Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 mart s. 29—31
  • «Amin» sözünüz Yehova üçün önəmlidir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Amin» sözünüz Yehova üçün önəmlidir
  • Gözətçi qülləsi 2019
  • Başlıqlar
  • Oxşar material
  • «HAMI “AMİN” DEYƏ CAVAB VERSİN»
  • «XALQ: “AMİN!”— DEYİB YEHOVAYA ALQIŞ ETDİ»
  • «AMİN» SÖZÜNÜN ÖNƏMİ
  • Auditoriya qarşısında edilən duaları yazdırmaq düzgündürmü?
    Müqəddəs ibadətimiz 2012
  • Allahın niyyətində İsanın xüsusi rolunu dərk etməli və qiymətləndirməliyik
    Gözətçi qülləsi 2008
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • ‘Öz xahişlərinizi Allaha bildirin’
    Gözətçi qülləsi 2006
Gözətçi qülləsi 2019
w19 mart s. 29—31
Yığıncaqda bacı-qardaşlar dua zamanı başlarını əyiblər

«Amin» sözünüz Yehova üçün önəmlidir

İBADƏTİMİZ Yehova üçün çox qiymətlidir. O, xidmətçilərinə «diqqətlə qulaq asır», nə qədər kiçik olmasından asılı olmayaraq, etdiyimiz həmdlər Onun nəzərindən yayınmır (Məl. 3:16). Misal üçün, dəfələrlə işlətdiyimiz «amin» sözünə nəzər salaq. Bu sadə sözün Yehova üçün nəyə görə önəmli olduğunu anlamaqdan ötrü gəlin onun hansı mənanı daşıdığını və Müqəddəs Kitabda necə işləndiyini araşdıraq.

«HAMI “AMİN” DEYƏ CAVAB VERSİN»

«Amin» sözünün mənası «qoy belə olsun» və ya «doğrudur» deməkdir. Bu söz «sadiq», yaxud «etibara layiq» mənası verən ibrani sözündən əmələ gəlib. «Amin» sözü bəzən hüquqi məsələlərlə bağlı da istifadə olunurdu. İnsan and içəndən sonra «amin» sözünü işlətməklə dediklərinin doğru olduğunu təsdiq edir və deyilənlərin məsuliyyətini öz üzərinə götürürdü (Say. 5:22). Hamının qarşısında «amin» deməsi onun andına sadiq qalmaq məsuliyyətini artırırdı (Nəh. 5:13).

«Amin» sözünün istifadə olunduğu ən təsirli səhnələrdən biri Qanunun təkrarı kitabının 27-ci fəslində qələmə alınıb. İsraillilər Vəd edilmiş diyara daxil olandan sonra Qanunda deyilənləri eşitmək və onu qəbul etdiklərini bildirmək üçün Eybal və Qərizim dağlarının arasında toplaşır. İtaətsizliyin aqibətləri barədə qanun oxunan zaman «amin» deməklə xalq Qanunu qəbul etdiyini göstərir (Qan. 27:15—26). Minlərlə kişinin, qadının və uşağın birgə «amin» dediyi zaman ucalan sədanı bir təsəvvür edin! (Yuş. 8:30—35). Şübhəsiz ki, onlar orada verdikləri andı heç vaxt unutmadılar. Xalq sözünün üstündə durdu. Müqəddəs Kitabda yazılıb: «İsrail xalqı Yuşənin, habelə ondan sonra qalan və Yehovanın İsrail üçün etdiyi işlərdən xəbəri olan ağsaqqalların vaxtında Yehovaya qulluq etdi» (Yuş. 24:31).

İsa Məsih də deyilənlərin doğruluğunu vurğulamaq üçün «amin» deyirdi. Amma o, bunu xüsusi tərzdə edirdi. İsa «amin» sözünü deyilənlərin sonunda söyləmirdi. O, öz sözünün əvvəlində «amin» deyirdi. (Azərbaycan dilində «əminlik vermək» feili işlənilib.) Bəzən isə o, bu sözü təkrarlayaraq «amin, amin» deyirdi (Mət. 5:18; Yəh. 1:51). Bununla İsa onu dinləyənləri sözlərinin tamamilə doğru olduğuna əmin edirdi. Onun bu qədər əminliklə danışmağa əsası var idi, çünki ona Allahın bütün vədlərini həyata keçirmək səlahiyyəti verilmişdi (2 Kor. 1:20; Vəhy 3:14).

«XALQ: “AMİN!”— DEYİB YEHOVAYA ALQIŞ ETDİ»

İsraillilər Yehovaya dua və alqış edəndə də «amin» deyirdilər (Nəh. 8:6; Zəb. 41:13). Duanın sonunda «amin» deməklə göstərirdilər ki, duada deyilənlərlə razıdırlar. Bununla bir yerə yığışanların hamısı duada iştirak etmiş olurdu və Yehovaya ibadət hamının könlünü şad edirdi. Belə bir hadisə Davud padşah Yehovanın əhd sandığını Yerusəlimə gətirəndə baş vermişdi. Şənlik zamanı o, 1 Salnamələr 16:8—36 ayələrində yazılmış səmimi duanı nəğmə şəklində ifa etmişdi. Bu sözlər şənlikdə iştirak edənlərə o qədər xoş gəlmişdi ki, bütün xalq «amin» deyib Yehovaya alqış etmişdi. Beləcə, onların yekdilliklə verdikləri cavab həmin günün sevincinə sevinc qatmışdı.

Birinci əsrdə yaşamış məsihilər də Yehovanı həmd edərkən «amin» deyirdilər. Müqəddəs Kitabı yazanlar tez-tez məktublarında «amin» sözünü istifadə edirdi (Rom. 1:25; 16:27; 1 But. 4:11). Vəhy kitabında hətta göydə olan ruhani varlıqların da Yehovanı mədh edərkən: «Amin! Yaha alqış edin!» dedikləri qeyd olunur (Vəhy 19:1, 4). İlk məsihilər adətən ibadət görüşlərində səslənən duadan sonra «amin» deyirdilər (1 Kor. 14:16). Lakin bu, mexaniki olaraq təkrarlanan adi söz deyildi.

«AMİN» SÖZÜNÜN ÖNƏMİ

Yehovanın xidmətçilərinin «amin» sözünü necə istifadə etməsindən gördük ki, duanın sonunda «amin» demək çox yerinə düşür. Şəxsi dualarımızın sonunda «amin» deməklə söylədiklərimizin ürəkdən gəldiyini göstərmiş oluruq. Kiminsə etdiyi duanın sonunda ürəyimizdə, yaxud uca səslə «amin» deməyimiz isə deyilənlərlə razı olduğumuzu bildirir. Gəlin görək «amin» sözümüz başqa hansı səbəblərə görə önəmlidir.

İbadətə münasibətimizə təsir edir. İbadətimizin bir hissəsi olan dua zamanı təkcə nə dediyimiz yox, özümüzü necə aparmağımız da önəmlidir. Səmimi-qəlbdən «amin» deyə bilmək üçün dua olunan zaman diqqətimizi duaya cəmləyəcəyik.

Bizi birləşdirir. Birgə dua edərkən bütün yığıncaq üzvlərinin diqqəti eyni fikirlərə cəmlənir (Həv. 1:14; 12:5). Bütün bacı-qardaşlarımızla birgə «amin» deyəndə birliyimiz daha da möhkəmlənir. Ucadan, yaxud ürəyimizdə deməyimizdən asılı olmayaraq, «amin» sözümüz Yehovaya daha bir əsas verir ki, ümumi duamıza cavab versin.

Bacı telefon vasitəsilə görüşü dinləyən zaman dua vaxtı başını əyir

«Amin» kəlməmiz Yehovaya həmd sözlərimizi təsdiqləyir

Yehovanın adını ucaldırıq. Yehova Ona ibadətdə etdiyimiz hər xırda şeyə fikir verir (Luka 21:2, 3). O, ürəyimizdən keçənlərdən, fikirlərimizdən agahdır. Hətta ibadət görüşünə telefon vasitəsilə qulaq asmalı olsaq da, əmin ola bilərik ki, dediyimiz «amin» sözü Yehovanın nəzərindən yayınmır. «Amin» deməklə biz də yığıncaqdakıların həmd sözlərinə qoşuluruq.

Bizə elə gələ bilər ki, «amin» deməyimiz əhəmiyyətli bir şey deyil, amma bu söz böyük məna kəsb edir. Müqəddəs Kitab üzrə bir ensiklopediyaya əsasən, Allahın xidmətçiləri «bu bir sözlə ürəklərindəki əminliyi, razılığı və səmimi ümidi» ifadə edə bilirlər. Qoy hər «amin» kəlməmiz Allahımız Yehovanı məmnun etsin! (Zəb. 19:14).

HƏMİŞƏ «AMİN» DEMƏLİYİK?

«Amin» sözünə adi bir söz kimi yanaşmamalıyıq. Bəs dua edən şəxs nəyisə səhv deyəndə necə? Bu zaman «amin» deməməliyik? Xeyr, bu, o demək deyil. Axı Yehova bilir ki, bəzən hər birimiz sözlərimizdə yanılırıq. Amma O, bu cür səhvlərə fikir vermir. Odur ki, həddindən artıq tənqidi yanaşmaqdansa, səslənən fikirlərin mahiyyətinə varsaq, «amin» demək üçün səbəb tapacağıq.

Digər tərəfdən, imanda olmayan şəxsin etdiyi duaya nə ürəyimizdə, nə də ucadan «amin» deməyimiz düzgün deyil. Bəs belə vəziyyətlə üzləşsək, nə edə bilərik? Misal üçün, ola bilsin, iştirak etdiyimiz hər hansı tədbirdə bir nəfər dua edir. Yaxud məsihi olmayan ailə başçısı hamının adından dua etmək istəyir. Bu zaman nə etməliyik?

Bu kimi vəziyyətlərlə üzləşəndə susa və hörmətcil davrana bilərik. Bu zaman «amin» deməməli, yaxud dua edənlərlə birgə əlimizi göyə açmamalıyıq, çünki bu, duada iştirak etdiyimizi göstərər. İstəsək, ürəyimizdə dua edə bilərik, lakin ucadan «amin» deməməliyik, çünki bu, başqalarında onların duasına şərik olduğumuz təəssüratı yarada bilər. Əgər hamı ayağa durub dua edirsə, ayağa durub-durmamağı hər bir məsihi özü qərarlaşdırmalıdır. Ayağa durmaq, yaxud başımızı aşağı əymək öz-özlüyündə dini ayin deyil. Hər bir məsihi şəraitdən asılı olaraq necə davranacağına özü qərar verə bilər və heç kim onu mühakimə etməməlidir.

Yuxarıda danışdığımız vəziyyətlər bir daha «amin» sözünün Yehova üçün nə qədər önəmli olduğunu göstərir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş