Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • nwt Mətta 1:1—28:20
  • Mətta

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mətta
  • Müqəddəs Kitab
Müqəddəs Kitab
Mətta

MƏTTANIN YAZDIĞI MÜJDƏ

1 İbrahim oğlu+, Davud oğlu+ İsa Məsihin* nəsil şəcərəsi:

 2 İbrahim İshaqın atası idi,+

İshaq Yaqubun atası idi,+

Yaqub Yəhudanın+ və onun qardaşlarının atası idi.

 3 Yəhuda Tamardan doğulmuş Farəs və Zarahın atası idi.+

Farəs Həsrunun atası idi,+

Həsrun Ramın atası idi,+

 4 Ram Əminədabın atası idi,

Əminədab Nəhsunun atası idi,+

Nəhsun Salmanın atası idi.

 5 Salman Rahabdan doğulmuş Buəzin atası idi.+

Buəz Rutdan doğulmuş Abidin atası idi.+

Abid Yəssənin atası idi.+

 6 Yəssə Davud padşahın atası idi.+

Davud Uryayın arvadından doğulmuş Süleymanın atası idi.+

 7 Süleyman Rəhabamın atası idi,+

Rəhabam Əbiyyanın atası idi,

Əbiyya Asanın atası idi,+

 8 Asa Yəhuşafatın atası idi,+

Yəhuşafat Yəhuramın atası idi,+

Yəhuram Üziyyənin atası idi,

 9 Üziyyə Yutəmin atası idi,+

Yutəm Əhəzin atası idi,+

Əhəz Hizqiyyənin atası idi,+

10 Hizqiyyə Mənəssənin atası idi,+

Mənəssə Amunun atası idi,+

Amun Yuşiyyənin atası idi,+

11 Yuşiyyə+ Babilə sürgün dövründə yaşamış Yəkunyanın+ və onun qardaşlarının atası idi.+

12 Babilə sürgündən sonra Yəkunyanın Şəəltiil adında oğlu oldu.

Şəəltiil Zərubabilin atası idi,+

13 Zərubabil Əbihudun atası idi,

Əbihud Əlyakimin atası idi,

Əlyakim Azurun atası idi,

14 Azur Sadığın atası idi,

Sadıq Əximin atası idi,

Əxim Əlihudun atası idi,

15 Əlihud Əlyazarın atası idi,

Əlyazar Məttanın atası idi,

Məttan Yaqubun atası idi,

16 Yaqub Məryəmin əri Yusifin atası idi. Məryəmdən Məsih adlanan+ İsa doğuldu.+

17 Beləliklə, İbrahimdən Davuda qədər on dörd nəsil, Davuddan Babilə sürgünə qədər on dörd nəsil və Babilə sürgündən Məsihə qədər on dörd nəsil olmuşdur.

18 İsa Məsihin doğum tarixçəsi belədir: onun anası Məryəm Yusifə nişanlı idi. Lakin onlar evlənməmişdən qabaq məlum oldu ki, Məryəm müqəddəs ruh*+ vasitəsilə hamilədir. 19 Onun əri Yusif saleh adam idi və Məryəmi camaatın qarşısında rüsvay etmək istəmirdi. Buna görə də onu gizlicə boşamaq niyyətində idi.+ 20 Yusif bu haqda götür-qoy edəndən sonra Yehovanın* mələyi ona yuxuda göründü və dedi: «Davud oğlu Yusif! Arvadın Məryəmi evinə gətirməyə qorxma, çünki o, bətnindəki uşağa müqəddəs ruh vasitəsilə hamilə qalıb.+ 21 Məryəm bir oğul doğacaq, uşağın adını İsa* qoyarsan,+ çünki o, xalqını günahlardan xilas edəcək».+ 22 Bütün bunlar Yehovanın Öz peyğəmbəri vasitəsilə dediyi söz yerinə yetsin deyə, baş vermişdir: 23 «Bakirə qız hamilə qalıb bir oğul doğacaq və onun adını İmanuil+ qoyacaqlar». Bu da «Allah bizimlədir»+ deməkdir.

24 Yusif yuxudan oyandı. O, Yehovanın mələyinin buyurduğu kimi etdi və arvadını evinə gətirdi. 25 Lakin uşaq doğulana kimi Yusif Məryəmlə yaxınlıq etmədi.+ Uşaq dünyaya gələndə onun adını İsa qoydu.+

2 İsa padşah Hirodun* dövründə+ Yəhudiyyə Beytləhmində+ anadan oldu. O doğulandan sonra şərqdən Yerusəlimə münəccimlər gəldilər 2 və soruşdular: «Yəhudilərin təzəcə anadan olmuş padşahı haradadır?+ Biz şərqdə olanda onun ulduzunu gördük. Gəlmişik ona təzim edək». 3 Bunu eşidən padşah Hirod və bütün Yerusəlim əhli bərk təşvişə düşdü. 4 Padşah xalqın bütün böyük kahinlərini və mirzələrini bir yerə yığdı və onlardan Məsihin harada doğulacağını xəbər aldı. 5 Onlar dedilər: «Yəhudiyyə Beytləhmində,+ çünki peyğəmbər belə yazıb: 6 “Ey Yəhuda diyarındakı Beytləhm, sən Yəhuda hakimlərinin gözündə heç də kiçik deyilsən. Çünki səndən bir rəhbər çıxacaq. O, xalqım İsrailə rəhbərlik edəcək”».+

7 Onda Hirod münəccimləri xəlvəti yanına çağırdı və onlardan ulduzun nə vaxt peyda olduğunu dəqiqliklə öyrəndi. 8 Sonra onları Beytləhmə göndərib tapşırdı: «Gedin, uşağı yaxşı-yaxşı axtarın. Tapan kimi mənə xəbər verin ki, mən də gəlib ona təzim edim». 9 Padşah sözünü qurtarandan sonra münəccimlər yola düşdülər. Şərqdə+ gördükləri ulduz onların qabağınca getdi və gəlib düz uşaq olan yerin üstündə dayandı. 10 Onlar ulduzun dayandığını görəndə çox sevindilər. 11 Münəccimlər evə girib uşağı və anası Məryəmi gördülər və uşağın qabağında diz çöküb təzim etdilər, sonra gətirdikləri qiymətli hədiyyələri: qızılı, kündürü və mürrü çıxarıb ona təqdim etdilər. 12 Ancaq yuxuda Allahdan xəbərdarlıq aldılar ki, Hirodun yanına qayıtmasınlar.+ Ona görə də öz ölkələrinə başqa yolla getdilər.

13 Onlar gedəndən sonra Yehovanın mələyi yuxuda Yusifə görünüb+ dedi: «Dur, uşağı və anasını götür, Misirə qaç. Mən sənə deməyincə oradan çıxma. Çünki Hirod uşağı tapıb öldürmək istəyir». 14 Yusif uşağı və onun anasını götürüb həmin gecə Misirə yola düşdü. 15 O, Hirodun ölümünə qədər orada qaldı. Beləcə, Yehovanın peyğəmbər vasitəsilə dediyi «oğlumu Misirdən çağırdım» sözləri yerinə yetdi.+

16 Hirod münəccimlərin onu aldatdığını başa düşəndə bərk qəzəbləndi. O, adam göndərib Beytləhmdə və onun ətrafında yaşayan iki yaşa qədərki oğlan uşaqlarının hamısını öldürtdü. Münəccimlərdən öyrəndiyi vaxta əsasən, uşaq təxminən bu yaşda olmalı idi.+ 17 O zaman Ərəmya peyğəmbər vasitəsilə deyilən sözlər yerinə yetdi: 18 «Ramada səs eşidilir, ağlaşma və böyük şivən səsi. Rəhilə+ uşaqları üçün ağlayır, təsəlli tapmaq istəmir, çünki onlar artıq yoxdurlar».+

19 Hirod öləndən sonra Yehovanın mələyi Misirdə Yusifin yuxusuna girib+ 20 dedi: «Dur, uşağı və anasını götür, İsrail torpağına get, çünki uşağın canına qəsd etmək istəyənlər öldülər». 21 Yusif durdu, uşağı və onun anasını götürüb İsrail torpağına gəldi. 22 Amma eşidəndə ki, indi Yəhudiyyəni Hirodun yerinə oğlu Arxelay idarə edir, ora getməyə ürək eləmədi. Bundan əlavə, Allah da yuxuda onu xəbərdar etdi,+ ona görə də o, Cəlilə+ torpağına getdi. 23 Beləliklə, peyğəmbərlər vasitəsilə söylənilmiş «ona nəsrani*+ deyəcəklər» sözləri yerinə yetsin deyə, Yusif gəlib Nasirə şəhərində məskən saldı.+

3 O günlərdə Vəftizçi Yəhya+ Yəhudiyyə çöllüyündə təbliğ etməyə başladı.+ 2 O deyirdi: «Tövbə* edin, çünki səmavi Padşahlıq yaxınlaşır».+ 3 Əşiya peyğəmbər+ onun haqqında demişdi: «Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».+ 4 Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayırdı,+ çəyirtkə və çöl balı ilə qidalanırdı.+ 5 Yerusəlim, bütün Yəhudiyyə və İordan ətrafı bölgələrin camaatı onun yanına axışırdı.+ 6 İnsanlar günahlarını açıq-aşkar boynuna alırdı, Yəhya da onları İordan çayında vəftiz* edirdi.+

7 Yəhya xeyli fərisi və saddukinin+ vəftiz yerinə gəldiyini görəndə onlara dedi: «Ey əfi ilan balaları,+ qarşıdan gələn qəzəbdən qaçmaq fikrini ağlınıza kim qoyub?+ 8 Tövbəyə yaraşan bəhrələr gətirin, 9 “Atamız İbrahimdir”,+ — deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. 10 Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq.+ 11 Tövbə etdiyiniz üçün mən sizi su ilə vəftiz edirəm,+ amma məndən sonra gələn məndən güclüdür. Mən onun ayağından səndəlini çıxartmağa belə, layiq deyiləm.+ O, sizi müqəddəs ruhla+ və alovla vəftiz edəcək.+ 12 O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdasını anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq».+

13 O zaman İsa vəftiz olunmaq üçün Cəlilədən İordan çayının kənarına, Yəhyanın yanına gəldi.+ 14 Yəhya: «Məni sən vəftiz etməlisən, sən isə mənim yanıma gəlirsən?» — deyərək ona mane olmaq istədi. 15 İsa ona cavab verdi: «Mənə mane olma, çünki bu yolla biz doğru olan hər şeyi yerinə yetirəcəyik». Onda Yəhya daha ona mane olmadı. 16 İsa vəftiz olan kimi sudan çıxdı. Birdən göylər açıldı,+ Yəhya gördü ki, Allahın ruhu göyərçin kimi İsanın üzərinə enir.+ 17 Bu zaman göydən bir səs gəldi:+ «Bu, Mənim sevimli Oğlumdur.+ Mən ondan çox razıyam».+

4 Bundan sonra Allahın ruhu İsanı çöllüyə apardı ki, İblis+ onu imtahana çəksin.+ 2 İsa qırx gün-qırx gecə oruc tutdu, sonra acdı. 3 Onda İblis+ gəldi və onu sınayaraq dedi: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün». 4 Amma İsa cavab verdi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır”».+

5 Sonra İblis onu müqəddəs şəhərə+ gətirib məbədin ən hündür yerinə qoydu+ 6 və dedi: «Əgər sən Allahın oğlusansa, özünü aşağı at, axı yazılıb: “Mələklərinə əmr edəcək, ayağın daşa dəyməsin deyə, səni əlləri üstündə aparacaqlar”».+ 7 İsa ona cavab verdi: «Bu da yazılıb: “Allahın Yehovanı sınağa çəkmə”».+

8 İblis yenidən onu götürüb çox uca bir dağın başına gətirdi, dünyanın bütün səltənətlərini və onların calalını ona göstərib+ 9 dedi: «Əgər diz çöküb bircə dəfə mənə səcdə qılsan, bütün bunları sənə verərəm». 10 İsa ona dedi: «Rədd ol, Şeytan! Yazılıb: “Allahın Yehovaya səcdə qıl+ və yalnız Ona qulluq et”».+ 11 Bundan sonra İblis ondan əl çəkdi+ və mələklər gəlib İsaya xidmət etdilər.+

12 İsa Yəhyanın həbs edildiyini+ eşidəndə Cəliləyə getdi.+ 13 Sonra Nasirədən çıxıb Zəbulun və Niftalı torpaqlarına, dənizin* kənarında yerləşən Kəfərnahuma+ gəlib orada məskən saldı. 14 Beləliklə, Əşiya peyğəmbər tərəfindən deyilmiş bu sözlər yerinə yetdi: 15 «Ey yadellilər yaşayan Cəlilə! İordan çayının o tərəfində, dəniz* yolu boyunca uzanan Zəbulun və Niftalı torpaqları! 16 Zülmətdə oturan xalq parlaq işıq gördü, ölüm kölgəsində oturanların üzərinə nur+ ələndi».+ 17 O vaxtdan etibarən, İsa bu sözlərlə təbliğ etməyə başladı: «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır».+

18 İsa Cəlilə dənizinin sahili boyunca gedərkən iki qardaş gördü. Butrus+ ləqəbli Şimon və onun qardaşı Andreas suya tor atırdılar. Onlar balıqçı idilər.+ 19 İsa onlara dedi: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız».+ 20 Onlar dərhal torlarını atıb onun ardınca getdilər.+ 21 İsa yoluna davam etdi və başqa iki qardaşı, Zəbədinin oğulları Yaqubla Yəhyanı gördü.+ Onlar ataları Zəbədi ilə qayıqda torlarını təmir edirdilər. İsa onları çağırdı.+ 22 Onlar dərhal qayığı və atalarını qoyub İsanın dalınca getdilər.

23 İsa bütün Cəliləni gəzib onların sinaqoqlarında+ vəz edir*,+ Padşahlıq haqqındakı müjdəni təbliğ edir, hər cür xəstəni və naxoşu sağaldırdı.+ 24 Onun sorağı bütün Suriyaya yayıldı. Müxtəlif xəstəliklərdən və ağrılardan əzab çəkən bütün xəstələri,+ içinə cin girmiş adamları,+ epileptikləri,+ iflic olmuş adamları İsanın yanına gətirdilər və o, bu adamları sağaltdı. 25 Nəticədə Cəlilə, Dekapol*, Yerusəlim, Yəhudiyyə və İordan çayının o tayından saysız-hesabsız adam onun ardınca getdi.

5 İsa izdihamı görəndə dağa qalxıb əyləşdi, sonra şagirdləri yanına gəldilər. 2 İsa vəz etməyə başladı:

3 «Allaha ehtiyacı olduğunu dərk edənlər* xoşbəxtdir,+ çünki səmavi Padşahlıq onlarındır.

4 Dərd çəkənlər xoşbəxtdir, çünki onlar təsəlli tapacaqlar.+

5 Həlimlər xoşbəxtdir,+ çünki Yer onların olacaq*.+

6 Salehlik üçün susayıb ona can atanlar xoşbəxtdir,+ çünki onlar doyacaqlar.+

7 Rəhmdillilər xoşbəxtdir,+ çünki onlara mərhəmət göstəriləcək.

8 Ürəyitəmizlər xoşbəxtdir,+ çünki onlar Allahı görəcəklər.

9 Sülhpərvərlər xoşbəxtdir,+ çünki onlara Allahın oğulları deyiləcək.

10 Salehlik yolunda təqib olunanlar xoşbəxtdir,+ çünki səmavi Padşahlıq onlarındır.

11 Mənə görə insanlar sizi təhqir+ və təqib edəndə,+ sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz!+ 12 Sevinin və şadlanın,+ çünki göydə sizi böyük mükafat+ gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər.+

13 Siz dünyanın duzusunuz.+ Ancaq duz öz dadını itirsə, onun dadını necə qaytarmaq olar? O artıq heç nəyə yaramır. Onu çölə, ayaq altına atırlar.+

14 Siz dünyanın nurusunuz.+ Dağın başında yerləşən şəhər gizli qala bilməz. 15 Çırağı yandıranda onu səbət altına qoymurlar, əksinə, çıraqdana qoyurlar ki, evdəkilərin hamısına işıq saçsın.+ 16 Eynilə, qoy sizin də nurunuz insanların qarşısında parlasın ki,+ onlar yaxşı işlərinizi görüb+ göydəki Atanızı mədh etsinlər.+

17 Elə bilməyin ki, mən Tövratı* və ya Peyğəmbərlərin kitabını ləğv etməyə gəlmişəm. Xeyr, mən onları ləğv etməyə yox, yerinə yetirməyə gəlmişəm.+ 18 Əmin ola bilərsiniz: yer və göy yox olar, amma Tövratdan ən kiçik hərf, yaxud bircə hərfin nöqtəsi belə, yox olmaz, hər şey yerinə yetər.+ 19 Buna görə də kim bu əmrlərin ən kiçiyindən birini pozsa və insanlara da bunu öyrətsə, səmavi Padşahlığa yaramayacaq. Amma onlara əməl edən və başqalarına da bunu öyrədən səmavi Padşahlığa yarayacaq. 20 Bilin və agah olun: əgər sizin salehliyiniz mirzələrin və fərisilərin salehliyindən üstün olmasa,+ siz səmavi Padşahlığa əsla girməyəcəksiniz.+

21 Qədimdə insanlara: “Adam öldürmə. Kim qatillik edərsə,+ məhkəmə qarşısında cavab verəcək” deyildiyini eşitmisiniz.+ 22 Mən isə sizə deyirəm: kim bir adama* qarşı ürəyində qəzəb saxlayırsa,+ məhkəmə qarşısında cavab verəcək; kim bir adamı söyərsə, Ali Məhkəmə qarşısında cavab verəcək; amma kim ona: “Axmaq insan!” deyərsə, odlu-alovlu Hinnom vadisinə*+ düşə bilər.

23 Əgər bəxşişini qurbangaha+ gətirəndə yadına düşsə ki, kimsə* səndən inciyib, 24 bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış, sonra gəl bəxşişini təqdim et.+

25 Rəqibinlə məhkəməyə gedəndə, hələ yolda ikən, çalış məsələni tez həll edəsən. Yoxsa o səni hakimə, hakim də səni məhkəmə icraçısına verər və həbsə düşərsən.+ 26 Bunu bil ki, axırıncı qəpiyini* verməyincə oradan çıxmayacaqsan.

27 “Zina etmə” deyildiyini eşitmisiniz.+ 28 Mən isə sizə deyirəm: qadına baxıb+ ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur.+ 29 Ona görə də sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at.+ Çünki bütün bədəninin Hinnom vadisinə atılmağındansa, bədəninin bir üzvünü itirməyin daha yaxşıdır.+ 30 Həmçinin əgər sağ əlin səni günaha sürükləyirsə, onu kəsib at.+ Çünki bütün bədəninin Hinnom vadisinə düşməyindənsə, bədəninin bir üzvündən məhrum olmağın daha yaxşıdır.+

31 Həmçinin belə deyilib: “Arvadını boşayan qoy ona talaq kağızı versin”.+ 32 Mən isə sizə deyirəm: arvadını əxlaqsızlıqdan* başqa digər səbəbə görə boşayan hər kəs həmin qadını zinaya vadar edir, boşanmış qadınla evlənən kişi də zina edir.+

33 Həmçinin qədimdə atalarımıza deyilmiş bu sözü eşitmisiniz: “İçdiyin andı pozma,+ Yehovaya dediyin nəziri yerinə yetir”.+ 34 Mən isə sizə deyirəm, ümumiyyətlə, and içməyin.+ Nə göyə, çünki göy Allahın taxtıdır; 35 nə yerə, çünki yer Onun ayağının altındakı kətildir;+ nə Yerusəlimə, çünki Yerusəlim böyük Padşahın şəhəridir.+ 36 Öz başınıza da and içməyin, çünki başınızdakı bir tükü belə, nə ağ, nə də qara edə bilməzsiniz. 37 Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun.+ Bundan artığı Şərirdəndir*.+

38 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.+ 39 Mən isə deyirəm: pis adama müqavimət göstərmə, amma kim sənin sağ yanağına şillə vurarsa, o biri yanağını da ona çevir.+ 40 Kim səni məhkəməyə verib köynəyini tələb edərsə, üst paltarını da ona ver+ və 41 əgər hakimiyyət sahibi səni bir kilometr* yol getməyə məcbur edirsə, onunla iki kilometr get. 42 Səndən bir şey istəyənə ver və səndən borc* istəyəni geri qaytarma.+

43 “İnsanları sev,+ amma düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44 Mən isə sizə deyirəm: düşmənlərinizi sevin+ və sizi təqib edənlər üçün dua edin.+ 45 Beləcə, göydəki Atanızın oğulları olacaqsınız.+ O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın.+ 46 Əgər təkcə sizi sevənləri sevirsinizsə, bundan nə fayda?+ Məgər vergiyığanlar da belə etmirlər? 47 Əgər təkcə soydaşlarınızı* salamlayırsınızsa, məgər qeyri-adi bir iş görürsünüz? Məgər başqa xalqlardan olanlar da belə etmirlər? 48 Buna görə də göydəki Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız.+

6 İnsanlar görsün deyə, salehliyinizi onların qabağında nümayiş etdirməkdən çəkinin.+ Yoxsa göydəki Atanızdan mükafat almayacaqsınız. 2 Buna görə də sədəqə verəndə ikiüzlülər kimi aləmə car çəkmə. İnsanlardan tərif almaq üçün onlar sinaqoqlarda və küçələrdə belə edirlər. Bunu bilin ki, onlar artıq mükafatlarını bütövlüklə alıblar. 3 Amma sən sədəqə verəndə qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin, 4 qoy sədəqən gizli qalsın. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.+

5 Həmçinin dua edəndə ikiüzlülərə bənzəməyin.+ Onlar özlərini insanlara göstərmək üçün sinaqoqlarda və baş küçələrin tinində durub dua etməyi sevirlər.+ Bunu bilin ki, onlar artıq mükafatlarını bütövlüklə alıblar. 6 Sən isə dua edəndə otağına gir, qapını bağla və gözəgörünməz Atana dua et.+ Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək. 7 Dua edəndə başqa xalqlardan olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin. Onlar düşünürlər ki, çox söz deməklə duaları eşidiləcək. 8 Onlara bənzəməyin, çünki Atanız sizin nəyə ehtiyac duyduğunuzu+ Ondan istəməzdən əvvəl bilir.

9 Buna görə də bu cür dua edin:+

“Göylərdə olan Atamız, qoy adın+ müqəddəs tutulsun.+ 10 Qoy Padşahlığın gəlsin.+ Qoy Sənin iradən+ göydə olduğu kimi, yerdə də yerinə yetsin.+ 11 Bu gün bizə bugünlük ruzimizi* ver+ 12 və günahlarımızı* bağışla, necə ki özümüz də bizə qarşı günah işləyənləri* bağışlamışıq.+ 13 Qoyma yolumuzu azaq,+ bizi Şərirdən xilas et”.+

14 Əgər insanların təqsirlərini bağışlayırsınızsa, göydəki Atanız da sizi bağışlayacaq.+ 15 Lakin onların təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq.+

16 Oruc tutanda+ daha özünüzü ikiüzlülər kimi pərişan göstərməyin. Camaat onların oruc tutduğunu görsün deyə, özlərini qəmli göstərirlər*.+ Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar. 17 Sən isə oruc tutanda başına yağ sürt və üzünü yu ki, 18 sənin oruc tutduğunu insanlar yox, gözəgörünməz Atan görsün. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.

19 Daha özünüzə yerdə xəzinə toplamayın.+ Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır. 20 Əvəzində xəzinənizi göydə toplayın.+ Orada onu nə güvə yeyir, nə pas xarab edir,+ nə də oğrular girib oğurlayır. 21 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq.

22 Bədənin çırağı gözdür.+ Əgər gözün toxdursa*, bütün bədənin nur içində olacaq. 23 Yox əgər gözün acdırsa*,+ bütün bədənin zülmət içində olacaq. Səndə olan işıq zülmətdirsə, bu zülmət necə də qatıdır!

24 Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək,+ ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz.+

25 Buna görə sizə deyirəm, “nə yeyəcəyik?”, “nə içəcəyik?” deyə canınızdan ötrü, “nə geyəcəyik?”+ deyə bədəninizdən ötrü daha qayğı çəkməyin.+ Məgər can yeməkdən, bədən geyimdən qiymətli deyil?+ 26 Quşlara fikir verin.+ Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin göydəki Atanız onları yedizdirir. Məgər siz onlardan qiymətli deyilsiniz? 27 Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?+ 28 Həmçinin geyimdən ötrü niyə narahat olursunuz? Zanbaqların necə boy atdığına fikir verin. Onlar nə zəhmət çəkir, nə də ip əyirir, 29 amma bunu bilin ki, heç Süleyman+ da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. 30 Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey az imanlılar, məgər sizi geyindirməyəcək? 31 Buna görə də “nə yeyəcəyik?”, “nə içəcəyik?”, “nə geyəcəyik?”+ deyə heç vaxt narahat olmayın.+ 32 Çünki bütün bunların dalınca başqa xalqlar qaçır. Sizin göydəki Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir.

33 Beləliklə, Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun, onda bütün bunlar sizə veriləcək.+ 34 Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın,+ çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir.

7 Daha insanları mühakimə etməyin,+ yoxsa özünüz də mühakimə olunarsınız. 2 Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız.+ Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər.+ 3 Niyə başqasının* gözündə çöpü görürsən, amma öz gözündə tiri görmürsən?+ 4 Öz gözündə tir ola-ola sən başqasına necə deyirsən: “Gəl gözündəki çöpü çıxarım”? 5 Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, onda aydın görüb başqasının gözündəki çöpü çıxara bilərsən.

6 Müqəddəs şeyləri itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki,+ onlar mirvariləri tapdalamasınlar, sonra da çönüb sizi parçalamasınlar.

7 Durmadan diləyin, sizə veriləcək;+ durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar.+ 8 Çünki diləyən istədiyini alır,+ axtaran tapır və qapını döyənə açırlar. 9 Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin? 10 Yaxud balıq istəyəndə ona ilan versin? 11 Əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Atanız Ondan istəyənlərə+ gözəl nemətlər+ verməyəcək?

12 Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.+ Əslində, Tövrat* və Peyğəmbərlərin kitabı da məhz bunu deyir.+

13 Dar qapıdan girin,+ çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir. 14 Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır.+

15 Özünüzü yalançı peyğəmbərlərdən gözləyin.+ Onlar yanınıza qoyun cildində gəlirlər,+ halbuki daxildə yırtıcı canavardırlar.+ 16 Onları bəhrələrindən tanıyacaqsınız. Heç tikan kolundan üzüm, qanqal kolundan əncir yığarlar?+ 17 Eynilə də hər yaxşı ağac yaxşı meyvə verir, çürük ağac isə yararsız meyvə verir.+ 18 Yaxşı ağac yararsız meyvə gətirə bilməz, çürük ağac da yaxşı meyvə gətirə bilməz.+ 19 Yaxşı meyvə gətirməyən hər ağacı kəsib oda atırlar.+ 20 Beləliklə, onları bəhrələrindən tanıyacaqsınız.+

21 Mənə “Ağa, Ağa” deyən hər kəs səmavi Padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək.+ 22 O gün çoxları mənə deyəcək: “Ağa, Ağa,+ məgər biz sənin adınla peyğəmbərlik etmirdik? Məgər sənin adınla cinləri qovmurduq? Məgər sənin adınla çoxlu möcüzələr göstərmirdik?”+ 23 O zaman onlara deyəcəyəm: “Mən sizi tanımıram! Rədd olun, qanunsuzluğun qulluğunda duranlar!”+

24 Beləliklə, mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir.+ 25 Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi, lakin ev uçmadı, çünki təməli daş üzərində qoyulmuşdu. 26 Amma mənim sözlərimi eşidib onlara əməl etməyən evini qum üzərində tikmiş ağılsız adama bənzəyir.+ 27 Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi.+ Ev uçub darmadağın oldu».

28 İsa sözünü qurtaranda camaat onun necə vəz etdiyinə heyran qaldı.+ 29 Çünki İsa onların mirzələri kimi yox, ixtiyar sahibi kimi vəz edirdi.+

8 İsa dağdan enəndən sonra dalınca çoxlu adam getdi. 2 Bir cüzamlı* ona yaxınlaşdı və təzim edərək dedi: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən».+ 3 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən».+ O andaca həmin adam cüzamdan təmizləndi.+ 4 Sonra İsa ona belə dedi: «Bax ha, bunu heç kəsə danışma.+ Ancaq get, özünü kahinə göstər+ və onlara şəhadət olsun deyə, Musanın buyurduğu bəxşişi təqdim et».+

5 İsa Kəfərnahuma gələndə bir yüzbaşı ona yaxınlaşıb yalvarmağa başladı:+ 6 «Ağa, nökərim iflic olub, evdə yatır. Yaman əziyyət çəkir». 7 İsa yüzbaşıya dedi: «Gəlib onu sağaldaram». 8 Onda yüzbaşı İsaya dedi: «Ağa, mən layiq deyiləm ki, sən mənim evimə gələsən. Bircə kəlmə söz de, nökərim sağalsın. 9 Elə mən özüm də qulluq adamıyam, mənim də tabeliyimdə əsgərlər var. Birinə “get” deyirəm, gedir, o birisinə “gəl” deyirəm, gəlir, nökərə “filan şeyi elə” deyirəm, eləyir». 10 İsa bunu eşidəndə heyrətə gəldi və ardınca gedənlərə dedi: «İnanın, mən hələ İsraildə belə güclü imana rast gəlməmişəm.+ 11 Bunu bilin ki, insanlar şərqdən və qərbdən gəlib səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə əyləşəcək.+ 12 Padşahlığın oğulları isə bayıra, zülmətə atılacaq. Onlar orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaqlar».+ 13 Sonra İsa yüzbaşıya dedi: «Get. Qoy inandığın kimi olsun».+ Nökər həmin andaca sağaldı.+

14 İsa Butrusun evinə gəldi və gördü ki, onun qayınanası+ qızdırma içində yatır.+ 15 İsa qadının əlinə toxundu+ və onun qızdırması keçdi. Qadın ayağa qalxıb ona qulluq etməyə başladı. 16 Axşam düşəndə camaat onun yanına içinə cin girmiş çoxlu adam gətirdi. İsa murdar ruhlara əmr edib onları qovdu, həmçinin bütün xəstələri sağaltdı. 17 Beləcə, Əşiya peyğəmbər vasitəsilə deyilmiş sözlər yerinə yetdi: «O, azar-bezarımızı üzərinə götürmüşdü, xəstəliklərimizi çəkirdi».+

18 İsa ətrafında izdihamı görəndə o biri tərəfə üzməyi buyurdu.+ 19 Bir mirzə ona yaxınlaşıb dedi: «Ustad, sən hara getsən, mən də sənin ardınca gedəcəyəm».+ 20 Amma İsa ona dedi: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə, yeri yoxdur».+ 21 Onda başqa bir şagird ona dedi: «Ağa, icazə ver, əvvəlcə gedim atamı dəfn edim».+ 22 İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsinlər, sən isə mənim ardımca gəl».+

23 İsa şagirdləri ilə birlikdə qayığa mindi.+ 24 Birdən dənizdə güclü fırtına qopdu. Dalğalar elə hündür idi ki, qayıq az qala batırdı. Amma İsa yatmışdı.+ 25 Şagirdlər yaxınlaşıb onu oyatdılar: «Ağa, batırıq, bizi xilas et!» 26 İsa onlara dedi: «Niyə qorxdunuz, ey az imanlılar?»+ Sonra durub küləyi və dənizi ram etdi. Ətrafa dərin sükut çökdü.+ 27 Şagirdlər çaşqınlıq içində dedilər: «Bu insan kimdir ki, hətta külək də, dəniz də ona itaət edir?»

28 İsa o biri sahilə, qadaralıların torpağına çatanda onun qarşısına sərdabələrin arasından içinə cin girmiş iki adam çıxdı.+ Bu adamlar o qədər vəhşi idilər ki, heç kəs o yoldan keçməyə cürət etmirdi. 29 Onlar bağırmağa başladılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən?+ Vaxtından əvvəl bizə+ əzab verməyə gəlmisən?»+ 30 Uzaqda donuz sürüsü otlayırdı.+ 31 Cinlər İsaya yalvarmağa başladılar: «Əgər bizi qovacaqsansa, yalvarırıq, bizi donuz sürüsünün içinə göndər».+ 32 İsa onlara dedi: «Gedin!» Cinlər o adamlardan çıxıb donuzlara girdilər və bütün sürü uçurumdan dənizə atılıb suda boğuldu. 33 Çobanlar şəhərə qaçıb hər şeyi, o cümlədən içinə cin girmiş adamların əhvalatını camaata danışdılar. 34 Bütün şəhər əhli İsanın qarşısına çıxdı. Onu görəndə yalvar-yaxar etdilər ki, onların torpağından çıxıb getsin.+

9 Onda İsa qayığa minib o biri sahilə üzdü və öz şəhərinə gəldi.+ 2 İflic olmuş bir adamı xərəkdə onun yanına gətirdilər. İsa o adamların imanını görəndə xəstəyə dedi: «Qorxma, bala, günahların bağışlandı».+ 3 Onda mirzələrdən bəziləri ürəklərində dedilər: «Bu lap küfr danışır ki!» 4 Onların nə fikirləşdiyini bilən İsa dedi: «Niyə belə pis şeylər düşünürsünüz?+ 5 “Günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, yeri”?+ 6 Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» Sonra iflic olmuş adama dedi: «Dur, xərəyini götür, evinə get».+ 7 Həmin adam durub evinə getdi. 8 Camaat bunu görəndə qorxuya düşdü və insanlara bu cür səlahiyyət verən Allahı mədh etməyə başladı.

9 Sonra İsa yoluna davam edərkən vergi idarəsində oturmuş Mətta adında bir adamı gördü və ona dedi: «Ardımca gəl». O durub İsanın ardınca getdi.+ 10 Daha sonra İsa şagirdləri ilə bərabər onun evində süfrə başında əyləşərkən çoxlu vergiyığan və günahlı da gəlib onlarla süfrə arxasına əyləşdi.+ 11 Bunu görən fərisilər onun şagirdlərinə dedilər: «Niyə sizin ustadınız vergiyığanlar və günahlılarla çörək kəsir?»+ 12 İsa bunu eşidib dedi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır.+ 13 Gedin, “Mən qurban yox, mərhəmət istəyirəm” sözlərinin mənasını öyrənin.+ Çünki mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm».

14 Sonra Yəhyanın şagirdləri onun yanına gəlib dedilər: «Nə üçün biz də, fərisilər də oruc tuturuq, amma sənin şagirdlərin tutmur?»+ 15 İsa cavab verdi: «Bəy dostları ilə olanda heç dostlar yas tutar?+ Lakin gün gələcək, bəyi aralarından götürəcəklər,+ bax onda onlar oruc tutacaqlar. 16 Heç kəs köhnə paltara təzə parçadan* yamaq tikməz, çünki yamaq yığılanda yırtılmış yer daha da korlanar.+ 17 Həmçinin təzə şərabı köhnə tuluqlara tökməzlər, yoxsa tuluq yırtılar, şərab da axıb tökülər və tuluq yararsız hala düşər. Təzə şərabı təzə tuluqlara tökərlər, onda nə şərab, nə də tuluq zay olmaz».

18 İsa bunları danışarkən bir sinaqoq rəisi ona yaxınlaşdı və təzim edib dedi: «Qızım, yəqin ki, artıq ölüb, amma sən gəlib əlini onun üstünə qoysan, o həyata qayıdar».+

19 İsa şagirdləri ilə birgə durub onunla getdi. 20 Düz on iki il idi ki, qanaxmadan əziyyət çəkən+ bir qadın arxadan yaxınlaşıb İsanın paltarının saçağına toxundu,+ 21 çünki ürəyində deyirdi: «Əgər onun paltarına toxunsam, sağalacağam». 22 İsa çönüb qadını gördü və dedi: «Qorxma, qızım, imanın səni sağaltdı».+ Qadın o andaca sağaldı.+

23 İsa sinaqoq rəisinin evinə gələndə ney çalanları və ora-bura vurnuxan camaatı görüb+ 24 dedi: «Çıxın buradan, qız ölməyib, yatır».+ Onda camaat İsaya güldü. 25 Adamları bayıra çıxartdılar və İsa dərhal içəri girdi. O, qızın əlindən tutdu+ və qız qalxdı.+ 26 Əlbəttə ki, bu xəbər bütün o əraziyə yayıldı.

27 İsa oradan çıxıb yolla gedərkən iki kor+ onun dalınca gedib qışqıra-qışqıra: «Davud Oğlu, bizə rəhmin gəlsin!» — deyirdi. 28 İsa evə girəndən sonra korlar onun yanına gəldilər. İsa onlardan soruşdu: «İnanırsınız ki, mən bunu edə bilərəm?»+ Onlar cavab verdilər: «Bəli, Ağa, inanırıq». 29 İsa onların gözlərinə toxundu+ və dedi: «Qoy inandığınız kimi olsun». 30 Onların gözləri açıldı. İsa onlara bərk-bərk tapşırdı: «Baxın ha, bunu heç kəsə danışmayın!»+ 31 Onlar isə çıxıb o yerin bütün sakinlərinə İsa haqqında danışdılar.

32 Onlar çıxanda İsanın yanına içinə cin girmiş bir lal adam gətirdilər.+ 33 İsa cini qovandan sonra bu adamın dili açıldı.+ Camaat heyrət içində dedi: «İndiyəcən İsraildə belə şey olmayıb».+ 34 Fərisilər isə dedilər: «Bu adam cinlərin hökmdarının əli ilə cin qovur».+

35 Sonra İsa şəhərləri və kəndləri bir-bir gəzməyə başladı. O, sinaqoqlarda vəz edir, Padşahlıq haqqında müjdəni təbliğ edir, hər cür xəstəliyi və naxoşluğu sağaldırdı.+ 36 İsa camaatı görəndə onların halına acıdı,+ çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq idilər.+ 37 Onda İsa şagirdlərinə dedi: «Bəli, məhsul bol, biçinçi isə azdır.+ 38 Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin».+

10 Sonra İsa on iki şagirdini çağırıb onlara murdar ruhların üzərində səlahiyyət verdi.+ Bunun sayəsində şagirdlər cinləri qova bilərdilər. İsa onlara həmçinin hər cür xəstəliyi və naxoşluğu sağaltmaq səlahiyyəti də verdi.

2 On iki həvari* bunlardır:+ birincisi Butrus* ləqəbli Şimon+ və qardaşı Andreas;+ Zəbədinin oğulları Yaqub və Yəhya;+ 3 Filip və Bartolmay*;+ Tomas+ və vergiyığan Mətta*;+ Alfay oğlu Yaqub və Taday*; 4 Qeyrətli Şimon və sonradan İsaya xəyanət edən Yəhuda İskəryut.+

5 İsa bu on iki şagirdi yola saldı və onlara tapşırdı:+ «Başqa xalqların yanına aparan yola çıxmayın və Səməriyyə şəhərlərinə girməyin.+ 6 Yalnız İsrail evinin itmiş qoyunlarının yanına gedin.+ 7 Getdiyiniz yerlərdə: “Səmavi Padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin.+ 8 Xəstələri sağaldın,+ ölüləri dirildin, cüzamlıları təmizləyin, cinləri qovun. Təmənnasız almısınız, təmənnasız da verin. 9 Kisənizə qızıl, gümüş və ya mis pul qoymayın.+ 10 Özünüzlə nə heybə, nə dəyişək köynək*, nə səndəl, nə də əsa götürməyin,+ çünki zəhmətkeş yemək yeməyə layiqdir.+

11 Hansı şəhərə və ya kəndə girsəniz, gətirdiyiniz xəbəri eşitməyə layiq adamları axtarın və başqa yerə gedənə qədər onlarda qalın.+ 12 Bir evə girəndə ev sakinlərini salamlayın. 13 Əgər o evdəkilər layiqli adamdırlarsa, qoy dilədiyiniz sülh onların üzərinə gəlsin,+ yox əgər layiqli deyillərsə, qoy sülhünüz özünüzə qayıtsın. 14 Hansı yerdə sizi qəbul etməsələr və ya sözünüzü dinləməsələr, o evdən, yaxud o şəhərdən çıxanda ayağınızın tozunu çırpın*.+ 15 Əmin olun ki, Hökm günündə Sədum və Əmurə+ torpağına o şəhərə nisbətən daha asan olacaq.

16 Mən sizi canavarlar arasına quzu kimi göndərirəm, ona görə də ilan kimi ehtiyatlı, göyərçin kimi məsum olun.+ 17 İnsanlardan ehtiyat edin, çünki onlar sizi məhkəmələrə verəcək,+ sinaqoqlarında+ qamçılayacaqlar.+ 18 Məndən ötrü sizi hökmdarların və padşahların önünə gətirəcəklər.+ Beləcə, onlara və digər xalqlara şəhadət verəcəksiniz.+ 19 Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz.+ 20 Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq.+ 21 Qardaş qardaşı, ata övladını ölümə verəcək. Uşaqlar valideynlərinə qarşı qalxacaq və onları ölümə verəcəklər.+ 22 Mənim adıma görə hamı sizə nifrət edəcək.+ Ancaq axıra kimi dözən xilas olacaq.+ 23 Sizi bir şəhərdə təqib edəndə o biri şəhərə qaçın.+ Bunu bilin ki, siz İsrail şəhərlərinin hamısını gəzib qurtarmamış insan Oğlu gələcək.

24 Şagird ustadından, nökər ağasından üstün deyil.+ 25 Şagird ustadı kimi, nökər isə ağası kimi olsa, bəsidir.+ Əgər evin ağasını Beelzebub* adlandırıblarsa,+ məgər ev əhlini də belə adlandırmayacaqlar? 26 Buna görə də onlardan qorxmayın. Çünki elə bir gizli şey yoxdur ki, üstü açılmasın, elə bir sirr yoxdur ki, aşkar olmasın.+ 27 Sizə qaranlıqda dediyimi işıqda danışın, pıçıltı ilə deyilən sözləri evlərin damından vəz edin.+ 28 Bədəni öldürən, amma sizi gələcək həyatdan məhrum edə bilməyənlərdən qorxmayın,+ əksinə, sizi Hinnom vadisində* məhv etməyə qadir olandan qorxun.+ 29 Məgər iki sərçəni bir qara qəpiyə* satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür.+ 30 Sizin isə başınızdakı tüklər belə, bir-bir sayılıb. 31 Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz.+

32 Kim insanların qarşısında məni tanıdığını etiraf etsə,+ mən də göydəki Atamın qarşısında onu tanıdığımı etiraf edəcəyəm.+ 33 Amma kim insanların qarşısında məni dansa, mən də göydəki Atamın qarşısında onu danacağam.+ 34 Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirməyə gəlmişəm.+ 35 Mən oğulu atadan, qızı anadan, gəlini qayınanadan ayırmağa gəlmişəm.+ 36 Bəli, insanın düşməni öz evindəkilər olacaq. 37 Atasını ya anasını məndən çox istəyən mənə layiq deyil, oğlunu ya qızını məndən çox istəyən mənə layiq deyil.+ 38 İşgəncə dirəyini* götürüb mənim ardımca gəlməyən mənə layiq deyil.+ 39 Canını ölümdən qurtaran onu itirəcək, amma canını mənim uğrumda itirən onu xilas edəcək.+

40 Sizi qəbul edən məni də qəbul edir, məni qəbul edən isə məni göndərəni qəbul edir.+ 41 Kim peyğəmbəri onun peyğəmbər olduğu üçün qəbul edirsə, peyğəmbərə layiq mükafat alacaq,+ kim saleh adamı onun saleh olduğu üçün qəbul edirsə, salehə layiq mükafat alacaq və 42 kim bu kiçiklərdən birinə şagirdim olduğu üçün bir parç sərin su verirsə, inanın ki, mükafatsız qalmayacaq».+

11 İsa on iki şagirdinə göstəriş verib qurtardı. Sonra təbliğ etmək və vəz etmək üçün başqa şəhərlərə getdi.+

2 Zindanda olan Yəhya+ Məsihin gördüyü işlər barəsində eşidəndə şagirdlərini onun yanına göndərib+ 3 soruşdu: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?»+ 4 İsa onlara dedi: «Gedin, eşitdiklərinizi və gördüklərinizi Yəhyaya çatdırın:+ 5 korların gözləri açılır,+ topallar gəzir, cüzamlılar təmizlənir,+ karlar eşidir, ölülər dirilir, yoxsullara müjdə bildirilir.+ 6 Mənimlə bağlı şübhələrə qapılmayan nə xoşbəxtdir!»+

7 Onlar çıxıb gedəndən sonra İsa camaata Yəhya haqqında bunları söylədi: «Çöllüyə nə görməyə getmişdiniz?+ Küləyin əsdirdiyi qamışı?+ 8 Onda ora nə görməyə getmişdiniz? Zərif libas geymiş adamı? Bilmirsiniz ki, zərif libas geyənlər padşah saraylarında olurlar? 9 Yaxşı, bəs ora niyə getmişdiniz? Peyğəmbər görməyə? Bəli, bunu bilin ki, bu adam peyğəmbərdən də üstündür.+ 10 “Sənin qabağınca Öz elçimi göndərirəm, o, qarşında gedib sənin yolunu hazırlayacaq” sözləri onun haqqında yazılmışdır.+ 11 İnanın ki, bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb, amma səmavi Padşahlıqda ən kiçiyi ondan böyükdür.+ 12 Vəftizçi Yəhyanın günlərindən bu yana insanlar səmavi Padşahlığa can atırlar və bu yolda təslim olmayanlar ona nail olurlar.+ 13 Çünki həm Tövrat*, həm Peyğəmbərlərin kitabı Yəhyaya qədər peyğəmbərlik edib+ 14 və istəyirsiniz inanın, istəyirsiniz inanmayın, o, gəlişini gözlədiyiniz İlyasdır.+ 15 Qulağı olan eşitsin.

16 Bu nəsli kimə bənzədim?+ O, bazar meydanında oturub biri digərinə: 17 “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız, biz ağı dedik, amma siz kədərdən sinə döymədiniz”, — deyən uşaqlara bənzəyir. 18 Siz də onlar kimi. Yəhya gəlib nə yeyir, nə içir, amma camaat deyir: “Onda cin var”. 19 İnsan Oğlu gəlib həm yeyir, həm içir,+ insanlar yenə deyirlər: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu”.+ Nə olursa olsun, hikmət əməlləri sayəsində haqlı çıxır».+

20 Sonra İsa əksər qüdrətli işlərini göstərdiyi şəhərləri, tövbə etmədikləri üçün, ittiham etməyə başladı: 21 «Vay halına, Xorəzin! Vay halına, Beytsəyda! Çünki sizdə görülmüş qüdrətli işlər Sur və Sidon şəhərlərində görülsəydi, onlar çoxdan çula bürünüb kül içində oturmuş və tövbə etmişdilər.+ 22 Buna görə də bilin, Hökm günü Sur və Sidon şəhərlərinin cəzası sizinkindən yüngül olacaq.+ 23 Ey Kəfərnahum,+ elə bilirsən, göylərə qədər yüksələcəksən? Xeyr! Birbaşa Məzara* düşəcəksən!+ Çünki səndə edilən qüdrətli işlər Sədumda edilsəydi, o, bu günə qədər durardı. 24 Buna görə də bil, Hökm günü Sədum diyarının cəzası səninkindən yüngül olacaq».+

25 Sonra İsa dedi: «Ey Ata, ey yerin, göyün Sahibi! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan gizlədib körpələrə açdın.+ 26 Bəli, Ata, çünki Sən belə məsləhət bildin. 27 Atam hər şeyi mənə verib.+ Oğulu Ata qədər heç kim tanımır.+ Atanı da Oğul qədər və Oğulun tanıtmaq istədiyi adam qədər heç kəs tanımır.+ 28 Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. 29 Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram.+ Onda canınız təravətlənər. 30 Çünki boyunduruğum rahat, yüküm yüngüldür».

12 Bir şənbə günü İsa zəmilərin arasından keçirdi. Onun şagirdləri ac idilər və sünbülləri dərib yeməyə başladılar.+ 2 Bunu görən fərisilər ona dedilər: «Bax, sənin şagirdlərin şənbə günü qadağan olunmuş işi görürlər».+ 3 İsa onlara dedi: «Məgər oxumamısınız, Davudla yoldaşları acanda Davud nə etmişdi?+ 4 Allahın evinə girdiyini və yoldaşları ilə birlikdə təqdim çörəklərini* yediyini məgər bilmirsiniz?+ Halbuki onlar qanuna görə o çörəkləri yeyə bilməzdilər, o çörəkləri yalnız kahinlər yeyə bilərdi.+ 5 Yaxud Tövratda* oxumamısınız ki, şənbə günləri kahinlər məbəddə şənbə gününü pozurlar, amma günahkar sayılmırlar?+ 6 Bunu bilin ki, burada məbəddən də böyük bir adam durub.+ 7 Əgər siz “Mən qurban yox,+ mərhəmət istəyirəm”+ sözlərinin mənasını başa düşsəydiniz, günahsız adamları məhkum etməzdiniz. 8 Çünki insan Oğlu şənbənin ağasıdır».+

9 İsa oradan çıxıb onların sinaqoquna gəldi. 10 Orada əli qurumuş bir adam vardı.+ İsanı təqsirləndirməyə bir bəhanə tapmaq üçün ondan soruşdular: «Qanuna görə şənbə günü adam sağaltmaq olar?»+ 11 İsa onlara cavab verdi: «Aranızda elə adam varmı ki, bircə qoyunu olsa və həmin qoyun şənbə günü çalaya düşsə, onu oradan çıxarmasın?+ 12 Amma gör insan qoyundan nə qədər qiymətlidir! Bəli, qanuna görə şənbə günü savab iş görmək olar». 13 Sonra o, şikəst adama dedi: «Əlini uzat». O adam əlini uzatdı və qurumuş əli o birisi kimi sapsağlam oldu. 14 Fərisilər çıxıb İsanı öldürmək üçün sui-qəsd hazırladılar. 15 İsa bundan xəbər tutanda oradan uzaqlaşdı. Onun dalınca çoxlu adam getdi+ və İsa onların hamısını sağaltdı. 16 Sonra onlara bərk-bərk tapşırdı ki, onun kim olduğunu heç kəsə deməsinlər.+ 17 Beləcə, Əşiya peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi:

18 «Budur, Mənim seçdiyim, ürəyimcə olan+ əziz qulum!+ Mən ona müqəddəs ruhumu verəcəyəm+ və o, xalqlara ədalətin nə olduğunu izah edəcək. 19 O mübahisə etməyəcək,+ səsini qaldırmayacaq, baş küçələrdə səsi çıxmayacaq. 20 Haqq-ədaləti zəfərə çatdırmayınca sınmış qamışı əzməyəcək,+ közərən piltəni söndürməyəcək. 21 Ümmətlər onun adına ümid bağlayacaq».+

22 Sonra İsanın yanına içinə cin girmiş kor və lal bir adam gətirdilər. İsa onu sağaltdı, onun dili və gözləri açıldı. 23 Camaat bu işə heyran qalıb dedi: «Bəlkə, Davud Oğlu elə budur?» 24 Fərisilər isə bunu eşidəndə dedilər: «O, cinləri elə cinlərin hökmdarı Beelzebubun əli ilə qovur!»+ 25 Onların fikirlərini bilən İsa dedi: «Daxildən parçalanmış hər bir padşahlıq dağılacaq və daxildən parçalanmış şəhər və ya ev durmayacaq. 26 Eynilə də, əgər Şeytan Şeytanı qovursa, deməli, o, daxildən parçalanıb. Belə isə, onun padşahlığı necə duracaq? 27 Əgər mən cinləri Beelzebubun əli ilə qovuramsa, görəsən, sizin şagirdləriniz onları kimin əli ilə qovurlar? Buna görə də sizi onlar məhkum edəcəklər. 28 Yox əgər mən cinləri Allahın ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı gəlib, sizin isə xəbəriniz yoxdur.+ 29 Kimsə güclü bir adamın evinə necə girib var-dövlətini talaya bilər? Gərək əvvəlcə onun əl-qolunu bağlasın, sonra evini qarət etsin. 30 Mənim tərəfimdə olmayan mənim əleyhimədir və mənimlə bir yerdə yığmayan dağıdır.+

31 Buna görə sizə deyirəm: hər cür günah və küfr bağışlanacaq, ancaq müqəddəs ruha qarşı söylənilmiş küfr bağışlanmayacaq.+ 32 Misal üçün, kimsə insan Oğlunun əleyhinə bir söz desə, bağışlanacaq,+ ancaq müqəddəs ruhun əleyhinə söz deyən bağışlanmayacaq. O, nə bu dövrdə*, nə də gələcək dövrdə əfv olunmayacaq.+

33 Yetişdirdiyiniz ağac yaxşıdırsa, meyvəsi də yaxşı olacaq, yox əgər çürükdürsə, meyvəsi də çürük olacaq. Ağac meyvəsindən tanınar.+ 34 Əfi ilan balaları,+ siz pis olduğunuz halda, necə yaxşı şeylər danışa bilərsiniz? Axı insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir.+ 35 Yaxşı adam özünün yaxşı xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pis xəzinəsindən pis şeylər çıxarır.+ 36 Onu bilin ki, hər bir insan dediyi hər boş sözə görə Hökm günündə cavab verəcək.+ 37 Bəli, insan sözlərinə görə ya bəraət qazanacaq, ya da məhkum olunacaq».

38 O zaman mirzələrdən və fərisilərdən bəziləri İsaya dedi: «Ustad, istəyirik, bizə bir əlamət göstərəsən».+ 39 İsa onlara cavab verdi: «Pis və zinakar nəsil həmişə əlamət axtarır, ancaq ona Yunus peyğəmbərin əlamətindən başqa əlamət verilməyəcək.+ 40 Yunus nəhəng balığın qarnında üç gün, üç gecə qaldığı kimi,+ insan Oğlu da yerin bağrında üç gün, üç gecə qalacaq.+ 41 Hökm vaxtı neynəvalılar bu nəslin adamları ilə bərabər dirilib onları məhkum edəcək, çünki neynəvalılar Yunusun sözlərini eşidib tövbə etdilər,+ halbuki burada Yunusdan daha böyük insan durub.+ 42 Hökm vaxtı cənub məlikəsi bu nəslin adamları ilə birlikdə dirilib onları məhkum edəcək. Çünki məlikə Süleymanın hikmətini dinləmək üçün dünyanın o başından durub gəlmişdi,+ hərçənd burada Süleymandan daha hikmətlisi durub.+

43 Murdar ruh insandan çıxandan sonra özünə rahat yer tapmaq üçün quraq yerləri gəzib-dolaşır, amma rahat yer tapmır.+ 44 Sonra öz-özünə deyir: “Qoy çıxdığım evə qayıdım”. Geri qayıdanda görür ki, ora boşdur, silinib-süpürülüb və bərbəzək içindədir. 45 Sonra gedir və özündən qat-qat pis olan başqa yeddi ruh gətirir. Onlar içəri girib orada yaşayırlar. O adamın sonu əvvəlkindən daha betər olur.+ Bu pis nəslin də sonu belə olacaq».

46 İsa camaatın qarşısında danışarkən anası və qardaşları+ gəlib bayırda durdular. Onlar İsa ilə danışmaq istəyirdilər.+ 47 Bir nəfər İsaya dedi: «Anan və qardaşların bayırdadırlar, səninlə danışmaq istəyirlər». 48 İsa ona dedi: «Mənim anam və qardaşlarım kimdir?» 49 Sonra əlini şagirdlərinə tərəf uzadıb dedi: «Budur mənim anam və qardaşlarım!+ 50 Göydəki Atamın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır».+

13 O gün İsa evdən çıxıb dənizin sahilində oturmuşdu. 2 Onun yanına o qədər adam gəldi ki, İsa qayığa minib əyləşdi. Camaat isə sahildə dayandı.+ 3 İsa məsəllərlə danışmağa başladı:+ «Bir əkinçi toxum səpməyə çıxdı.+ 4 Toxum səpərkən toxumlardan bəziləri yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.+ 5 Digərləri torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+ 6 Amma günəş çıxanda onlar soldu və kökü olmadığından qurudu. 7 Başqaları tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu.+ 8 Bəziləri isə münbit torpağa düşdü və bar gətirdi. Biri yüzqat, digəri altmışqat, o birisi otuzqat bar verdi.+ 9 Qulağı olan qoy eşitsin!»+

10 Şagirdlər İsaya yaxınlaşıb soruşdular: «Niyə onlara hər şeyi məsəllərlə danışırsan?»+ 11 İsa cavab verdi: «Sizə səmavi Padşahlığın müqəddəs sirlərini başa düşmək ənamı verilib,+ onlara isə verilməyib. 12 Kimin varıdırsa, ona daha çox veriləcək və onda bolluq olacaq, amma kimin yoxudursa, əlindəki də alınacaq.+ 13 Buna görə də onlarla danışanda məsəllərlə danışıram, çünki baxırlar, amma heç nə görmürlər, eşidirlər, amma heç nə başa düşmürlər, məğzini tutmurlar.+ 14 Əşiya peyğəmbərin bu sözləri onların üzərində yerinə yetir: “Eşitməyinə eşidəcəksiniz, amma bir şey başa düşməyəcəksiniz. Baxmağına baxacaqsınız, amma bir şey görməyəcəksiniz.+ 15 Çünki bu xalqın ürəyi kütləşib. Qulaqları eşidir, amma hay vermirlər. Gözlərini yumublar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə dərk etməsinlər və geri dönməsinlər ki, Mən onlara şəfa verim”.+

16 Sizin isə gözləriniz bəxtiyardır, çünki görür, qulaqlarınız bəxtəvərdir, çünki eşidir.+ 17 Bunu bilin ki, çoxlu peyğəmbər və saleh adam sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişdir,+ eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişdir.

18 İndi isə əkinçi haqqındakı məsəlin mənasına qulaq asın.+ 19 İnsan Padşahlıq haqqındakı sözü eşidir, lakin mənasını anlamırsa, Şərir+ gəlib o adamın ürəyinə səpilmiş toxumu aparır. Bu, yol kənarına səpilmiş toxumdur.+ 20 Daşlığa düşmüş toxum o adama aiddir ki, sözü eşidir və onu dərhal sevinclə qəbul edir.+ 21 Lakin kök salmadığı üçün çox qalmır, sözə görə çətinlik, təqib başlayanda dərhal imanı sarsılır. 22 Tikanlığa düşmüş toxum o adama aiddir ki, sözü eşidir, lakin bu zəmanənin qayğıları+ və var-dövlətin aldadıcı qüvvəsi sözü boğur və o bar vermir.+ 23 Münbit torpaqda əkilmiş toxum isə o adama aiddir ki, sözü eşidir, mənasını dərk edir və bar verir: biri yüzqat, biri altmışqat, o birisi də otuzqat».+

24 İsa onlara başqa bir məsəl çəkdi: «Səmavi Padşahlıq öz tarlasında yaxşı toxum əkmiş adama bənzəyir. 25 Adamlar yatanda onun düşməni gəldi, buğdanın arasına alaq toxumu səpib getdi. 26 Buğda cücərib sünbül gətirəndə alaq otları da çıxdı. 27 Nökərlər gəlib ev sahibinə dedilər: “Ağa, məgər sən tarlada yaxşı toxum əkməmişdin? Necə olur ki, orada alaq otları bitib?” 28 Ağaları onlara dedi: “Bunu düşmən edib”.+ Nökərlər dedilər: “İstəyirsən, gedib alaq otlarını yığaq?” 29 Ağaları dedi: “Yox, qoyun qalsın. Alaq otlarını yığanda birdən buğdanı da çıxararsınız. 30 Qoy ikisi də biçinə qədər bir yerdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: “Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın və yandırın, sonra isə buğdanı mənim anbarıma toplayın”».+

31 İsa onlara daha bir məsəl çəkdi: «Səmavi Padşahlıq bir adamın öz tarlasında əkdiyi xardal toxumuna bənzəyir.+ 32 Xardal toxumu toxumlar arasında ən xırdası olsa da, böyüyəndə bostan bitkiləri arasında ən yekəsi olur, hətta ağaca çevrilir və göy quşları gəlib onun budaqlarında yuva salır».

33 Onlara başqa bir məsəl çəkdi: «Səmavi Padşahlıq mayaya bənzəyir. Qadın onu üç iri qab* una qatır və bütün xəmir acıyır».+

34 İsa bütün bunları camaata məsəllərlə danışdı. Bəli, İsa onlarla danışanda həmişə məsəl çəkirdi.+ 35 Beləcə, peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: «Ağzımı məsəllərlə açacağam, əzəldən* gizli saxlanılmış sirləri bəyan edəcəyəm».+

36 İsa camaatı yola salandan sonra evə gəldi. Şagirdləri onun yanına gəlib dedilər: «Tarladakı alaq otları məsəlini bizə izah et». 37 İsa sözə başladı: «Yaxşı toxumu səpən insan Oğludur. 38 Tarla dünyadır,+ yaxşı toxum Padşahlığın oğulları, alaq otları isə Şəririn oğullarıdır.+ 39 Alaq otunu əkən düşmən İblisdir. Biçin bu dövrün yekunu, biçinçilər isə mələklərdir. 40 Alaq otları yığılıb odda yandırıldığı kimi, bu dövrün yekununda da belə olacaq.+ 41 İnsan Oğlu öz mələklərini göndərəcək. Mələklər günaha sürükləyən hər şeyi və qanunsuz işlər görən hər kəsi onun Padşahlığından yığıb 42 odlu kürəyə atacaqlar.+ Onlar orada ağlaşıb dişlərini qıcayacaqlar. 43 Salehlər isə o vaxt Atalarının Padşahlığında günəş kimi parlayacaqlar.+ Qulağı olan eşitsin.

44 Səmavi Padşahlıq çöldə gizlədilmiş xəzinəyə bənzəyir. Onu bir nəfər tapıb gizlətdi. Sonra sevincindən gedib hər şeyini satdı və oranı aldı.+

45 Səmavi Padşahlıq həmçinin əla mirvarilər axtaran tacirə bənzəyir. 46 O, çox qiymətli bir mirvari tapanda gedib dərhal hər şeyini satdı və o mirvarini aldı.+

47 Səmavi Padşahlıq həmçinin dənizə atılan və içinə cürbəcür balıq düşən tora bənzəyir. 48 Tor balıqla dolanda onu sahilə çıxartdılar və oturub yaxşı balıqları qablara yığdılar,+ yararsız balıqları isə tulladılar.+ 49 Bu dövrün yekununda da belə olacaq. Mələklər gəlib pisləri salehlərdən ayıracaq 50 və onları odlu kürəyə atacaq. Onlar orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaqlar.

51 Bütün bunların mənasını başa düşdünüz?» Şagirdlər: «Bəli», — deyə cavab verdilər. 52 Sonra İsa onlara dedi: «Belə isə, səmavi Padşahlıq haqqında həqiqəti öyrənib bunu başqalarına öyrədən hər adam xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».

53 İsa məsəlləri danışıb qurtardı və yola düşdü. 54 Öz doğma yurduna qayıdandan sonra+ onların sinaqoqunda vəz etməyə başladı. Camaat məəttəl qalıb deyirdi: «Bu adamda bu qədər hikmət haradandır? Bu möcüzələri kimin gücü ilə edir?+ 55 Məgər bu, dülgərin oğlu deyil?+ Anasının da adı Məryəm deyil? Məgər bu, Yaqub, Yusif, Şimon və Yəhudanın qardaşı deyil?+ 56 Bütün bacıları da aramızda deyillərmi? Elə isə bu adamda bütün bunlar haradandır?»+ 57 Buna görə də onu qəbul etmədilər.+ Onda İsa dedi: «Peyğəmbərin hörmət görmədiyi yer varsa, o da öz yurdu, öz evidir».+ 58 İsa onların iman gətirmədiyinə görə orada çox möcüzə göstərmədi.

14 O vaxt hakim Hirod* İsa+ haqqında gedən söhbətləri eşitdi 2 və nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O dirilib, buna görə də bu qüdrətli işləri görür».+ 3 Hirod qardaşı Filipin arvadı Hirodiadaya görə Yəhyanı tutub zindana atmışdı.+ 4 Çünki Yəhya ona deyirdi: «Sənin o qadınla yaşamağın düzgün deyil».+ 5 Hirod onu öldürmək istəyirdi, amma xalqdan qorxurdu, çünki hamı onu peyğəmbər bilirdi.+ 6 Hirodun ad günü+ qeyd ediləndə Hirodiadanın qızı məclisdə rəqs etdi. Hirod qızın rəqsini elə bəyəndi ki,+ 7 ona istədiyi hər şeyi verəcəyinə and içdi. 8 Onda qız anasının öyrətdiyi kimi belə dedi: «Vəftizçi Yəhyanın başını sinidə mənə ver».+ 9 Padşah dilxor oldu, amma həm and içdiyinə görə, həm də məclisdə əyləşmiş qonaqlara görə qızın sözünü yerə salmadı. 10 O, zindana adam göndərib Yəhyanın boynunu vurdurdu. 11 Onun başını bir sinidə gətirib qıza verdilər, qız da aparıb anasına verdi. 12 Sonra Yəhyanın şagirdləri onun cəsədini aparıb dəfn etdilər və gəlib bu hadisəni İsaya danışdılar. 13 İsa bunu eşidəndə təklikdə qalmaq üçün qayığa minib sakit bir yerə çəkildi. Amma camaat bundan xəbər tutanda şəhərlərdən axışıb quru ilə onun dalınca getdi.+

14 İsa qayıqdan çıxanda böyük bir izdiham gördü. İsanın onlara yazığı gəldi+ və aralarındakı xəstələri sağaltdı.+ 15 Axşam düşəndə şagirdlər ona yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb. Camaatı burax, qoy kəndlərə gedib özlərinə yeməyə bir şey alsınlar».+ 16 İsa onlara dedi: «Getmələrinə ehtiyac yoxdur. Siz onlara yemək verin». 17 Şagirdlər dedilər: «Burada cəmi beş çörək və iki balıq var». 18 İsa dedi: «Onları mənə gətirin». 19 Sonra camaata dedi ki, otun üstündə otursunlar. O, beş çörəyi və iki balığı götürdü, göyə baxıb dua elədi.+ Sonra çörəkləri bölüb şagirdlərinə verdi, şagirdlər də onları camaata payladılar. 20 Beləliklə, hamı yeyib doydu. Artıq qalmış tikələrdən on iki dolu səbət yığıldı.+ 21 Qadınları və uşaqları çıxmaqla çörək yeyən kişilərin sayı təxminən beş min nəfər idi.+ 22 Bundan dərhal sonra İsa şagirdlərinə dedi ki, qayığa minib o biri sahilə üzsünlər. Özü isə camaatı yola salmaq üçün orada qaldı.+

23 İsa camaatı yola salandan sonra dua etmək üçün dağa qalxdı.+ O, gecə vaxtı dağda tək idi. 24 Qayıq sahildən xeyli* uzaqlaşmışdı. Külək qarşıdan əsdiyi üçün dalğalar qayığı atıb-tuturdu. 25 Səhərə yaxın* İsa suyun üstü ilə yeriyərək onların yanına gəldi. 26 Onun suyun üstü ilə yeridiyini görən şagirdlər vahimələndilər və qorxudan: «Kabus, kabus!» — deyə qışqırdılar. 27 Lakin İsa dərhal onlara dedi: «Mənəm, qorxmayın, cəsarətli olun!»+ 28 Butrus dedi: «Ağa, əgər sənsənsə, mənə əmr et suyun üstü ilə yanına gəlim». 29 İsa ona dedi: «Gəl!» Butrus qayıqdan çıxıb suyun üstü ilə İsaya tərəf getdi. 30 Ancaq fırtınaya baxanda qorxub batmağa başladı və: «Ağa, məni xilas et!» — deyə qışqırdı. 31 İsa tez əlini uzadıb onu tutdu və dedi: «Ey az imanlı, nə üçün şübhə etdin?»+ 32 Onlar qayığa mindikdən sonra fırtına sakitləşdi. 33 Bu zaman qayıqdakılar İsanın qarşısında təzim edib dedilər: «Sən, doğrudan da, Allahın Oğlusan*». 34 Sonra o biri sahilə yan alıb Gennesaret torpağına gəldilər.+

35 O ərazinin sakinləri İsanı tanıyanda bütün ətraf kəndlərə xəbər göndərdilər və camaat bütün xəstələrini onun yanına gətirdi. 36 Onlar İsaya yalvarırdılar ki, heç olmasa paltarının saçağına toxunsunlar+ və paltarına toxunanların hamısı tamamilə sağalırdı.

15 Yerusəlimdən fərisilər və mirzələr İsanın yanına gəlib dedilər:+ 2 «Niyə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəni pozur? Misal üçün, onlar yeməkdən qabaq əllərini yumurlar*».+

3 İsa onlara cavab verdi: «Bəs siz niyə öz ənənələrinizə görə Allahın əmrini pozursunuz?+ 4 Misal üçün, Allah belə deyib: “Atana və anana hörmət et”+ və “Atasını ya anasını təhqir edən öldürülməlidir”.+ 5 Siz isə deyirsiniz: “Atasına ya anasına: “Səni saxlamaq üçün nəyim varsa, hamısı Allaha həsr edilmiş bəxşişdir”, — deyən+ 6 atasına hörmət etməyə bilər”. Bununla siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz.+ 7 Ey ikiüzlülər, Əşiya sizin haqqınızda yaxşı peyğəmbərlik edib:+ 8 “Bu xalq Mənə dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdırlar. 9 Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”».+ 10 Bu sözlərdən sonra İsa camaatı yanına çağırıb dedi: «Qulaq asın və sözlərimi dərk edin.+ 11 İnsanı yediyi şeylər murdar etmir, onu ağızdan çıxan şeylər murdar edir».+

12 Onda şagirdlər yaxınlaşıb ona dedilər: «Xəbərin var ki, fərisilər sənin sözlərindən qəzəbləniblər?»+ 13 İsa onlara cavab verdi: «Göydəki Atamın əkmədiyi hər bir bitki kökündən qoparılacaq. 14 Qoy qəzəblənsinlər. Onlar kor bələdçidirlər. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər».+ 15 Butrus ona dedi: «O məsəli bizə başa sal». 16 İsa dedi: «Yəni siz də hələ başa düşməmisiniz?+ 17 Məgər bilmirsiniz ki, insanın yediyi hər şey bağırsaqlardan keçib bayıra çıxır? 18 Ağızdan çıxan şeylər isə ürəkdən gəlir. Bax, bunlar adamı murdar edir.+ 19 Misal üçün, pis fikirlər:+ qətl, zina, əxlaqsızlıq*, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır. 20 Adamı belə şeylər murdar edir. Yuyulmamış əllə çörək yemək isə adamı murdar etmir».

21 İsa oradan çıxıb Sur və Sidon ərazisinə getdi.+ 22 Orada yaşayan bir finikiyalı qadın gəlib ucadan dedi: «Ağa, Davud Oğlu, mənə rəhmin gəlsin. Cinlər qızıma zülm edirlər».+ 23 İsa ona bir kəlmə söz demədi. Belə olduqda şagirdləri İsaya yaxınlaşıb dedilər: «Ona de çıxıb getsin. Bayaqdan dalımızca düşüb qışqırır». 24 İsa dedi: «Mən yalnız İsrail evinin itmiş qoyunlarının yanına göndərilmişəm».+ 25 Qadın yaxınlaşdı və təzim edib dedi: «Ağa, mənə kömək elə!» 26 İsa qadına dedi: «Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil». 27 Qadın dedi: «Düz deyirsən, Ağa, amma axı küçüklər də ağalarının süfrəsindən tökülən qırıntıları yeyirlər».+ 28 Onda İsa qadına dedi: «Ey qadın, sən böyük iman sahibisən. Qoy istədiyin kimi olsun». Onun qızı dərhal sağaldı.

29 İsa oradan çıxıb yoluna davam etdi. O, Cəlilə dənizinə gəldi+ və dağa qalxıb oturdu. 30 Bu zaman İsanın yanına çoxlu adam gəldi. Onların arasında topal, şikəst, kor, lal və başqa xəstələr vardı. Camaat xəstələri İsanın ayağı altına uzadırdı və o, xəstələri sağaldırdı.+ 31 Camaat lalların danışdığını, korların gördüyünü, şikəstlərin sağaldığını, topalların yeridiyini görəndə heyrətə gəldi və İsrailin Allahını mədh etdi.+

32 İsa şagirdlərini yanına çağırıb dedi: «Camaata yazığım gəlir.+ Artıq üç gündür ki, yanımdadırlar, heç nə yeməyiblər. Onları ac yola salmaq istəmirəm. Yolda taqətdən düşərlər».+ 33 Şagirdlər isə ona dedilər: «Bu çöl-biyabanda bu boyda camaat üçün haradan çörək tapaq?»+ 34 İsa onlara dedi: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi çörəyimiz var, bir neçə dənə də xırda balığımız». 35 İsa camaata dedi ki, yerə otursunlar, 36 sonra həmin yeddi çörəyi və balıqları götürdü, şükür edib çörəyi böldü və şagirdlərinə verməyə başladı, onlar da camaata payladılar.+ 37 Hamı yeyib doydu. Artıq qalan tikələrdən yeddi dolu səbət yığıldı.+ 38 Qadınları və uşaqları çıxmaqla yeyənlərin sayı dörd min kişi idi. 39 İsa camaatı yola salandan sonra qayığa minib Məcdən torpağına gəldi.+

16 Orada fərisilər və saddukilər İsanın yanına gəlib onu sınamaq məqsədilə göydən bir əlamət göstərməsini istədilər.+ 2 İsa onlara cavab verdi: «Axşam düşəndə deyirsiniz: “Hava yaxşı olacaq, çünki göyün üzü qıpqırmızıdır”, 3 sübh çağı isə deyirsiniz: “Hərçənd göy qızarıb, lakin tutqun olduğundan bu gün hava soyuq və yağmurlu olacaq”. Göy üzünün görünüşünü yozmağı bacarırsınız, amma dövrlərin əlamətlərini yoza bilmirsiniz! 4 Pis və xəyanətkar* nəsil daima əlamət axtarır, lakin ona Yunusun əlamətindən+ başqa əlamət göstərilməyəcək».+ Sonra İsa onların yanından çıxıb getdi.

5 Bu vaxt onun şagirdləri o biri sahilə keçdilər, amma özləri ilə çörək götürməyi unutdular.+ 6 İsa onlara dedi: «Baxın ha, özünüzü fərisilərin və saddukilərin mayasından gözləyin».+ 7 Onlar öz aralarında danışıb deyirdilər: «Çörək götürməmişik». 8 Bunu bilən İsa dedi: «Ey az imanlılar, niyə “çörəyimiz yoxdur” deyirsiniz? 9 Məgər hələ də başa düşməmisiniz? Yoxsa beş min adamın cəmi beş çörəklə necə doyduğu və artıq qalmış tikələrdən neçə səbət yığdığınız yadınızdan çıxıb?+ 10 Yaxud dörd min adamın yeddi çörəklə doyduğunu və neçə səbət yığdığınızı unutmusunuz?+ 11 Məgər başa düşmürsünüz ki, mən sizinlə çörək barəsində danışmıram? Dediyim odur ki, özünüzü fərisilərin və saddukilərin mayasından gözləyin».+ 12 Onda şagirdlər anladılar ki, İsa çörək mayasından yox, fərisilərin və saddukilərin təlimlərindən uzaq durmaq barədə danışır.

13 İsa Filipi Qeysəriyyəsi ətrafına gəldikdə şagirdlərindən soruşdu: «Camaat nə deyir? İnsan oğlu kimdir?»+ 14 Onlar dedilər: «Kimisi deyir, Vəftizçi Yəhyadır,+ kimisi deyir, İlyasdır.+ Kimisi də Ərəmya və ya peyğəmbərlərdən biridir deyir». 15 İsa onlardan soruşdu: «Bəs sizcə, mən kiməm?» 16 Şimon Butrus cavab verdi: «Sən Məsihsən,+ var olan Allahın Oğlusan».+ 17 İsa ona dedi: «Yunus oğlu Şimon, sən xoşbəxt adamsan! Çünki bunu sənə insan yox, göydəki Atam əyan edib.+ 18 Bunu da sənə deyirəm: sən Butrussan.+ Mən yığıncağımı bu qayanın üzərində+ tikəcəyəm və Məzar* ona qalib gələ bilməyəcək. 19 Mən sənə səmavi Padşahlığın açarlarını verəcəyəm. Yerdə bağladığın hər şey artıq göydə bağlanmış olacaq, yerdə açdığın hər şey artıq göydə açılmış olacaq». 20 Sonra İsa şagirdlərə bərk-bərk tapşırdı ki, onun Məsih olduğunu heç kəsə deməsinlər.+

21 O vaxtdan etibarən, İsa Yerusəlimə gedəcəyini, ağsaqqallar, böyük kahinlər və mirzələr tərəfindən əzab çəkəcəyini, öldürüləcəyini və üçüncü gündə diriləcəyini şagirdlərinə başa salmağa başladı.+ 22 Onda Butrus İsanı qırağa çəkib məzəmmət etdi: «Özünə yazığın gəlsin, Ağa! Belə şey heç vaxt ola bilməz!»+ 23 İsa arxasını Butrusa çevirib dedi: «Çəkil qabağımdan, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir».+

24 Sonra İsa şagirdlərinə dedi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini* götürüb daima ardımca gəlsin.+ 25 Həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda itirən onu qazanacaq.+ 26 İnsan bütün dünyaya sahib olarsa, amma həyatını itirərsə, bunun ona nə faydası?+ Yaxud insan öz həyatını qurtarmaq üçün əvəzində nə verə bilər?+ 27 İnsan Oğlu mələkləri ilə birgə Atasının calalında gələcək və o zaman hər kəsə əməllərinə görə verəcək.+ 28 Eşidin və agah olun, burada duranlardan bəziləri insan Oğlunun öz Padşahlığında gəldiyini görməyincə əsla ölməyəcək».+

17 Bu söhbətdən altı gün sonra İsa Butrusu, Yaqubu və onun qardaşı Yəhyanı yanına alıb uca bir dağa qalxdı. Dağda onlardan başqa heç kəs yox idi.+ 2 Orada şagirdlərin gözü qarşısında İsanın görkəmi dəyişdi: onun üzü günəş kimi şəfəq saçdı və paltarı ağappaq olub par-par parıldadı.+ 3 Birdən onlar gördülər ki, Musa və İlyas peyda olub İsa ilə söhbət edir. 4 Onda Butrus İsaya dedi: «Ağa, bizim bura gəlməyimiz nə yaxşı oldu! İstəyirsən, üç çadır qurum: birini sənə, birini Musaya, birini də İlyasa». 5 Butrus hələ danışarkən onların başı üstünə parlaq bir bulud gəldi və buludun içindən bir səs dedi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam.+ Ona qulaq asın».+ 6 Şagirdlər bunu eşidəndə üzüstə yerə yıxıldılar. Onlar bərk qorxmuşdular. 7 Onda İsa yaxınlaşıb onlara toxundu və dedi: «Durun, qorxmayın». 8 Şagirdlər başlarını qaldıranda gördülər ki, İsa təkdir. 9 Onlar dağdan enəndə İsa tapşırdı: «İnsan Oğlu dirilməyincə gördüyünüzü heç kimə danışmayın».+

10 Onda şagirdlər İsadan soruşdular: «Bəs nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»+ 11 İsa onlara cavab verdi: «İlyas, doğrudan da, gəlib hər şeyi bərpa edəcək.+ 12 Amma bunu bilin ki, İlyas artıq gəlib. Heyif ki, onu tanımadılar, başına oyun açdılar.+ Onlar insan Oğluna da zülm edəcəklər».+ 13 Onda şagirdlər başa düşdülər ki, İsa Vəftizçi Yəhyadan danışır.

14 Onlar camaatın yanına çatanda+ bir kişi İsaya yaxınlaşdı, onun qarşısında diz çöküb dedi: 15 «Ağa, oğluma rəhm et. Balam xəstədir, ürəkgetməsi, tutmaları olur, gah suya düşür, gah da oda yıxılır.+ 16 Onu sənin şagirdlərinin yanına gətirdim, amma onlar uşağı sağalda bilmədilər». 17 İsa cavab verdi: «Ey imansız və yolunu azmış nəsil!+ Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 18 İsa cinə hökm etdi, cin oğlandan çıxdı. Oğlan dərhal sağaldı.+ 19 Sonra şagirdlər təklikdə İsanın yanına gəlib soruşdular: «Biz niyə cini qova bilmədik?» 20 İsa onlara cavab verdi: «İmanınız az olduğundan. Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq».+ 21 *⁠——

22 Onlar Cəlilədə bir yerdə olanda İsa şagirdlərə dedi: «İnsan Oğlu ələ veriləcək,+ 23 onu öldürəcəklər və Allah onu üçüncü gündə dirildəcək».+ Bunu eşidən şagirdlər çox kədərləndilər.

24 Onlar Kəfərnahuma gələndə iki dirhəm* vergisini yığanlar Butrusa yaxınlaşıb dedi: «Ustadınız vergini ödəmir?»+ 25 Butrus cavab verdi: «Ödəyir». Butrus evə girəndə İsa onu qabaqlayıb soruşdu: «Şimon, necə düşünürsən, padşahlar rüsumu və can vergisini kimdən yığırlar: öz oğullarından, yoxsa başqalarından?» 26 Butrus cavab verdi: «Başqalarından». Onda İsa dedi: «Deməli, oğullar vergidən azaddır. 27 Amma söz-söhbət olmasın deyə,+ dənizə get, tilovu suya at və tilova düşən birinci balığı tut, onun ağzını aç, orada bir gümüş pul* tapacaqsan. Pulu götür, həm mənim, həm də öz əvəzinə onlara ver».

18 Bu vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kim olacaq?»+ 2 İsa yanına balaca bir uşaq çağırdı və onu şagirdlərin arasına qoyub 3 dedi: «Sizə deyirəm, dəyişib uşaq kimi olmasanız,+ səmavi Padşahlığa əsla girməyəcəksiniz.+ 4 Özünü bu uşaq kimi kiçildən səmavi Padşahlıqda ən böyük olacaq.+ 5 Bunun kimi bir uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir. 6 Amma mənə inanan bu kiçiklərdən birini günaha sürükləyənin vay halına! Belə adamın boynuna dəyirman daşı* asıb dənizə atsaydılar, daha yaxşı olardı.+

7 İman yolunda qoyulan maneələrə görə vay dünyanın halına! Bu yolda maneələr mütləq olacaq. Amma vay o adamın halına ki maneələr onun vasitəsilə yaranacaq! 8 Əgər əlin və ya ayağın səni günaha sürükləyirsə, onu kəs at.+ İki əllə ya iki ayaqla sönməz alova atılmaqdansa, şikəst ya topal olub həyata qovuşmaq daha yaxşıdır.+ 9 Həmçinin əgər gözün səni günaha sürükləyirsə, onu çıxar at. İki gözlə odlu Hinnom vadisinə* atılmaqdansa, bir gözlə həyata qovuşmaq daha yaxşıdır.+ 10 Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın hüzurunda dururlar*.+ 11 *⁠——

12 Necə bilirsiniz, yüz qoyunu olan adamın bir qoyunu itsə,+ məgər o, doxsan doqquz qoyunu dağda qoyub azmış qoyunu axtarmağa getməz?+ 13 Əgər onu tapsa, inanın, doxsan doqquz azmamış qoyundan daha çox o qoyuna görə şadlanacaq. 14 Eynilə də, mənim göydəki Atam* bu kiçiklərdən bircəciyinin belə məhv olmasını istəmir.+

15 Əgər kimsə* sənə qarşı bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de.+ Əgər sənə qulaq assa, onu qazandın.+ 16 İşdir, qulaq asmasa, özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun.+ 17 Əgər onlara qulaq asmasa, məsələni yığıncağa danış. Əgər yığıncağa da qulaq asmasa, qoy o adam sənin üçün bir bütpərəst+ və ya vergiyığan kimi olsun.+

18 İnanın, yerdə bağladığınız hər şey artıq göydə bağlanmış olacaq və yerdə açdığınız hər şey artıq göydə açılmış olacaq. 19 Əmin olun, əgər yerdə aranızdan iki nəfər vacib bir məsələ barəsində göydəki Atama dua etmək razılığına gələrsə, Atam onların istəyini yerinə yetirəcək.+ 20 İki ya üç adam mənim adım naminə bir yerə yığışanda mən də orada,+ onların arasındayam».

21 Onda Butrus gəlib İsadan soruşdu: «Ağa, kimsə mənə qarşı günah iş görəndə onu neçə dəfə bağışlamalıyam? Yeddi dəfə?» 22 İsa ona dedi: «Yeddi dəfə yox, lazım gəlsə, lap yetmiş yeddi dəfə bağışlamalısan.+

23 Buna görə də səmavi Padşahlığı nökərlərindən borclarını geri almaq istəyən bir padşaha bənzətmək olar. 24 Padşah borclarını yığanda yanına bir adam gətirdilər. Bu adam padşaha on min talant* pul borclu idi, 25 lakin borcu ödəməyə imkanı yox idi. Padşah əmr etdi ki, onun özü, arvad-uşağı və hər nəyi varsa, hamısı satılsın, borc geri qaytarılsın.+ 26 Onda nökər padşahın ayağına yıxılıb yalvarmağa başladı: “Ağa, bir az səbir elə, hamısını qaytaracağam”. 27 Padşahın nökərə rəhmi gəldi, onu azad etdi, borcunu da ləğv etdi.+ 28 Amma o nökər padşahın yanından çıxıb ona cəmi yüz dinar* borcu olan bir nökər yoldaşını tapdı, onu tutub boğmağa başladı və dedi: “Borcumu qaytar”. 29 Nökər onun ayağına yıxılıb yalvarmağa başladı: “Bir az səbir elə, hamısını qaytaracağam”. 30 Amma o, qulaq asmaq istəmədi. Gedib nökəri dustaqxanaya atdı ki, borcunu qaytarana qədər orada qalsın. 31 Digər nökərlər onun bu hərəkətini görəndə çox pis oldular və gedib hər şeyi padşaha danışdılar. 32 Onda padşah həmin nökəri çağırtdırıb dedi: “Ey yaramaz nökər! Sən mənə yalvaranda mən bütün borcunu bağışladım. 33 Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?”+ 34 Padşah bərk qəzəbləndi. O, nökəri dustaqxana gözətçilərinə verdi ki, borcunu son qəpiyinə kimi ödəyənə qədər dustaqxanada qalsın. 35 Əgər siz də başqalarını ürəkdən bağışlamasanız,+ göydəki Atam da sizinlə belə davranacaq».+

19 İsa bu sözləri deyəndən sonra Cəlilədən çıxdı və İordan çayının o tayına, Yəhudiyyə sərhədlərinə gəldi.+ 2 Onun dalınca çoxlu adam getdi. İsa orada xəstələri sağaltdı.

3 Fərisilər İsanın yanına gəldilər və onu sınamaq üçün soruşdular: «Kişi hər səbəbə görə arvadını boşaya bilər?»+ 4 İsa onlara cavab verdi: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb+ 5 və belə deyib: “Buna görə də insan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq”?+ 6 Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».+ 7 Onlar İsaya dedilər: «Onda Musa nəyə görə arvada talaq kağızı verməyi buyurub onu boşamağa izin vermişdi?»+ 8 İsa cavab verdi: «Musa inadkar olduğunuza görə arvadınızı boşamağa izin vermişdi,+ halbuki başlanğıcdan belə olmayıb.+ 9 Bilin və agah olun, kim arvadını əxlaqsızlıq* etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir».+

10 Şagirdlər ona dedilər: «Əgər iş belədirsə, onda evlənməmək daha yaxşıdır ki!» 11 İsa onlara dedi: «Bunu hər kəs bacarmaz, bunu yalnız ilahi ənamı olanlar bacarar.+ 12 Bəziləri bədənində anadangəlmə qüsur olduğu üçün evlənə bilmir, bəzilərini insanlar buna yararsız etmişlər *, amma elələri də var ki, səmavi Padşahlığa görə özləri evlənməkdən imtina edirlər *. Bu cür yaşamağı bacaran qoy bu cür yaşasın».+

13 Sonra valideynlər uşaqlarını İsanın yanına gətirdilər. Onlar istəyirdilər ki, İsa uşaqlar üçün Allahdan xeyir-dua diləsin*. Şagirdlər isə onları danladılar.+ 14 Lakin İsa dedi: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki səmavi Padşahlıq belələrinə məxsusdur».+ 15 İsa onlara xeyir-dua verib qurtarandan sonra oradan getdi.

16 Bir dəfə bir adam ona yaxınlaşıb dedi: «Ustad, əbədi həyatı almaq üçün mən hansı yaxşı işləri görməliyəm?»+ 17 İsa ona dedi: «Nəyin yaxşı olduğunu məndən niyə soruşursan? Yalnız bir yaxşı Varlıq var*.+ Əgər həyata qovuşmaq istəyirsənsə, əmrlərə daima riayət et».+ 18 O soruşdu: «Hansı əmrlərə?» İsa cavab verdi: «Adam öldürmə,+ zina etmə,+ oğurluq etmə,+ yalan şahidlik etmə,+ 19 atana və anana hörmət et,+ başqasını özünü sevdiyin kimi sev».+ 20 Cavan dedi: «Bütün bunlara əməl edirəm. Daha nə edim?» 21 İsa ona dedi: «Əgər kamil bəndə olmaq istəyirsənsə, get, nəyin varsa, hamısını sat, kasıblara payla. Onda göydə xəzinən olacaq.+ Sonra mənim ardımca gəl».+ 22 Cavan bunu eşidəndə kədərlənib getdi, çünki çox dövlətli idi.+ 23 Onda İsa şagirdlərinə dedi: «Bəli, varlı adam üçün səmavi Padşahlığa girmək çox müşkül olacaq.+ 24 Bunu bilin ki, dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+

25 Şagirdlər bunu eşidəndə bərk təəccüblənib soruşdular: «Onda kim xilas ola bilər?»+ 26 İsa onların gözünün içinə baxıb dedi: «Bu, insan üçün mümkün deyil, amma Allah üçün hər şey mümkündür».+

27 Butrus ona dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?»+ 28 İsa onlara dedi: «Əmin olun, hər şey yeniləşəndə və insan Oğlu öz şanlı taxtına oturanda mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsinə hakimlik edəcəksiniz.+ 29 Mənim adım uğrunda evlərini, bacı-qardaşını, atasını, anasını, uşaqlarını və torpaqlarını qoyub gələn bundan yüzqat artığını alacaq və əbədi həyata qovuşacaq.+

30 Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq.+

20 Səmavi Padşahlıq səhər tezdən durub üzümlüyündə işləmək üçün adam tutmağa çıxan bir torpaq sahibinə bənzəyir.+ 2 O, işçilərlə gününü bir dinara* danışıb onları üzümlüyünə göndərdi. 3 Səhər saat doqquz radələrində* yenidən çıxdı və bazar meydanında bikar durmuş bir neçə adam görüb 4 onlara dedi: “Siz də üzümlüyə gedin. Haqqınızı verəcəyəm”. 5 Onlar getdilər. Torpaq sahibi həm günorta saat on iki, həm üç radələrində* çıxıb eyni şeyi etdi. 6 O, axşamüstü saat beş radələrində* də çıxıb işsiz duran adamları gördü və onlara dedi: “Niyə bütün günü boş-bikar durmusunuz?” 7 Onlar cavab verdilər: “Heç kəs bizə iş verməyib”. Torpaq sahibi onlara dedi: “Siz də üzümlüyümə gedin”.

8 Axşam düşəndə üzümlüyün sahibi nökərbaşıya dedi: “İşçiləri çağır və sonuncudan başlayıb birinciyə qədər hər kəsə zəhmət haqqını ver”.+ 9 Saat beşdən işləyənlər gəldilər və hərəsi bir dinar aldı. 10 İşə birinci başlayanlar isə elə düşünürdülər ki, daha çox alacaqlar. Amma onlara da bir dinar verildi. 11 Onlar pulu alanda torpaq sahibinə narazılıq etdilər: 12 “Bu axırıncılar cəmi bir saat işləyiblər. Biz isə bütün günü bu istidə əlləşib-vuruşmuşuq. Amma sən bizi onlara tay elədin”. 13 Torpaq sahibi onlardan birinə dedi: “Qardaş, mən sənə haqsızlıq etmirəm. Səninlə bir dinara danışmamışıq?+ 14 Haqqını al, çıx get. Mən axırıncılara da bu qədər vermək istəyirəm. 15 Özüm bilərəm, öz pulumla nə edirəm. Yoxsa əliaçıq olduğumu görüb paxıllığın tutur?”+ 16 Beləcə, axırıncılar birinci, birincilər də axırıncı olacaq».+

17 İsa Yerusəlimə qalxarkən on iki şagirdini kənara çəkib dedi:+ 18 «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək və onlar insan Oğlunu ölümə məhkum edəcəklər.+ 19 Onu başqa xalqlardan olan adamlara təslim edəcəklər, onlar da insan Oğlunu lağa qoyacaq, qamçılayıb dirəkdə edam edəcəklər.+ Amma o, üçüncü gündə diriləcək».+

20 Zəbədinin oğlanlarının anası oğlanlarını+ yanına alıb İsaya yaxınlaşdı və təzim edə-edə ondan nə isə xahiş etməyə başladı.+ 21 İsa ondan soruşdu: «Nə istəyirsən?» Qadın ona dedi: «Söz ver ki, Padşahlığında bir oğlum sənin sağında, o birisi solunda oturacaq».+ 22 İsa dedi: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içəcəyim camdan* içə bilərsiniz?»+ Onlar dedilər: «Bəli, içə bilərik». 23 Onda İsa dedi: «Mənim içəcəyim camdan içəcəksiniz,+ amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Atam bu yerləri kimin üçün hazırlayıbsa, onlar da orada oturacaqlar».+

24 Digər on şagird bu söhbəti eşidəndə iki qardaşa bərk hirsləndi.+ 25 Amma İsa onları yanına çağırıb dedi: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları onların üzərində ağalıq edir və rəhbərləri onlara başçılıq edirlər.+ 26 Amma sizin aranızda belə olmamalıdır.+ Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır,+ 27 birinci olmaq istəyən sizə nökərçilik etməlidir.+ 28 Axı insan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər,+ əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün gəlib».+

29 Onlar Əriha şəhərindən çıxanda onun ardınca çoxlu adam getdi. 30 Yol qırağında oturmuş iki kor İsanın o yoldan keçdiyini eşidəndə ucadan dedi: «Ağa, Davud Oğlu, bizə rəhm et!»+ 31 Ancaq camaat təpinərək onları susdurmağa çalışırdı. Onlar isə daha bərkdən qışqırırdılar: «Ağa, Davud Oğlu, bizə rəhm et!» 32 İsa ayaq saxladı, onları yanına çağırıb soruşdu: «Nə istəyirsiniz? Sizin üçün nə edim?» 33 Onlar dedilər: «Ağa, gözlərimizi aç». 34 İsanın bu adamlara yazığı gəldi və onların gözlərinə toxundu.+ Korların gözləri dərhal açıldı və onlar İsanın ardınca getdilər.

21 Onlar Yerusəlimə yaxınlaşırdılar. Zeytun dağında yerləşən Beytfəciyə çatanda İsa iki şagirdini qabağınca göndərib+ 2 onlara tapşırdı: «Qarşıdakı kəndə gedin. Kəndə girəndə payaya bağlanmış bir eşşək və yanında bir qoduq görəcəksiniz. Onları açıb yanıma gətirin. 3 İşdir, kimsə sizə bir söz desə, deyin ki, Ağaya lazımdır. Onda həmin adam dərhal heyvanları sizə verəcək».

4 Beləcə, peyğəmbər vasitəsilə söylənilmiş bu sözlər yerinə yetdi: 5 «Sion qızına xəbər verin: “Bax! Sənin padşahın gəlir.+ O, həlimdir,+ eşşəyə, bir yük heyvanının balası qoduğa minib yanına gəlir”».+

6 Şagirdlər gedib hər şeyi İsanın tapşırdığı kimi etdilər.+ 7 Onlar eşşəyi və qoduğu İsanın yanına gətirdilər. Sonra üst paltarlarını çıxarıb heyvanların belinə qoydular və İsa paltarların üstündə oturdu.+ 8 Bir çoxları üst paltarlarını yerə sərir,+ digərləri ağac budaqları kəsib yola düzürdü. 9 İsanın qabağınca və arxasınca gedən adamlar ucadan deyirdilər: «Yalvarırıq, Davud Oğlunu qurtar!+ Yehovanın adı ilə gələnə eşq olsun!+ Ey göylərdə yaşayan Rəbbimiz, yalvarırıq, onu qurtar!»+

10 İsa Yerusəlimə girəndə şəhərdə canlanma yarandı. Şəhər əhli bir-birindən soruşurdu: «Bu kimdir?» 11 Camaat isə onlara deyirdi: «Bu, Cəlilənin Nasirə şəhərindən olan İsa peyğəmbərdir!»+

12 İsa məbədə girib oradakı bütün alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini çevirib dedi:+ 13 «Yazılıb: “Mənim evim dua evi adlanacaq”.+ Siz isə onu quldur yuvasına döndərmisiniz».+ 14 O, məbəddə olarkən yanına korlar və topallar gəldi və İsa onları sağaltdı.

15 Böyük kahinlər və mirzələr İsanın etdiyi möhtəşəm işləri görəndə və məbəddəki oğlanların «yalvarırıq, Davud Oğlunu qurtar»+ sədalarını eşidəndə bərk hirsləndilər+ və 16 İsaya dedilər: «Bunların nə dediyini eşidirsən?» İsa cavab verdi: «Bəli, eşidirəm. Məgər “Uşaqların və körpələrin dili ilə həmd səsləndirdin” sözlərini heç vaxt oxumamısınız?»+ 17 İsa onları qoyub şəhərdən çıxdı, Beytaniyyəyə gəldi və gecəni orada qaldı.+

18 İsa səhər tezdən şəhərə qayıdanda acdı.+ 19 O, yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Lakin ağacda yarpaqdan başqa bir şey tapmadı.+ Onda İsa ağaca dedi: «Qoy səndə heç vaxt meyvə bitməsin».+ Əncir ağacı dərhal qurudu. 20 Şagirdlər bunu görəndə çox təəccübləndilər və dedilər: «Əncir ağacı birdən-birə necə qurudu?»+ 21 İsa onlara cavab verdi: «Bunu bilin, əgər imanınız varsa və şübhə etmirsinizsə, siz nəinki əncir ağacına etdiyimi edəcəksiniz, hətta bu dağa: “Qalx, dənizə atıl”, — deyəcəksiniz və o atılacaq.+ 22 İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alacaqsınız».+

23 İsa məbədə gəlib vəz edəndə böyük kahinlər və xalqın ağsaqqalları yaxınlaşıb dedilər: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»+ 24 İsa onlara cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Əgər mənə cavab versəniz, onda mən də bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. 25 Deyin görüm Yəhyaya vəftiz etmək ixtiyarını kim vermişdi: Allah, yoxsa insanlar?» Onlar öz aralarında götür-qoy etməyə başladılar: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs niyə ona inanmadınız?”+ 26 “İnsanlar vermişdi” də deyə bilmərik, çünki camaatdan qorxuruq, axı xalq Yəhyanı peyğəmbər bilir». 27 Odur ki, İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm.

28 Necə fikirləşirsiniz? Bir adamın iki övladı var idi. Bir gün o, böyük oğluna yaxınlaşıb dedi: “Bala, get bu gün üzümlükdə işlə”. 29 Oğlan cavab verdi: “Getmirəm”. Amma sonradan dediyinə peşman olub getdi. 30 Ata eyni şeyi kiçik oğluna da dedi. Bu oğul isə belə cavab verdi: “Baş üstə, ağa, gedərəm”. Amma getmədi. 31 İndi deyin görüm bu iki oğuldan hansı biri atasının istəyini yerinə yetirdi?» Onlar cavab verdilər: «Böyüyü». İsa onlara dedi: «Bunu bilin ki, vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girəcəklər. 32 Yəhya gəlib sizə salehlik yolunu göstərdi, siz isə ona inanmadınız. Ancaq vergiyığanlar və fahişələr ona inandı.+ Siz isə bunları görə-görə yenə də peşman olub ona inanmadınız.

33 Başqa bir məsələ qulaq asın: bir torpaq sahibi var idi. O, üzüm bağı saldı,+ ətrafını çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi+ və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı.+ 34 Məhsulu yığmaq vaxtı gələndə torpaq sahibi bağın barından ona düşən payı almaq üçün nökərlərini bağbanların yanına göndərdi. 35 Ancaq bağbanlar nökərləri tutub birini döydülər, o birisini öldürdülər, digərini isə daşa basdılar.+ 36 Torpaq sahibi ikinci dəfə onların yanına əvvəlkindən çox nökər göndərdi, amma bağbanlar bunlarla da eyni cür rəftar etdilər.+ 37 Axırda torpaq sahibi “yəqin oğluma hörmətlə yanaşarlar” deyib oğlunu göndərdi. 38 Bağbanlar sahibin oğlunu görəndə bir-birilərinə dedilər: “Bu varisdir.+ Gəlin onu öldürək, miras bizim olsun!” 39 Bağbanlar onu tutub bağdan bayıra atdılar və öldürdülər.+ 40 Sizcə, bağın sahibi gələndə bağbanlara nə edəcək?» 41 Onlar cavab verdilər: «Bütün bu pis əməllərinə görə onların axırı da pis olacaq. Torpaq sahibi üzüm bağını başqa bağbanlara icarəyə verəcək. Onlar vaxtlı-vaxtında torpaq sahibinə məhsulunu verəcəklər».

42 İsa onlara dedi: «Məgər Müqəddəs Yazılarda: “Bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu.+ Bunu edən Yehovadır, biz buna heyran qalmışıq”,+ — sözlərini heç oxumamısınız? 43 Buna görə də eşidin və agah olun, Allahın Padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək. 44 Həmçinin bunu da bilin ki, bu daşın üstünə yıxılan hər kəs tikə-parça olacaq.+ Bu daş kimin üstünə düşsə, onu tələf edəcək».+

45 Böyük kahinlər və fərisilər bu məsəli eşidəndə başa düşdülər ki, İsa onlar haqqında danışır.+ 46 Onlar İsanı tutmaq istəyirdilər, amma camaatdan qorxurdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.+

22 İsa sözünə məsəllərlə davam etdi: 2 «Səmavi Padşahlıq oğlu üçün toy edən+ bir padşaha bənzəyir. 3 Padşah dəvət etdiyi qonaqları toy ziyafətinə çağırmaq üçün nökərlərini göndərdi. Lakin qonaqlar gəlmək istəmədilər.+ 4 Padşah bu dəfə başqa nökərləri göndərdi və onlara dedi: “Gedin qonaqlara belə deyin: “Naharı hazırlamışam, cöngələr, bəslənmiş heyvanlar artıq kəsilib, hər şey hazırdır. Buyurun ziyafətə gəlin”. 5 Lakin onlar dəvəti veclərinə almadılar. Kimisi tarlasında işləməyə getdi, kimisi də başqa işinin dalınca getdi.+ 6 Qalanları isə nökərləri tutub döydülər və öldürdülər.

7 Padşah bərk qəzəbləndi. Ordusunu göndərib qatilləri məhv etdi, şəhərlərini də yandırdı.+ 8 Sonra nökərlərinə dedi: “Toy ziyafəti hazırdır, lakin qonaqlar məclisdə iştirak etməyə layiq olmadılar.+ 9 Buna görə də şəhərdən çıxan yollara gedin, kimi tapsanız hamını ziyafətə çağırın”.+ 10 Nökərlər yollara çıxdılar və tapdıqları adamların hamısını: pisləri də, yaxşıları da yığıb məclisə gətirdilər. Toyxana qonaqlarla doldu.

11 Padşah qonaqlara baxmaq üçün içəri girdi. Birdən onun gözünə toy libası geyməmiş bir adam sataşdı. 12 Padşah ona dedi: “Qardaş, əynində toy libası olmaya-olmaya içəri necə girmisən?” O dinmədi. 13 Onda padşah nökərlərinə əmr etdi: “Bunun əl-ayağını bağlayıb çölə, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”.

14 Çünki dəvət edilənlər çox, seçilənlər isə azdır».

15 Fərisilər oradan çıxıb onu sözdə tutmaq üçün aralarında məşvərət etdilər.+ 16 Onlar öz şagirdlərini və Hirodun ardıcıllarını+ bu sözlərlə İsanın yanına göndərdilər: «Ustad, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, kiminsə rəğbətini qazanmağa çalışmırsan, çünki insanın hansı təbəqədən olması səni maraqlandırmır. 17 Necə bilirsən, Sezara can vergisi ödəmək düzgündür, ya yox?» 18 Onların pis niyyətlərindən agah olan İsa dedi: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? 19 Vergini ödədiyiniz sikkəni mənə göstərin». Ona bir dinar* verdilər. 20 İsa onlara dedi: «Burada kimin surəti və titulu həkk olunub?» 21 Onlar cavab verdilər: «Sezarın». Onda İsa dedi: «Elə isə, Sezara məxsus şeyləri Sezara, Allaha məxsus şeyləri Allaha verin».+ 22 Onlar bu sözlərə məəttəl qaldılar və çıxıb getdilər.

23 Həmin gün dirilməyə inanmayan saddukilər+ İsanın yanına gəlib soruşdular:+ 24 «Ustad, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalıdır ki, qardaşının nəsli kəsilməsin”.+ 25 Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. 26 O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. 27 Hamısından axırda qadın da öldü. 28 İndi görəsən, diriləndən sonra həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadınla evlənmişdi».

29 İsa onlara cavab verdi: «Siz yanılırsınız, çünki nə Müqəddəs Yazılardan, nə də Allahın qüdrətindən xəbəriniz yoxdur.+ 30 Diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar.+ 31 O ki qaldı ölülərin dirilməyinə, məgər Allahın sizə: 32 “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”,+ — dediyini oxumamısınız? Bəli, O, ölülərin yox, dirilərin Allahıdır».+ 33 Bunu eşidən camaat onun sözlərinə heyran qaldı.+

34 Fərisilər İsanın saddukiləri susdurduğunu eşidəndə yığışıb onun yanına gəldilər. 35 Onların arasından bir qanunşünas qalxıb İsanı sınamaq məqsədilə soruşdu: 36 «Ustad, Tövratda* ən böyük əmr hansıdır?»+ 37 İsa cavab verdi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev”.+ 38 Bu, birinci və ən böyük əmrdir. 39 İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”.+ 40 Bütün Tövrat və Peyğəmbərlərin kitabı bu iki əmrin üzərində durur».+

41 Bir dəfə fərisilər bir yerə toplaşmışdılar. İsa onlardan soruşdu:+ 42 «Məsih haqqında nə düşünürsünüz? O, kimin oğludur?» Onlar cavab verdilər: «Davudun».+ 43 İsa onlara dedi: «Necə olur ki, Davud ilham alaraq+ onu “Ağa” adlandırıb deyir: 44 “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”?+ 45 Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»+ 46 Heç kəs bunun qarşısında İsaya bir kəlmə söz deyə bilmədi və o gündən etibarən, heç kim cürət edib onu sorğu-suala tutmadı.

23 Sonra İsa xalqa və şagirdlərinə müraciət edib dedi: 2 «Mirzələr və fərisilər Musanın yerində oturublar. 3 Buna görə də dedikləri hər şeyə əməl edin, lakin gördükləri işləri görməyin. Çünki onlar deyirlər, amma etmirlər.+ 4 Onlar insanların çiyninə ağır yük qoyurlar,+ özləri isə bu yükü qaldırmaq üçün barmaqlarını da tərpətmək istəmirlər.+ 5 Hər bir işi özlərini camaata göstərmək üçün edirlər.+ Onlar həmail kimi taxdıqları ayə qutucuqlarını genişləndirir,+ paltarlarının saçaqlarını uzadırlar.+ 6 Onlar məclislərdə yuxarı başda, sinaqoqlarda qabaq cərgələrdə oturmağı sevirlər,+ 7 bazar meydanlarında camaatdan salam almağı, insanların onları “Rabbi”* çağırmağını xoşlayırlar. 8 Amma siz qoymayın sizi “Rabbi” çağırsınlar, çünki sizin bir Ustadınız+ var, siz isə bir-birinizə qardaşsınız. 9 Həmçinin yer üzündə heç kəsi “Ata”* çağırmayın, çünki bir Atanız var,+ O da göydədir. 10 Qoymayın sizi rəhbər adlandırsınlar, çünki bir Rəhbəriniz var, o da Məsihdir. 11 Ancaq aranızda ən böyük kimdirsə, qoy sizə nökər olsun.+ 12 Özünü yüksəldən alçaldılacaq,+ özünü alçaldan yüksəldiləcək.+

13 Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz səmavi Padşahlığın qapılarını insanların üzünə bağlayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri qoyursunuz.+ 14 *⁠——

15 Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər!+ Çünki siz dənizləri keçir, ölkələri dolaşırsınız ki, heç olmasa bir adamı dininizə döndərəsiniz. Lakin buna müvəffəq olanda o adamı özünüzdən də beşbetər Hinnom vadisinə* məhkum edirsiniz.

16 Vay sizin halınıza, kor bələdçilər!+ Siz deyirsiniz: “Əgər kimsə məbədə and içirsə, eybi yox, amma kimsə məbəddəki qızıla and içirsə, andını mütləq yerinə yetirməlidir”.+ 17 Ey ağılsızlar və korlar! Hansı daha böyükdür: qızıl, yoxsa qızılı müqəddəs edən məbəd? 18 Həmçinin belə deyirsiniz: “Əgər kimsə qurbangaha and içirsə, eybi yox, amma qurbangahın üstündəki bəxşişə and içən mütləq andını yerinə yetirməlidir”. 19 Korlar! Hansı daha böyükdür: bəxşiş, yoxsa bəxşişi müqəddəs edən qurbangah? 20 Ona görə də qurbangaha and içən həm qurbangaha, həm də onun üstündəki şeylərə and içir. 21 Məbədə and içən həm məbədə, həm də onun içində məskən salana and içir,+ 22 göyə and içən Allahın taxtına və o taxtda oturana and içir.

23 Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz nanə, şüyüd və cirənin onda birini verirsiniz,+ lakin Tövratdakı* daha vacib məsələlərə: haqq-ədalətə,+ mərhəmətə+ və sədaqətə fikir vermirsiniz. Ondabiri verməli idiniz, amma bunları da kənara atmamalıydınız.+ 24 Ağcaqanadı süzgəclə ayırıb,+ dəvəni diri-diri udan,+ kor bələdçilər!+

25 Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər! Çünki siz camı və boşqabı üstdən təmizləyirsiniz,+ amma onların içi acgözlüklə+ və kef-səfa ilə doludur.+ 26 Ey kor fərisi, əvvəlcə camın və boşqabın içini təmizlə, onda onların üstü də təmiz olacaq.

27 Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər!+ Çünki siz ağardılmış qəbirləri xatırladırsınız.+ Onlar zahirən qəşəng görünürlər, amma içəridən ölü sümükləri və hər cür natəmizliklə doludurlar. 28 Eynilə də siz, qıraqdan saleh görünürsünüz, amma daxildən riyakarlıq və qanunsuzluqla dolusunuz.+

29 Vay sizin halınıza, mirzələr və fərisilər, ikiüzlülər!+ Çünki siz peyğəmbərlər üçün türbələr ucaldırsınız, salehlərin sərdabələrini bəzəyirsiniz+ 30 və deyirsiniz: “Biz dədə-babalarımızın vaxtında yaşasaydıq, onlarla əlbir olmazdıq, peyğəmbərlərin qanını tökməzdik”. 31 Bu sözlərlə siz öz əleyhinizə şahidlik edirsiniz ki, peyğəmbərləri qətlə yetirmiş adamların övladlarısınız.+ 32 Neynək, dədə-babalarınızın başladığı işi axıra çatdırın!

33 Siz, ey ilanlar, əfi ilan balaları!+ Hinnom vadisinə* məhkumiyyətdən canınızı necə qurtaracaqsınız?+ 34 Buna görə də yanınıza peyğəmbərləri,+ arifləri və müəllimləri göndərirəm.+ Onlardan bəzilərini öldürəcək,+ dirəkdə edam edəcəksiniz, bəzilərini isə sinaqoqlarınızda qamçılayacaq və bir şəhərdən o biri şəhərə qovacaqsınız.+ 35 Beləcə, saleh Habilin qanından tutmuş+ məbədlə qurbangahın arasında öldürdüyünüz Bərəkya oğlu Zəkəriyyənin qanına kimi, yer üzündə axıtdığınız bütün salehlərin qanına görə günahkar sayılacaqsınız.+ 36 Bilin və agah olun, bütün bu günahlara görə bu nəsil cavab verəcək.

37 Eh, Yerusəlim, Yerusəlim! Peyğəmbərləri qətlə yetirən, sənə göndərilənləri daşa basan Yerusəlim!+ Toyuq cücələrini qanadının altına topladığı kimi, mən də dəfələrlə sənin övladlarını bir yerə yığmaq istədim. Amma siz istəmədiniz!+ 38 Buna görə də Allah bu məbədi tərk edəcək*.+ 39 Bunu bilin, siz: “Yehovanın adı ilə gələnə eşq olsun!” — deyənə qədər bir daha məni görməyəcəksiniz».+

24 İsa məbəddən çıxıb gedərkən şagirdləri yaxınlaşıb ona məbədin binalarını göstərməyə başladılar. 2 İsa onlara dedi: «Bütün bunları görürsünüz? Bunu bilin ki, burada daş daş üstə qalmayacaq, hər şey dağılacaq».+

3 İsa Zeytun dağında oturarkən şagirdləri təklikdə onun yanına gəlib soruşdular: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna*+ və o dövrün yekununa* əlamət nə olacaq?»+

4 İsa onlara cavab verdi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.+ 5 Çünki çoxları mənim adımla gəlib “Məsih mənəm” deyəcək və çoxlarını aldadacaq.+ 6 Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz. Təşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil.+

7 Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq.+ Gah burada, gah orada qıtlıq,+ zəlzələlər olacaq.+ 8 Bütün bunlar bəlaların* başlanğıcıdır.

9 Sizə əziyyət verəcəklər,+ sizi öldürəcəklər.+ Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək.+ 10 Bundan əlavə, çoxları iman yolundan dönəcək, bir-birini satacaq və bir-birinə nifrət edəcək. 11 Çoxlu yalançı peyğəmbər peyda olub bir çoxlarını aldadacaq.+ 12 Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq. 13 Lakin axıra kimi dözən xilas olacaq.+ 14 Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə+ bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək.

15 Buna görə də Dənyal peyğəmbərin dediyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu görəndə+ (oxuyan dərk etsin) 16 qoy Yəhudiyyədə olanlar dağlara qaçsın.+ 17 Evin damında olan əşyaları götürmək üçün evə düşməsin. 18 Tarlada olan üst paltarını götürmək üçün evə qayıtmasın. 19 O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına! 20 Dua edin ki, qaçmağınız qışa və ya şənbə gününə təsadüf etməsin. 21 Çünki o vaxt elə böyük müsibət olacaq ki,+ beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq.+ 22 O günlər qısaldılmasaydı, heç kəs xilas ola bilməzdi. Ancaq seçilmişlərə görə o günlər qısaldılacaq.+

23 O vaxt sizə desələr ki, “Məsih buradadır!”+ yaxud “oradadır!” inanmayın.+ 24 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər+ peyda olacaq. Onlar böyük əlamətlər və möcüzələr göstərəcəklər ki,+ mümkünsə, seçilmişləri də yoldan çıxartsınlar. 25 Mən sizi xəbərdar etdim. 26 Buna görə də sizə: “Baxın, o, çöllükdədir”, — desələr, getməyin. “Baxın, o, içəri otaqlardadır”, — desələr, inanmayın.+ 27 Necə ki şimşək şərqdə çaxıb qərbə kimi göyün üzünü işıqlandırır, insan Oğlunun hüzuru zamanı da belə olacaq.+ 28 Cəsəd haradadırsa, qartallar da ora yığışacaq.+

29 O günlərdəki müsibətdən dərhal sonra günəş zülmətə qərq olacaq,+ ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq.+ 30 Sonra göydə insan Oğlunun rəmzi peyda olacaq. Yer üzünün bütün qəbilələri kədər içində sinə döyəcək,+ insan Oğlunun+ qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcək.+ 31 O, güclü kərənay səsi ilə öz mələklərini göndərəcək və onlar dünyanın dörd tərəfindən, göyün bir ucundan o biri ucunadək Onun seçdiklərini yığacaqlar.+

32 Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır.+ 33 Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır.+ 34 Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək. 35 Yer-göy yox olub gedəcək, amma mənim sözlərim qalacaq.+

36 O günü və saatı heç kəs bilmir:+ nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir.+ 37 Çünki Nuhun vaxtında+ necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq.+ 38 O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi.+ 39 Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular.+ İnsan Oğlunun hüzuru zamanı da belə olacaq. 40 O vaxt iki nəfər tarlada olacaq, biri götürüləcək, o birisi qalacaq. 41 İki qadın əldəyirmanında dən üyüdəcək, biri götürüləcək, o birisi qalacaq.+ 42 Buna görə də oyaq qalın, çünki Ağanızın hansı gün gələcəyini bilmirsiniz.+

43 Bunu da bilin ki, ev sahibi oğrunun nə vaxt gələcəyini bilsəydi,+ oyaq qalardı və evinin yarılmasına yol verməzdi.+ 44 Bunun üçün siz də hazır olun,+ çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək.

45 Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək üçün ağanın onların üzərinə qoyduğu sadiq və ağıllı* nökər, görəsən, kimdir?+ 46 Ağası gələndə onu iş başında tapsa, xoş onun halına!+ 47 Əmin olun, ağası bütün əmlakının idarəsini ona tapşıracaq.

48 Yox əgər o nökər yaramazlıq edib ürəyində: “Ağam gecikir”,+ — deyərsə, 49 qalan nökərləri döyər və əyyaşlarla yeyib-içərsə, 50 ağası onun gözləmədiyi bir gündə və bilmədiyi saatda gəlib+ 51 ona ağır cəza verəcək və onu ikiüzlülərin yanına atacaq. Yaramaz nökər orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq.+

25 Səmavi Padşahlıq çıraqlarını+ götürüb bəyi qarşılamağa çıxan on qıza bənzəyir.+ 2 Onlardan beşi ağılsız, beşi isə ağıllı idi.+ 3 Ağılsız qızlar çıraqlarını götürmüşdülər, amma yağ götürməmişdilər. 4 Ağıllı qızlar isə çıraqlarla birgə yağ qablarını da doldurub özləri ilə götürmüşdülər. 5 Bəy yubandığı üçün qızlar mürgüləyib yuxuya getdilər. 6 Birdən gecə yarısı kimsə qışqırdı: “Bəy gəlir! Bəyin qabağına çıxın”. 7 Onda qızların hamısı durub çıraqlarını qaydaya saldı.+ 8 Ağılsız qızlar ağıllılara dedilər: “Çıraqlarımız sönür, yağınızdan bir az bizə də verin”. 9 Ağıllı qızlar belə cavab verdilər: “Birdən yağ nə sizə çatar, nə bizə. Yaxşısı budur gedin, yağ satanlardan alın”. 10 Onlar yağ almağa getdikləri vaxt bəy gəlib çıxdı. O qızlar ki hazır idi, bəylə toy məclisinə+ girdilər və qapı bağlandı. 11 Bir qədər sonra o biri qızlar da gəlib: “Ağa, ağa, bizik, qapını aç!”+ — deyə çağırdılar. 12 Bəy onlara dedi: “Mən sizi tanımıram”.

13 Buna görə də oyaq qalın,+ çünki o günü və o saatı bilmirsiniz.+

14 Padşahlıq həmçinin başqa ölkəyə getməyə hazırlaşan bir adama bənzəyir. O adam nökərlərini yanına çağırıb əmlakının idarəsini onlara həvalə etdi.+ 15 O, nökərlərin bacarığını nəzərə alaraq, birinə beş, o birisinə iki, digərinə isə bir talant* verib yola çıxdı. 16 Beş talant almış nökər dərhal gedib pulu dövriyyəyə buraxdı və daha beş talant qazandı. 17 Eynilə, iki talant almış nökər də daha iki talant qazandı. 18 Bir talant almış nökər isə gedib ağasının verdiyi gümüş pulu torpağa basdırdı.

19 Xeyli vaxt keçəndən sonra ağa geri qayıtdı və nökərlərdən hesabat tələb etdi.+ 20 Beş talant almış nökər qazandığı beş talantı da özü ilə gətirib dedi: “Ağa, sən mənə beş talant əmanət etmişdin. Bax, mən beş talant da qazanmışam”.+ 21 Ağası ona dedi: “Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm.+ Gəl, sən də ağanla birgə sevin!”+ 22 Sonra iki talant almış nökər irəli çıxıb dedi: “Ağa, sən mənə iki talant əmanət etmişdin. Bax, mən iki talant da qazanmışam”.+ 23 Ağası ona dedi: “Afərin, mənim qoçaq, sadiq nökərim! Sən xırda işdə sədaqətini göstərdin, buna görə sənə çox şey həvalə edəcəyəm. Gəl, sən də ağanla birgə sevin!

24 Axırda bir talant almış nökər irəli çıxıb dedi: “Ağa, mən bilirdim ki, sən tələbkar adamsan. Əkmədiyin yerdən biçirsən, səpmədiyin yerdən yığırsan.+ 25 Buna görə də səndən qorxdum və gedib verdiyin talantı torpaqda gizlətdim. Al, bu da sənin pulun”. 26 Ağası ona dedi: “Ay yaramaz, tənbəl nökər! Axı sən bilirdin ki, mən əkmədiyim yerdən biçən, səpmədiyim yerdən yığan adamam. 27 Onda nəyə görə pulumu dövriyyəyə buraxmadın ki, mən gələndə pulumu faizlə götürüm?”

28 Sonra ağa nökərlərinə dedi: “Pulu bundan alın, on talantı olana verin.+ 29 Çünki kimdə varsa, ona daha çox veriləcək və o adamda bolluq olacaq. Ancaq kimdə yoxdursa, əlindəki də alınacaq.+ 30 Bu yaramaz nökəri isə bayıra, zülmətə atın. O, orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq”.

31 İnsan Oğlu+ bütün mələklərlə birgə öz calalında gəlib+ şanlı taxtına əyləşəcək. 32 Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq. 33 Qoyunları+ sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq.+

34 Onda Padşah sağındakılara deyəcək: “Ey Atamın mübarək bəndələri! Gəlin, bəşərin təməli qoyulandan bəri sizin üçün hazırlanmış Padşahlığı miras alın. 35 Çünki acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz;+ 36 çılpaq idim, məni geyindirdiniz;+ naxoşlamışdım, mənə baxdınız; dustaq idim, yanıma gəldiniz”.+ 37 Onda salehlər ona deyəcəklər: “Ağa, biz səni nə vaxt ac görüb yedizdirmişik və ya susuz görüb su vermişik?+ 38 Haçan qərib olduğunu görüb sənə qonaqpərvərlik göstərmişik, ya da səni çılpaq görüb geyindirmişik? 39 Səni nə vaxt xəstə və ya dustaq görüb yanına gəlmişik?” 40 Padşah onlara cavab verəcək: “Bunu bu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz”.+

41 Sonra o, solundakılara deyəcək: “Rədd olun buradan,+ lənətə gəlmişlər! İblis və onun mələkləri+ üçün hazırlanmış əbədi alova+ gedin! 42 Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə su vermədiniz; 43 qərib idim, mənə qonaqpərvərlik göstərmədiniz; çılpaq idim, məni geyindirmədiniz; naxoşlamışdım və dustaq idim, amma mənə baxmadınız”. 44 Onlar soruşacaqlar: “Ağa, biz səni nə vaxt ac, susuz, qərib, çılpaq, xəstə və ya dustaq görüb sənə qulluq etmədik?” 45 Onda padşah onlara deyəcək: “Madam ki bunu bu kiçiklərdən birinə etmədiniz, deməli, mənə də etməmisiniz”.+ 46 Bunlar əbədilik məhv ediləcəklər,+ salehlər isə əbədi həyata qovuşacaqlar».+

26 İsa bunları deyib qurtarandan sonra şagirdlərinə söylədi: 2 «Siz bilirsiniz ki, iki gündən sonra Pasxa bayramıdır,+ insan Oğlu ələ verilib dirəkdə edam ediləcək».+

3 Böyük kahinlər və xalqın ağsaqqalları Qayafa+ adlı baş kahinin həyətində yığışdılar. 4 Onlar İsanı tutub öldürmək üçün hiylə qururdular.+ 5 Amma deyirdilər: «Bayramda olmasın, yoxsa xalq ayağa qalxar».

6 İsa Beytaniyyədə, cüzamlı Şimonun evində+ 7 süfrədə əyləşərkən bir qadın əlində qab* ona yaxınlaşdı. Qabın içində bahalı ətirli yağ vardı. Qadın yağı İsanın başına tökməyə başladı. 8 Şagirdlər bunu görəndə əsəbiləşdilər: «Bu boyda israfçılıq olar? 9 Bu yağı baha qiymətə satıb pulunu kasıblara paylamaq olardı». 10 Bundan agah olan İsa dedi: «Bu qızdan nə istəyirsiniz? O, mənim üçün savab iş gördü. 11 Kasıblar həmişə yanınızdadır,+ mən isə həmişə yanınızda olmayacağam.+ 12 O, yağı üstümə tökməklə məni dəfnə hazırladı.+ 13 İnanın, müjdə dünyanın harasında təbliğ olunsa, bu qadının gördüyü işdən danışıb onu yad edəcəklər».+

14 Onda on iki həvaridən biri, Yəhuda İskəryut+ böyük kahinlərin yanına gedib+ 15 dedi: «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?»+ Onlar Yəhudaya otuz gümüş pul boyun oldular.+ 16 O, həmin vaxtdan etibarən, İsanı ələ vermək üçün fürsət axtarmağa başladı.

17 Mayasız çörək+ bayramının ilk günü şagirdlər İsaya yaxınlaşıb dedilər: «Sənin üçün Pasxa yeməyini harada hazırlayaq?»+ 18 O dedi: «Şəhərə gedib filankəsi tapın və ona çatdırın ki, Ustad belə deyir: “Vaxtım yaxınlaşdı. Pasxa bayramını şagirdlərimlə birgə sənin evində keçirəcəyəm”». 19 Şagirdlər hər şeyi İsanın dediyi kimi etdilər və Pasxa üçün hazırlıq gördülər.

20 Axşam düşəndə+ İsa on iki şagirdi ilə süfrəyə əyləşdi.+ 21 Şam yeməyi zamanı İsa dedi: «Bunu bilin ki, sizlərdən biri məni satacaq».+ 22 Şagirdlər bunu eşidəndə bərk kədərləndilər və bir-bir ondan soruşmağa başladılar: «Ağa, bu mənəm?» 23 İsa cavab verdi: «Mənimlə bir qaba çörək batıran məni satacaq.+ 24 Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi gedir, amma vay onu satanın halına!+ O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı».+ 25 Onu satmağa hazırlaşan Yəhuda da soruşdu: «Rabbi*, bu mənəm?» İsa ona cavab verdi: «Bunu özün dedin».

26 Onlar hələ yemək yeyərkən İsa çörək götürüb Allaha şükür etdi və çörəyi bölüb+ şagirdlərinə verdi. Sonra dedi: «Götürün, yeyin. Bu, mənim bədənimi təmsil edir».+ 27 O həmçinin bir cam götürüb Allaha şükür etdi və şagirdlərə verib dedi: «Bundan hamınız için.+ 28 Bu, bir çoxlarının günahını əfv etmək üçün+ axıdılacaq qanımı,+ “əhd qanını”+ təmsil edir. 29 Bunu bilin ki, Atamın Padşahlığında sizinlə birlikdə təzə şərab içəcəyim günə qədər dilimə əsla şərab vurmayacağam».+ 30 Axırda onlar mədh nəğmələri* oxuyub Zeytun dağına yollandılar.+

31 İsa onlara dedi: «Bu gecə hamınız məndən üz döndərəcəksiniz. Çünki yazılıb: “Çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq”.+ 32 Amma diriləndən sonra mən sizin qabağınızca Cəliləyə gedəcəyəm».+ 33 Butrus dedi: «Hamı səndən üz döndərsə də, mən ömrümdə səndən üz döndərmərəm!»+ 34 İsa ona dedi: «Bunu bil ki, bu gecə, xoruz banlamazdan əvvəl sən üç dəfə məni danacaqsan».+ 35 Butrus yenə dedi: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni danmaram».+ O biri şagirdlər də eyni şeyi deyirdilər.

36 Sonra İsa şagirdləri ilə birlikdə Getsemani adlanan yerə gəldi+ və onlara dedi: «Siz burada oturun, mən isə gedim dua edim».+ 37 İsa Butrusu və Zəbədinin iki oğlunu özü ilə götürdü. O, bərk kədərləndi, dərin iztirab keçirdi.+ 38 Sonra onlara dedi: «Kədərim hədsizdir, dözülməzdir. Siz burada durun, mənimlə birgə oyaq qalın».+ 39 Özü isə bir az irəli gedib üzüstə yerə qapandı və dua etməyə başladı:+ «Ata, əgər mümkünsə, bu camı*+ məndən kənar et. Fəqət qoy mən istəyən kimi yox, Sən istəyən kimi olsun».+

40 İsa şagirdlərinin yanına qayıdanda gördü ki, onlar yatıblar. O, Butrusa dedi: «Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz?+ 41 Sayıq olun+ və daima dua edin ki,+ günaha yol verməyəsiniz.+ Bəli, ruh* şövqlü, cisim* isə zəifdir».+ 42 İsa təzədən onlardan uzaqlaşıb dua etməyə başladı: «Ata, əgər bu camdan içməməyim, onun məndən yan keçməsi mümkün deyilsə, qoy Sən istəyən kimi olsun».+ 43 Şagirdlərin isə gözləri bağlanırdı. İsa qayıdanda gördü ki, onlar yatırlar. 44 İsa yenə onları qoyub uzaqlaşdı, üçüncü dəfə də eyni sözlərlə dua etdi. 45 Sonra o, şagirdlərinin yanına gəlib dedi: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! İnsan Oğlunun günahlıların əlinə veriləcəyi saat yetişdi. 46 Durun gedək. Xain yaxınlaşır». 47 İsa sözünü qurtarmamış on iki həvaridən biri olan Yəhuda böyük kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi böyük bir izdihamla ora gəldi. Onlar qılınc və dəyənəklə silahlanmışdılar.+

48 Xain onlara demişdi: «Kimi öpsəm, İsa odur. Onu tutarsınız». 49 O, düz İsaya yaxınlaşıb: «Salam, Rabbi!» — dedi və onu nəvazişlə öpdü. 50 Amma İsa ona dedi: «Sən burada nə gəzirsən?»+ Bu zaman İsaya yaxınlaşıb onu tutdular. 51 Bu dəm İsa ilə olanlardan biri qılıncını çəkdi və vurub baş kahinin nökərinin qulağını kəsdi.+ 52 İsa ona dedi: «Qılıncını qaytar qoy qınına.+ Qılınc götürən hər kəs qılıncdan öləcək.+ 53 Yoxsa elə bilirsən, mən Atama yalvara bilmərəm ki, elə bu dəqiqə köməyimə minlərlə* mələk göndərsin?+ 54 Bəs onda Müqəddəs Yazılar necə yerinə yetər? Axı orada yazılıb ki, hər şey məhz bu cür olmalıdır». 55 Sonra İsa üzünü izdihama tutub dedi: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz? Hər gün məbəddə oturub vəz edəndə+ məni həbs etmirdiniz.+ 56 Lakin bütün bunlar peyğəmbərlərin sözləri yerinə yetsin deyə, baş verir».+ Onda şagirdlərin hamısı onu qoyub qaçdı.+

57 İsanı həbs edənlər onu baş kahin Qayafanın+ yanına gətirdilər. Mirzələr və ağsaqqallar da bura toplaşmışdılar.+ 58 Butrus bir qədər aralıdan İsanın dalınca gəlirdi. O, baş kahinin həyətinə çatdı, içəri girib qulluqçularla oturdu və bu işin nə ilə qurtaracağını gözləməyə başladı.+

59 Bu vaxt böyük kahinlər və bütün Sinedrion* İsanı ölümə məhkum etmək üçün böhtan* axtarırdı,+ 60 lakin tapa bilmirdi, halbuki çoxlu yalançı şahid gəlirdi.+ Nəhayət, iki nəfər gəlib 61 dedi: «Bu adam deyirdi: “Mən Allahın məbədini yıxıb üç günə tikərəm”».+ 62 Onda baş kahin ayağa qalxıb İsadan soruşdu: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?»+ 63 İsa susurdu.+ Baş kahin ona dedi: «Səni var olan Allaha and verirəm, söylə, Allahın Oğlu Məsih sənsən?»+ 64 İsa cavab verdi: «Elədir ki var. Eşidin və agah olun, bundan sonra siz insan Oğlunun+ Qüdrətlinin sağında oturduğunu+ və göyün buludları üzərində gəldiyini görəcəksiniz».+ 65 Onda baş kahin yaxasını cırıb dedi: «O küfr dedi! Daha şahidlər nəyimizə gərəkdir? İndicə öz qulağınızla onun ağzından küfr eşitdiniz. 66 Hə, nə deyirsiniz?» Onlar dedilər: «O ölməlidir».+ 67 Sonra İsanın üzünə tüpürüb+ onu yumruqlamağa başladılar.+ Bəziləri onun üzünə şillə çəkib+ 68 deyirdi: «Ey, Məsih! Peyğəmbər deyilsən, de görək səni kim vurdu?»

69 Bu zaman Butrus həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də bu cəliləli İsa ilə bir yerdə idin!»+ 70 Butrus isə hamının qarşısında inkar etməyə başladı: «Sən nə danışırsan?! Mənim heç nədən xəbərim yoxdur». 71 Butrus giriş qapısına gəldikdə başqa bir qarabaş onu tanıdı və oradakılara dedi: «Bu adam da nəsrani İsa ilə birlikdə idi».+ 72 O, yenə də and içib danmağa başladı: «Mən o adamı tanımıram!» 73 Bir azdan oradakılar Butrusa yaxınlaşıb dedilər: «Bəs necə, sən də onun adamlarındansan. Ləhcəndən də bilinir». 74 Butrus özünə lənət yağdırıb and-aman edirdi ki, İsanı tanımır. Həmin andaca xoruz banladı. 75 İsanın «xoruz banlamazdan əvvəl sən məni üç dəfə danacaqsan»+ sözləri Butrusun yadına düşdü və o çölə çıxıb hönkür-hönkür ağladı.

27 Səhər açılanda bütün böyük kahinlər və xalqın ağsaqqalları yığışıb İsanı öldürmək üçün məşvərət etdilər.+ 2 Sonra onun əl-qolunu bağladılar və aparıb vali Pilata təhvil verdilər.+

3 İsanı satmış Yəhuda onun ölümə məhkum edildiyini görəndə vicdan əzabı çəkməyə başladı. O, otuz gümüşü böyük kahinlərlə ağsaqqallara qaytarıb+ 4 dedi: «Günahsız adamı satmaqla günah iş tutmuşam». Onlar isə dedilər: «Bizə nə? Özün bilərsən!» 5 Yəhuda gümüş pulları məbəddə atıb oradan çıxdı və gedib özünü asdı.+ 6 Böyük kahinlərsə bu pulları yığıb dedilər: «Bunu müqəddəs xəzinəyə atmaq düzgün deyil, çünki bu pul qan puludur». 7 Onlar məsləhətləşib o pula yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını aldılar. 8 Buna görə də o tarla bu günədək «Qan tarlası»+ adlanır. 9 Onda Ərəmya peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: «Onlar otuz gümüşü götürdülər. O insan üçün qoyulmuş məbləğ bu idi; bəli, İsrail oğullarından bəziləri onun üçün bu məbləği qoymuşdu. 10 Yehova mənə əmr etdiyi kimi, onlar bu pula dulusçunun tarlasını aldılar».+

11 İsa valinin qabağında dayanmışdı. Vali ondan soruşdu: «Sən yəhudilərin padşahısan?» İsa cavab verdi: «Dediyin kimidir».+ 12 Amma böyük kahinlər və ağsaqqallar onu ittiham edəndə İsa cavab vermirdi.+ 13 Onda Pilat dedi: «Eşidirsən, sənə qarşı nələr deyirlər?» 14 Amma İsa susdu, bir kəlmə söz də demədi. Vali buna çox təəccübləndi.

15 Vali hər Pasxa bayramında camaatın istədiyi bir məhbusu azadlığa buraxırdı.+ 16 O günlərdə Barabba adında qatı bir cinayətkar həbsdə idi. 17 Camaat toplaşanda Pilat dedi: «Sizin üçün kimi azad edim: Barabbanı, yoxsa Məsih adlanan İsanı?» 18 Pilat bilirdi ki, İsanı paxıllıqdan ələ veriblər, 19 həm də, o, hakim kürsüsündə əyləşən zaman arvadı ona xəbər göndərib demişdi: «Bu saleh adamla işin olmasın, ona görə bu gecə yuxuda yaman əziyyət çəkmişəm». 20 Lakin böyük kahinlər və ağsaqqallar camaatı öyrətdilər ki, Barabbanın azad olmasını,+ İsanın isə edam edilməsini istəsinlər.+ 21 Vali onlardan soruşdu: «Bu iki nəfərdən hansını azad edim?» Camaat dedi: «Barabbanı». 22 Pilat soruşdu: «Bəs bu Məsih adlanan İsa ilə nə edim?» Onların hamısı bir ağızdan qışqırdı: «Onu dirəkdə edam et!»+ 23 Pilat dedi: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəkdə edam et!»+

24 Pilat gördü ki, əlindən heç nə gəlmir, camaat get-gedə qızışır. Onda su götürüb hamının gözü qarşısında əllərini yudu və dedi: «Mən bu adamın qanından təmizəm. Özünüz bilərsiniz». 25 Camaat bir ağızdan dedi: «Qoy onun qanı bizim və övladlarımızın boynunda qalsın».+ 26 Vali Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürdü+ və dirəkdə edam etmək üçün əsgərlərə təhvil verdi.+

27 Pilatın əsgərləri İsanı vali sarayına apardılar. Bütün alay onun başına toplaşdı.+ 28 Onlar İsanı soyundurub əyninə al-qırmızı xələt keçirtdilər,+ 29 tikandan çələng hörüb başına qoydular, sağ əlinə bir qamış çubuq verdilər. Sonra da qarşısında diz çöküb onu ələ salmağa başladılar: «Salam, ey yəhudilərin padşahı!» 30 Onun üzünə tüpürdülər,+ çubuğu götürüb başına-başına vurdular. 31 Onu lağa qoyub qurtarandan sonra əynindəki xələti çıxarıb öz paltarını əyninə geyindirdilər və dirəyə mıxlamağa apardılar.+

32 Onlar bayıra çıxanda Şimon adında bir kirenalı ilə rastlaşdılar. Onu tutub İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər.+ 33 Qolqota, yəni Kəllə deyilən yerə gələndə+ 34 İsaya içinə acı bir şey qatılmış şərab verdilər,+ amma İsa onun dadına baxıb içmədi. 35 Onu dirəyə mıxlayandan sonra püşk atıb paltarlarını aralarında böldülər.+ 36 Bundan sonra oturub onun keşiyini çəkməyə başladılar. 37 Həm də İsanın başı üstündə bir lövhə vurdular. Lövhədə ona qarşı irəli sürülmüş bu ittiham yazılmışdı: «Bu, yəhudilərin padşahı İsadır».+

38 İsa ilə bərabər iki qulduru da dirəyə mıxlamışdılar, biri onun sağında, o birisi də solunda idi.+ 39 Oradan keçənlər başlarını bulaya-bulaya+ onu söyür+ və 40 deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax!+ Özünü xilas elə! Əgər Allahın oğlusansa, dirəkdən düş!»+ 41 Böyük kahinlər, mirzələr və ağsaqqallar da onu ələ salırdılar:+ 42 «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir! Bu da İsrailin Padşahı!+ Qoy işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq! 43 Bəs nə oldu, Allaha güvənirdi?! “Mən Allahın Oğluyam”+ deyirdi. Əgər Allaha əzizdirsə,+ qoy Allah onu xilas eləsin də!» 44 Hətta yanında dirəyə mıxlanmış quldurlar da onu bu cür təhqir edirdilər.+

45 Günorta saat on iki radələrində* bütün o əraziyə qaranlıq çökdü və təxminən saat üçə kimi* davam etdi.+ 46 Təxminən saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?» — dedi, bu da «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir.+ 47 Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «İlyası çağırır».+ 48 Onlardan biri qaçıb bir süngər götürdü, onu turş şəraba batırıb bir qamışın ucuna taxdı və ona uzatdı ki, içsin.+ 49 Başqaları isə dedilər: «Əl çək ondan! Görək İlyas gəlib onu xilas edir, ya yox». 50 İsa ucadan qışqırıb canını tapşırdı.+

51 Birdən məbədin pərdəsi*+ yuxarıdan aşağıya cırılıb+ iki yerə bölündü,+ zəlzələ oldu, qayalar yarıldı. 52 Sərdabələr açıldı və ölüm yuxusuna getmiş bir çox müqəddəs adamın cəsədi üzə çıxdı 53 və bir çoxları onları gördü. (İsanın dirilməsindən sonra sərdabələrin yanında olan adamlar müqəddəs şəhərə gəldilər*.) 54 Yüzbaşı və İsanın keşiyini çəkən əsgərlər zəlzələni və baş verən bütün hadisələri görəndə bərk qorxdular və dedilər: «Bu insan, doğrudan da, Allahın Oğlu imiş».+

55 Xeyli qadın da baş verənləri uzaqdan müşahidə edirdi. Onlar İsaya xidmət etmək üçün onunla birlikdə Cəlilədən gəlmişdilər.+ 56 Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm, həmçinin Zəbədinin oğullarının anası da orada onlarla idi.+

57 Axşamüstü arimataylı Yusif adında varlı bir adam ora gəldi. O da İsanın şagirdi idi.+ 58 Bu adam Pilatın yanına gedib ondan İsanın cəsədini istədi.+ Pilat əmr etdi ki, İsanın cəsədini ona versinlər.+ 59 Yusif İsanın cəsədini götürüb onu təmiz, zərif kətana bürüdü+ 60 və özü üçün qayada oyduğu təzə sərdabəyə qoydu.+ Sərdabənin ağzına yekə bir daş diyirlədi və çıxıb getdi. 61 Məcdəlli Məryəm və o biri Məryəm orada qaldılar. Onlar sərdabənin qarşısında oturmuşdular.+

62 Səhərisi gün Hazırlıq günündən sonrakı gün idi.+ Böyük kahinlər və fərisilər Pilatın yanına gəlib dedilər: 63 «Ağa, yadımıza bir şey düşüb. Bu fırıldaqçı hələ sağ ikən belə bir söz deyirdi: “Mən üç gündən sonra diriləcəyəm”.+ 64 Buna görə əmr et ki, sərdabəni üç gün yaxşı-yaxşı qorusunlar, yoxsa şagirdləri gəlib onu oğurlayacaq+ və sonra hamıya deyəcəklər ki, o dirilib. Bu yalan əvvəlkindən də betər olacaq». 65 Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün. Gedin, oranı bildiyiniz kimi qoruyun». 66 Onlar gedib sərdabənin ağzındakı daşı möhürlədilər və oraya keşikçi qoydular.

28 Şənbə günündən sonra, həftənin ilk günü* dan yeri söküləndə, Məcdəlli Məryəmlə o biri Məryəm sərdabəyə baxmağa gəldilər.+

2 Orada güclü zəlzələ olmuşdu. Çünki Yehovanın mələyi göydən enmişdi. O, daşı kənara diyirləyib üstündə oturmuşdu.+ 3 Mələk şimşək kimi işıldayırdı, paltarı qar kimi ağappaq idi.+ 4 Keşikçilər tir-tir əsirdilər, qorxudan az qala bağırları çatlayacaqdı.

5 Mələk qadınlara dedi: «Qorxmayın! Mən bilirəm ki, siz dirəkdə edam edilmiş İsanı axtarırsınız.+ 6 O, burada yoxdur. Özünün dediyi kimi dirilib.+ Gəlin onun qoyulduğu yerə baxın. 7 Sonra isə tez gedin, şagirdlərə onun dirildiyini söyləyin. Onlara deyin: “İsa sizin qabağınızca Cəliləyə gedir,+ onu orada görəcəksiniz”. Mən sizə xəbər verdim».+

8 Qadınlar tələsik sərdabədən çıxdılar və qorxu qarışıq böyük sevinclə qaça-qaça hər şeyi şagirdlərə xəbər verməyə getdilər.+ 9 Yolda İsa qarşılarına çıxıb onları salamladı. Qadınlar yüyürüb İsanın önündə diz çökdülər və onun ayaqlarına sarıldılar. 10 İsa onlara dedi: «Qorxmayın, gedin qardaşlarıma deyin ki, Cəliləyə getsinlər. Orada məni görəcəklər».

11 Qadınlar yollarına davam etdilər. Gözətçilərdən bir neçəsi+ şəhərə gedib baş vermiş hadisəni böyük kahinlərə çatdırdı. 12 Böyük kahinlər ağsaqqallarla toplaşıb məsləhətləşəndən sonra əsgərlərə böyük məbləğdə gümüş pul verdilər 13 və tapşırdılar: «Belə deyərsiniz: “Gecə biz yatanda onun şagirdləri gəlib cəsədi oğurladılar”.+ 14 Arxayın olun, əgər bu, valinin qulağına çatsa, biz hər şeyi ona başa salarıq». 15 Əsgərlər pulu götürüb hər şeyi tapşırıldığı kimi etdilər. Bu şayiə indiyədək bütün yəhudilər arasında gəzib-dolaşır.

16 On bir şagird Cəliləyə,+ İsanın dediyi dağa gəldi+ və 17 İsanı görəndə ona təzim etdi. Lakin bəzilərində şübhə vardı. 18 İsa yaxınlaşıb şagirdlərə dedi: «Göydə və yerdə bütün hakimiyyət mənə verilib.+ 19 Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın,+ onları Ata, Oğul və müqəddəs ruh adı ilə* vəftiz edin,+ 20 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin.+ Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm».+

Məsih məsh edilmiş deməkdir. Lüğətə bax.

Allahın qüvvəsi.

Yehova Allahın adıdır, bu tərcümənin İncil bölməsində 237 dəfə işlədilir. Azərbaycan dilində bu ad Yəhva kimi də məlumdur. A5 əlavəsinə bax.

İbr. Yehoşua. Mənası: Yehova xilasdır.

Lüğətə bax.

Ehtimal ki, ibranicə pöhrə sözündəndir.

Tövbə kimi tərcümə olunan yunan sözü düşüncə tərzini dəyişmək deməkdir.

Lüğətə bax.

Cəlilə dənizi.

Ehtimal ki, Aralıq dənizi. Bəzilərinin fikrincə, Cəlilə dənizi.

Yaxud təlim verir.

Yaxud On şəhər bölgəsi.

Yaxud müqəddəs ruh dilənənlər.

Hərfən: yeri miras alacaqlar.

Lüğətə bax.

Hərfən: qardaşına. Yəni dindaşına.

Lüğətə bax.

Hərfən: qardaşın. Yəni dindaşın.

Hərfən: son kodrantını. Bir günlük əməkhaqqı olan dinarın altmış dörddə bir hissəsi. B14 əlavəsinə bax.

Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.

Yəni Şeytandandır.

Hərfən: mil. B14 əlavəsinə bax.

Yəni sələmsiz borc.

Hərfən: qardaşlarınızı.

Hərfən: çörəyimizi.

Hərfən: borclarımızı.

Hərfən: bizə borcu olanları.

Yaxud görkəmlərinə fikir vermirlər.

Yaxud gözün bir şeyə cəmlənibsə.

Yaxud gözün çox şeyə cəmlənibsə.

Hərfən: qardaşının. Yəni dindaşının.

Lüğətə bax.

Lüğətdə «cüzam» sözünə bax.

Yəni yuyulmamış parçadan.

Yun. apostolos. Mənası: göndərilmiş; elçi.

Butrus müxtəlif adlarla tanınır: Butrus ləqəbli Şimon (Mt 10:2); Şimon Butrus (Mt 16:16); Şəmun (Hv 15:14); Kifa (Yh 1:42); ən çox isə Butrus (Mt 14:28).

Yh 1:46 və 21:2 ayələrində Natanail.

Lk 5:27 ayəsində Lavi.

Lk 6:16 və Hv 1:13 ayələrində Yaqubun oğlu Yəhuda. Yh 14:22 ayəsində Yəhuda.

Hərfən: iki köynək.

Ayaqdan tozu çırpmaq məsuliyyətdən azad olmaq mənasını daşıyırdı.

Bu ad cinlərin hökmdarı və başçısı olan Şeytana aid işlənir.

Lüğətə bax.

Yun. assarion. Fəhlənin bir günlük əməkhaqqı olan dinarın on altıda biri dəyərində mis pul. B14 əlavəsinə bax.

Lüğətə bax.

Lüğətə bax.

Yun. hades. Lüğətə bax.

Yaxud hüzur çörəyini.

Lüğətə bax.

Lüğətə bax.

Hərfən: üç sea (təx. 10 kq). 1 sea 7,33 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.

Digər variant: bəşərin təməli qoyulandan.

Hirod Antipa. Lüğətə bax.

Hərfən: çox stadi. B14 əlavəsinə bax.

Hərfən: gecənin dördüncü növbəsində. Təxminən gecə saat üçdən səhər saat altıya kimi.

Lüğətə bax.

Burada söhbət dini ayinin icrasından gedir.

Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.

Yaxud zinakar.

Yun. hades. Lüğətə bax.

Lüğətə bax.

A3 əlavəsinə bax.

Hərfən: qoşa dirhəm. B14 əlavəsinə bax.

Hərfən: statir. 1 statir 4 dirhəmə bərabər idi. B14 əlavəsinə bax.

Burada söhbət eşşəyin fırlatdığı dəyirman daşından gedir.

Lüğətə bax.

Yaxud üzünə baxırlar.

A3 əlavəsinə bax.

Digər variant: sizin göydəki Atanız.

Hərfən: qardaşın. Yəni dindaşın.

On min gümüş talant altmış milyon dinara bərabər idi. B14 əlavəsinə bax.

B14 əlavəsinə bax.

Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.

Yaxud bəzilərini insanlar xədim etmişlər.

Hərfən: özləri özlərini xədim ediblər.

Hərfən: İsa əllərini onların üstünə qoyub dua etsin.

Yəni nəyin yaxşı olduğunu müəyyən edən yalnız bir Varlıq var.

B14 əlavəsinə bax.

Hərfən: təxminən üçüncü saatda.

Hərfən: təxminən həm altıncı saatda, həm doqquzuncu saatda.

Hərfən: təxminən on birinci saatda.

Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.

B14 əlavəsinə bax.

Lüğətə bax.

Yəhudi ruhanilərinə verilən şərəfli ad.

İsa ata sözünü dini titul kimi işlətməyi qadağan edirdi.

A3 əlavəsinə bax.

Lüğətə bax.

Lüğətə bax.

Lüğətə bax.

Digər variant: bu məbəd viranə halda sizə qalacaq.

Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.

Lüğətə bax.

Hərfən: doğum sancılarının.

Yaxud müdrik, uzaqgörən, tədbirli.

Yunan talantı 20,4 kq-a bərabər idi. B14 əlavəsinə bax.

Hərfən: alabaster qabı. Lüğətə bax.

Yəhudi ruhanilərinə verilən şərəfli ad.

Yaxud məzmurlar.

Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.

İnsanın mənəvi qüvvəsi.

İnsanın günahlı, qeyri-kamil vəziyyəti.

Hərfən: on iki legiondan çox. Legion qədim Romada qoşun hissəsi idi. Bir legion təxminən 4000—6000 əsgərdən ibarət idi.

Lüğətə bax.

Yaxud yalan şəhadət.

Hərfən: təxminən altıncı saatda.

Hərfən: təxminən doqquzuncu saata kimi.

Bu pərdə Müqəddəs yeri Ən müqəddəs yerdən ayırırdı.

Güman ki, gördüklərini danışmaq üçün şəhərə gəldilər.

Yaxud bazar günü. Yəhudilərdə həftə bazar günündən başlayırdı.

Bu kontekstdə «adı ilə» ifadəsi Ata ilə Oǧulun hakimiyyətini və mövqeyini, müqəddəs ruhun rolunu qəbul etməyi bildirir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş