Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/10 s. 12—17
  • Sə’ylə biçin!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sə’ylə biçin!
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • “Nifrət edilirlər”
  • Xilasedici xəbər
  • Tə’qiblərə baxmayaraq, seviclərini qoruyurlar
  • Sə’ylə biçin
  • Sevinclə biçin!
    Gözətçi qülləsi 2001
  • Biçilmək üçün ağarmış tarlalar
    Müqəddəs ibadətimiz 2010
  • Təbliğ işinin bəhrəsi — «məhsul yetişib, biçinə hazırdır»
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Böyük ruhani biçində var gücünlə iştirak et
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/10 s. 12—17

Sə’ylə biçin!

“Göz yaşları ilə əkənlər sevinclə biçəcəklər” (MƏZMUR 126:5).

1. “Öz məhsulunu toplamağa işçilər göndərməsi” üçün, bu gün “məhsulun Sahibi olan Rəbbə” nəyə görə yalvarmaq lazımdır?

İSA MƏSİH, Qalileyada keçirdiyi üçüncü təbliğ səyahətindən sonra şagirdlərinə dedi: “Məhsul çox, işçilər isə azdır” (Matta 9:37). Yəhudeyada da həmin vəziyyət hökm sürürdü (Luka 10:2). Bu, 2 000 il əvvəl mövcud olan vəziyyət idi. Bəs bizim günlərimiz barədə nə demək olar? Ötən xidmət ili ərzində Yeqovanın 6 000 000-dan çox Şahidi, simvolik məhsul yığımında sə’ylə çalışaraq, əksəriyyəti “çobansız qoyunlar kimi taqətsiz və dağınıq” olan 6 000 000 000 əhalidən ibarət dünyada məhsul toplamışlar. Demək, İsanın, “məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu toplamağa işçilər göndərsin” çağırışı, yüz illər bundan əvvəl olduğu kimi, bu gün də zəruridir (Matta 9:36, 38).

2. Dünyanın diqqətini bizə cəlb edən nədir?

2 Məhsulun Sahibi olan Yeqova Allah, işçilərin sayını artırmaq yalvarışına cavab verir. Allahın rəhbərlik etdiyi məhsul yığımında iştirak etmək necə də sevindiricidir! Dünyanın əhalisi ilə müqayisədə sayımız az olsa da, Padşahlıq haqqındakı xəbərin təbliğ edilməsində və şagirdlər hazırlamaq işində sə’ylə iştirakımız dünyanın diqqətini cəlb edir. Çox ölkələrdə kütləvi informasiya vasitələrində bizim haqqımızda tez-tez danışılır. Televiziya vasitəsi ilə göstərilən filmlərdə qapının zənginin çalınması, “gələn Yeqovanın Şahidləridir” sözləri ilə müşayiət oluna bilər. Bəli, simvolik biçinçilər rolunda həyata keçirdiyimiz məsihçi fəaliyyəti XXI əsrdə yaxşı mə’lumdur.

3. a) Haradan bilirik ki, Padşahlıq haqqındakı xəbərin təbliği I əsrdə də dünyanın diqqətini cəlb etmişdi? b) Nəyə görə deyə bilərik ki, təbliğ işində mələklər bizə kömək edirlər?

3 Padşahlıq haqqındakı xəbərin təbliği I əsrdə də dünyanın diqqətini eyni tərzdə cəlb etdi və elə bu səbəbdən xoş xəbərin təbliğçiləri tə’qib olunurdular. Buna görə də həvari Pavel yazırdı: “Mən elə düşünürəm ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən axırda səhnəyə çıxartdı; çünki biz dünya, mələklər və insanlar üçün tamaşa olduq” (1 Korinflilərə 4:9). Buna bənzər şəkildə, tə’qiblərə baxmayaraq, Padşahlıq haqqındakı xəbəri sarsılmazlıqla təbliğ etməyimiz dünyanın diqqətini bizə cəlb edir. Bundan əlavə, sarsılmazlığımız mələklər üçün böyük mə’na kəsb edir. Həvari Yəhya Vəhy 14:6 ayəsində deyir: “Göyün ortasında uçan başqa bir mələyi də gördüm. Onun əbədi bir Müjdəsi var idi ki, yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa təbliğ etsin”. Bəli, icra etdiyimiz xidmətdə — məhsul yığımında — mələklər bizə kömək edirlər! (İbranilərə 1:13, 14).

“Nifrət edilirlər”

4, 5. a) İsa öz şagirdlərini nə barədə xəbərdar etdi? b) Allahın müasir xidmətçilərinə nəyə görə “nifrət edilir”?

4 İsa həvarilərini təbliğə göndərən zaman, onlar onun “ilanlar kimi müdrik və göyərçinlər kimi mə’sum olun” tapşırığını xatırlayırdılar. İsa, bu sözlərə əlavə olaraq, dedi: “İnsanlardan... özünüzü gözləyin; çünki onlar sizi məhkəmələrə verəcək, sinaqoqlarında döyəcəklər; onlara və digər xalqlara şəhadət üçün Mənə görə valilərin və hökmdarların yanına aparılacaqsınız. [...] Və Mənim adıma görə hamı sizə nifrət edəcək. Lakin axıra qədər səbr edən xilas olacaqdır” (Matta 10:16—22).

5 “Bütün dünya... şəririn”, Allahın və Onun xalqının baş düşməni Şeytan İblisin “hakimiyyəti altında” olduğu üçün, bu gün bizə “nifrət edilir” (1 Yəhya 5:19). Düşmənlər ruhani cəhətdən tərəqqi etdiyimizi görürlər, lakin onlar bütün bunların Yeqovanın xeyir-duası sayəsində olduğunu qəbul etmək istəmirlər. Məhsul yığımında sevinclə iştirak etdiyimiz zaman, əleyhdarlarımız xoşbəxtlikdən işıq saçan üzümüzü görürlər. Onlar bizim birliyimizə təəccüb edirlər! Başqa ölkəyə köçəndə və vətənlərində olduğu kimi, Yeqovanın Şahidlərinin orada da eyni fəaliyyətlə məşğul olduqlarını görəndə, ola bilsin, bunu narazılıqla qəbul edirlər. Lakin biz bilirik ki, Yeqovaya məqbul olan vaxtda hamı, hətta düşmənlərimiz belə, bizə dayaq olanı — Yeqovanı tanıyacaq və aramızdakı birliyin Onun sayəsində hökm sürdüyünü biləcəklər (Hezekiel 38:10—12, 23).

6. Məhsul yığımının iştirakçıları kimi biz nədə əmin edilirik və hansı sual yaranır?

6 Məhsulun Sahibi, “göydə və yer üzündə bütün hakimiyyəti” Oğlu İsa Məsihə vermişdir (Matta 28:18). Buna görə də Yeqova, göydəki mələklərin və yer üzündə yaşayan “sadiq və ağıllı qul”un vasitəsilə məhsul yığımına rəhbərlik etmək üçün İsanı istifadə edir (Matta 24:45—47; Vəhy 14:6, 7). Bəs biz məhsul yığımında sə’ylə iştirak edərək, düşmənlərin müqavimətlərini dəf etməyi, eyni zamanda sevincimizi qorumağı necə bacara bilərik?

7. Müqavimətlər və ya tə’qiblərlə qarşılaşdığımız zaman hansı əhval-ruhiyyəni qorumağa çalışmalıyıq?

7 Müqavimətlər və ya açıq tə’qiblərlə qarşılaşdığımız zaman, Paveldə olan əhval-ruhiyyənin bizdə də olması üçün, gəlin Allahın köməyini axtaraq. Pavel yazırdı: “Bizi söyürlər, biz xeyir-dua veririk; bizi qovurlar, biz tab gətiririk; bizə iftira atırlar, biz yumşaq cavab veririk” (1 Korinflilərə 4:12, 13). Nəzakətlə icra etdiyimiz xidmətə uyğun olan bu cür əhval-ruhiyyə, hərdən əleyhdarlarımızın bizə qarşı münasibətlərini dəyişir.

8. İsanın, Matta 10:28 ayəsində yazılan sözləri sizi necə ruhlandırır?

8 Məhsul yığımında göstərdiyimiz sə’yi, hətta ölüm təhlükəsi belə zəiflədə bilməz. Padşahlıq haqqındakı xəbəri cəsarətlə, mümkün qədər açıq-aşkar bəyan edirik. Bunu etməkdə İsanın növbəti sözləri bizə güc verir: “Bədəni öldürüb canı öldürə bilməyənlərdən... qorxmayın; ancaq daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməyə qadir Olandan qorxun” (Matta 10:28). Biz bilirik ki, səmavi Atamız həyat Mənbəyidir. Onun önündə nöqsansızlığını qoruyanları, məhsul yığımında sə’ylə və sədaqətlə iştirak edənləri mükafatlandırır.

Xilasedici xəbər

9. Bə’ziləri Hezekielin sözlərinə necə yanaşırdılar, bəs bugünkü vəziyyət barəsində nə demək olar?

9 Hezekiel peyğəmbər Yeqovanın sözlərini “itaətsiz millətlərə” — İsrail və Yəhuda padşahlığına cəsarətlə bəyan etdiyi zaman, bə’ziləri onu məmnuniyyətlə dinləyirdilər (Hezekiel 2:3). Yeqova ona dedi: “Budur, sən onlar üçün, yaxşı çalğı çalanın və səsi gözəl olanın çox sevimli türküsü kimisən” (Hezekiel 33:32). Hezekielin sözləri bu insanlara xoş gəlsə də, onlar həmin sözlərə müvafiq olaraq davranmırdılar. Bəs bugünkü vəziyyət barəsində nə demək olar? Məsh edilmişlərin qalığı və onların yoldaşları, Yeqovanın verdiyi xəbərləri cəsarətlə bəyan edəndə, Padşahlığın gətirəcəyi xeyir-dualar haqqındakı sözləri dinləmək bə’zi insanların xoşuna gəlir, ancaq onlar bu xəbərlərə lazımi tərzdə hay vermir, şagird olmur və məhsul yığımına qoşulmurlar.

10, 11. Xilasedici xəbəri XX əsrin birinci yarısında necə bəyan edirdilər və bunun nəticəsi necə oldu?

10 Lakin bir çox insanlar biçinçilərin fəaliyyətinə xeyirxahlıqla hay verir və Allahdan gələn xəbərləri bəyan etməyə başlayırlar. Məsələn, 1922—1928-ci illərdə keçirilən konqreslərdə, Şeytanın pis əşyalar sistemini aydın şəkildə mühakimə edən xəbərlər e’lan edildi. Bu ittihamlar radio vasitəsilə translyasiya edilirdi. Sonra isə Allahın xalqı, bu xəbərləri izah edən milyonlarla vərəqələr payladı.

11 Min doqquz yüz otuzuncu illərdə, şahidlik etməyin başqa üsulundan — informasiya yürüşlərindən istifadə etməyə başladılar. Əvvəllər Yeqovanın xalqının üzvləri, açıq mə’ruzəyə də’vət edən plakatlar gəzdirirdilər. Sonradan bu plakatlarda “Din tələ və yalandır” və “Allaha və Padşah Məsihə xidmət edin” şüarları yazmağa başladılar. Yeqovanın xidmətçiləri küçələrdən keçəndə, bu şüarlar yoldan ötənlərin diqqətini cəlb edirdi. Londonun qələbəlik olan küçələrində keçirilən bu cür yürüşlərdə müntəzəm olaraq iştirak etmiş bir qardaş deyir: “Bütün bunların sayəsində Yeqovanın Şahidləri hamının diqqətini özlərinə cəlb etdilər və cəsarətləndilər”.

12. Allahdan gələn mühakiməedici xəbərlərdən savayı xidmətimizdə diqqəti daha nəyə yönəldirik və bu gün xoş xəbəri birlikdə kimlər təbliğ edirlər?

12 Allahdan gələn mühakiməedici xəbərləri bəyan edərək, insanların diqqətini Padşahlıq haqqındakı xəbərdə olan müsbət şeylərə də cəlb edirik. Bütün dünyada cəsarətlə şəhadətlik etməyimiz, ləyaqətli insanları axtarıb tapmağımıza kömək edir (Matta 10:11). Məsh edilmişlər sinfinin axırıncı üzvlərinin çoxu 1920-ci və 1930-cu illərdə, məhsul yığımı zamanı səslənən gur çağırışa hay verdi. Sonra 1935-ci ildə keçirilən konqresdə, “başqa qoyunların” “böyük... izdihamı”nı yer üzü cənnətdə gözləyən xoşbəxt gələcək haqqında valehedici xəbər e’lan olundu (Vəhy 7:9; Yəhya 10:16). Bu insanlar Allahdan gələn mühakiməedici xəbərlərə diqqət yetirdilər və məsh edilmişlərlə birlikdə xilasedici xoş xəbəri təbliğ etməyə başladılar.

13, 14. a) Məzmur 126:5, 6 ayələrindəki sözlər necə təsəlli verə bilər? b) Əkməyə və məhsulu suvarmağa davam etdiyimiz zaman nə baş verir?

13 Allahın biçinçiləri, xüsusilə də tə’qiblərə mə’ruz qalanlar Məzmur 126:5, 6 ayələrindəki sözlərdən böyük təsəlli alırlar: “Göz yaşları ilə əkənlər sevinclə biçəcəklər. Əkəcəyi toxumu daşıyıb ağlayaraq gedən, əlbəttə taylarını daşıyaraq sevinclə gələcəkdir”. Məzmurçunun əkin və biçin haqqındakı sözlərində, Yeqovanın, qədimdə Babil əsirliyindən qayıdan yəhudilərin qalığının qeydinə qalması və onlara xeyir-dua verməsi əyani olaraq əks etdirilir. Yəhudilər azad edildikləri üçün sevinirdilər, ancaq əsirdə olduqları 70 il müddətində becərilməmiş qalan sahələri əkərkən, onlar yəqin ki, ağlayırdılar. Lakin əkməyə və tikməyə davam edənlərin əməyi bəhrə və məmnunluq hissi gətirdi.

14 Biz və ya həmimanlılarımız çətin anlarla qarşılaşanda, salehlik uğrunda əziyyət çəkəndə, bunlar bizim göz yaşlarımıza səbəb ola bilər (1 Peter 3:14). Biçinə yeni başladığımız zaman, çətin anlar yaşaya bilərik. Bizə elə gələ bilər ki, xidmətdə göstərdiyimiz bütün cəhdlər əbəsdir. Ancaq əkməyə və məhsulu suvarmağa davam ediriksə, Allah onu mütləq böyüdür və çox vaxt bu artım gözlədiklərimizdən də artıq olur (1 Korinflilərə 3:6). Bu sözlərə əyani sübut — Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri paylamağımız sayəsində əldə etdiyimiz səmərələrdir.

15. Məhsul yığımında məsihçi nəşrlərinin gətirdiyi faydaya dair misal çəkin.

15 Misal üçün, Cim adlı kişinin başına gələnləri nəzərdən keçirək. Cim anasının ölümündən sonra, onun əşyaları arasında “Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?” kitabını tapdıa. O, kitabı maraqla oxudu. Bir dəfə Yeqovanın Şahidi olan bir qadın küçədə ona yaxınlaşdı və söhbət etdikdən sonra Cim, ona təkrarən baş çəkmələrinə razı oldu. Nəticədə onunla Müqəddəs Kitab öyrənməsi başlandı. Cim ruhani cəhətdən tez inkişaf etdi. O özünü Yeqovaya həsr edib vəftiz olundu. Cim öyrəndiklərinin hamısını qohumlarına danışırdı. Nəticədə onun bacısı və qardaşı Yeqovanın Şahidi oldular. Bir qədər vaxt keçdikdən sonra, Cim Londondakı Beyt-Eldə tammüddətli xidmətə başladı.

Tə’qiblərə baxmayaraq, seviclərini qoruyurlar

16. a) Məhsul yığımı nəyə görə uğurlu keçir? b) İsa, xoş xəbərin insanlara tə’sir etməsi haqqında danışarkən nə barədə xəbərdarlıq edirdi və biz, insanların yanına hansı əhval-ruhiyyə ilə gəlirik?

16 Məhsul yığımı nəyə görə belə uğurlu keçir? Ona görə ki, məsh edilmiş məsihçilər və onların yoldaşları, İsanın: “Sizə qaranlıqda nə söyləyirəmsə, onu aydınlıqda söyləyin; və qulağınıza pıçıldananı damlardan təbliğ edin” göstərişinə diqqətlə yanaşırlar (Matta 10:27). Lakin biz çətinliklərlə qarşılaşacağımızı bilirik, çünki İsa “qardaş qardaşı, ata övladını ölümə təslim edəcək, övladlar ata-analarına baş qaldıracaq və onları öldürəcəklər”, deyə xəbərdarlıq etdi. Daha sonra İsa dedi: “Fikirləşməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm; Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm” (Matta 10:21, 34). İsa ailələri qəsdən ayırmaq niyyətində deyildi. Sadəcə olaraq, bə’zən xoş xəbər onlara bu cür tə’sir göstərirdi. Eyni şeyi Allahın müasir xidmətçiləri haqqında da demək olar. Biz, ailələrlə görüşən zaman, onlara ayrılıq gətirmək istəmirik. Xoş xəbərin hamı tərəfindən qəbul edilməsini istəyirik. Buna görə də biz, ailənin bütün üzvləri ilə səmimiliklə və mehribanlıqla söhbət etməyə çalışırıq. Bununla da gətirdiyimiz xəbər “əbədi həyata meylli olanlar” üçün daha cəlbedici olur (Həvarilərin işləri 13:48, YD).

17. Allahın hökmranlığına tərəfdar olanlar necə fərqlənirlər və bunu hansı nümunədə göstərmək olar?

17 Padşahlıq haqqındakı xəbər Allahın hökmranlığına tərəfdar olanları fərqləndirir. Misal üçün, gəlin görək, “qeysərinkini qeysərə, Allahınkını Allaha verən” həmimanlılarımız Almaniyada nasizm dövründə başqalarından necə fərqlənirdilər (Luka 20:25). Din rəhbərlərindən və Xristian aləminin kilsələrinə mənsub olub, özlərini xristian adlandıran kəslərdən fərqli olaraq, Yeqovanın xidmətçiləri Müqəddəs Kitabın prinsiplərini pozmaqdan imtina edib sarsılmaz qalırdılar (İşaya 2:4; Matta 4:10; Yəhya 17:16). “Nasist dövləti və yeni dinlər” adlı kitabın müəllifi professor Kristin Kinq qeyd edir: “[Nasist] hökuməti yalnız Yeqovanın Şahidləri ilə bacara bilmədi. Aralarından minlərlə ölənlər olsa da, onların fəaliyyəti davam edirdi və 1945-ci ilin may ayında nasional-sosializm məhvə uğradığı halda, Yeqovanın Şahidlərinin hərəkatı həmişə olduğu kimi mövcudluğuna davam edirdi” (“The Nazi State and the New Religions”).

18. Tə’qiblərə baxmayaraq, Yeqovanın xalqı hansı əhval-ruhiyyəni təzahür etdirir?

18 Tə’qiblərlə qarşılaşan zaman, Yeqovanın xalqının göstərdiyi əhval-ruhiyyə də diqqətəlayiqdir. Bizim imanımız dünyəvi hakimlərə təəssürat bağışlasa da, onlar bizdə kin və ədavətin olmamasına təəccüb edirlər. Misal üçün, nasistlərin kütləvi qırğınına mə’ruz qalan Şahidlər keçən günləri xatırlayanda, çox vaxt sevinc və məmnunluq hissi ifadə edirlər. Bilirlər ki, “üstün qüdrəti” onlara Yeqova vermişdir (2 Korinflilərə 4:7). Aramızda olan məsh edilmişlər “adlarının göylərdə yazıldığına” əmindirlər (Luka 10:20). Onların dözümlü olmaları “utandırmayan” ümid verir. Bu cür əminlik, yer üzündə yaşamaq ümidi olan sadiq biçinçilərə də xasdır (Romalılara 5:4, 5).

Sə’ylə biçin

19. Məsihçi xidmətində hansı əlverişli üsullardan istifadə olunur?

19 Simvolik məhsul yığımında iştirak etməyimizə Yeqovanın hələ nə qədər imkan verəcəyini bilmirik. Məhsul yığımının sonunu gözləyərkən yadda saxlamalıyıq ki, əsl məhsul yığımı zamanı biçinçilər müəyyən üsullardan istifadə edirlər. Biz də əmin ola bilərik ki, təbliğdə e’tibarlı və yoxlanmış üsullardan istifadə etsək müvəffəqiyyət qazanacağıq. Pavel həmimanlılarına deyirdi: “Yalvarıram sizə... məni təqlid edin” (1 Korinflilərə 4:16). Pavel, Miletdə Efes ağsaqqalları ilə görüşən zaman onlara “istər açıqca, istərsə də evdən-evə” tə’lim verməkdən boyun qaçırmadığını xatırlatdı (Həvarilərin işləri 20:20, 21). Həvari Paveli müşayiət edən Timotey, onun necə tə’lim verdiyini bilirdi və buna görə də onun tə’lim vermə üsulları barədə korinflilərə danışa bilərdi (1 Korinflilərə 4:17). Allah, həvari Pavelin istifadə etdiyi tə’lim vermə üsullarını xeyir-dualandırdığı kimi, bizim də xoş xəbəri evdən-evə açıqca təbliğ etmək, təkrar baş çəkmək, Müqəddəs Kitab öyrənməsi keçirmək və qarşılaşdığımız hər yerdə insanlarla söhbət etmək cəhdlərimizə xeyir-dua verəcəkdir (Həvarilərin işləri 17:17).

20. Ruhani məhsul yığımı bol olacağını İsa necə göstərdi və bu sözlər son illər ərzində necə yerinə yetir?

20 Eramızın 30-cu ilində, Suxar şəhəri yaxınlığında samariyalı qadınla söhbət etdikdən sonra, İsa ruhani məhsul yığımı haqqında danışdı. O, şagirdlərinə dedi: “Gözlərinizi qaldırın, biçilmək üçün ağarmış tarlalara baxın. Əkən də, biçən də birlikdə sevinsinlər deyə, biçən əmək haqqı alır və əbədi həyat üçün məhsul toplayır” (Yəhya 4:34—36). Yəqin ki, İsa samariyalı qadınla söhbətin səmərəsini artıq görürdü. Axı bir çox insanlar, qadının şəhadət etməsi sayəsində İsaya iman etdilər (Yəhya 4:39). Son illərdə müxtəlif ölkələrin hakimiyyətləri Yeqovanın Şahidlərinin fəaliyyətinə qoyulan məhdudiyyətləri götürür və ya bu dini təşkilatı qanuni olaraq qeydiyyata alırlar. Bununla da məhsul yığımı üçün yeni ərazilərin yaranmasına kömək edirlər. Bunun sayəsində bu gün bol ruhani məhsul toplanır. Bütün dünya üzrə keçirilən məhsul yığımında sevinclə iştirak edərək, çoxlu xeyir-dualar qazanırıq.

21. Məhsul yığımında sevinclə və sə’ylə çalışmaq üçün hansı səbəblərimiz var?

21 Məhsul yetişib, biçilmək üçün hazır olduğu zaman, işçilər dərhal hərəkət etməlidirlər. Ləngimək olmaz. “Sonun vaxtında” yaşadığımız üçün, bu gün biz sə’ylə və ləngimədən çalışmalıyıq (Daniel 12:4). Şübhəsiz ki, çətinliklərlə qarşılaşırıq, lakin Yeqovanın xidmətçilərinin topladığı məhsul həmişə olduğundan daha artıqdır. Buna görə də bu gün sevinc günüdür (İşaya 9:3). Beləliklə, gəlin sevincli işçilər kimi məhsul yığımında sə’ylə çalışaq!

[Haşiyə]

a Yeqovanın Şahidləri tərəfindən nəşr edilir və paylanır.

Siz necə cavab verərdiniz?

• Məhsul Sahibi işçilərin çoxalması üçün edilən yalvarışlara necə cavab verir?

• Bizə “nifrət” edilməsinə baxmayaraq, hansı əhval-ruhiyyəni qoruyuruq?

• Tə’qib olunmağımıza baxmayaraq, biz nəyə görə şadıq?

• Biz, məhsul yığımında nəyə görə sə’ylə və ləngimədən çalışmalıyıq?

[14 və 15-ci səhifələrdəki şəkillər]

Ruhani məhsul yığımında iştirak edənlərə mələklər kömək edir.

[16-cı səhifədəki şəkil]

İnformasiya yürüşləri Padşahlıq haqqındakı xoş xəbərə çox insanların diqqətini cəlb etdi.

[16-cı səhifədəki şəkil]

Biz əkir və suvarırıq, Allah isə böyüdür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş