Əşiya
60 «Qalx, ey qadın,+ şölə saç, çünki nurun gəldi.
Yehovanın calalı üzərinə şəfəq saçır.+
2 Bax, dünyanı qaranlıq,
Xalqları qatı zülmət bürüyəcək;
Sənin isə üzərinə Yehova nur saçacaq,
Üzərində Yehovanın calalı görünəcək.
4 Başını qaldırıb ətrafına bax!
5 Bunu görəndə çöhrən şəfəq saçacaq,+
Ürəyin çırpınacaq, dağa dönəcək,
Çünki dənizin sərvəti sənə yönələcək,
Xalqların varı yanına axışacaq.+
Onlar qızıl, kündür daşıyacaq,
Yehovanın şəninə tərif deyəcəklər.+
7 Qədarın bütün sürüləri yanına toplaşacaq.+
Mən şanlı evimi cah-calala bürüyəcəyəm.+
8 Buludtək uçan,
Göyərçintək yuvasına uçub gələn kimlərdir belə?
9 Adalar Mənə ümid bağlayacaq.+
Tarşişin gəmiləri başda üzür,
Yükləri qızıl-gümüşdür.
Allahın Yehovanın, İsrailin Müqəddəsinin şərəfinə
Uzaqlardan oğullarını gətirirlər.+
Bəli, O, səni ehtişamlı edəcək.+
Qəzəblənib səni vurduğum kimi,
Lütf edib mərhəmət göstərəcəyəm.+
11 Darvazaların daima açıq qalacaq,+
Nə gecə, nə gündüz bağlanmayacaq,
Belə ki, xalqların sərvəti sənə gətirilsin.
Bunu, ilk növbədə, padşahları edəcək.+
Ayağımçün olan yeri ehtişamlı edəcəyəm.+
14 Sənə zülm edənlərin oğulları gəlib qabağında diz çökəcək,
Sənə hörmətsizlik edənlər ayağına yıxılıb təzim edəcək,
Onlar səni Yehovanın şəhəri,
İsrailin Müqəddəsinin Sionu deyib çağıracaq.+
15 Boş qalmışdın, nifrət hədəfi idin, içindən kimsə keçmirdi,+
İndi səni əbədi vüqar yeri,
Bütün nəsillər üçün sevinc qaynağı edəcəyəm.+
Onda biləcəksən ki, Mən Yehova sənin xilaskarınam,
Yaqubun qüdrətli Allahı sənin qurtarıcındır.+
17 Mən mis yerinə qızıl gətirəcəyəm,
Dəmir yerinə gümüş,
Ağac yerinə mis,
Daş yerinə dəmir gətirəcəyəm.
Sülhü üstünüzdə nəzarətçi,
Salehliyi ağa qoyacağam.+
Divarlarına “xilas”,+ darvazalarına “tərif” adını verəcəksən.
19 Gündüzlər işığın daha günəş olmayacaq,
Gecələr sənə nur verən ay işığı olmayacaq.
21 Sakinlərin ancaq salehlər olacaq,
Onlar ölkəni əbədilik miras alacaq.
Onlar əkdiyim fidanlardır,
Mənə calal gətirən əllərimin işidir.+
22 Ən kiçiyindən min nəfər,
Ən balacasından qüdrətli xalq törəyəcək.
Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm».