyandan başqa heç nə gətirməz.

Digər variant: nahaqdan mənə düşmən kəsilənlər çoxdur.

Lüğətə bax.

Hərfən: yatağını büsbütün dəyişərsən.

Hərfən: mənə dabanını qaldırdı.

Lüğətə bax.

Digər variant: sümüklərimi qırantək.

Lüğətə bax.

İbr. xesed. Lüğətdə «xesed» sözünə bax.

Mənası tam məlum deyil. Simli alət, musiqi janrı, yaxud melodiya olduğu ehtimal edilir.

Lüğətə bax.

Hərfən: taxtın Allahdır.

Digər variant: naxışlı.

Lüğətə bax.

Digər variant: qalxanları.

Hərfən: qızları.

Digər variant: biz ölənədək.

İbr. şeol. Lüğətə bax.

İbr. şeol. Lüğətə bax.

Digər variant: ona qoşulursunuz.

Hərfən: məni qaraqınıq ilə günahdan təmizlə.

Hərfən: sevinsin.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Digər variant: lakin qorxulası bir şey olmayan yerdə canlarına vahimə düşəcək.

Lüğətə bax.

Lüğətə bax.

Hərfən: dillərini ayır.

İbr. şeol. Lüğətə bax.

Lüğətə bax.

Bəzi mənbələrə əsasən, filistimlilər.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Digər variant: verdin ki.

Digər variant: Allah Öz müqəddəs məkanında.

Hərfən: istehkamıdır.

Digər variant: istehkamlı.

Lüğətə bax.

Digər variant: ey sizlər, sanki, o, bir əyilmiş divar, bir üfürümə bənd daş divardır.

Yaxud gecə növbəsində.

Digər variant: buludlara süvar olanın.

Yehova adının qısa forması.

Digər variant: qoyun ağılında.

Yaxud əzəmətli dağdır.

Digər variant: gümüşü tapdalayıb.

Digər variant: Misirdən elçilər gələcək.

Digər variant: ağlayıb oruc tutdum.

Fərat çayı.

Hərfən: taxıl.

Yaxud qarınları piy bağlayıb.

Hərfən: böyrəklərimdə.

Lüğətə bax.

Lüğətə bax.

Hərfən: buynuzunu qaldırma.

Hərfən: buynuzu.

Lüğətə bax.

Yaxud nəğməm.

Lüğətə bax.

Yaxud mələklərin.

Digər variant: ruh çıxır və geri qayıtmır.

Digər variant: qızdırma ilə.

Hərfən: yüksəklikləri.

Digər variant: azad et.

Lüğətə bax.

Yəni İsraili.

Digər variant: arasında.

Fərat çayı.

Lüğətə bax.

Yaxud allah kimisiniz.

Lüğətdə «Allahın Oğlu» ifadəsinə bax.

Yəni 6, 7-ci ayələrdə adı çəkilən muabilərə və əmunilərə.

Yaxud Haqq-Taalasan.

Lüğətə bax.

Digər variant: ustad bərəkətə bürünür.

Digər variant: sipərimizə bax, ey Allah.

İbr. şeol. Lüğətə bax.

Ehtimal ki, Misir.

Lüğətə bax.

Lüğətə bax.

İbr. şeol. Lüğətə bax.

Digər variant: hamısı birdən.

Lüğətə bax.

Hərfən: toxumunu.

Yaxud mələklərdən.

Ehtimal ki, Misir, yaxud firon.

Hərfən: buynuzumuzu yüksəldir.

Yaxud nüfuzunu.

İbr. şeol. Lüğətə bax.

Yaha alqış edin!

Digər variant: sığınacağımız.

Hərfən: təqsirlərimizi qarşına qoyursan.

Digər variant: qala, sığınacaq.

Yaxud hökmdarları, hakimləri.

Digər variant: müqəddəsliyinin ehtişamına görə.

Hərfən: qızları.

Digər variant: arasında.

Digər variant: bizi O yaradıb, özümüz yox.

Digər variant: əldən düşmüşəm.

Yaxud adın.

İbr. xesed. Lüğətdə «xesed» sözünə bax.

Hərfən: ruh.

Lüğətə bax.

Yaxud onların ruhunu götürürsən. Lüğətdə «ruh» sözünə bax.

Digər variant: qoy Onunla bağlı düşüncələrim xoş olsun.

Digər variant: barədə danışın.

Yaxud canı dəmirin içinə salındı.

Hərfən: kişilik güclərinin nübarını.

Ola bilsin, ölü insanlar, yaxud cansız allahlar nəzərdə tutulur.

Hərfən: zina etdilər.

Digər variant: Allah Öz müqəddəs məkanında.

Hərfən: istehkamıdır.

Nəzarətçi vəzifəsini.

Yaxud bütün dünyanın.

Yehova adının qısa forması.

Digər variant: zibillikdən.

Digər variant: mən sevirəm, çünki Yehova eşidir.

Hərfən: şeolun bəlası məni tapmışdı. Lüğətdə «Məzar» sözünə bax.

Hərfən: dirilər ölkəsində.

Digər variant: mənə kömək edənlərlə birgə.

Digər variant: itələdin.

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.

Digər variant: Sən mənim ürəyimə əminlik verirsən.

Digər variant: Səndən qorxanlara verdiyin sözü.

Digər variant: yalanlarla.

Yəni Allahın yaratdıqları.

Hərfən: çox genişdir.

Hərfən: posa (filiz əridiləndə ayrılan qalıq).

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Yaxud övladlar.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Yehova adının qısa forması.

Yaxud qeydə alsaydın.

Lüğətə bax.

Hərfən: canımı.

Lüğətə bax.

Hərfən: buynuzunu yüksəldəcəyəm.

Lüğətə bax.

Lüğətə bax.

Digər variant: müqəddəs məkanda.

Digər variant: yağış üçün qapılar düzəldir.

İbr. xesed. Lüğətdə «xesed» sözünə bax.

Hərfən: məharətlə.

Yəni Babildə.

Digər variant: qurusun.

Hərfən: damağıma yapışsın.

Digər variant: başqa allahların ziddinə Sənə nəğmə qoşaram.

Digər variant: çünki sözlərini ismindən də uca etdin.

İbr. şeol. Lüğətə bax.

Digər variant: hördün.

Digər variant: hələ də sayıram.

İbr. şeol. Lüğətə bax.

Lüğətə bax.

Hərfən: sağ əlimə.

Hərfən: dirilər ölkəsində.

Yaxud doğruluq diyarında.

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.

Yaxud gücündən.

Yaxud həqiqətdə.

Yaxud nəfəsi. Lüğətdə «ruh» sözünə bax.

Hərfən: buynuzunu yüksəldəcək.

Yaxud qüdrətinə şəhadət edən səmada.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş