MARKIN YAZDIĞI MÜJDƏ
1 Allahın Oğlu* İsa Məsih haqqındakı müjdənin başlanğıcı. 2 Əşiya peyğəmbər belə yazmışdır: «(Sənin qabağınca Öz elçimi göndərirəm, o, sənin yolunu hazırlayacaq.)+ 3 Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».+ 4 Beləcə, Vəftizçi Yəhya çöllükdə günahların bağışlanması üçün tövbə rəmzi olan vəftizi* təbliğ edirdi.+ 5 Bütün Yəhudiyyə və Yerusəlim əhli onun yanına axışırdı. İnsanlar günahlarını açıq-aşkar boynuna alırdı, Yəhya da onları İordan çayında vəftiz edirdi.+ 6 Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayırdı,+ çəyirtkə və çöl balı ilə qidalanırdı.+ 7 O təbliğ edərək deyirdi: «Mənim arxamca məndən güclüsü gəlir. Mən əyilib onun səndəlinin bağını açmağa belə, layiq deyiləm.+ 8 Mən sizi su ilə vəftiz etdim, o isə sizi müqəddəs ruhla vəftiz edəcək».+
9 O günlərdə İsa Cəlilənin Nasirə şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu.+ 10 İsa sudan çıxar-çıxmaz göylərin açıldığını və müqəddəs ruhun göyərçin kimi üzərinə endiyini gördü.+ 11 Həmçinin göydən bir səs gəldi: «Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam».+
12 Müqəddəs ruh dərhal İsanı çöllüyə apardı. 13 O, qırx gün orada çöl heyvanlarının arasında qaldı. Şeytan onu imtahana çəkdi,+ mələklər isə ona qulluq etdilər.+
14 Yəhya həbs edildikdən sonra İsa Cəliləyə getdi+ və Allahın müjdəsini təbliğ etməyə başladı.+ 15 O deyirdi: «Vaxt yetişdi, Allahın Padşahlığı yaxındır. Tövbə edin+ və müjdəyə iman gətirin».
16 İsa Cəlilə dənizinin sahili boyunca gedərkən suya tor atan+ Şimonu və onun qardaşı Andreası+ gördü. Onlar balıqçı idilər.+ 17 İsa onlara dedi: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız».+ 18 Onlar dərhal torlarını atıb İsanın ardınca getdilər.+ 19 Bir qədər irəli gedəndən sonra o, Zəbədinin oğlu Yaqubu və onun qardaşı Yəhyanı gördü. Onlar qayıqda idilər və torlarını təmir edirdilər.+ 20 İsa dərhal onları çağırdı, onlar da ataları Zəbədini muzdlu işçilərlə qayıqda qoyub onunla getdilər. 21 Hamısı bir yerdə Kəfərnahuma gəldi.
Şənbə günü başlayan kimi İsa sinaqoqa girdi və vəz etməyə* başladı.+ 22 Camaat onun necə vəz etdiyinə heyran qaldı, çünki o, mirzələr kimi yox, ixtiyar sahibi kimi vəz edirdi.+ 23 O vaxt onların sinaqoqunda içinə murdar ruh girmiş bir adam var idi. Birdən o qışqırdı: 24 «Ey nəsrani İsa! Bizdən nə istəyirsən?+ Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən».+ 25 Lakin İsa ona zəhmlə: «Səsini kəs, ondan çıx», — dedi. 26 Murdar ruh həmin adamı qıc etdi və bağırıb ondan çıxdı. 27 Hamını heyrət bürüdü. Onlar öz aralarında danışmağa başladılar: «Bu nədir belə? Hələ bu cür vəz edən görməmişik! Bu adam hətta murdar ruhlara hökm edir, onlar da itaət edirlər!» 28 Onun sorağı tez bir zamanda Cəlilənin hər tərəfinə yayıldı.
29 Sinaqoqdan çıxan kimi o, Yaqub və Yəhya ilə bərabər Andreas və Şimongilə getdi.+ 30 Şimonun qayınanası+ qızdırma içində yatırdı. Bunu dərhal İsaya çatdırdılar. 31 İsa qadına yaxınlaşdı, əlindən tutub onu qaldırdı. Qadının qızdırması keçdi və o durub onlara qulluq etməyə başladı.
32 Axşam günəş batandan sonra camaat bütün xəstələri və içinə cin girmiş adamları onun yanına gətirdi.+ 33 Bütün şəhər qapının ağzına toplaşmışdı. 34 O, müxtəlif azarı olan xəstələri sağaltdı+ və çoxlu cin qovdu, lakin cinləri danışmağa qoymadı, çünki cinlər onun Məsih olduğunu bilirdilər*.
35 Səhər ertədən, hələ alaqaranlıq ikən İsa durdu və kimsəsiz bir yerə gedib dua etməyə başladı.+ 36 Şimon isə yanındakılarla birlikdə onu axtarmağa getdi. 37 Onlar İsanı tapanda dedilər: «Hamı səni axtarır». 38 Lakin İsa onlara dedi: «Gəlin başqa yerə, yaxın şəhərlərə gedək ki, mən müjdəni oralarda da təbliğ edim, axı mən bunun üçün gəlmişəm».+ 39 Beləliklə, İsa bütün Cəliləni gəzib-dolaşaraq onların sinaqoqlarında təbliğ edir və cinləri qovurdu.+
40 Bir dəfə bir cüzamlı gəlib onun qarşısında diz çökdü və yalvardı: «Əgər istəsən, məni təmizləyə bilərsən».+ 41 İsanın ona yazığı gəldi, əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən».+ 42 O andaca cüzam keçdi, həmin adam təmizləndi. 43 İsa onu dərhal yola saldı və bərk-bərk tapşırdı: 44 «Bax ha, bunu heç kəsə danışma. Ancaq get, özünü kahinə göstər və onlara şəhadət olsun deyə,+ təmizləndiyin üçün Musanın əmr etdiyi şeyləri təqdim et».+ 45 O adam isə oradan getdi və baş verənləri danışıb aləmə yaydı. İsa artıq heç bir şəhərə açıq-aşkar girə bilmirdi, şəhərdən kənarda kimsəsiz yerlərdə qalırdı. Adamlar isə hər yerdən onun yanına gəlirdi.+
2 Bir neçə gündən sonra İsa yenə də Kəfərnahuma gəldi. Xəbər yayıldı ki, o, evdədir.+ 2 Oraya o qədər adam toplaşdı ki, hətta qapının ağzında da yer qalmadı. İsa onlara Allahın sözünü danışmağa başladı.+ 3 Həmin vaxt dörd kişi iflic olmuş bir adamı oraya gətirdi.+ 4 Lakin basabas olduğundan onu İsanın yanına keçirə bilmədilər. Buna görə də düz İsanın olduğu yerin üstündən damı söküb deşik açdılar və xəstəni xərəkdəcə aşağı salladılar. 5 Onların imanını görən+ İsa xəstəyə dedi: «Bala, günahların bağışlandı».+ 6 Orada bir neçə mirzə oturmuşdu. Onlar ürəklərində dedilər:+ 7 «Bu adam nə deyir? O, küfr danışır. Məgər Allahdan başqa kimsə günahları bağışlaya bilər?»+ 8 İsa onların fikirlərini dərhal anlayıb dedi: «Niyə ürəyinizdə belə fikirləşirsiniz?+ 9 İflic olmuş bu adama “günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, xərəyini də götür, get”? 10 Ancaq siz insan Oğlunun+ yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...»+ İflic olmuş adama dedi: 11 «Dur, xərəyini götür, evinə get». 12 O ayağa qalxdı, dərhal xərəyini götürdü və hamının gözü qarşısında çıxıb getdi. Camaat heyrət içində Allahı mədh edərək dedi: «Biz hələ belə şey görməmişik».+
13 İsa yenə də dəniz qırağına gəldi. Xalq onun yanına axışırdı və İsa onlara Allahın sözünü öyrətməyə başladı. 14 Sonra o, vergi idarəsinin yanından keçəndə orada oturmuş Alfay oğlu Lavini gördü və ona dedi: «Ardımca gəl». Lavi durub onun ardınca getdi.+ 15 Daha sonra İsa öz şagirdləri ilə birlikdə onun evinə gedib süfrəyə əyləşdi. Bir çox vergiyığan və günahlı da gəlib onlarla süfrə arxasına əyləşdi. Onların arasında İsanın ardınca gedən çox adam var idi.+ 16 Ancaq fərisilərdən olan mirzələr onun günahlılar və vergiyığanlarla bir yerdə çörək yediyini görəndə İsanın şagirdlərinə dedilər: «Bu nədir? O, vergiyığanlar və günahlılarla çörək kəsir?» 17 İsa bunu eşidəndə onlara dedi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır. Mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm».+
18 Yəhyanın şagirdləri və fərisilər oruc tuturdular. Onlar gəlib İsadan soruşdular: «Nəyə görə Yəhyanın da, fərisilərin də şagirdləri oruc tutur, sənin şagirdlərin isə tutmur?»+ 19 İsa onlara cavab verdi: «Bəy+ dostları ilə olanda heç dostlar oruc tutar? Nə qədər ki bəy dostlarının yanındadır, dostlar oruc tutmazlar. 20 Lakin gün gələcək, bəyi aralarından götürəcəklər,+ bax onda onlar oruc tutacaqlar. 21 Heç kəs köhnə paltara təzə parçadan* yamaq tikməz. Belə etsə, təzə yamaq yığılar, yırtılmış yer daha da korlanar.+ 22 Həmçinin heç kəs təzə şərabı köhnə tuluqlara tökməz. Belə etsə, şərab tuluqları yırtar, şərab da, tuluqlar da zay olar. Buna görə də təzə şərabı təzə tuluqlara tökərlər».
23 Bir şənbə günü İsa zəmilərin arası ilə gedirdi. Onun şagirdləri gedə-gedə sünbül dərirdilər.+ 24 Onda fərisilər İsaya dedilər: «Bura bax! Onlar nəyə görə şənbə günü qadağan olunmuş işi görürlər?» 25 İsa cavab verdi: «Məgər heç vaxt oxumamısınız, ərzağı qurtaranda, özü və yoldaşları acanda Davud nə etmişdi?+ 26 Böyük kahin Əbyatar+ haqqındakı əhvalatdan bilmirsiniz ki, Davud Allahın evinə girib təqdim çörəklərini* yedi, üstəlik, yoldaşlarına da verdi? Halbuki qanuna görə bu çörəkləri kahinlərdən başqa heç kəs yeyə bilməzdi».+ 27 İsa əlavə etdi: «İnsan şənbə üçün yaranmayıb, şənbə insan üçün yaranıb.+ 28 Odur ki, insan Oğlu şənbənin də ağasıdır».+
3 İsa yenə də sinaqoqa gəldi. Orada əli qurumuş bir adam var idi.+ 2 Fərisilər İsanı ittiham etmək istəyirdilər. Buna görə də diqqətlə baxırdılar ki, görsünlər İsa şənbə günü o adamı sağaldacaq, ya yox. 3 İsa əli qurumuş adama dedi: «Dur, ortaya keç». 4 Sonra onlardan soruşdu: «Şənbə günü yaxşılıq etmək düzgündür, yoxsa pislik etmək? İnsanı xilas etmək düzgündür, yoxsa məhv etmək?»+ Onlar susub dinmədilər. 5 İsa onların ürəyinin nə qədər küt olduğunu görüb bərk kədərləndi.+ Qəzəblə onlara göz gəzdirdi, sonra o adama dedi: «Əlini uzat». O, əlini uzatdı və əli sağaldı. 6 Onda fərisilər çölə çıxdılar və İsanı öldürmək barədə Hirodun ardıcılları+ ilə yubanmadan məşvərət etdilər.
7 İsa öz şagirdləri ilə bərabər oradan çıxıb dəniz kənarına getdi. Cəlilə və Yəhudiyyədən çoxlu adam da onun dalınca gedirdi.+ 8 Hətta Yerusəlimdən, İdumiyyədən, İordanın o biri tayından, Sur və Sidon bölgələrindən böyük bir izdiham İsanın işləri haqda eşidib onun yanına gəldi. 9 Camaat onu sıxışdırmasın deyə, İsa şagirdlərinə balaca bir qayığı hazır vəziyyətdə saxlamağı tapşırdı. 10 İsa bir çox adamı sağaltmışdı. Buna görə də ağır xəstəliyi olanlar İsaya toxunmaq üçün onun ətrafına toplaşırdılar.+ 11 Hətta murdar ruhlar+ da İsanı görəndə onun qarşısında yerə yıxılır və qışqırırdılar: «Sən Allahın Oğlusan».+ 12 Ancaq İsa cinlərə dəfələrlə qadağan edirdi ki, onun kim olduğunu deməsinlər.+
13 İsa dağa çıxdı və şagirdlərindən bəzilərini+ yanına çağırdı. Onlar İsanın yanına gəldilər.+ 14 İsa onu müşayiət etmək üçün on iki şagird seçdi və onları həvari* adlandırdı. İsa bu şagirdlərə müxtəlif yerlərə gedib təbliğ etmək tapşırığı 15 və cinləri qovmaq səlahiyyəti verəcəkdi.+
16 Həmin on iki şagird+ bunlardır: Şimon (İsa ona həmçinin Butrus+ ləqəbi vermişdi), 17 Zəbədinin oğlu Yaqub və Yaqubun qardaşı Yəhya (İsa həmçinin onlara Bənirəqiş*, yəni İldırım oğulları ləqəbini vermişdi),+ 18 Andreas, Filip, Bartolmay, Mətta, Tomas, Alfay oğlu Yaqub, Taday, Qeyrətli Şimon 19 və sonradan İsanı satan Yəhuda İskəryut.
İsa bir evə girdi. 20 Yenə camaat yığıldığından onlar çörək yeməyə də imkan tapmadılar. 21 İsanın qohumları bu barədə eşidəndə: «O, ağlını itirib», — deyərək onu tutub aparmağa gəldilər.+ 22 Yerusəlimdən mirzələr də gəlib dedilər: «Onda Beelzebub* var. Bu adam cinləri elə cinlərin hökmdarının əli ilə qovur».+ 23 İsa mirzələri yanına çağırdı və məsəl çəkərək sözə başladı: «Şeytan Şeytanı necə qova bilər? 24 Əgər padşahlıq daxildən parçalanarsa, o, davam gətirə bilməz.+ 25 Daxildən parçalanan ev də davam gətirə bilməz. 26 Əgər Şeytan özünə qarşı çıxıb daxildən parçalanıbsa, o davam gətirə bilməz, onun axırı yaxındır. 27 Güclü adamın evinə girən onun əl-qolunu bağlamamış var-dövlətini qarət edə bilməz. Yalnız bundan sonra evi qarət edə bilər. 28 Bunu bilin ki, insan nə günah iş tutsa, nə cür küfr danışsa, hamısı bağışlanacaq. 29 Lakin müqəddəs ruha qarşı küfr danışan heç vaxt bağışlanmayacaq,+ bu günah əbədiyyən onun boynunda qalacaq».+ 30 İsa bu sözləri mirzələrin «onda cin var» dedikləri üçün söylədi.+
31 İsanın anası və qardaşları+ gəlib bayırda durdular və adam göndərib onu çağırtdırdılar.+ 32 İsanın ətrafında çoxlu adam oturmuşdu. Ona xəbər verdilər: «Anan və qardaşların bayırdadırlar, səni istəyirlər».+ 33 İsa onlara dedi: «Mənim anam və qardaşlarım kimdir?» 34 Sonra ətrafında oturanlara göz gəzdirib dedi: «Budur mənim anam və qardaşlarım!+ 35 Allahın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır».+
4 İsa yenidən dəniz kənarında vəz etməyə başladı. Onun yanına çoxlu adam yığışdı, buna görə də o, qayığa minib sahildən bir az aralandı. Camaat isə sahildə dayanmışdı.+ 2 İsa məsəllər+ çəkərək onlara çox şey öyrətməyə başladı. O dedi:+ 3 «Qulaq asın. Bir əkinçi toxum səpməyə çıxdı.+ 4 Toxum səpərkən toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 5 Bəzisi torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+ 6 Amma günəş çıxanda soldu və kökü olmadığından qurudu. 7 Bəzi toxumlar tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu və onlar bar vermədi.+ 8 Amma bəziləri münbit torpağa düşdü, cücərib boy atdı və bar gətirdi. Onlar otuzqat, altmışqat və yüzqat bar verdilər».+ 9 İsa əlavə etdi: «Qulağı olan qoy eşitsin!»+
10 İsa tək qalanda on iki həvarisi və ətrafında olanlar çəkdiyi məsəllərlə bağlı onu sorğu-suala tutdular.+ 11 İsa onlara dedi: «Sizə Allahın Padşahlığının müqəddəs sirrini+ başa düşmək ənamı verilib, amma qalanlarına hər şey məsəllərlə söylənilir ki,+ 12 baxsalar da bir şey görməsinlər, eşitsələr də, bir şey anlamasınlar, heç vaxt geri dönməsinlər və Allah onları bağışlamasın».+ 13 Sonra əlavə etdi: «Bu məsəli başa düşmürsünüzsə, o birilərini necə başa düşəcəksiniz?
14 Əkinçi Allahın sözünü səpir.+ 15 Bəzi adamlarda söz, sanki, yol kənarında əkilib. Onlar sözü eşidər-eşitməz Şeytan gəlib+ ürəklərinə səpilmiş toxumu aparır.+ 16 Digər adamlarda söz, sanki, daşlıqda əkilib. Onlar sözü eşidən kimi sevinclə qəbul edirlər.+ 17 Amma kök atmadığından uzun müddət dura bilmirlər. Allahın sözünə görə çətinlik, təqib başlayan kimi onlar imandan dönürlər. 18 Bəzilərində isə toxum, sanki, tikanlığa düşüb. Onlar sözü eşidir,+ 19 lakin bu zəmanənin qayğıları+, var-dövlətin aldadıcı qüvvəsi+ və digər arzular+ ürəklərinə yol tapır, sözü boğur və söz bar gətirmir. 20 Nəhayət, münbit torpaqda əkilənlər Allahın sözünü dinləyən, onu sidqi-ürəkdən qəbul edən adamlardır. Belə adamlar otuzqat, altmışqat və yüzqat bəhrə verirlər».+
21 İsa sözünə davam etdi: «Heç görmüsünüz ki, çırağı səbətin və ya çarpayının altına qoysunlar? Onu çıraqdana qoyurlar, elə deyil?+ 22 Bəli, elə bir sirr yoxdur ki, əvvəl-axır üstü açılmasın, elə bir gizli şey yoxdur ki, aşkar olunmasın.+ 23 Qulağı olan qoy eşitsin».+
24 Sonra İsa dedi: «Sözlərimə diqqətlə qulaq asın.+ Hansı ölçü ilə ölçürsünüzsə, o ölçü ilə də sizə ölçəcəklər, hələ üstünə əlavə də edəcəklər. 25 Kimdə varsa, ona daha çox veriləcək,+ kimdə yoxdursa, əlindəki də alınacaq».+
26 İsa davam etdi: «Allahın Padşahlığı bir adamın torpağa toxum səpməsinə bənzəyir. 27 O, gecə yatır, səhər durur, amma toxum necə cücərir, necə böyüyür, o adamın xəbəri olmur. 28 Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir. 29 Məhsul yetişən kimi adam orağı işə salır, çünki biçin vaxtı yetişib».
30 İsa sözünə davam etdi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə izah edək? 31 Padşahlıq xardal toxumuna bənzəyir. Əkin vaxtı toxumlar arasında ən xırdası odur.+ 32 Amma yerə əkiləndən sonra böyüyüb bütün bostan bitkiləri arasında ən yekəsi olur və qol-budaq atır, göy quşları da gəlib onun kölgəsində yuva salırlar».
33 İsa buna bənzər çoxlu məsəl+ çəkir, Allahın sözünü onlara qavraya bildikləri qədər danışırdı. 34 Bəli, İsa danışanda həmişə məsəl çəkirdi, lakin sonra hər şeyi təklikdə şagirdlərinə izah edirdi.+
35 Həmin gün axşam düşəndə İsa onlara dedi: «Gəlin o biri sahilə üzək».+ 36 Onlar camaatı yola salandan dərhal sonra İsanı qayıqla apardılar. Orada başqa qayıqlar da var idi.+ 37 Birdən güclü fırtına qopdu. Amansız dalğalar qayığa çırpılırdı. Qayıq batmaq üzrə idi.+ 38 İsa bu zaman qayığın dal tərəfində başını balışa qoyub yatmışdı. Şagirdlər onu oyadıb dedilər: «Ustad, məgər sənin vecinə deyil ki, biz batırıq?» 39 İsa durub küləyi ram etdi və dənizə əmr etdi: «Dayan! Sakit ol!»+ Külək yatdı, ətrafa dərin sükut çökdü. 40 O, şagirdlərə dedi: «Niyə qorxdunuz? Hələ də imanınız yoxdur?» 41 Onlar bərk qorxmuşdular və bir-birilərinə deyirdilər: «Bu kimdir ki, hətta külək də, dəniz də ona itaət edir?»+
5 Onlar üzüb dənizin o biri sahilinə, gerasalıların+ torpağına gəldilər. 2 İsa qayıqdan düşən kimi onun qarşısına sərdabələrin arasından bir adam çıxdı. Bu adamın içində murdar ruh vardı. 3 O, sərdabələrin arasında yaşayırdı. Bu vaxtadək heç kim onu hətta zəncirlə də bağlaya bilməmişdi. 4 Onu dəfələrlə qandallayıb zəncirləmişdilər, lakin o, zənciri qırmış, qandalı sındırmışdı. Heç kim onun öhdəsindən gələ bilmirdi. 5 Bu adam gecə-gündüz sərdabələrin arasında, dağlarda durmadan bağırır, özünü daş-kəsəklə yaralayırdı. 6 O, uzaqdan İsanı görəndə yüyürüb ona təzim etdi+ və 7 bağırıb dedi: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə əzab vermə!»+ 8 Çünki İsa cinə deyirdi: «Ey murdar ruh, bu adamdan çıx!»+ 9 İsa ondan soruşdu: «Adın nədir?» O cavab verdi: «Adım Legiondur*, çünki biz çoxuq». 10 O, İsaya yalvar-yaxar etdi ki, cinləri o ərazidən qovmasın.+
11 Orada dağın ətəyində donuz sürüsü otlayırdı.+ 12 Cinlər İsaya yalvarıb dedilər: «Bizi donuzların içinə göndər, icazə ver, onlara girək». 13 İsa icazə verdi. Onda murdar ruhlar həmin adamdan çıxıb donuzlara girdilər və təxminən iki min donuzdan ibarət sürü bütünlüklə uçurumdan dənizə atılıb boğuldu. 14 Çobanlar isə qaçıb hadisəni şəhərdə və kəndlərdə camaata xəbər verdilər. Camaat nə baş verdiyini görmək üçün ora gəldi.+ 15 Onlar İsanın yanına gəldilər və gördülər ki, içində bir legion cin olmuş adam əynində paltar, ağlı başında oturub. Onlar bərk qorxdu. 16 Hadisəni öz gözləri ilə görənlər içinə cin girmiş adamla və donuzlarla bağlı əhvalatı camaata danışdılar. 17 Camaat İsaya yalvardı ki, onların el-obasından çıxıb getsin.+
18 İsa qayığa minəndə içinə cin girmiş adam yalvar-yaxar etdi ki, onunla getsin.+ 19 Amma İsa ona izin vermədi. Ona dedi: «Evinə, qohumlarının yanına get və Yehovanın sənin üçün etdiyi hər şeyi, sənə necə mərhəmət göstərdiyini onlara danış». 20 O getdi və İsanın onun üçün etdiyi hər şeyi Dekapol bölgəsinin* sakinlərinə danışmağa başladı. Hamı bu işə mat qaldı.
21 İsa qayığa minib yenə də o biri sahilə keçdi. Onun yanına çoxlu adam gəldi. İsa dənizin kənarında idi.+ 22 Bu vaxt sinaqoq rəislərindən biri, Yair adında bir nəfər ora gəldi. O, İsanı görəndə onun ayağına düşdü+ 23 və dönə-dönə yalvardı: «Qızımın vəziyyəti ağırdır. Xahiş edirəm, gəl, əllərini onun üstünə qoy,+ balamı sağalt, qoyma qızım ölsün». 24 İsa onunla yola düşdü. İsanın dalınca çoxlu adam gedirdi və onu sıxışdırırdı.
25 Camaatın arasında bir qadın var idi. O, düz on iki il+ idi ki, qanaxmadan əziyyət çəkirdi.+ 26 Qadın həkimlərin əlindən çox əzab çəkmişdi, bütün varını-yoxunu müalicəyə xərcləmiş, amma dərdinə əlac tapılmamışdı, əksinə, vəziyyəti daha da pisləşmişdi. 27 O, İsa haqqında eşidəndə arxadan ona yaxınlaşdı və onun paltarına toxundu.+ 28 Qadın ürəyində deyirdi: «Təkcə paltarına toxunsam, sağalacağam».+ 29 Elə o andaca onun qanaxması dayandı, qadın bu əzablı xəstəlikdən sağaldığını hiss etdi.
30 Həmin an İsa da özündən qüvvə çıxdığını hiss etdi.+ O, camaata tərəf dönüb dedi: «Paltarıma kim toxundu?» + 31 Şagirdləri ona dedilər: «Özün görürsən ki, camaat səni sıxışdırır, sənsə “Mənə kim toxundu?” deyirsən». 32 Ancaq İsa ona toxunan adamı gözü ilə axtarırdı. 33 Qadın sağaldığını başa düşüb bərk qorxmuşdu və tir-tir əsirdi. O gəlib İsanın ayaqlarına düşdü və həqiqəti açıb ona danışdı. 34 Onda İsa dedi: «Bacım*, imanın səni sağaltdı. Salamat get.+ Qoy bu əzablı xəstəlik səni bir də narahat etməsin».+
35 İsa hələ danışarkən sinaqoq rəisinin evindən bir neçə adam gəlib rəisə dedi: «Qızın öldü. Daha Ustada əziyyət vermə».+ 36 İsa bu sözləri eşidib ona dedi: «Qorxma, sən bircə inan».+ 37 İsa Butrusdan, Yaqubdan və Yaqubun qardaşı Yəhyadan başqa heç kəsə özü ilə getməyə izin vermədi.+
38 Beləliklə, onlar sinaqoq rəisinin evinə gəldilər. İsa gördü ki, orada səs-küy, çaxnaşma var, camaat ağlaşıb fəğan eləyir.+ 39 İsa içəri keçib onlara dedi: «Bu nə hay-küydür? Niyə ağlaşma qurmusunuz? Uşaq ölməyib, yatır».+ 40 Onda camaat İsaya güldü. İsa hamını bayıra çıxartdı, sonra qızın ata-anasını və öz yoldaşlarını götürüb uşaq olan otağa girdi. 41 O, qızın əlindən tutub ona: «Talita kumi», — dedi. Bu sözün mənası «qızcığaz, səninləyəm, qalx»+ deməkdir. 42 Qız elə o andaca ayağa durub gəzməyə başladı. (Qız on iki yaşında idi.) Bunu görən valideynlərin sevinci yerə-göyə sığmırdı. 43 İsa onlara dönə-dönə tapşırdı ki, bunu heç kəsə danışmasınlar.+ Həmçinin dedi ki, qıza yeməyə bir şey versinlər.
6 İsa oradan yola düşüb öz doğma yurduna gəldi,+ şagirdləri də onunla idi. 2 Şənbə günü gələndə İsa sinaqoqda vəz etməyə başladı. Onu dinləyənlərin əksəriyyəti məəttəl qalıb deyirdi: «Bu adam bütün bunları haradan bilir?+ Bu cür hikmət onda haradandır? Necə olur ki, o, bu cür möcüzələr edir?+ 3 Məgər bu həmin o dülgər+ deyil? Məgər o, Məryəmin oğlu,+ Yaqubun+, Yusifin, Yəhudanın, Şimonun qardaşı+ deyil? Bacıları da aramızda deyillər?» Buna görə də onu qəbul etmədilər. 4 İsa onlara dedi: «Peyğəmbər təkcə öz yurdunda, öz evində və qohumlarının arasında hörmət görmür».+ 5 Buna görə də orada heç bir möcüzə göstərmədi, təkcə bir neçə xəstənin üstünə əlini qoyub onları sağaltdı. 6 İsa onların imansızlığına təəccübləndi. Sonra vəz edə-edə bütün ətraf kəndləri gəzib-dolaşdı.+
7 Daha sonra İsa on iki həvarisini yanına çağırdı. O vaxtdan etibarən, İsa şagirdlərini iki-iki təbliğə göndərməyə başladı.+ Həmçinin onlara murdar ruhlar üzərində səlahiyyət verdi.+ 8 İsa buyurdu ki, onlar özləri ilə yola əsadan başqa heç nə götürməsinlər. Nə çörək, nə heybə götürsünlər, nə də pul kisələrinə pul qoysunlar.+ 9 Təkcə səndəllərini geysinlər. Özləri ilə dəyişək köynək* də götürməsinlər. 10 Sonra dedi: «Hansı evə girsəniz, o yerdən gedənə kimi həmin evdə qalın.+ 11 Əgər hər hansı bir yerdə sizi qəbul etməsələr və ya dinləməsələr, oradan çıxanda onlara şəhadət olsun deyə, ayaqlarınızın tozunu çırpın*».+ 12 Onlar yola düşdülər və təbliğ edib insanları tövbəyə çağırdılar.+ 13 Şagirdlər həmçinin çoxlu cin qovur+ və bir çox xəstəyə yağ sürtür, şəfa verirdilər.
14 İsanın sorağı aləmə yayıldı və gəlib padşah Hirodun qulağına çatdı. Bəziləri deyirdi: «Vəftizçi Yəhya dirilib, buna görə də bu qüdrətli işləri görür».+ 15 Digərləri deyirdilər: «Bu, İlyasdır». Başqaları isə: «Bu, qədimdəki peyğəmbərlər kimi bir peyğəmbərdir», — deyirdilər.+ 16 Hirod bunu eşidəndə dedi: «Bu adam boynunu vurdurduğum Yəhyadır, dirilib». 17 Hirod qardaşı Filipin arvadı Hirodiadayla evlənmişdi və bu qadına görə adamlarını göndərib Yəhyanı tutdurmuş və zindana atmışdı.+ 18 Çünki Yəhya Hiroda deyirdi: «Qardaşının arvadı ilə yaşamağın düzgün deyil».+ 19 Hirodiada ürəyində Yəhyaya kin bəsləyir və onu öldürmək istəyirdi, amma bunu edə bilmirdi. 20 Çünki Hirod Yəhyanın saleh və müqəddəs insan+ olduğunu bilib ondan çəkinir və onu qoruyurdu. Hirod Yəhyaya qulaq asanda çaşbaş qalıb bilmirdi nə etsin, amma yenə də onu məmnuniyyətlə dinləyirdi.
21 Hirod öz ad günü+ münasibəti ilə əyanlarına, sərkərdələrinə və Cəlilənin nüfuzlu adamlarına ziyafət verərkən Hirodiadanın əlinə fürsət düşdü.+ 22 Həmin ziyafətdə Hirodiadanın qızı çıxıb rəqs etdi. Bu, Hirodun və onunla süfrədə əyləşənlərin çox xoşuna gəldi. Hirod qıza dedi: «Ürəyin nə istəyir söylə, sənə verəcəyəm». 23 O and içib qıza dedi: «Məndən nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». 24 Qız çıxıb anasından soruşdu: «Nə istəyim?» Anası dedi: «Vəftizçi Yəhyanın başını». 25 Qız cəld padşahın yanına qayıdıb istəyini ona bildirdi: «Vəftizçi Yəhyanın başını bu saat sinidə mənə ver».+ 26 Padşah bərk kədərləndi, amma and içdiyinə və onunla bir süfrədə əyləşənlərə görə qızın istəyini yerə salmadı. 27 Ona görə də padşah dərhal mühafizi göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Mühafiz gedib zindanda Yəhyanın boynunu vurdu və 28 bir sinidə qıza gətirdi, qız da aparıb anasına verdi. 29 Yəhyanın şagirdləri bunu eşidəndə gəldilər və onun cəsədini aparıb sərdabəyə qoydular.
30 Həvarilər İsanın yanına gəlib gördükləri işləri və öyrətdikləri hər şeyi ona danışdılar.+ 31 İsa onlara dedi: «Gəlin sakit bir yerə gedək, bir az dincinizi alın».+ Çünki gəlib-gedən çox olduğundan onlar hətta yemək yeməyə də macal tapmırdılar. 32 Onlar təklikdə qalmaq üçün qayığa minib sakit bir yerə çəkildilər.+ 33 Camaat onların yola düşdüyünü gördü. Bundan çoxları xəbər tutdu və bütün şəhərlərdən xeyli adam qaçıb İsagili qabaqladı. 34 İsa qayıqdan çıxanda böyük bir izdiham gördü. Onun bu adamlara yazığı gəldi,+ çünki onlar çobansız qoyun kimi idilər.+ İsa onlara çox şey öyrətməyə başladı.+
35 Gün batana yaxın şagirdləri İsaya yaxınlaşıb dedilər: «Bura çöllükdür, hava da artıq qaralıb.+ 36 Camaatı burax, ətraf kəndlərə, obalara gedib özləri üçün yeməyə bir şey alsınlar».+ 37 İsa dedi: «Siz onlara yemək verin». Şagirdlər dedilər: «İndi deyirsən gedib camaat üçün iki yüz dinarlıq* çörək alaq?»+ 38 İsa onlara dedi: «Gedin görün neçə çörəyiniz var». Onlar öyrənib dedilər: «Beş çörək var, ikicə dənə də balıq».+ 39 İsa camaata dedi ki, otluqda dəstə-dəstə əyləşsinlər.+ 40 Onlar dəstələrə bölünüb yüz-yüz, əlli-əlli oturdular. 41 İsa beş çörəyi və iki balığı əlinə aldı və göyə baxıb dua elədi.+ Çörəkləri böldü və camaata paylamaq üçün şagirdlərə verdi. Sonra iki balığı da hamı üçün böldü. 42 Camaat yeyib doydu. 43 Balığı çıxmaq şərtilə, artıq qalmış çörək tikələrindən on iki səbət yığıldı.+ 44 Çörək yeyən kişilərin sayı isə beş min nəfər idi.
45 Bundan dərhal sonra İsa şagirdlərinə dedi ki, qayığa minib o taya, Beytsəyda tərəfə üzsünlər, özü isə camaatı yola salmaq üçün orada qaldı.+ 46 O, camaatla xudahafizləşəndən sonra dua etmək üçün dağa qalxdı.+ 47 Axşam düşmüşdü. Qayıq dənizin ortasında idi, İsa isə sahildə tək idi.+ 48 İsa gördü ki, qarşıdan əsən külək şagirdləri irəli üzməyə qoymur. Səhərə yaxın* o, suyun üzü ilə yeriyərək onlara tərəf gəldi. İsa, sanki, onların yanından keçib getmək istəyirdi. 49 İsanın suyun üzü ilə yeridiyini görəndə şagirdlər bunun kabus olduğunu düşündülər və bərkdən qışqırdılar. 50 Çünki onların hamısı İsanı görüb təşvişə düşmüşdü, lakin İsa o saat onlara dedi: «Mənəm, qorxmayın, cəsarətli olun!»+ 51 İsa qayığa mindi və külək sakitləşdi. Bunu görən şagirdlər heyrətə gəldilər, 52 çünki onlar çörəklə bağlı möcüzədən nəticə çıxartmamışdılar. Onların zehni hələ də qapalı idi.
53 Onlar o biri sahilə yan alıb Gennesaretə gəldilər və qayığı yaxınlıqda bağladılar.+ 54 Onlar qayıqdan çıxan kimi camaat İsanı tanıdı 55 və qaçıb ətraf yerlərə xəbər verdi. İsanın harada olduğunu eşidənlər xəstələri xərəkdə ora gətirirdilər. 56 İsa bir kəndə, obaya və ya şəhərə girəndə camaat xəstələri gətirib bazar meydanına qoyurdu və yalvarırdı ki, xəstələr heç olmasa onun paltarının saçağına toxunsunlar.+ İsanın paltarına toxunanların hamısı sağalırdı.
7 Yerusəlimdən gəlmiş fərisilər və bir neçə mirzə İsanın başına toplaşdı.+ 2 Onlar gördülər ki, onun bəzi şagirdləri paklanmamış, yəni əllərini yumamış çörək yeyirlər. 3 (Fərisilər və bütün yəhudilər əcdadların ənənəsinə ciddi riayət edir, əllərini dirsəyə kimi yumamış yeməyə əl vurmurlar, 4 bazardan qayıdanda yuyunmamış süfrəyə əyləşmirlər. Onlar digər ənənələrə də ciddi riayət edirlər. Məsələn, camları, dolçaları və mis qabları qüsl edirlər*.)+ 5 Bu fərisilər və mirzələr İsadan soruşdular: «Nəyə görə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəyə riayət etmir, murdar əllə yemək yeyirlər?»+ 6 İsa cavab verdi: «İkiüzlülər, Əşiya sizin haqqınızda yaxşı peyğəmbərlik etmişdir: “Bu xalq Mənə dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdır.+ 7 Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”.+ 8 Siz Allahın əmrini kənara qoyub insan ənənələrinə riayət edirsiniz».+
9 İsa sözünə davam etdi: «Öz ənənələrinizi qorumaqdan ötrü Allahın əmrlərini rədd etməyi yaxşı bacarırsınız.+ 10 Misal üçün, Musa belə deyib: “Atana və anana hörmət et”+ və “Atasını ya anasını təhqir edən öldürülməlidir”.+ 11 Siz isə deyirsiniz: “Kimsə atasına ya anasına: “Səni saxlamaq üçün nəyim varsa, qurbanlıqdır, (yəni Allaha həsr edilmiş bəxşişdir)”, — deyərsə...” 12 Siz daha qoymursunuz, o adam öz atası ya anası üçün bir şey etsin.+ 13 Beləliklə, siz uydurduğunuz ənənələrlə Allahın sözünü heçə endirirsiniz.+ Buna oxşar çox işləriniz var».+ 14 İsa yenidən camaatı yanına çağırıb dedi: «Hamınız mənə qulaq asın və sözlərimi dərk edin.+ 15 İnsanı yediyi şeylər murdar etmir. Onu ürəyindən çıxan şeylər murdar edir».+ 16 *——
17 İsa camaatdan ayrılıb bir evə girəndə şagirdlər həmin məsəllə bağlı onu sorğu-suala tutdular.+ 18 İsa dedi: «Yəni siz də onlar kimi heç nə başa düşmürsünüz? Məgər bilmirsiniz ki, insanın yediyi heç bir şey onu murdar edə bilməz? 19 Çünki insanın yediyi şey ürəyə yox, mədəyə düşür, sonra da bayıra çıxır». Beləcə, o, bütün yeməkləri pak elan etdi. 20 Sonra əlavə etdi: «İnsanın içindən çıxan onu murdar edir.+ 21 Çünki insanın daxilindən, ürəyindən+ pis fikirlər çıxır. Bunlar: əxlaqsızlıq*, oğurluq, qətl, 22 zinakarlıq, tamahkarlıq, pis əməllər, yalan, azğınlıq*, paxıllıq, küfr, lovğalıq və ağılsızlıqdır. 23 Bütün bu pislik insanın içindən gəlir və onu murdar edir».
24 İsa oradan çıxıb Sur və Sidon ərazisinə getdi+ və bir evə girdi. O istəmirdi ki, kimsə bunu bilsin. Bununla belə, onun gəlişindən xəbər tutdular. 25 Balaca qızına murdar ruh girmiş bir qadın İsa haqqında eşidən kimi gəlib onun ayaqlarına düşdü.+ 26 Bu qadın yunan idi və Suriyadakı Finikiyada yaşayırdı. Qadın yalvar-yaxar edirdi ki, İsa qızdan cini qovsun. 27 Amma İsa ona dedi: «Qoy əvvəlcə uşaqlar yeyib doysunlar. Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil».+ 28 Qadın İsaya dedi: «Düz deyirsən, Ağa, amma axı masanın altında oturan küçüklər də uşaqların tökdükləri qırıntıları yeyirlər». 29 Onda İsa qadına dedi: «Sən ki belə dedin, get. Cin qızından çıxdı».+ 30 Qadın evinə gəlib gördü ki, cin uşaqdan çıxıb, uşaq da çarpayıda uzanıb.+
31 İsa Sur ərazisindən çıxdı, Sidondan və Dekapol bölgəsindən keçib Cəlilə dənizinə gəldi.+ 32 Onun yanına bir kar və pəltək adam gətirdilər.+ Camaat xahiş etdi ki, İsa əlini onun üstünə qoysun. 33 İsa onu camaatın arasından çıxarıb kənara çəkdi, barmaqlarını onun qulaqlarına qoydu və tüpürüb onun dilinə toxundu.+ 34 Sonra göyə baxıb dərindən ah çəkdi və: «Effata», yəni «Açıl», — dedi. 35 O adamın qulaqları və dilinin düyünü açıldı+ və o, aydın danışmağa başladı. 36 Onda İsa oradakılara tapşırdı ki, bunu heç kəsə danışmasınlar.+ Amma İsa qadağan etdikcə insanlar baş verənlər haqqında daha çox danışırdılar.+ 37 Onlar heyrətlərini gizlədə bilmir+ və deyirdilər: «Onun hər bir işi mükəmməldir. O, hətta karların qulağını, lalların dilini açır».+
8 O günlərdə yenə də xeyli adam toplaşmışdı. Onların yeməyə heç nəyi yox idi. İsa şagirdlərini yanına çağırıb dedi: 2 «Camaata yazığım gəlir.+ Artıq üç gündür ki, yanımdadırlar, yeməyə də heç nələri yoxdur.+ 3 Onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Axı çoxları uzaq yerlərdən gəlib». 4 Şagirdlər ona dedilər: «Bu çöllükdə bu qədər camaatı yedirtmək üçün haradan çörək tapmaq olar?» 5 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar cavab verdilər: «Yeddi».+ 6 İsa buyurdu ki, camaat yerə otursun, sonra yeddi çörəyi götürdü, şükür edib çörəkləri böldü və paylamaq üçün şagirdlərinə verdi. Onlar da çörəkləri xalqa payladılar.+ 7 Orada bir neçə xırda balıq da var idi. İsa dua edib şagirdlərə dedi ki, balıqları da camaata paylasınlar. 8 Camaat yeyib doydu. Artıq qalan tikələrdən isə yeddi dolu səbət yığıldı.+ 9 Orada təxminən dörd min kişi var idi. Sonra İsa onları yola saldı.
10 Bundan dərhal sonra İsa şagirdləri ilə bərabər qayığa mindi və Dalmanut*+ bölgəsinə gəldi. 11 Orada yanına fərisilər gəlib onunla mübahisəyə başladılar. Onlar İsanı sınamaq məqsədilə göydən bir əlamət göstərməsini istədilər.+ 12 İsa dərindən ah çəkib dedi: «Axı bu nəsil niyə həmişə əlamət istəyir?+ Bunu bilin, bu nəsilə heç bir əlamət göstərilməyəcək».+ 13 İsa bunu deyib onlardan ayrıldı və qayığa minib o biri sahilə üzdü.
14 Şagirdlər özləri ilə çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda cəmi bir çörək vardı.+ 15 İsa onlara ciddi xəbərdarlıq etdi: «Baxın ha, özünüzü fərisilərin və Hirodun mayasından gözləyin».+ 16 Şagirdlər çörək götürmədikləri üçün öz aralarında mübahisə etməyə başladılar. 17 İsa bunu görəndə dedi: «Çörək götürmədiyiniz üçün niyə mübahisə edirsiniz? Yəni zehniniz hələ də qapalıdır? Hələ də anlamırsınız, dərk etmirsiniz? 18 “Gözünüz ola-ola görmürsünüz, qulağınız ola-ola eşitmirsiniz?” Məgər yadınızdan çıxıb, 19 mən beş min adam üçün beş çörəyi böləndə+ neçə dolu səbət yığmışdınız?» Onlar cavab verdilər: «On iki».+ 20 «Bəs dörd min adam üçün yeddi çörəyi böləndə neçə dolu səbət yığmışdınız?» Onlar dedilər: «Yeddi».+ 21 İsa onlara dedi: «Yəni hələ də sözümün canını tutmamısınız?»
22 Onlar Beytsəydaya yan aldılar. Orada İsanın yanına bir kor adam gətirdilər. Camaat yalvarırdı ki, İsa ona toxunsun.+ 23 İsa kor adamın əlindən tutub onu kənddən çıxartdı, sonra onun gözlərinə tüpürüb+ əlini onun üstünə qoydu və soruşdu: «Bir şey görürsən?» 24 O, gözlərini açıb baxdı və dedi: «Adamları görürəm. Onlar ağaca bənzəyirlər, amma gəzirlər». 25 İsa yenidən əllərini bu adamın gözlərinin üstünə qoydu və onun gözləri açıldı. O, artıq hər şeyi apaydın görürdü. 26 İsa onu evinə yola salıb tapşırdı: «Get, amma kəndə girmə».
27 İsa şagirdləri ilə bərabər Filipi Qeysəriyyəsi kəndlərinə yollandı. Yolda o, şagirdlərdən soruşdu: «Camaat nə deyir? Mən kiməm?»+ 28 Onlar cavab verdilər: «Kimisi deyir ki, Vəftizçi Yəhyasan+, kimisi deyir İlyassan+, başqaları da peyğəmbərlərdən biri olduğunu söyləyir». 29 İsa onların özündən soruşdu: «Bəs siz nə deyirsiniz, mən kiməm?» Butrus cavab verdi: «Sən Məsihsən».+ 30 Onda İsa onlara bərk-bərk tapşırdı ki, onun haqqında heç kəsə bir söz deməsinlər.+ 31 İsa şagirdlərinə bunları öyrətməyə başladı: insan Oğlu çoxlu əziyyət çəkməli, ağsaqqallar, böyük kahinlər və mirzələr onu rədd etməli, o ölməli+ və üç gündən sonra dirilməlidir.+ 32 İsa bu haqda açıq danışırdı. Onda Butrus İsanı qırağa çəkib onu məzəmmət etməyə başladı.+ 33 İsa çöndü, şagirdlərinə baxıb Butrusu tənbeh etdi: «Çəkil qabağımdan, Şeytan, çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir».+
34 İsa camaatı və şagirdlərini yanına çağırıb onlara dedi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini* götürüb daima ardımca gəlsin.+ 35 Çünki həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda və müjdə uğrunda itirən onu xilas edəcək.+ 36 Doğrudan da, insan bütün dünyaya sahib olarsa, amma həyatını itirərsə, bunun ona nə faydası?+ 37 İnsan öz həyatının əvəzində nə verə bilər?+ 38 Kim bu zinakar, günahkar nəsil qarşısında məndən və sözlərimdən utanarsa, insan Oğlu da müqəddəs mələklərlə öz Atasının əzəmətində gələndə+ o adamı şagirdi adlandırmağa utanacaq».+
9 İsa sonra davam etdi: «Eşidin və agah olun, burada duranlardan bəziləri Allahın Padşahlığının böyük qüdrətlə qurulduğunu görməyincə əsla ölməyəcək».+ 2 Altı gün sonra İsa Butrusu, Yaqubu və Yəhyanı yanına alıb uca bir dağın başına qalxdı. Dağda onlardan başqa heç kəs yox idi. Orada, şagirdlərin gözü qarşısında İsanın görkəmi dəyişdi.+ 3 Onun paltarı parıldayıb dümağ oldu. Paltar elə ağardı ki, dünyada heç bir paltaryuyan onu belə ağarda bilməzdi. 4 Şagirdlər həm də İlyasla Musanı gördülər. Onlar İsa ilə söhbət edirdilər. 5 Onda Butrus İsaya dedi: «Rabbi*, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa». 6 Əslində, Butrus bilmirdi nə etsin, çünki onlar bərk qorxmuşdular. 7 Bu zaman onların başı üstünə bulud yığıldı və buludun içindən bir səs+ gəldi: «Bu, Mənim sevimli Oğlumdur.+ Ona qulaq asın!»+ 8 Birdən onlar ətrafa baxıb gördülər ki, artıq yanlarında İsadan başqa heç kəs yoxdur.
9 Dağdan enəndə İsa onlara bərk-bərk tapşırdı ki, insan Oğlu dirilməyincə+ gördüklərini heç kəsə danışmasınlar.+ 10 Şagirdlər İsanın bu sözlərinə əməl etdilər*. Amma öz aralarında onun dirilməsinin nə demək olduğunu müzakirə edirdilər. 11 Onlar sonra İsadan soruşdular: «Nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas+ gəlməlidir?»+ 12 İsa cavab verdi: «Doğrudur, əvvəlcə İlyas gələcək və hər şeyi bərpa edəcək.+ Bəs onda niyə insan Oğlu barədə yazılıb ki, o, çoxlu əzab çəkəcək,+ təhqir olunacaq?+ 13 Amma bunu bilin ki, İlyas+ gəldi və onun haqqında necə yazılmışdısa, elə də oldu: onun başına oyun açdılar».+
14 İsagil o biri şagirdlərin yanına gələndə gördülər ki, onların başına çoxlu adam yığışıb və mirzələr şagirdlərlə mübahisə edirlər.+ 15 Camaat İsanı görəndə çaşdı və qabağına qaçıb onu salamladı. 16 İsa onlardan soruşdu: «Onlarla nə haqda mübahisə edirsiniz?» 17 Camaatın arasından kimsə cavab verdi: «Ustad, oğlumu sənin yanına gətirmişdim, çünki içinə cin girib. Cin uşağı lal edir.+ 18 Onu harada tutursa, yerə sərir. Uşağın ağzı köpüklənir, o, dişlərini qıcayır, sonra da lap əldən düşür. Şagirdlərindən xahiş etdim ki, cini qovsunlar, amma bacarmadılar». 19 Onda İsa dedi: «Ey imansız nəsil!+ Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu yanıma gətir».+ 20 Oğlanı İsanın yanına gətirdilər. Cin İsanı görən kimi uşağı qıc etdi, oğlanın ağzı köpükləndi, o, yerə yıxılıb yuvarlanmağa başladı. 21 İsa oğlanın atasından soruşdu: «Bu, oğlunda nə vaxtdandır?» Atası cavab verdi: «Uşaqlıqdan. 22 Cin balamı öldürmək üçün dəfələrlə onu suya, oda atıb. Əgər bir şey edə bilərsənsə, bizə yazığın gəlsin, bizə kömək et». 23 İsa ona dedi: «Necə? “Edə bilərsənsə”? İmanı olan üçün hər şey mümkündür».+ 24 Uşağın atası dərhal qışqırdı: «İmanım var! Nədə imanım çatışmır, mənə kömək et!»+
25 İsa görəndə ki, onların yanına çoxlu adam axışır, zəhmlə murdar ruha hökm etdi: «Ey lal və kar edən ruh! Əmr edirəm, bu adamdan çıx və bir daha ona girmə!»+ 26 Cin bağırdı, oğlanı bir neçə dəfə qıc edib ondan çıxdı. Uşaq ölü kimi sərilib qaldı, camaatın əksəriyyəti elə bildi ki, o ölüb. 27 Ancaq İsa uşağın əlindən tutub qaldırdı. O qalxdı. 28 İsa evə girəndən sonra şagirdləri ondan təklikdə soruşdular: «Bəs biz onu niyə qova bilmədik?»+ 29 İsa cavab verdi: «Bu cür cinləri yalnız dua ilə qovmaq olar».
30 İsa şagirdləri ilə oradan çıxıb getdi. Onlar Cəlilənin içindən keçirdilər. İsa istəmirdi ki, kimsə onun buralarda olduğundan xəbər tutsun, 31 çünki şagirdlərinə təlim verərək deyirdi: «İnsan Oğlu ələ veriləcək, onu öldürəcəklər.+ Lakin o, üç gündən sonra diriləcək».+ 32 Şagirdlər isə onun nə dediyini anlamırdılar, soruşmağa da qorxurdular.
33 Onlar Kəfərnahuma gəldilər. İsa evdə onlardan soruşdu: «Yolda nə haqda mübahisə edirdiniz?»+ 34 Şagirdlər dinmədilər, çünki yol ilə gedərkən aralarında kimin daha böyük olduğu barəsində mübahisə edirdilər. 35 İsa oturub on iki həvarini yanına çağırdı və onlara dedi: «Aranızda birinci olmaq istəyən hamıdan axırıncı olmalı və hamıya xidmət etməlidir».+ 36 Sonra bir uşaq götürüb onu şagirdlərin arasına qoydu və uşağı qucaqlayıb dedi: 37 «Belə balaca uşaqlardan birini mənim xatirimə qəbul edən+ məni də qəbul edir. Məni qəbul edən isə təkcə məni yox, məni göndərəni də qəbul edir».+
38 Yəhya ona dedi: «Ustad, biz bir adam gördük. O, sənin adınla cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o bizimlə gəzmir».+ 39 Ancaq İsa dedi: «Ona mane olmayın, çünki mənim adımla qüdrətli işlər görən adam bundan dərhal sonra qayıdıb məni pisləməz. 40 Bizə qarşı çıxmayan bizim tərəfimizdədir.+ 41 Məsihə məxsus olduğunuz üçün sizə bir parç su verən,+ inanın ki, mükafatsız qalmayacaq.+ 42 Ancaq iman edən bu kiçiklərdən birini günaha sürükləyən adamın boynuna dəyirman daşı* asıb onu dənizə atsaydılar, daha yaxşı olardı.+
43 Əgər əlin səni günaha sürükləyirsə, onu kəs. İki əllə Hinnom vadisinə*, sönməz alova düşməkdənsə, şikəst olub həyata qovuşmaq daha yaxşıdır.+ 44 *—— 45 Əgər ayağın səni günaha sürükləyirsə, onu kəs. İki ayaqla Hinnom vadisinə atılmaqdansa, topal olub həyata qovuşmaq daha yaxşıdır.+ 46 *—— 47 Əgər gözün səni günaha sürükləyirsə, onu tulla.+ Allahın Padşahlığına bir gözlə girmək iki gözlə Hinnom vadisinə atılmaqdan daha yaxşıdır.+ 48 Orada qurdlar ölmür və alov heç vaxt sönmür.+
49 Belə adamlar alovla* duzlanmalıdır.+ 50 Duz yaxşı şeydir, ancaq duz öz dadını itirsə, onun dadını necə qaytarmaq olar?+ Qoy içinizdə duz olsun,+ bir-birinizlə mehriban olun*».+
10 İsa oradan çıxıb İordanın o biri tayına, Yəhudiyyənin sərhədlərinə gəldi. Bu dəfə də onun yanına çoxlu adam axışdı və o, həmişəki kimi, onlara vəz etməyə başladı.+ 2 Bu zaman İsanı sınamaq məqsədi güdən fərisilər ona yaxınlaşdılar və ondan arvadı boşamağın düzgün olub-olmadığını soruşdular.+ 3 İsa da onlardan soruşdu: «Bəs Musa sizə nə buyurub?» 4 Onlar dedilər: «Musa izin verib ki, ər talaq kağızı yazaraq arvadını boşasın».+ 5 Lakin İsa onlara dedi: «Musa bu əmri sizin inadkar+ olduğunuza görə yazmışdı.+ 6 Ancaq Allah başlanğıcda onları “kişi və qadın olaraq yaradıb.+ 7 Buna görə insan ata-anasını tərk edəcək+ 8 və ikisi bir bədən olacaq”.+ Beləliklə, onlar artıq iki yox, bir bədəndir. 9 Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».+ 10 Onlar evdə olanda şagirdlər bu haqda ondan soruşdular. 11 İsa onlara dedi: «Arvadını boşayıb başqası ilə evlənən boşadığı arvada qarşı zina edir.+ 12 Eynilə də ərindən boşanıb başqasına ərə gedən qadın zina etmiş olur».+
13 Camaat uşaqlarını İsanın yanına gətirirdi ki, İsa onlara toxunsun. Şagirdlər isə camaatı danlayırdı.+ 14 İsa bunu görəndə qəzəblənib onlara dedi: «Qoyun uşaqlar yanıma gəlsinlər, onlara mane olmayın, çünki Allahın Padşahlığı belələrinə məxsusdur.+ 15 Bilin və agah olun: Allahın Padşahlığını balaca uşaq kimi qəbul etməyən əsla ora girməyəcək».+ 16 Bundan sonra İsa uşaqları qucağına aldı, əllərini onların üzərinə qoyub xeyir-dua verdi.+
17 İsa yola düşməyə hazırlaşarkən bir adam qaça-qaça gəlib onun qabağında diz çökdü və dedi: «Gözəl Ustad, əbədi həyatı almaq üçün mən nə etməliyəm?»+ 18 İsa ona dedi: «Məni niyə belə adlandırırsan? Allahdan başqa gözəl Varlıq yoxdur.+ 19 Sən ki “adam öldürmə+, zina etmə+, oğurluq etmə+, yalan şahidlik etmə+, fırıldaqçılıq etmə+, atana və anana hörmət et+” əmrlərini bilirsən». 20 O adam dedi: «Ustad, bütün bunlara uşaqlıqdan əməl edirəm». 21 Oğlan İsanın ürəyinə yatdı. İsa ona baxıb dedi: «Bircə şeyin çatmır. Get, nəyin varsa, sat və kasıblara payla. Onda göydə xəzinən olacaq. Sonra mənim ardımca gəl».+ 22 O isə bu sözləri eşidəndə kədərləndi və qəm-qüssə içində çıxıb getdi, çünki çox dövlətli idi.+
23 İsa ətrafına baxıb şagirdlərinə dedi: «Pullu adamlara Allahın Padşahlığına girmək necə də çətin olacaq!»+ 24 Şagirdlər bu sözlərə təəccübləndilər. Onda İsa onlara yenə dedi: «Övladlarım! Allahın Padşahlığına girmək çox çətindir! 25 Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+ 26 Onlar daha da təəccüblənib: «Bəs onda kim xilas ola bilər?» — deyə ondan* soruşdular.+ 27 İsa düz onlara baxıb dedi: «Bu, insan üçün mümkün deyil, Allah üçünsə mümkün olmayan şey yoxdur».+ 28 Onda Butrus dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəlmişik».+ 29 İsa dedi: «Əmin olun, mənim yolumda və müjdə uğrunda evini, bacı-qardaşını, anasını, atasını, uşaqlarını, yaxud tarlalarını qoyub gələn+ 30 mütləq bu dövrdə təqiblərlə+ yanaşı yüzqat artıq ev, qardaş, bacı, ana, uşaq və tarla, gələcəkdə isə əbədi həyat alacaq. 31 Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq».+
32 Onlar Yerusəlimə qalxırdılar. İsa qabaqda gedirdi. Şagirdlər təəccüb içində idilər, arxadan gələnləri isə qorxu bürümüşdü. O, bir daha on iki həvarisini kənara çəkib başına gələcək şeylər haqqında onlara danışmağa başladı:+ 33 «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək, onlar insan Oğlunu ölümə məhkum edəcək və başqa xalqlardan olan adamlara təslim edəcəklər. 34 Onlar da insan Oğlunu lağa qoyacaq, üzünə tüpürəcək, qamçılayacaq və öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək».+
35 Zəbədinin iki oğlu Yaqub və Yəhya+ İsaya yaxınlaşıb dedi: «Ustad, səndən bir xahişimiz var, xahişimizi yerə salma».+ 36 O soruşdu: «Nə istəyirsiniz? Sizin üçün nə edim?» 37 Onlar cavab verdilər: «Sən calalına yetişəndə izin ver, birimiz sağında, birimiz də solunda oturaq».+ 38 Ancaq İsa onlara dedi: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içəcəyim camdan* içə bilərsiniz? Yaxud vəftiz olunacağım vəftizlə vəftiz oluna bilərsiniz?»+ 39 Onlar dedilər: «Bəli». Onda İsa dedi: «İçəcəyim camdan içəcəksiniz, vəftiz olunacağım vəftizlə də vəftiz olunacaqsınız.+ 40 Amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Bu yerlər kimin üçün hazırlanıbsa, onlar da orada oturacaqlar».
41 Bu söhbəti eşidən digər on həvari Yaqubla Yəhyaya bərk qəzəbləndi.+ 42 Ancaq İsa onları yanına çağırıb dedi: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları sayılanlar onların üzərində ağalıq edir və xalqların rəhbərləri onlara başçılıq edirlər.+ 43 Amma sizin aranızda belə olmamalıdır. Aranızda böyük olmaq istəyən qulluğunuzda durmalıdır,+ 44 birinci olmaq istəyən hamınıza nökərçilik etməlidir. 45 Axı insan Oğlu ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək+ və bir çoxları uğrunda həyatını fidyə kimi verməyə gəlib».+
46 Onlar Ərihaya gəldilər. İsa şagirdləri və çoxlu adamla birlikdə Ərihadan çıxan zaman Bartimay (Timay oğlu) adında bir kor dilənçi yol kənarında oturmuşdu.+ 47 O, nəsrani İsanın həmin yoldan keçdiyini eşidəndə qışqırıb dedi: «Ey Davud Oğlu+ İsa, mənə rəhm et!»+ 48 Bir çoxları təpinərək onu susdurmağa çalışdılar. O isə daha bərkdən qışqırmağa başladı: «Davud Oğlu, mənə rəhm et!» 49 İsa ayaq saxlayıb dedi: «Onu bura çağırın». Camaat: «Qorxma, dur, səni çağırır», — deyə onu səslədi. 50 Dilənçi paltarını üstündən atıb yerindən sıçradı və İsanın yanına gəldi. 51 İsa ondan soruşdu: «Nə istəyirsən? Sənin üçün nə edim?» Kor adam dedi: «Rabbuni*, gözlərimə şəfa ver». 52 İsa ona dedi: «Get, imanın səni sağaltdı».+ Kor adamın gözləri dərhal açıldı+ və o, İsanın dalınca getdi.
11 Onlar Yerusəlimə, Zeytun dağında yerləşən Beytfəciyə və Beytaniyyəyə+ yaxınlaşanda İsa iki şagirdini qabağınca göndərib+ 2 dedi: «Qarşıdakı kəndə gedin. Kəndə girən kimi payaya bağlanmış, heç kimin minmədiyi bir qoduq görəcəksiniz. Onu açıb mənə gətirin. 3 Əgər sizdən soruşsalar ki, nə edirsiniz, belə deyin: “Ağaya lazımdır, sonra dərhal geri qaytaracaq”». 4 Beləliklə, şagirdlər yola düşdülər və gəlib yol qırağında yerləşən bir evin qapısı ağzında bağlanmış bir qoduq tapdılar və onu açdılar.+ 5 Orada duranlardan bəziləri onlara dedi: «Heyvanı niyə açırsınız?» 6 Şagirdlər İsanın öyrətdiyi kimi cavab verdilər. Onda adamlar onlara mane olmadılar.
7 Şagirdlər heyvanı İsanın yanına gətirib üst paltarlarını heyvanın belinə qoydular. İsa qoduğa mindi.+ 8 Bir çoxları üst paltarlarını, digərləri isə çöldən kəsdikləri yaşıl budaqları yola sərirdilər.+ 9 İsanın qabağınca və arxasınca gedən adamlar ucadan deyirdilər: «Yalvarırıq, qurtar!+ Yehovanın adı ilə gələnə eşq olsun!+ 10 Atamız Davudun+ qarşıdan gələn Padşahlığına eşq olsun! Ey göylərdə yaşayan Rəbbimiz, yalvarırıq, qurtar!» 11 İsa Yerusəlimə daxil olub məbədə girdi. O, ətrafa göz gəzdirdi və artıq gec olduğundan on iki həvarisi ilə Beytaniyyəyə getdi.+
12 Ertəsi gün onlar Beytaniyyədən çıxanda İsa acdı.+ 13 Uzaqdan onun gözünə yamyaşıl bir əncir ağacı sataşdı. İsa ağaca yaxınlaşdı ki, görsün ağacda meyvə var, ya yox. Lakin ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki hələ əncir vaxtı deyildi. 14 İsa ağaca dedi: «Qoy bundan sonra heç kəs səndən meyvə yeməsin».+ Bu sözü şagirdlər də eşitdilər.
15 Onlar Yerusəlimə gəldilər. İsa məbədə girdi, oradakı alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini çevirdi+ 16 və heç kəsi məbədin içindən bir şey keçirməyə qoymadı. 17 O vəz edərək deyirdi: «Məgər yazılmayıb ki: “Mənim evim bütün xalqlar üçün dua evi adlanacaq”?+ Siz isə onu quldur yuvasına döndərmisiniz».+ 18 Böyük kahinlər və mirzələr bunu eşitdilər və İsanı öldürmək üçün yol axtarmağa başladılar.+ Onlar İsadan qorxurdular, çünki camaat onun necə vəz etdiyinə valeh idi.+
19 Axşam İsa həmişəki kimi şagirdləri ilə şəhərdən çıxdı. 20 Səhər tezdən həmin yerdən keçəndə gördülər ki, əncir ağacı qupquru quruyub.+ 21 Butrus dünənki hadisəni yadına salıb İsaya dedi: «Rabbi*, bir bax! Lənətlədiyin əncir ağacı quruyub!»+ 22 İsa onlara dedi: «Allaha iman edin. 23 Bunu bilin ki, kim bu dağa: “Qalx, dənizə atıl”, — deyib ürəyində şübhə etməsə, əksinə, sözünün mütləq yerinə yetəcəyinə inansa, elə də olacaq.+ 24 Buna görə əmin olun. Dua edib xahiş etdiyiniz hər şeyi hökmən alacağınıza* inansanız, alacaqsınız.+ 25 Durub dua edəndə ürəyinizdə kimə qarşı kin varsa, bağışlayın ki, göydəki Atanız da sizin təqsirlərinizi bağışlasın».+ 26 *——
27 Onlar yenidən Yerusəlimə gəldilər. İsa məbəddə gəzərkən böyük kahinlər, mirzələr və ağsaqqallar ona yaxınlaşıb 28 dedilər: «De görək bunları nə haqla edirsən? Sənə kim ixtiyar verib?»+ 29 İsa onlara dedi: «Mən də sizə bir sual verəcəyəm. Cavab versəniz, onda bu işləri hansı ixtiyarla gördüyümü sizə deyəcəyəm. 30 Deyin görüm Yəhyaya+ vəftiz etmək ixtiyarını Allah vermişdi, yoxsa insanlar?»+ 31 Onlar öz aralarında götür-qoy etməyə başladılar: «Əgər desək ki, “Allah vermişdi”, o qayıdıb deyəcək: “Bəs onda niyə ona inanmadınız?” 32 “İnsanlar vermişdi” də deyə bilmərik». Onlar xalqdan qorxurdular, çünki hamı Yəhyanı əsl peyğəmbər hesab edirdi.+ 33 Onlar İsaya cavab verdilər: «Bilmirik». İsa da onlara dedi: «Mən də bunları nə ixtiyarla etdiyimi sizə deməyəcəyəm».
12 İsa sözünə məsəllərlə davam etdi: «Bir adam üzüm bağı saldı.+ Bağı çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi+ və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı.+ 2 Məhsul yığımı mövsümündə o, öz nökərini göndərdi ki, bağbanlar ona bağın barından versinlər. 3 Bağbanlar isə nökəri qamarlayıb döydülər və əliboş geri qaytardılar. 4 Bağın sahibi onların yanına başqa bir nökər göndərdi, lakin bağbanlar onun başını yardılar, onu alçaltdılar.+ 5 O, bir nökərini də göndərdi, bağbanlar onu öldürdülər. Bağ sahibi ora çoxlu nökər göndərdi, lakin bağbanlar bəzilərini döydülər, bəzilərini öldürdülər. 6 Bağ sahibinin bir sevimli oğlu+ var idi. O: “Oğluma hörmətlə yanaşarlar”, — deyib lap axırda bağbanların yanına oğlunu göndərdi. 7 Ancaq bağbanlar bir-birilərinə dedilər: “Bu varisdir.+ Gəlin onu öldürək, miras bizim olsun”. 8 Bağbanlar onu tutub öldürdülər və bağdan çölə atdılar.+ 9 Görəsən, bağın sahibi nə edəcək? O gəlib bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək.+ 10 Məgər bu sözləri oxumamısınız: “Bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu.+ 11 Bunu edən Yehovadır, biz buna heyran qalmışıq”?»+
12 Onlar İsanın bu məsəli onlara aid etdiyini başa düşüb onu tutmaq istədilər. Ancaq xalqdan qorxurdular. Buna görə də İsadan ayrılıb getdilər.+
13 Sonra onlar İsanı sözdə tutmaq üçün yanına bir neçə fərisini və Hirodun ardıcılını göndərdilər.+ 14 Onlar gəlib dedilər: «Ustad, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, kiminsə rəğbətini qazanmağa çalışmırsan, çünki insanın hansı təbəqədən olması səni maraqlandırmır. Səncə, Sezara can vergisi ödəmək düzgündür, ya yox? 15 Ödəyək, yoxsa ödəməyək?» İsa onların riyakarlığını duyub dedi: «Məni niyə sınayırsınız? Bir dinar* gətirin görüm». 16 Ona bir dinar verdilər. İsa soruşdu: «Burada kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Sezarın». 17 Onda İsa dedi: «Sezara məxsus şeyləri Sezara,+ Allaha məxsus şeyləri Allaha verin».+ Onlar İsanın sözlərinə mat qaldılar.
18 Sonra onun yanına dirilməyə inanmayan saddukilər+ gəlib dedilər:+ 19 «Ustad, Musa bizə yazıb ki, əgər bir adam özündən sonra övlad qoymayıb ölərsə, qardaşı onun dul qalmış arvadını almalı və onun nəslini davam etdirməlidir.+ 20 Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övlad qoymayıb öldü. 21 Sonra o qadını ikinci qardaş aldı. O da övladsız öldü. Üçüncüsü də eləcə. 22 Yeddi qardaşın heç biri özündən sonra uşaq qoymadı. Hamıdan axırda qadın öldü. 23 Diriləndən sonra bu qadın hansı qardaşın arvadı olacaq? Axı yeddisi də onu almışdı». 24 İsa onlara cavab verdi: «Siz nə Müqəddəs Yazıları bilirsiniz, nə də Allahın qüdrətindən xəbəriniz var. Buna görə də yanılırsınız.+ 25 Axı diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar.+ 26 O ki qaldı ölülərin dirilməsinə, məgər Musanın kitabında, kol haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini heç oxumamısınız?+ 27 O, ölülərin yox, dirilərin Allahıdır. Siz bərk yanılırsınız».+
28 Orada bu mübahisəni eşidən bir mirzə var idi. Mirzə İsanın onlara yaxşı cavab verdiyini bildiyi üçün ondan soruşdu: «Bütün əmrlərin arasında ən vacib əmr hansıdır?»+ 29 İsa cavab verdi: «Ən vacib əmr budur: “Dinlə, ey İsrail! Allahımız Yehova tək olan Yehovadır. 30 Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev”.+ 31 İkinci əmr isə budur: “Başqasını özünü sevdiyin kimi sev”.+ Bunlardan böyük əmr yoxdur». 32 Mirzə ona dedi: «Ustad, yaxşı dedin. Doğru deyirsən ki, “O, təkdir, Ondan başqası yoxdur”+ 33 və insanın Onu bütün qəlbilə, bütün düşüncəsi ilə, var qüvvəsi ilə sevməsi, həmçinin başqasını özü kimi sevməsi bütün yandırma qurbanlarından və başqa qurbanlardan qat-qat qiymətlidir».+ 34 İsa onun ağılla cavab verdiyini görüb dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Artıq heç kəs cürət edib ona sual vermədi.+
35 Sonra İsa məbəddə sözünə davam edərək bunları dedi: «Nə üçün mirzələr deyirlər ki, Məsih Davudun oğludur?+ 36 Davud özü müqəddəs ruhun+ təsiri ilə demişdi: “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”.+ 37 Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»+
Camaat onu böyük məmnuniyyətlə dinləyirdi. 38 İsa sözünə davam etdi: «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun əbalarda gəzməyi, bazar meydanlarında camaatdan salam almağı,+ 39 sinaqoqlarda qabaq cərgələrdə, ziyafətlərdə yuxarı başda oturmağı sevirlər.+ 40 Onlar dul qadınların evlərini talayırlar, özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər. Onlara daha ağır hökm kəsiləcək».
41 İsa əyləşdi. Həmin yerdən xəzinə qabları+ yaxşı görünürdü. O, camaatın qablara pul atmağına baxmağa başladı. Varlılar xəzinə qablarına çoxlu pul atırdılar.+ 42 Bir kasıb dul qadın gəlib qaba iki xırda pul* saldı.+ 43 İsa şagirdlərini yanına çağırıb dedi: «Bunu bilin ki, bu kasıb dul qadın xəzinə qabına hamıdan çox atdı.+ 44 çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola dolanmaq üçün nəyi vardısa hamısını verdi».+
13 İsa məbəddən çıxanda şagirdlərindən biri dedi: «Ustad, bir bu möhtəşəm daşlara, bu binalara bax!»+ 2 Amma İsa ona dedi: «Gördüyün bu möhtəşəm binaların daşı daş üstə qalmayacaq, hamısı dağılacaq»+.
3 İsa Zeytun dağında oturmuşdu. Buradan məbəd yaxşı görünürdü. Bu vaxt Butrus, Yaqub, Yəhya və Andreas təklikdə ondan soruşdular: 4 «Bizə de, bunlar nə vaxt baş verəcək? Bütün bunların sonunun yaxın olduğuna əlamət nə olacaq?»+ 5 İsa onlara dedi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.+ 6 Bir çoxları mənim adımla gəlib “Məsih mənəm” deyəcək və çoxlarını aldadacaq. 7 Həmçinin müharibə səsləri, müharibə xəbərləri eşidəndə təşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil.+
8 Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq.+ Gah burada, gah orada zəlzələlər və qıtlıq olacaq.+ Bunlar bəlaların* başlanğıcıdır+.
9 Siz isə ehtiyatlı olun. İnsanlar sizi məhkəmələrə verəcək,+ sinaqoqlarda döyəcək,+ mənim adıma görə sizi hakimlərin və padşahların qabağına gətirəcəklər. Bu, onlara şəhadət verməyiniz üçün fürsət yaradacaq.+ 10 Həmçinin əvvəlcə bütün xalqların arasında müjdə təbliğ edilməlidir.+ 11 Sizi həbs edib aparanda nə deyəcəyiniz barəsində qabaqcadan narahat olmayın. Həmin an müqəddəs ruh sizə nə bildirəcəksə, onları deyərsiniz, çünki danışan siz yox, müqəddəs ruh olacaq.+ 12 Bundan əlavə, qardaş qardaşını, ata övladını ölümə verəcək, övladlar valideynlərə qarşı çıxıb onları öldürtdürəcəklər.+ 13 Mənim adıma görə hamı sizə nifrət edəcək.+ Lakin axıra kimi dözən+ xilas olacaq.+
14 Siz viranəlik gətirən iyrənc şeyin+ layiq olmadığı yerdə durduğunu görəndə (oxuyan dərk etsin) qoy Yəhudiyyədə olanlar dağlara qaçsın.+ 15 Evin damında olan damdan düşməsin, evdən nə isə götürmək üçün evə girməsin. 16 Tarlada olan da üst paltarını götürmək üçün qayıtmasın. 17 O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına!+ 18 Dua edin ki, qaçmağınız qışa təsadüf etməsin. 19 Çünki o günlərdə elə bir müsibət+ olacaq ki, beləsi Allah dünyanı yaradandan həmin vaxtadək olmayıb və bir daha olmayacaq.+ 20 Əgər Yehova o günləri qısaltmasaydı, heç kəs xilas ola bilməzdi. Amma O, seçdiyi adamlara görə həmin günləri qısaldacaq.+
21 Əgər o zaman da sizə “baxın, Məsih buradadır!” yaxud “oradadır!” desələr, inanmayın.+ 22 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər peyda olacaq,+ əlamət və möcüzələr göstərəcəklər ki, mümkünsə, seçilmişləri yoldan çıxartsınlar. 23 Buna görə də diqqətli olun!+ Mən sizi xəbərdar etdim.
24 Lakin o vaxt, o müsibətdən sonra günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq,+ 25 ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq. 26 O zaman insan Oğlunun+ qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcəklər.+ 27 O, mələkləri göndərəcək və onlar dünyanın dörd tərəfindən, yerin ucundan göyün ucunadək Onun seçdiklərini yığacaq.+
28 Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır.+ 29 Siz də bunların baş verdiyini görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır.+ 30 Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək.+ 31 Yer-göy yox olub gedəcək,+ amma mənim sözlərim qalacaq.+
32 O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir.+ 33 Diqqətli olun, oyaq qalın,+ çünki təyin edilmiş vaxtı bilmirsiniz.+ 34 Bu, başqa ölkəyə yollanan bir adamın öz evinin nəzarətini nökərlərə tapşırıb hərəsinə bir iş verməsinə,+ qapıçıya da oyaq qalmağı buyurmasına bənzəyir.+ 35 Buna görə də oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini:+ axşam, gecə yarısında, xoruz banında, yaxud səhər tezdən gələcəyini bilmirsiniz.+ 36 Elə olmasın ki, o, qəfil gələndə sizi yatmış tapsın.+ 37 Sizə dediyimi hamıya deyirəm: oyaq qalın!»+
14 Pasxa+ və Mayasız çörək bayramına+ iki gün qalırdı.+ Böyük kahinlər və mirzələr İsanı hiylə ilə tutub öldürmək üçün yol axtarırdılar.+ 2 Amma deyirdilər: «Bayramda olmasın, yoxsa xalq ayağa qalxar».
3 İsa Beytaniyyədə, cüzamlı Şimonun evində süfrədə əyləşərkən bir qadın əlində qab* içəri girdi. Qabın içində bahalı ətirli yağ, xalis nard* var idi. Qadın qabın boğazını qırıb yağı İsanın başına tökməyə başladı.+ 4 Bunu görənlərdən bəzilərinin qadına acığı tutdu, onlar bir-birilərinə dedilər: «Bu, ətirli yağı niyə zay edir? 5 Yağı üç yüz dinardan* baha qiymətə satıb pulu kasıblara paylamaq olardı!» Onlar qadının bu hərəkətindən çox narazı qaldılar. 6 Amma İsa onlara dedi: «Qızla işiniz olmasın. Ondan nə istəyirsiniz? O, mənim üçün savab iş gördü.+ 7 Kasıblar həmişə yanınızdadır,+ nə vaxt istəsəniz onlara yaxşılıq edə bilərsiniz. Amma mən həmişə yanınızda olmayacağam.+ 8 O, gücü çatanı etdi. Bədənimi ətirli yağla yağlayıb məni qabaqcadan dəfnə hazırladı.+ 9 İnanın, müjdə dünyanın harasında təbliğ olunsa,+ bu qadının gördüyü işdən danışıb onu yad edəcəklər»+.
10 On iki həvaridən biri olan Yəhuda İskəryut İsanı ələ vermək üçün böyük kahinlərin yanına getdi.+ 11 Kahinlər bunu eşidəndə sevindilər və ona gümüş pul verməyə boyun oldular.+ Bu vaxtdan etibarən, Yəhuda İsanı ələ vermək üçün fürsət axtarmağa başladı.
12 Mayasız çörək+ bayramının ilk günündə (həmin gün Pasxa qurbanı kəsirdilər)+ İsanın şagirdləri ona dedilər: «Sənin üçün Pasxa yeməyini gedib harada hazırlayaq?»+ 13 Onda İsa iki şagirdini göndərib dedi: «Şəhərə gedin. Orada qabağınıza əlində saxsı səhəng aparan bir adam çıxacaq. Onun dalınca gedin.+ 14 O, hansı evə girsə, o evin sahibinə deyin: “Ustad soruşur: “Şagirdlərimlə Pasxa yeməyini hansı otaqda yeyəcəyəm?” 15 O adam sizə yuxarı mərtəbədə böyük bir otaq göstərəcək. Otaqda hər nə lazımdırsa olacaq. Pasxa yeməyimizi orada hazırlayın». 16 Şagirdlər yola düşüb şəhərə gəldilər. Hər şey İsanın dediyi kimi oldu. Onlar Pasxa üçün hazırlıq gördülər.
17 Axşam düşəndə İsa on iki həvarisi ilə oraya gəldi.+ 18 Onlar süfrə arxasında oturub yeyərkən İsa dedi: «Bunu bilin: hal-hazırda mənimlə süfrədə oturan sizlərdən biri məni satacaq».+ 19 Şagirdləri qəm-qüssə bürüdü və onlar bir-bir ondan soruşmağa başladılar: «Bu mənəm?» 20 İsa onlara dedi: «O adam on iki həvaridən biridir, mənimlə bir qaba çörək batıran adamdır.+ 21 Düzdür, insan Oğlu onun haqqında yazıldığı kimi gedir, amma vay onu satanın halına!+ O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı».+
22 Onlar yemək yedikləri zaman İsa çörək götürüb dua etdi, sonra çörəyi bölüb şagirdlərinə uzatdı və dedi: «Götürün, bu, mənim bədənimi təmsil edir».+ 23 Sonra İsa bir cam götürdü, Allaha şükür edib camı onlara verdi. Hamı camdan içdi.+ 24 İsa onlara dedi: «Bu, bir çoxları uğrunda+ axıdılacaq qanımı,+ “əhd+ qanını” təmsil edir. 25 Bunu bilin ki, Allahın Padşahlığında təzə şərab içəcəyim günə qədər dilimə əsla şərab vurmayacağam». 26 Axırda onlar mədh nəğmələri* oxuyub Zeytun dağına yollandılar.+
27 İsa onlara dedi: «Hamınız məndən üz döndərəcəksiniz, çünki yazılıb: “Çobanı vuracağam,+ qoyunlar pərən-pərən olacaq”.+ 28 Amma diriləndən sonra mən sizin qabağınızca Cəliləyə gedəcəyəm».+ 29 Onda Butrus dedi: «Hamı səndən üz döndərsə də, mən üz döndərmərəm».+ 30 İsa cavab verdi: «Bunu bil ki, bu gün, elə bu gecə xoruz iki dəfə banlamamış sən məni düz üç dəfə danacaqsan».+ 31 Butrus isə israrla deyirdi: «Səninlə birgə ölmək lazım gəlsə belə, səni danmaram». Digərləri də eyni şeyi deyirdi.+
32 Onlar Getsemani deyilən yerə gəldilər. Orada İsa şagirdlərinə dedi: «Siz burada oturun, mən isə dua edim».+ 33 İsa Butrusu, Yaqubu və Yəhyanı özü ilə götürdü.+ Sonra o, güclü təlaş və dərin iztirab keçirdi. 34 O, şagirdlərə dedi: «Kədərim hədsizdir,+ dözülməzdir. Siz burada durun, oyaq qalın».+ 35 İsa bir az irəli gedib yerə qapandı və: «Əgər mümkünsə, qoy bu sınaq* məndən yan keçsin», — deyə dua etməyə başladı. 36 Sonra əlavə etdi: «Atacan*, Ata,+ Sənin üçün hər şey mümkündür. Bu camı* məndən uzaqlaşdır. Fəqət qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun».+ 37 İsa qayıdanda gördü ki, onlar yatırlar və Butrusa dedi: «Şimon, sən yatırsan? Bircə saat da oyaq qalmağa gücün çatmadı?+ 38 Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz.+ Bəli, ruh* şövqlü, cisim* isə zəifdir».+ 39 Bundan sonra İsa yenidən uzaqlaşıb eyni sözlərlə dua etdi.+ 40 Şagirdlərin isə yuxudan gözləri bağlanırdı. İsa təkrarən qayıdanda gördü ki, onlar yenə yatıblar. Onlar bilmədilər İsaya nə cavab versinlər. 41 İsa üçüncü dəfə qayıdanda onlara dedi: «Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! Yetər! Vaxt yetişdi!+ İnsan Oğlu günahlıların əlinə verilir. 42 Durun gedək. Xain yaxınlaşır».+
43 İsa hələ danışarkən on iki həvaridən biri olan Yəhuda xeyli adamla ora gəldi. Bu adamlar qılınc və dəyənəklə silahlanmışdılar; onları böyük kahinlər, mirzələr və ağsaqqallar göndərmişdi.+ 44 Xain onlara işarə vermişdi: «Kimi öpsəm, İsa odur. Onu tutun və nəzarət altında aparın». 45 Yəhuda düz İsanın qabağına gəlib: «Rabbi!»* — dedi və onu nəvazişlə öpdü. 46 Onda İsanı tutdular. 47 Bu vaxt İsanın yanında duranlardan biri qılıncını çəkdi və vurub baş kahinin nökərinin qulağını kəsdi.+ 48 İsa o adamlara dedi: «Məgər mən qulduram ki, məni tutmaq üçün üstümə qılınc və dəyənəklə gəlmisiniz?+ 49 Hər gün məbəddə vəz edəndə sizin yanınızda idim,+ heç onda məni həbs etmirdiniz?! Lakin bunlar Müqəddəs Yazılarda yazılanlar yerinə yetsin deyə, baş verir».+
50 Şagirdlər onu qoyub qaçdılar.+ 51 Əynində zərif kətan bürüncəkdən başqa heç nə olmayan bir cavan bir az aralıdan İsanın dalınca gedirdi. Onu da tutmaq istədilər, 52 amma o, kətan paltarını qoyub çılpaq* qaçdı.
53 İsanı baş kahinin yanına gətirdilər.+ Bütün böyük kahinlər, ağsaqqallar və mirzələr ora toplaşdı.+ 54 Butrus uzaqdan İsanın dalınca gəlirdi. O, baş kahinin həyətinə girib qulluqçularla oturdu və tonqalın qırağında isinməyə başladı.+ 55 Bu vaxt böyük kahinlər və bütün Sinedrion İsanı öldürmək üçün onun əleyhinə şəhadət axtarırdı, amma tapa bilmirdi.+ 56 Halbuki bir çoxları İsanın əleyhinə yalandan şəhadət verirdilər,+ lakin sözləri bir-biri ilə düz gəlmirdi. 57 Bəziləri durub ona qarşı yalandan şahidlik edir və deyirdi: 58 «Biz bu adamın sözlərini öz qulağımızla eşitmişik. O belə deyib: “Mən insan əli ilə tikilmiş bu məbədi dağıdıb üç günə başqasını, əllə tikilməmiş məbəd ucaldacağam”».+ 59 Ancaq bu məsələdə də onların ifadələri bir-birinə uyğun gəlmirdi.
60 Onda baş kahin ayağa qalxdı və İsadan soruşdu: «Niyə cavab vermirsən? Eşidirsən, əleyhinə nələr danışırlar?»+ 61 İsa susub cavab vermədi.+ Baş kahin yenidən soruşdu: «Mübarək Allahın Oğlu Məsih sənsən?» 62 İsa dedi: «Bəli, mənəm. Siz insan Oğlunun+ Qüdrətlinin sağında oturduğunu+ və göyün buludları üzərində gəldiyini görəcəksiniz».+ 63 Baş kahin bunu eşidəndə yaxasını cırıb dedi: «Daha şahidlər nəyimizə gərəkdir?+ 64 Siz öz qulağınızla onun ağzından küfr eşitdiniz. İndi nə deyirsiniz?» Onlar yekdilliklə İsaya ölüm hökmü çıxartdılar.+ 65 Sonra bəziləri İsaya tüpürdülər,+ üzünü örtüb onu yumruqlamağa başladılar. Onlar deyirdilər: «Peyğəmbərsənsə, de görək səni kim vurdu?» Məhkəmə icraçıları İsanı şillələyib apardılar.+
66 Bu vaxt Butrus həyətdə, tonqalın qırağında isinirdi. Baş kahinin qarabaşı gəlib+ 67 onu gördü və düz gözlərinin içinə baxıb dedi: «Sən də bu nəsrani İsanın adamlarındansan». 68 Butrus inkar etdi: «Mən bu adamı tanımıram, sənin də nə dediyini başa düşmürəm». Sonra darvazaya tərəf getdi. 69 Qarabaş onu orada görüb yan-yörəsindəkilərə dedi: «Bu da onlardandır». 70 Butrus yenə də inkar etdi. Bir qədər sonra orada duranlar Butrusa dedilər: «Hə, doğrudan da, sən onlardansan, cəliləlisən». 71 Butrus özünə lənət yağdırıb and-aman etdi: «Dediyiniz adamı tanımıram!» 72 Elə bu vaxt xoruz ikinci dəfə banladı+ və İsanın «xoruz iki dəfə banlamamış sən məni üç dəfə danacaqsan»+ sözləri Butrusun yadına düşdü. Onda Butrus özünü saxlaya bilməyib hönkür-hönkür ağladı.
15 Sübh tezdən bütün Sinedrion: böyük kahinlər, ağsaqqallar və mirzələr məşvərət keçirdi. Onlar İsanın əl-qolunu bağladılar və aparıb Pilata təhvil verdilər.+ 2 Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?»+ İsa ona cavab verdi: «Dediyin kimidir».+ 3 Böyük kahinlər İsanı çoxlu şeydə ittiham edirdilər. 4 Pilat yenidən soruşdu: «Niyə cavab vermirsən?+ Gör sənə qarşı nə qədər ittiham irəli sürülür!»+ 5 Amma İsa daha cavab vermədi. Pilat buna bərk təəccübləndi.+
6 Pilat adətən hər Pasxa bayramında xalqın istədiyi bir məhbusu azadlığa buraxırdı.+ 7 O günlərdə həbsdə üsyan zamanı qətl törətmiş üsyankarlar saxlanılırdı. Barabba adında bir adam da onların arasında idi. 8 Camaat toplaşıb Pilatdan həmişəki kimi bir məhbusu azadlığa buraxmağı xahiş etdi. 9 Pilat onlara dedi: «İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?»+ 10 O bilirdi ki, böyük kahinlər İsanı paxıllıqdan ələ veriblər.+ 11 Amma böyük kahinlər camaatı qızışdırdılar ki, İsanın yerinə Barabbanın azad olmasını istəsinlər.+ 12 Pilat onlara bir də dedi: «Bəs yəhudilərin padşahı dediyiniz bu adamla nə edim?»+ 13 Camaat təkrarən qışqırdı: «Onu dirəkdə edam et!»+ 14 Pilat onlardan soruşdu: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəkdə edam et!»+ 15 Onda Pilat camaatı razı salmaq üçün Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürəndən sonra+ dirəkdə edam etmək üçün əsgərlərə təhvil verdi.+
16 Əsgərlər İsanı vali sarayının həyətinə apardılar. Bütün alay oraya gəldi.+ 17 Onlar İsanın əyninə bənövşəyi libas geyindirdilər, tikandan çələng hörüb başına qoydular. 18 Onlar deyirdilər: «Salam, ey yəhudilərin padşahı!»+ 19 Qamış çubuqla onun başına vurur, üzünə tüpürür, qarşısında diz çöküb təzim edirdilər. 20 Onu lağa qoyub qurtarandan sonra əynindəki bənövşəyi libası çıxardıb üst paltarını geyindirdilər və dirəyə mıxlamağa apardılar.+ 21 Əsgərlər kənddən qayıdan bir yolçunu, Aleksandr ilə Rufusun atası kirenalı Şimonu tutub, İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər.+
22 İsanı Qolqota (mənası «kəllə» deməkdir) deyilən yerə gətirdilər.+ 23 Burada ona içinə məstedici mürr qatılmış şərab vermək istədilər,+ amma o içmədi. 24 İsanı dirəyə mıxladılar, sonra püşk atıb paltarlarını öz aralarında bölüşdürdülər.+ 25 Onu səhər saat doqquz radələrində* dirəyə mıxladılar. 26 İsanın başı üstündə bir lövhə vurdular. Lövhədə ona qarşı irəli sürülmüş ittiham yazılmışdı: «Yəhudilərin padşahı».+ 27 Onun yanında dirəyə iki quldur mıxladılar, birini sağında, birini solunda.+ 28 *—— 29 Oradan keçənlər İsanı təhqir edir, başlarını bulayıb+ deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax!+ 30 Ay-hay! Sən hələ özünü xilas et, işgəncə dirəyindən düş». 31 Böyük kahinlərlə mirzələr də öz aralarında onu lağa qoyur və deyirdilər: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir!+ 32 Qoy İsrailin padşahı Məsih gözümüzün qabağında işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq».+ Hətta onun yanında dirəyə mıxlanmış adamlar da onu təhqir edirdilər.+
33 Günorta saat on iki radələrində* bütün o əraziyə qaranlıq çökdü və təxminən saat üçə kimi* davam etdi.+ 34 Təxminən saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?» — dedi, bu da «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir.+ 35 Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «Baxın, İlyası çağırır». 36 Bu zaman bir nəfər qaçıb süngəri turş şəraba batırdı, sonra onu bir qamışın ucuna taxıb ona uzatdı ki, içsin.+ O dedi: «Əl çəkin ondan. Görək İlyas gəlib onu dirəkdən düşürəcək». 37 İsa ucadan qışqırıb son nəfəsini verdi.+ 38 Bu zaman məbədin pərdəsi*+ yuxarıdan aşağıya cırılıb iki yerə bölündü.+ 39 Yaxınlıqda duran bir yüzbaşı baş verənləri və onun öldüyünü görəndə dedi: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş».+
40 Orada qadınlar da var idi, onlar baş verənləri uzaqdan müşahidə edirdilər. Məcdəlli Məryəm, kiçik Yaqubla Yusifin anası Məryəm və Səlimə də onların arasında idi.+ 41 İsa Cəlilədə olanda bu qadınlar ona xidmət edir+ və onu müşayiət edirdilər. İsa ilə birlikdə Yerusəlimə gəlmiş bir çox başqa qadın da orada idi.
42 Artıq axşam düşürdü. Həmin gün Hazırlıq günü, yəni şənbə ərəfəsi olduğu üçün 43 Şuranın* hörmətli üzvü və Allahın Padşahlığını gözləyən arimataylı Yusif ora gəldi. O, cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi.+ 44 Pilat İsanın öldüyünü eşidəndə onu maraq bürüdü və yanına bir yüzbaşı çağırıb İsanın ölüb-ölmədiyini xəbər aldı. 45 Yüzbaşı İsanın öldüyünü təsdiqləyəndən sonra Pilat cəsədi Yusifə verdi. 46 Yusif zərif kətan aldı, cəsədi dirəkdən düşürüb kətana bürüdü və qayada oyulmuş sərdabəyə qoydu.+ Sonra sərdabənin ağzına bir daş diyirlədi.+ 47 Məcdəlli Məryəm və Yusifin anası Məryəm cəsədin qoyulduğu yerə baxırdılar.+
16 Şənbə+ bitəndən sonra Məcdəlli Məryəm+, Yaqubun anası Məryəm və Səlimə gedib ətirli ot aldılar ki, yağa qatıb İsanın bədəninə çəksinlər.+ 2 Həftənin ilk günü* səhər tezdən gün çıxan kimi onlar sərdabəyə gəldilər.+ 3 Qadınlar bir-birinə deyirdilər: «Sərdabənin ağzındakı daşı bizim üçün kim qırağa çəkəcək?» 4 Onlar baxıb gördülər ki, kimsə daşı qırağa diyirləyib, halbuki daş çox yekə idi.+ 5 Onlar sərdabəyə girəndə gördülər ki, sağ tərəfdə ağ əba geymiş bir gənc oturub. Qadınlar donub qaldılar. 6 Gənc onlara dedi: «Təəccüblənməyin.+ Bilirəm, siz dirəkdə edam edilmiş nəsrani İsanı axtarırsınız. O, burada yoxdur, dirilib.+ Gəlin onun qoyulduğu yerə baxın.+ 7 Sonra gedin, onun şagirdlərinə və Butrusa belə deyin: “O, sizin qabağınızca Cəliləyə gedir.+ Sizə dediyi kimi, onu orada görəcəksiniz”».+ 8 Qadınlar sərdabədən çıxıb qaça-qaça getdilər. Hisslər onları çulğamışdı, onlar tir-tir əsirdilər. Qadınlar heç kəsə heç nə demədilər, çünki bərk qorxmuşdular*.+
Lüğətə bax.
Lüğətə bax.
Yaxud təlim verməyə.
Digər variant: onun kim olduğunu bilirdilər.
Yəni yuyulmamış parçadan.
Yaxud hüzur çörəyini.
Yun. apostolos. Mənası: göndərilmiş; elçi.
Yun. Boanerges.
Bu ad Şeytana aid işlənir.
Qədim Roma ordusunun baş hərbi hissəsi legion adlanırdı. Bu söz burada çoxluq mənasında işlənir.
Yaxud On şəhər bölgəsinin.
Hərfən: qızım.
Hərfən: iki köynək.
Ayaqdan tozu çırpmaq məsuliyyətdən azad olmaq mənasını daşıyırdı.
B14 əlavəsinə bax.
Hərfən: gecənin dördüncü növbəsində. Təxminən gecə saat üçdən səhər saat altıya kimi.
Yaxud suya batırırlar.
A3 əlavəsinə bax.
Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.
Yaxud abırsızlıq. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.
Güman ki, Məcdənin və ya qonşu bölgənin digər adı.
Lüğətə bax.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Digər variant: bu sözlərini heç kimə demədilər.
Burada söhbət eşşəyin fırlatdığı dəyirman daşından gedir.
Lüğətə bax.
A3 əlavəsinə bax.
A3 əlavəsinə bax.
Burada Hinnom vadisinin alovu, yəni əbədi ölüm nəzərdə tutulur.
Hərfən: aranızda sülh olsun.
Digər variant: bir-birilərindən.
Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.
Mənası: Ustad.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Yaxud artıq aldığınıza.
A3 əlavəsinə bax.
B14 əlavəsinə bax.
Hərfən: bir kodranta bərabər iki lepta. B14 əlavəsinə bax.
Hərfən: doğum sancılarının.
Mt 26:7 haşiyəsinə bax.
Lüğətə bax.
B14 əlavəsinə bax.
Yaxud məzmurlar.
Hərfən: saat.
Hərfən: Abba. İbrani və arami dilində ataya qarşı işlədilən nəvazişli, eyni zamanda hörmətcil müraciət forması.
Cam Allahın iradəsinin — İsanın küfr danışmaqda ittiham olunaraq öldürülməsinə yol verməsinin rəmzidir.
İnsanın mənəvi qüvvəsi.
İnsanın günahlı, qeyri-kamil vəziyyəti.
Yəhudi ruhanilərinə verilən şərəfli ad.
Yaxud: yarıçılpaq; yalnız alt paltarda.
Hərfən: təxminən üçüncü saatda.
A3 əlavəsinə bax.
Hərfən: təxminən altıncı saatda.
Hərfən: təxminən doqquzuncu saata kimi.
Bu pərdə Müqəddəs yeri Ən müqəddəs yerdən ayırırdı.
Yəni Sinedrionun.
Yaxud bazar günü. Yəhudilərdə həftə bazar günündən başlayırdı.
İncilin ilkin mötəbər əlyazmalarına əsasən, Markın yazdığı müjdə 8-ci ayədəki bu sözlərlə bitir. A3 əlavəsinə bax.